"Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında
diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında"
Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası höküməti və Birləşmiş Ərəb Əmirlikləri höküməti arasında
diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında" 2010-cu il
iyunun 9-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2010-cu il
№ 1062-IIIQ
Azərbaycan Respublikası Hökuməti və
Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında
diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad
edilməsi haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra 'Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Birləşmiş
Ərəb Əmirlikləri Hökuməti,
iki dost ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafım təşviq etmək
arzusunda olaraq,
hər iki ölkənin diplomatik pasportlarına malik olan vətəndaşlarının bir-birinin dövlət
ərazisinə daxil olmaq üçün ilkin giriş vizasından azad edəcəklərinə hazır olduqlarını
vurğulayaraq,
I961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını və 1963-cü il
Konsulluq münasibətləri haqqında Vyana Konvensiyasını nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bu Anlaşma Memorandumuna uyğun olaraq giriş vizasından azad edilən pasportlar
ölkələrin etibarlı diplomatik pasportlarıdır.
Maddə 2
1- Tərəflər bir-birinin diplomatik pasportlarına malik olan vətəndaşlarına öz dövlət
ərazilərinə ilkin giriş vizasız və rüsumsuz daxil olmağa, tərk etməyə və tranzit keçməyə icazə
verəcəklər.
2- Tərəflərin diplomatik pasportlarına malik olan vətəndaşlarına bir-birinin dövlət
ərazisində 90 (doxsan) gündən artıq olmayan müddətə qalmağa icazə veriləcəkdir.
Maddə 3
1- Tərəflər öz diplomatik pasportlarının nümunəsini bu Anlaşma Memorandumun
qüvvəyə minməsindən ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallarla mübadilə edəcəklər.
2- Tərəflərdən biri öz diplomatik pasportlarına hər hansı dəyişiklikləri etdiyi təqdirdə, onların
tətbiq olunması tarixdən 30 (otuz) gün əvvəl yeni pasportların nümunəsi digər Tərəfə
ötürülməlidir.
Maddə 4
1- Tərəflərdən birinin vətəndaşları digər Tərəfin dövlət ərazisinə yalnız beynəlxalq
sərnişin daşınması üçün müəyyən edilmiş sərhəd məntəqələrindən daxil ola bilərlər.
2- Diplomatik pasporta malik olan bir Tərəfin vətəndaşları qalma müddətləri ərzində digər
Tərəfin dövlət ərazisində qüvvədə olan qanun və qaydalarına riayət edəcəkdir.
Maddə 5
1- Hər bir Tərəf digər Tərəfin diplomatik pasporta malik olan istənilən vətəndaşını
"persona non grata" və ya arzuolunmaz hesab edərsə, onun öz dövlət ərazisinə daxil olmasına
və ya orada qalmasına imtina etmək hüququnu özündə saxlayır.
2- Əgər bir Tərəfin vətəndaşı digər Tərəfin dövlət ərazisində öz pasportunu itirərsə, o
həmin Tərəfin aidiyyəti qurumlarını məlumatlandırmalıdır. Aidiyyəti diplomatik
nümayəndəlik və ya konsulluq öz vətəndaşına yeni pasport və ya səyahət sənədi verəcək və
qəbul edən dövlətin aidiyyəti qurumlarını məlumatlandıracaqdır.
Maddə 6
1-ci Maddədə qeyd olunan diplomatik pasportlara malik olan şəxslər hər hansı əmək
fəaliyyəti ilə məşğul olmağa və ya peşə təhsili almağa cəlb olunmasına hər iki ölkədə bu
fəaliyyətlərlə bağlı tətbiq olunan qaydalara və qanunlara riayət etmədən icazə verilməyəcəkdir.
Maddə 7
Bu Anlaşma Memorandumu Tərəflərin iştirakçısı olduqları beynəlxalq müqavilələrindən
və sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 8
Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi zamanı yaranan hər hansı fikir
aynlığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə diplomatik kanallarla həll
ediləcəkdir.
Maddə 9
1- Bu Anlaşma Memorandumuna Tərəflər arasında qarşılıqlı razılaşma əsasında və
diplomatik kanallarla rəsmi notalar mübadiləsi ilə düzəlişlər edilə bilər.
2- Tərəflər milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu
Anlaşma Memorandumunun tətbiqini tam və ya qismən dayandıra bilər. Bu dayandırma
barədə diplomatik kanallar vasitəsilə digər Tərəfə dərhal məlumat verilməlidir.
Maddə 10
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün milli qanunvericilikdə tələb
olunan müvafiq proseduraların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu bildirişinin
diplomatik kanallar vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.
Bu Anlaşma Memorandumu Tərəflərdən birinin onu ləğv etmək niyyəti barədə yazılı
şəkildə məlumat verməsinə qədər qeyri-müəyyən müddətə qüvvədə qalacaqdır.
Bu Anlaşma Memorandumu Tərəflərdən hər hansı birinin bildirişinin diplomatik kanallar
vasitəsilə alındığı tarixdən 30 (otuz) gün sonra qüvvədən düşəcəkdir.
Bu Anlaşma Memorandumu Bakı şəhərində " 9 " iyun 2010-cu il tarixində iki əsl nüsxədə,
hər biri Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər
autentikdir. Təfsir zamanı fikir aynlığı yarandıqda, ingilis dilindəki mətndən istifadə
ediləcəkdir.
Azərbaycan Respublikası
Hökuməti adından
Birləşmiş Ərəb Əmirlikləri
Hökuməti adından