26
Varlığıyla göylərin çırağına dönər Ay,
Yağ almasa günəĢdən, öz-özünə sönər Ay (SX-110).
ġair göstərir ki, Ay öz energiyasını (yağını) GünəĢdən alır.
Ay dilbərə, Ġbrahimin (bax) sevdiyi pəriyə bənzədilir.
Göy çadırda Ay göyün dilbəridir, dilbəri,
Ġbrahimin sevdiyi bir pəridir, bir pəri (SX-119).
Təzə Ay gərili yaya bənzədilir.
Bir hilaldır təzə Ay- gərili bir yaydır o,
Yetkinliyə çatanda- bədirli bir Aydır o (SX-189).
Yəni cavana cavan de, qocaya da qoca. Bədri günahlandır-
ma, o bir müddət cavan və hilal olubdur.
ġair özünü Aya bənzədir.
ġeir-sənət göyündə bədirlənmiĢ Ayam mən,
Bulud nədir, qoymaya öz nurumu yayam mən?! (SX-150).
Atabəy Əbu Cəfər Məhəmməd Eldəgiz (bax) Aya bənzədilir.
Bu Ayın üzündən iĢıq getməsin (Xġ-38).
YetmiĢ nəfər qız eyni vaxtda Aya bənzədilir.
Aytək kübar qızlar - düz yetmiĢ nəfər
Ona gecə-gündüz xidmət edirlər (Xġ-65).
Məcnun (bax) qəbirdə tək qalan Leylini (bax) qəriblik rəmzi
hesab edilən Aya bənzədir.
Qismətin Ay kimi qəribliksə, bil,
Ayın qəribliyi qəribə deyil (LM-270).
Qədim astrologiyada Ayın hər ayda bir bürcdən və hər gün
bir cüt diĢciyindən çıxması rəvayət olunurdu. Beləliklə də, iki
gün bir yerdə dayanmayan Ay qəriblik timsalı kimi tərənnüm
edilmiĢdir.
ġair eyni zamanda Ģahzadə Bəhramı Aya, Nemanın qoynunu
isə kəcavəyə bənzətmiĢdir.
Neman Ģahzadəni apardı, getdi,
Aya öz qoynunu kəcavə etdi (YG-57).
Ġki Ģir arasından tac götürən Bəhram Gur iki topa qara bulud
arasından görünən Aya bənzədilir.
Arasında o tac qara Ģirlərin
Bir Aydı ağzında iki əjdərin (YG-92).
27
Qədim təsəvvürə görə, Ay tutulanda guya onu əjdaha udur-
muĢ, odur ki, əjdahanı qorxudub Ayı onun ağzından çıxarmaq
üçün mis teĢti, ləyəni döyərək səs-küy salardılar.
ġair Ayın quyu suyunda əks olunan Ģəklini fətirə, Məlik
Nüsrətəddinin çöhrəsini isə həmin Ģəklə oxĢadır: ġaha təmənna
ilə yanaĢanlar Ayın quyudakı Ģəklini fətir bilib ona can atanlar
kimi özlərini fəlakətə salırlar.
Ayı göydə fətir eləyib güman
Çoxları quyuya düĢüblər, inan (Ġ-426).
ġair metaforik Ģəkildə Ayı Ġskəndərin mindiyi ata bənzədir.
Ayı yəhərləyən həmin Ġskəndər
Ölüm yatağına baĢ qoyub inlər (Ġ-580).
“Ayı yəhərləyən” ifadəsi “Ģöhrəti göylərdə gəzən” deməkdir.
Yəni: Ģan-Ģövkəti bütün dünyaya yayılmıĢ Ġskəndər baĢını yerə
qoyub ölüm yatağında can verirdi.
ġair ölməkdə olan Ġskəndəri ayın sonunda görünməz olan
Aya bənzədir.
Sanki ərimiĢdi Ģah səhərədək
Ġyirmi yeddinci gecəki aytək(Ġ-589).
Hicri tarixdə ayın iyirmi yeddisində Ay qaralmağa və görün-
məməyə baĢlayır. Nizami burada Ġskəndərin ölümünün sonunu
yavaĢ-yavaĢ incələn və sönən Ayla müqayisə edir.
ġair əfsanəvi Ģəbçırağı Aya bənzədir.
Gecə otlağından, sərxoĢ olaraq
Ay kimi gəlmiĢdi əldə Ģəbçıraq (Ġ-25).
Əfsanələrə görə, Ģəbçıraq elə bir gövhərdir ki, dəniz atı sahilə
otlamağa çıxarkən onu özü ilə çıxarır, iĢığında otlayır, doyub məst
olandan sonra yenə o gövhəri özü ilə dənizə aparır. Nizami burada
Büraqı həmin əfsanəvi dəniz atına, Məhəmmədı də həmin nurlu
gövhərə bənzədir: at, gövhəri (Ģəbçırağı) dənizə apardığı kimi, Bü-
raq da Məhəmmədi göylər dənizinə, asimana aparmıĢdır.
Ay (xat. kos.) – ġair Ayı xatırlamaqla Məhəmməd peyğəm-
bərin möcüzələrindən birinə iĢarə edir. Dini etiqadlara görə,
Məhəmməd peyğəmbərin möcüzələrindən biri də Ayı barmağı
ilə ikiyə bölməsidir. Guya qüreyĢilərin rəislərindən Əbu-Sufyan
28
və Əbu-Cəhl bir dəfə Məkkədə Məhəmməddən, doğrudan da,
peyğəmbər olduğunu isbat etmək üçün Ayı barmağı ilə ikiyə
bölməyi tələb etmiĢlər. Məhəmməd peyğəmbər də barmağı ilə
Aya iĢarə etmiĢ və Ay iki parça olmuĢdur. Sonra yenə də barma-
ğını Aya doğru uzatmıĢ, Ay parçaları yenidən birləĢmiĢdir.
Odur öz ağlına eləyən təkyə,
Ayı barmağıyla bölən ikiyə (Ġ-23).
Ay, Afitab (qoĢa məc. kos.) – Afitab (bax) farsca GünəĢ de-
məkdir. ġair Ay və Afitabı metaforik Ģəkildə Məlik Nüsrətəd-
dinin (bax) ovlaya biləcəyi quĢa bənzədir.
Fəzada uçarsa əgər üqabı,
Ya Ayı ovlayar, ya Afitabı (Ġ-426).
Yəni Məlik Nüsrətəddinin bəxti gətirərsə, ya Ayı, ya da Gü-
nəĢi ovlayar.
Ay, Afitab, Key Xosrov, Əfrasiyab (qrup məc. on.) – Eyni
vaxtda Xosrov (bax) Ay və Keyxosrova (bax), Məhin Banu
(bax) və ġirin (bax) isə Afitaba və Əfrasiyaba (bax) bənzədilir.
Məhin Banu ġirinə öyüd verərkən Xosrovu özləri ilə belə
müqayisə edir:
Əgər o aydırsa, biz afitabıq,
O, Keyxosrov, biz isə Əfrasiyabıq (Xġ-119).
Ay, Ay (təkrar kos.) – ġair Ayla bağlı fikirlərini daha dəqiq
vermək, onun haqqında yeni söz demək və bu fikirlərinin daha
təsirli olması üçün bir beytdə Ay adını iki dəfə təkrar edir.
Gecəylə vidalaĢıb yatmağa tələsən Ay,
Sübhəcən süzdü bizi batmağa tələsən Ay (SX-67).
Ayla bağlı iki hadisəyə - Ayın göyləri iĢıqlandırmasına və
onun GünəĢdən qidalanmasına iĢarə olunur.
Varlığıyla göylərin çırağına dönər Ay,
Yağ almasa günəĢdən, öz-özünə sönər Ay (SX-110).
Ay kosmonimi həm təzə Ay, həm də bədirlənmiĢ Ay məna-
sında iĢlənmiĢdir.
Bir hilaldır təzə Ay – gərili bir yaydır o,
Yetkinliyə çatanda bədirlənmiĢ Aydır o (SX-129).
Dostları ilə paylaş: |