Qeyri-maddi resurslara isə yeniliklər, əməkdaşların motivasiyası, loyallıq, nou-hau,
texniki tərəqqi, probelmləri həll etmək bacarığı, müştərilər, digər maraqlı müəssisələrlə olan
münasibətlər və s. aiddir (Marra, 2005). Onlar həmçinin müqaviləni, bölgü haqqında razılığı,
lisenziya müqavilələrini və s. əks etdirə bilərlər.
Əsaslı kapital da qeyri-maddi resursların tərkib hissəsidir (məsələn, korporativ
mədəniyyət, prosedur, təcrübə və s.). Maddi və qeyri-maddi resurslar rəqabət qabiliyyətinin
üstünlüklərindən biridir. Rəqabət üstünlüyü ölçü və sferadan, münasibətlərin inkişafı,
keyfiyyət, korporativ mədəniyyət, innovasiya, informasiya texnologiyaları, konkret səmərəlilik
funksiyası və s.-dən qənaət hesabına müəyyən edilir (Harris, Ogbonna, 2000).
Qrant (1998) rəqabət üstünlüyü hesab edilən belə resursları inkişaf və vertikal
inteqrasiya, İT, konkret səmərəlilik funksiyası və s münasibətlər kimi qeyd edir.
2. ƏDƏBİYYATIN XÜLASƏSİ
İqtisadi ədəbiyyatları təhlil edərək belə nəticəyə gəlindi ki, nəqliyyat-tranzit xidmətləri ilə
məşğul olan müəssisələr arasında daxili rəqabət üstünlüyünü tədqiq edən müvafiq tədqiqatlar
yoxdur. Yalnız loqistik xidmətləri tədqiq edən müəlliflərə rast gəlindi (Tongzon, 2004;
Litvinenka, 2005).
Onların tədqiqatlarında bir neçə mikro və makro səviyyəli amillərqeyd edilmişdir ki,
bunlar da loqistika sferasında beynəlxalq rəqabət qabiliyyətini müəyyən edir. Bunlara istehsal
məsrəfləri, xüsusilə istehsalın intensivliyi, idarətetmə keyfiyyəti, qiymət, keyfiyyətli xidmət,
məzənnə, dövlətin siyasəti, siyasi sabitlik, investisiya və s. aiddir. Bu müəlliflər öz əsərlərində
nəqliyyat sektorunun rəqabət qabiliyyətinin determinantları kimi firma səviyyəsində əsas
faktorlara xidmətlərin keyfiyyətini aid etmişlər.
Xidmətin keyfiyyəti rəqabət üstünlüyünün ən vacib şərtidir. Parasuraman, Zeithaml,
Berri (1988, 1991) kimi iqtisadçıların əsərlərində beş amildən – maddi, etibarlı, operativlik,
keyfiyyət, inam, təhlükəsizlik, çıxış imkanları, rabitə - keyfiyyətinin qiymətləndirilməsi üçün
istifadə edilir.
Nəqliyyat müəssisəsi yalnız müştərilərin tələblərini tam təmin etdiyi təqdirdə bazarda öz
mövqeyini qoruyub saxlaya bilər. Bazarın hər-hansı xidmətə olan tələblərini öyrənmək üçün
əsas kriteriya göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi olmalıdır.
İqtisadçıların apardığı tədqiqatların təhlili göstərir ki, rəqabət üstünlüyünün
möhkəmləndirilməsi üçün ən vacib şərt nəqliyyat vasitələri parkının rəqabət üstünlüyü,
texnologiya, təcrübə, xidmətlərin fərqliliyi və ixtisaslaşmasıdır (Linva, 2006).
Bir sıra müəlliflər tərəfindən də müvafiq sorğular aparılmış və o, Porterin (1980, 1998),
Parasuraman, Zeithaml, Berri (1988, 1991), Qrant (1998) kimi iqtisadçıların nəzəri
modellərinə əsaslanmışdır.
Fursov B.A və Roin O.A.(1998)tərəfindən aparılan tədqiqatlarda isə nəqliyyat
xidmətlərinin rəqabət qabiliyyəti ümumi təhlil edilmiş, müəssisə səviyyəsində rəqabət
qabiliyyətinin kompleks göstəriciləri hesablanmışdır.
3. AZƏRBAYCANDA NƏQLİYYAT-TRANZİT SEKTORUNUN RƏQABƏT
QABİLİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ QİYMƏTLƏNDİRMƏDƏN
ALINAN NƏTİCƏLƏRİN İNTERPRETASİYASI
3.1.
Hüquqi bazanın təhlili
3.1.1 Ümumi müddəalar
Hazırda Azərbaycanın nəqliyyat-tranzit xidməti göstərən müəssisələrinin fəaliyyəti
qanunvericiiklə tənzimlənir və o, beynəlxalq standartlara uyğun bütün öhdəlikləri müəyyən
edir. Azərbaycan tranzit məkana malik olduğu üçün qanunvericilik aktlarında da daxili və
xarici yük daşımalar müvafik aktlarla tənzimlənir.
Ümumiyyətlə, nəqliyyat xidmətinin göstərilməsi prosesində iki müstəqil öhdəlik əmələ
gəlir: birincisi, nəqliyyat vasitələrinin verilməsi və daşıma üçün yüklərin təqdim edilməsi ilə
bağlı yaranan müstəqil öhdəliklər, ikincisi, yükgöndərəndən qəbul edilmiş yükün daşıyıcı
tərəfindən təyinat yerinə (məntəqə, liman) çatdırılması və yükalana təhvil verilməsilə əlaqədar
yaranan öhdəliklər. Birinci öhdəliyin əmələ gəlmə əsasını nəqliyyat prosesinin təşkili haqqında
tərəflər arasında bağlanan saziş yaradır. Daşıma üçün gələcəkdə veriləcək nəqliyyat
vasitələrinin sayı, daşıma müddəti, müvafiq yükün daşınması üçün nəqliyyat vasitələrinin
yararlı vəziyyətə gətirilməsi və s. şərtlər sazişin məzmununu təşkil edir. Sözügedən sazişdə,
həmçinin, yükün həcmi və xarakteri, malın keyfiyyəti, hesablaşma qaydası haqqında tərəflər
razılığa gəlirlər. Bu şərtlər ətrafında tərəflər yükdaşımaların təşkili haqqında müqavilə bağlayır
ki, bu müqavilənin hüquqi konstruksiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-
ci maddəsinə uyğun gəlir. Beləliklə, əgər yük daşınması müqaviləsi əsas müqavilədirsə
(müqavilənin əsas təyinatı əşyaları olduqları yerdən təyinat yerinə daşımaqdan ibarətdir),
yükdaşımalarının təşkili haqqında müqavilə isə əsas müqavilənin gələcəkdə bağlanması
haqqında öhdəlikdir.
Mülki Məcəllənin 402.1-ci maddəsindən görünür ki, yükdaşımaların təşkili haqqında
müqavilə ilkin müqavilə, yük daşınması müqaviləsi isə əsas müqavilə kateqoriyasına aiddir.
Yük daşınması müqaviləsi (Mülki Məcəllənin 850.1-ci maddəsi) nəqliyyat müqavilələri
sistemində «üstün və hakim mövqeyə malikdir»
1
Lakin nə Azərbaycan Respublikasının mülki
qanunvericiliyi, nə də ki, Ticarət Gəmiçiliyi Məcəlləsi yükdaşımaların təşkili haqqında
müqavilənin konstruksiyasına uyğun olan və daşıma müqaviləsinin bağlanmasına təşkilati
zəmin yaradan müqavilə növünün adını çəkmir.
Yuxarıda qeyd etdiyiniz kimi, yalnız Mülki Məcəllənin 402.1-ci maddəsi ilkin
müqavilənin anlayışını verməklə onun subyektlərinin gələcəkdə əsas müqavilənin bağlanması
barədə öz üzərlərinə öhdəlik götürmələrini təsdiq edən sənəd rolunu oynayır. Bununla yanaşı,
«Nəqliyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində (3-cü və 4-cü
bəndlərində) yükdaşımalarının təşkili haqqında müqavilə konstruksiyasının anlayışı və əsas
xüsusiyyətləri verilmişdir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci
maddəsində yük daşınması müqaviləsinin anlayışı belə verilir: «Yük daşınması müqaviləsinə
görə daşıyıcı əşyaları haqq müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola
salmağı), yolasalan və ya yüküalan isə daşımanın haqqını ödəməyi öhdəsinə götürür».
1
Bax: Allahverdiyev S.S. Azərbaycan Respublikasının Mülki Hüququ. Dərs vəsaiti. Bakı, 2001, II cild, s.452.).