26
müəyyən fasiyalara aid olunması aşkar edilmişdir.
Beləliklə, məruzədə Darvin küpəsi strukturu timsalında
məhsuldar
qat
çöküntülərinin
əmələgəlmə
şəraitinin
dəqiqləşdirilməsi karotaj fasiyaları metodikasının kompleks
tətbiqinin effektivliyi göstərilmişdir.
SU-NEFT VƏ QAZ-MAYE KONTAKTI
ZONALARINDA FLÜIDIN PAYLANMA
XARAKTERININ QGT MƏLUMATINA
GÖRƏ TƏYINI
Magistr: Elmi rəhbər:
Məmmədov Kamal Ehtibar oğlu dos. N.V.Paşayev
II kurs,
qr. А 1216
Hazırda su-neft və qaz-maye kontaktı zonalarında
suyun, neftin və qazın paylanma xarakterinin öyrənilməsinə
böyük diqqət verilir. Bu məsələnin həlli əsasən süxur
nümunələrində
sudoyumluluğun
təyini
bazasında
aparıldığından süxur nümuləri kolleksiyasının bəsitliyindən
dərinliyə bağlantı aşağı səviyyədə olur. İkinci yanaşma isə
nümunələrin analizinə əsaslanır ki, burada təmiz su aynasının
səviyyəsinin müəyyən edilməsinə ehtiyac yaranır.
Digər tərəfdən kollektorların sudoyumluluq əmsalının
qiymətləndirilməsində
layların
xüsusi
müqavimətinin
qiymətindən istifadə edilir.
Tədqiqat işində yatağın keçid zonasında neft-qaz və
suyun paylanmasının karotaj məlumatlarına görə təyini
məsələsi nəzərdən keçirilir, keçid zonasının hündürlüyü üzrə
bircinsli layda xüsusi müqavimətin xətti dəyişməsi hipotezi
konkret geoloji şərait üçün araşdırılır.
Keçid zonasında su aynasının vəziyyəti məlum olduqda
K
su
əmsalı aşağıdakı qaydada qiymətləndirilə bilər:
-su aynasından bircinsli layın ortasına qədər olan h məsafəsi
27
təyin edilir.
-P=h/A düsturundan təzyiqin qiyməti hesablanır (burada A-
vuruğu eksperimental yolla təyin edilir və təxminən 12,5-ə
bərabər qəbul edilir)
-növbəti mərhələdə
K
su
=a(P +δ)
-b
düsturundan sudoyumluluq qiymətləndirilir.
burada δ=0,01 atm, a=68,36, b=0,103
Beləliklə aparılmış təhlillər və ümumiləşdirilmələrdən
aşağıdakı nəticələr alınmışdır:
-keçid zonasında K
su
əmsalının tam paylanmasının təyini üçün
QGT məlumatlarından istifadə etmək məqsədə uyğundur.
-keçid zonasında xüsusi müqavimətin qiyməti həmişə xətti
olmur,
-xüsusi müqavimət əksər hallarda qeyri xətti dəyişir, bəzi
hallarda monoton olmur.
ABŞERON YARIMADASININ NEFTLİ-QAZLI
SAHƏLƏRİNDƏN BİRİNDƏ STRATİQRAFİK VƏ
TEKTONİK EKRANLAŞDIRILMIŞ TİPLİ TƏLƏLƏRİN
SEYSMİK KƏŞFİYYATLA ÖYRƏNİLMƏSİ
Magistr: Elmi rəhbər:
Qənizadə Qəni Telman oğlu Akademik P.Z.Məmmədov
I kurs, qrup A1227 (157.3)
Bu yataq 1948-ci ildə açılmış və 1950-ci ildən
istismardadır. Əsas istismar obyektləri Məhsuldar Qatın (MQ)
Qala laydəsətəsindəki Qala 1, Qala 2, Qala 3 horizontlarıdır.
Son zamanlar dördüncü horizont aşkar edilmiş və Qala
laydəsətəsinə aid edilmişdir. Göründüyü kimi bu yatağı əsas
neftli-qazlı horizontları erkən Pliosen yaşlı Məhsuldar Qatın alt
şöbəsi olan Qala laydəsətəsində cəmlənmişdir. Bununla yanaşı
axır vaxtlar burada gözlənilən qalınlığı çox da böyük olmayan
28
Miosen çöküntüləri də mütəxəsislərin diqqətini özünə cəlb
etməkdədir. Bu tədqiqat sahəsində alınmış seymik məlumatlar
29
Rusiyanın Tümen şəhərində emal olunmuşdur. Rəqəmsal
emalla alınmış 3D seysmik kubları və onların zaman kəsilişləri
və
digər
yeni
məlumatlar
ADNSU-nin
“Geofizika”
kafedrasında yenidən interpretasiya olunmuş və bir sıra maraqlı
nəticələr alınmışdır.
Qala ləydəstəsinin dabanı yaxınlığında atribut analizlə
“yataq” tipli seysmik yazı anomaliyası xəritələndirilmişdir. Bu
anomaliya SH-Qala-4 və SH-IV horizontları arasında zaman
qalınlıqlarının artması ilə səciyyələnir.
Xəritələndirilmiş SH-VI və SH-V horizontlarının
terrigen kollektorlarının inkişafı ehtimal edilən tədqiqat
sahənin müəyyən parçaları, şübhəsiz ki, neftli-qazlılıq cəhətdən
perspektivlidilər, lakin onlara ayrıca tədqiqat obyektləri kimi
baxmaq düzgün olmaz və güman edirik ki, digər, daha
perspektiv, artıq sübut edilmiş ehtiyatlara malik obyektlərə
axtarış və kəşfiyyat işləri qoyulduqda bu obyektlərə də neft-qaz
perspektivli obyektlər kimi diqqət yetirilə bilər.
MÜASİR İNDUKSİYA KAROTAJ CİHAZLARININ
FƏRQİ VƏ ÜSTÜNLÜKLƏRİ
Magistr: Elmi rəhbər:
Muradov Qalib Ramiz oğlu prof. V.M.Seyidov
II kurs,
qr. А 1216
Layın XEM-i əsas fiziki xassəsi olub, interpretatorlar
tərəfindən neft və qaz quyularının qiymətləndirilməsi üçün
istifadə edilir. O quyuya kabel vasitəsi ilə aşağı salınmış
karotaj cihazı ilə ölçülən ilk parametrdir. Bu cihazları
təkmilləşdirən zaman layların XEM-ni müəyyən etmək üçün
induksiya karotajı standart üsula çevrilmişdir. Lakin ölçülərin
dəqiqliyi XEM-in yüksək qiymətlərində, həmçinin maili
quyularda və bucaq altında yatan məhsuldar laylarda ölçmə