Fuad Mammadov
Kulturologiva effektivli havat va fəaliyyata aparan vol
cəmiyyəti mədəniyyəti və məsuliyyət mədəniyyəti, davamlı insan və
sosial inkişaf, QHT üçün III sektor və fandreyzinq problemləri üzrə
keçirilən 200-dən artıq respublika və beynəlxalq konfrans, interaktiv
seminar və treninqlərin təşkilinə rəhbərlik etmişdir.
F.Məmmədov
Rusiya, APR, Rumıniya, gürcüstan, Yunanıstan,
Misir, Türkiyə, Kosta-Rika, Norveç, ABŞ, Tayland, Koreya, Fransa,
Macarıstanın
ayn-ayn səfirlik, dövlət institut və cəmiyyətlərində
təşkil edilmiş
beynəlxalq konqres, konfrans və simpoziumlarda
mədəniyyət tarixi və nəzəriyyəsi, elm və idarəetmə problemləri üzrə
elmi məruzə və məlumatlarla çıxış etmişdir. 1991-ci ildə Kosta-
Rikada etdiyi çıxışdan sonra, Azərbaycanın dövlət müstəqilliyini
tanıyan ilk dövlətlərdən biri də bu mərkəzi amerika ölkəsi olmuşdur.
2000-ci ildə
alim
Avropa Şurasının
mədəni siyasət üzrə
ekspertlər siyahısına daxil edilmişdir.
Tədqiqatçı-kulturoloq kimi, Fuad Məmmədov üçün xarakterik olan
cəhət odur ki, o, mədəni hadisə və artefaktlan abstrakt izah etmir, ək
sinə , onların sosial-mədəni inkişaf qanunauyğunluqlarını aşkar etmək
üçün sintez və ümumiləşdirmələr aparır, ictimai inkişafda tərəqqipər
vər dəyişikliklərin
əldə edilməsi üzrə
konkret əməli tövsiyələr
hazırlayır. Müəllif dövlət və cəmiyyət idarəçiliyi mədəniyyəti və mə
dəni siyasət, mədəniyyətin inkişaf imkanları və rolu, mədəniyyət an
lamına yeni tələb, vəzifə, prinsip və texnologiyalar baxımından öz
yeni elmi yanaşmalarını ardıcıl və inandırıcı şəkildə ifadə edir. Alim
mədəniyyəti, hər biri öz qanunları ilə inkişaf edən, daxili ziddiyyət
ləri ilə xarakterizə edilən sosial institut, hadisə və əlamətlərin üzvi
bağlılığının sintetik birliyinin kompleksi, vahid sistemi kimi dərk
edərək, həqiqəti axtarmağa can atır. O, düşünür ki, bu sosial sistemin
və onun inkişaf qanunauyğunluqlarının metodoloji baxımdan düzgün
öyrənilməsi bəşəriyyətin tərəqqisi üçün
yeni həqiqət, imkan və
perspektivlər açır. Bu baxımdan, o, sintez qabiliyyətli Azərbaycan
mədəniyyətinin orijinallığını öz mədəniyyətinin tələb və prinsipləri
baxımından
başqa xalqların mədəni
yeniliklərini
yaradıcılıqla
işləməsi ilə bağlayır.
Kitab bəşəriyyətin
inkişafı üçün hüdudsuz imkanlar açan
mədəniyyəti yeni anlamda dərk etməyəkömək edir. O, eyni zamanda
keçmişin və bu günün kompleks təhlili əsasında müasir azərbaycan
20
Fuad Mammadov
Kulturologiva effektivli haval va faalivvata aparan vol
mədəniyyətinin
modernləşdirilməsi və
müstəqil Azərbaycan
Respublikası gələcəyinin
düzgün formalaşdırılması
yollarını
görməyə imkan verir.
Əminliklə demək olar ki, Fuad Məmmədovun
“Kulturologiya
effektiv həyat fəaliyyətinin yoludur” monoqrafiyası kulturologiyada
yeni sözdür. Elmi mövqe və yaradıcı fikrin parlaq ifadəolunduğu,
bundan əvvəlki
’’Kulturologiya” kitabının məntiqi davamı olmaqla,
bu monoqrafiya
Azərbaycanda kulturoloji tədqiqat və
təfəkkür
ənənələrinin təşəkkülünü tamamlayır. Bu ənənə üçün xarakterik cəhət
“texnoloji təfəkkür” sayıla bilər ki, onun da mahiyyəti aşağıdakından
ibarətdir: - fakt, hadisə və proseslərin, insan psixologiyası və həyat
fəaliyyətinin mahiyyətini mənimsəməklə,
siyasət və idarəetmədə
tərəqqipərvər əməli nəticələrin əldə edilməsi.
Kitabda olan kulturoloji biliklərin
çox hissəsi
bəşəriyyətin
inkişafının beynəlxalq sosial-mədəni təcrübəsinin
uzun müddət
öyrənilməsi, ümumiləşdirilib, sistemləşdirilməsindən yaranan və ilk
dəfə istifadə olunan
kulturoloji tərif, konsepsiya və düsturlardır.
Onlar insan, dövlət və cəmiyyətin yaradıcı imkanları və nailiyyətləri,
təşkil və idarəetmə,
təfəkkür və yaradıcı fəaliyyət, həyat
texnologiyalan, inkişafın qanun, xüsusiyyət və mahiyyəti barədə
düzgün təsəvvür yaradılmasına kömək edir.
Kitabın hüquqi dövlət və demokratik cəmiyyət quran müstəqil
Azərbaycan Respublikasında
idarəetmənin
müxtəlif sistem və
səviyyələrində, dövlət və ictimai idarəetmə sahələrində
lider və
şəxsiyyətlərin formalaşdmlması üçün qiymətli elmi və praktik
əhəmiyyətə malikdir. O, qloballaşma şəraitində Azərbaycanın xarici
dövlətlərlə
sülh
və
əməkdaşlığı,
beynəlxalq
münasibət
mədəniyyətinin inkişafı, informasiyalı cəmiyyət quruculuğu, yeni
ictimai münasibətlərin formalaşdmlması, ölkənin modernləşdirilməsi,
dövlət quruculuğu və idarəçiliyində düzgün strategiyaların elmi əsasla
işlənməsi üçün nəzəri və fəlsəfi baza kimi mühüm və əhəmiyyətlidir.
Professor Fuad Məmmədovun xidməti ondan ibarətdir ki, o,
məşhur kulturoloqlardan - Uayt, Yaspers, Toynbi, Şpenqler, Diltey.
Hesse, Sorokina, Husserl, Parsons, Saburo, Markuze və digərlərinin
nailiyyətlərinin yaradıcı dəyərləndirilməsi əsasında ilk dəfə olaraq,
dünya mədəniyyəti və sivilizasiyalarının
inkişaf tendensiyası və
21
Kuad Marrmadm
Kulturologiya effekrivli havat v» faalivvata aparan vol
xarakteri, kulturoloji elmin müasir inkişaf məntiqini əks etdirən ,
mədəniyyət və kulturologiyamn yeni elmi təriflərini yaratmışdır. İlk
dəfə olaraq, uğurlu gələcəyi təsəvvür etməyə və qurmağa yardım
edən, insan inkişafının yeni imkanlarını, texnologiyaları, inkişaf
qanunlarım,
nailiyyət,
tarix,
imkan, mahiyyətinin
sistemli
öyrənilməsinə yardım edən elm kimi, kulturologiya piramidasını
müəyyənləşdirmək Fuad Məmmədova nəsib olmuşdur. Müəllif
tərəfindən inkişafin məqsəd və metodlarına yeni nəzərlə baxmağa
imkan verəbn
termin, konsepsiya və
təriflərin istifadəsi
əsaslandırılmış, mədəniyyəti fərdi, lokal və qlobal səviyyədə tədqiq
etmək üçün
yeni yanaşmalar təklif edilmişdir. Fuad Məmmədov
beynəlxalq inkişaf təcrübəsinin diqqətli tədqiqi əsasında dövlət və
ictimai inkişafin model və layihələrinə bir çox elmi mədəni və
kulturoloji təriflər vermişdir. O, yerli və xarici mütəxəssislərin
bəyəndiyi,
Azərbaycan mədəniyyətini yeni inkişaf səviyyəsinə
yüksəldə biləcək sosial-mədəni siyasətə aid konkret
praktik
məsləhətlərini hazırlayıb, dövlətə təqdim etmişdir.
Yeni fənlərarası elm kimi, kulturologiyamn inkişaf prosesində
olması, müəllifin ayn-ayn mülahizələri ətrafında diskussiya xarak
terli fikirlər yarada bilər. Kitabın bəzi hissələrində təkrarların mövcud
luğu isə, müxtəlif vaxtlarda nəşr edilmiş məqalə və məruzələrdə
konkret mövzuların məntiqinin mənimsənilməsinə yardım kimi izah
oluna bilər. Eyni zamanda, əsər kulturologiya elmi, təhsili və maari
fində, ümumiyyətlə, Azərbaycan intellektual mədəniyyətinin inki
şafına ciddi töhfə və nəzərəçarpan bir hadisədir. Müəllif mədəniyyəti
ictimai və beynəlxalq münasibətlərin, siyasi və iqtisadi
inkişafin
təməli, ictimai tərəqqinin
əsas hərəkətverici qüvvəsi və dövlətin
sosial kapitalı kimi təqdim edə bilmişdir. Monoqrafiyanın universal
xarakterini, dilinin sadə və aydınlığını nəzərə alsaq, onun yuxan sinif
şagirdləri və tələbələr üçün faydalı dərs vəsaiti, eləcə də siyasətçilər,
alimlər, mütəxəssislər, diplomatlar və öz ruhi mədəniyyətini təkmil
ləşdirməyə, elmi dünya görüşünü dərinləşdirməyə və fərdi həyat
qabiliyyətini inkişaf etdirməyə can atan
sadə vətəndaşlar üçün
dəyərli mənbə ola biləcəyinə əmin olmaq olar.
22
Eyad M j mmadov
Kulturologiya effcklivli haval
ta
faalivvata aparan vol
MÜƏLLİFDƏN
“Homo Sapiens” -in tarix səhnəsinə çıxdığı vaxtdan bu günə
qədər, insan həyatımn mühafizəsi
və daha da yaxşılaşdmlması
bəşəriyyətin mədəni həyatının əsasında durur. Bu, hər bir planet
sakininin əsas həyat motividir. Buna görə də təhsilli adamlar, xüsusilə
də ziyalılar insan səadəti “potensialı”mn yüksəldilməsi , həyatın
daimi olaraq yaxşılaşmağa doğru dəyişməsi üzrə məsuliyyəti öz
üzərlərinə götürməlidirlər. İnsan həyatında səadətdən mühüm bir şey
varmı? Səadətə can atmaq hər bir insanın həyat fəaliyyətinin təbii və
əsas stimuludur, özünütəkmilləşdirməyə can atmaq isə -
özünü
mədəni şəxsiyyət hesab edənlər üçün zəruri səadət şərtidir. Bu sosial
qanunauyğunluq şəxsiyyətin xarakterini və prixologiyasını anlamağa
imkan verir, insanların təfəkkür və davranışına təsir göstərir, bir çox
hallarda insanın maraq, məqsəd və tələbatlarının formalaşma
motivlərini izah edir.
Səadət - insan və onun yaxınlarının fiziki və mənəvi sağlamlığı,
şəxsiyyətin real arzu və ideallarının həyata keçməsidir.Səadət yalnız
uğur deyil. O yalnız maddi rifahla müəyyən olunmur. O, ağıl,
mərhəmət, səxavət və insanlara xidmət, daxili gözəllik, məhəbbət,
dostluq, sədaqət, həyatsevərlik, öz idealları uğrunda mübarizlik və
səmərəli güzəşt bacarığı tələb edir.
Səadətin şərtlərindən biri öz potensialını reallaşdırmaq və
cəmiyyətdə layiqli yer tutmaqdır. Deməli, səadətin cəmiyyətdə sosial
ədalət və
əlverişli mədəni mühitin mövcudluğu ilə əlaqəsi
sözsüzdür.Bu isə insandan mədəni irsi keyfiyyət və qabiliyyətlərlə
yanaşı, həm də bilik, müdriklik, gərgin əmək, inam və dözüm,
azadlıq və mərdlik, vicdan və alicənablıq, iradə və məsuliyyət tələb
edir. Səadətin ən mühüm meyarları möhkəm və firavan ailə, sevimli
peşə və iş, doğmaların və dostların etimadım doğrultmaq,
ətrafdakılann məhəbbət, hörmət, rəğbət və yardımıdır. Səadətin yolu
bilik, bacarıq, mənəviyyatlılıq, mütəşəkkillik və yaradıcı fəaliyyəti
nəzərdə tutan yüksək mənəxi mədəniyyətdən keçir.
Mədəniyyət - insanların yaradıcı
həyat fəaliyyətidir.Bu,
bəşəriyyətin
nizamsızlıqdan nizamlılığa doğru getdiyi
çoxəsrlik
fasiləsiz bir yolun
rəmzi olan
mürəkkəb sosial fenomen və
noumendir. Bu, təbiət, cəmiyyət və insanın özünün, sonunda ruhi
23
Dostları ilə paylaş: |