8.9. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Dövlət
Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının
götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
8.10. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN VƏZİFƏLƏRİ
9. Dövlət Miqrasiya Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
9.1. miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti
dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini
təmin etmək;
9.2. immiqrasiya, emiqrasiya və daxili miqrasiya proseslərini təhlil etmək,
proqnozlaşdırmaq və onların tənzimlənməsi
üzrə tədbirlər görmək, təkliflər hazırlamaq;
9.3. miqrasiya sahəsində monitorinq həyata keçirmək və nəticələrinə uyğun olaraq müvafiq
tədbirlər görmək;
9.4. miqrasiya sahəsində öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata
keçirmək;
9.5. miqrasiyanın idarə edilməsi sahəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının
fəaliyyətini əlaqələndirmək;
9.6. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericiliklə müəyyən edilmiş
müddətdən artıq Azərbaycan Respublikasına gəlməsini istəyən şəxslərin dəvətlərinin qeydiyyatını
aparmaq; qanunvericiliklə müəyyən edilmiş əsaslar olduqda əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələlərini həll
etmək;
[5]
9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün
immiqrant statusu vermək;
9.7-1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə
almış əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yaşayış yeri üzrə qeydiyyata almaq və onlara
müvafiq vəsiqələrin verilməsini təmin etmək;
9.8. qanunvericiliklə müəyyən edilmiş hallarda əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazələrini ləğv etmək,
həmçinin
immiqrant statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
[6]
9.9. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında
müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama
, yaşayış yeri üzrə
qeydiyyat
qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata
keçirmək;
[7]
9.9-1. qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə
baxmaq;
[8]
9.10. xarici əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə tədbirlərin həyata
keçirilməsində
iştirak etmək;
9.11. immiqrasiya kvotasına dair, o cümlədən əcnəbi əmək qüvvəsinin ölkə ərazisinə cəlb
edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə təkliflər hazırlamaq;
[9]
9.11-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsini «bir pəncərə»
prinsipi əsasında təşkil etmək;
[10]
9.12. əməkçi miqrantların çalışdığı iş yerlərində yoxlamalar aparmaq, onların müvafiq
statusa və fərdi icazələrə malik olmalarını araşdırmaq
, qanunvericiliklə müəyyən edilmiş
qaydada müvafiq tədbirlər görmək
;
[11]
9.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının
ərazisində olma və yaşama qaydaları ilə bağlı hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər
görmək;
9.14. öz səlahiyyətləri daxilində miqrantların sosial müdafiəsi üçün zəruri şərait yaratmaq,
onların yerli şəraitə uyğunlaşdırılması üçün tədbirlər görmək, hüquqlarını müdafiə etmək;
9.15. xarici ölkələrə müvəqqəti və ya daimi köçən Azərbaycan Respublikası vətəndaşlarının
qeydiyyatını aparmaq, onların hüquq və mənafelərinin təmin edilməsi üzrə aidiyyəti dövlət
orqanları ilə birlikdə xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlıq etmək, xaricdə yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının dəstəklənməsinə yönəlmiş dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
9.16. miqrasiya sahəsində qanunvericiliyin pozulması hallarını araşdırmaq, onlar barədə
məlumatları Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat
sistemi vasitəsilə
Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış
sisteminə
ötürmək və aidiyyəti dövlət orqanları ilə birlikdə qanunsuz miqrantların müəyyən
edilməsi
və qanunsuz miqrasiyanın qarşısının alınması
üçün tədbirlər görmək
, zəruri
hallarda miqrasiya sahəsində qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan
şəxsləri inzibati qaydada tutmaq
;
[12]
9.17. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması barədə qərar
qəbul etmək və onun icrasını təmin etmək, habelə və ölkədən çıxarılmış əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin müəyyən müddətə qadağan edilməsi
barədə qərar qəbul etmək, onun icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarına
göndərmək, icrasına nəzarət etmək;
[13]
9.18. Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikasının
vətəndaşlığına qəbul, xitam və bərpa məsələlərinə dair vəsatətləri qəbul etmək; həmin vəsatətlər
üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək;
9.19. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan
şəxslərə siyasi sığınacaq verilməsi məsələsinin həllində iştirak etmək;
9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada qaçqın (sığınacaq axtaran) statusunu və bu
statusu təsdiq edən sənədi vermək; sığınacaq axtaran şəxsləri qəbul etmək və müvəqqəti
yerləşdirmək, onların qeydiyyatını aparmaq;
qaçqın statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
qaçqınların repatriasiya məsələlərində iştirak etmək;
9.21. Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş
uçot sistemlərini təşkil etmək, o cümlədən miqrasiya sahəsində vahid informasiya sistemini
yaratmaq və tətbiq etmək, onun
Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış