Allahi Razi
Salan İman
Gözə Görünməyəni sanki
görmüş kimi...
Əbdülhənnan
Allahi Razi
Salan İman
Gözə Görünməyəni sanki
görmüş kimi...
Əbdülhənnan
2014
Ayələr Müqəddəs Kitabdan götürülüb.
Müqəddəs Kitab © MKŞ 2009
Əhdi-Cədid © MKŞ 2009 (yeni tərcümə)
Allahı razı salan iman © 2014
4
Giriş
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür...
(İbranilərə məktub 11:6)
Allahı yalnız imanla razı salmaq olar. Mən özümü Allahı razı
salmaq istəyən adamlardan biri hesab edirəm. Bu araşdırmamın
yeganə məqsədi də uca Yaradanı razı salmağın yolunu öyrənmək və
ömür boyu bu yolla getməkdir. Əgər siz də Allahı razı salmağa can
atırsınızsa, bu araşdırmamı maraqla oxuyacaqsınız. Mən Müqəddəs
İncil Kitabına əsaslanaraq yazmağa çalışmışam. Şəxsən tanıdığım
möhtərəm ağsaqqallar Menis Əbdünnur və Devid Adams və həmçinin
bir neçə il əvvəl dünyasını dəyişib Rəbbimizin yanına getmiş Derek
Prins və Lester Samral kimi imanlı Allah adamlarının Müqəddəs
Kitabdan iman barədə öyrətdikləri təlimləri diqqətlə araşdırmışam
və onların mülahizələrindən də burada istifadə etmişəm. Bu
araşdırmamda mənə kömək edən Pavel və digər qardaşlarıma da
minnətdarlığımı bildirirəm. Bütün bu inamlı adamların köməyi
olmasaydı, bu kitab yazılmazdı.
İbranilərə məktubun 11-ci fəslinə “İman qəhrəmanları fəsli” də
deyilir. Habil, Nuh, İbrahim, Musa kimi adamlar öz imanları ilə
Allahı razı saldıqları üçün iman qəhrəmanı adına layiq görüldülər.
İmanla yaşamağın ən parlaq nümunəsi İsa Məsih Özüdür. İsa Məsihin
“Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?”
[1]
sualı bu
gün bizə yönəlmişdir. O istəyir ki, biz də iman qəhrəmanları olaq.
Qeyri-adi şücaəti, mərdliyi göstərənlərə qəhrəman deyirlər. Allaha
imanımız da beləcə qeyri-adi olmalıdır. Gəlin, biz də cəsarətlə iman
yolunu tutaq! İmanımız artsın və Rəbbimiz bizdən razı qalsın!
Əbdülhannan
2008–2014
[1]
Luka Müjdəsi 18:8
5
İman nədir?
İncil kitabı yunan dilində yazılmışdır. İncildə işlənən yunanca
pistis kəlməsini isim şəklində iman, feil şəklində isə inanmaq deyə
tərcümə etmək olar. Bundan əlavə, yunanca pistis azərbaycanca iki
anlayışı: iman və sədaqəti özündə birləşdirir. İmanlı adam Allahın
sədaqətinə inanır və özü sadiq olur. Buna görə də iman müəyyən
yaxınlığı, dostluq münasibətini, Allahı tanımağı tələb edir. Ona
inanmaq, etibar etmək və sadiq qalmaq iman üçün zəruri bir şərtdir.
İman sözünün bir mənası da inancdır, əqidədir. Allah, insan və s.
haqqındakı düzgün təlimlərə də “iman” deyirlər. Lakin əqidə əməllə
birləşməsə “ölü iman”
[2]
adlana bilər, çünki iman ancaq əqlən Allahla
razılaşmaqdan ibarət deyildir. İman həm də Allaha sadiq qalmaq,
özünü Ona həsr etmək deməkdir.
Bəzi insanlar deyirlər ki, “iman qüvvədir”. Bəzi müəllimlər
imandan varlı və sağlam olmaq üçün bir alət kimi istifadə etməyi
məsləhət görürlər, lakin biz iman haqqındakı bu fikri Müqəddəs
Kitaba zidd sayırıq. İman, üç-beş qəpik atanda bir stəkan limonad
verən avtomata bənzəməz — iman, yaşayan Allahla münasibətdir!
Yalnız Allahla yaxınlıqdan, Rəbbimizin ayaqları altında oturub
sözlərinə qulaq asmaqdan iman yaranır. İmanı magiyaya bənzətmək
yalnışdır. İman sadəcə olaraq Allahın sədaqətinə ümid bağlayaraq
Ona inanmaq deməkdir.
“İman bütün qorxulara, şübhələrə və çətinliklərə baxmayaraq
Allaha güvənmək deməkdir” (Selvin Hyus).
“Demək olar ki, bütün günahlarımız, zəifliklərimiz Rəbbə
güvənməməkdən meydana gəlir” (Hadson Teylor, Çində müjdəçi).
[2]
Yaqubun məktubu 2:19–20
6
“İman insanın özünə arxayın olmasının əksidir, çünki iman bir-
birinə güvənməyə və bir-birindən asılı olmağa əsaslanır” (Veyn
Qrüdem).
“ İman əslində çox sadədir. Allah bir işi görəcəyini söyləyirsə,
həmin işi etməmək, Allahın onu edəcəyinə inanmaq iman
deməkdir” (Con Makkey).
İbranilərə Məktubun 11-ci fəsli bu cümlədən başlayır: “İman ümid
edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır”
(İbranilərə Məktub 11:1).
İman və ümid məhəbbət kimi əbədidir
[3]
. İman, ümid edilənlərə
etibar etməkdir. Demək, iman ümidlə bağlıdır. İncildə “ümid” kəlməsi
xüsusi məna daşıyır. Biz gündəlik həyatımızda arzu etdiyimiz,
amma tam əmin olmadığımız bir iş haqqında “ümid edirəm” deyirik,
İncildə isə hələ görünməyən və baş verməyən işlərin tam əminliklə
gözlənilməsinə ümid deyilir. “Çünki biz ümidlə xilas olduq. Amma
gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər?
Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik”
[4]
.
İbrahim peyğəmbər imanda “hamımızın atası”
[5]
sayılır. O, Allahın
vədini aldıqdan sonra hələ görmədiyi şeyə ümid etdi, onu səbirlə
gözlədi. O, Allahın “ölülərə həyat verən, yoxluqdan varlıq
yaradan”
[6]
Rəbb olduğuna inandı; “ heç bir ümid olmadığı halda
İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı”
[7]
. İbrahim
“ümidlə inandı” sözləri o deməkdir ki, onun həm ümidi, həm də
imanı var idi. O, Allaha inandı, Allahın vədlərinin həyata keçəcəyinə
ümid etdi. Bu gün bizim imanımız da belədir: biz Allaha inanır,
Onun bizə verdiyi vədlərin həyata keçəcəyinə ümid edirik.
[3]
1-ci Korinflilərə 13:13 “ İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma
bunların arasında məhəbbət üstündür.”
[4]
Romalılara 8:24–25
[5]
Romalılara 4:16
[6]
Romalılara 4:17
[7]
Romalılara 4:18
Dostları ilə paylaş: |