AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Aktın növü:
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR
KABİNETİ QƏRARI
Qəbul edildiyi tarix:
06.03.2000
Qeydiyyat nömrəsi:
38
Adı:
İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu №
03 Dərc olunma tarixi 31-03-2000 Maddə nömrəsi 227
Qüvvəyə minmə tarixi:
06.03.2000
Azərbaycan Respublikasının Vahid
hüquqi təsnifatı üzrə indeks kodu:
Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi:
14200003060038
Hüquqi aktın Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edildiyi
tarix:
İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və
bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15
aprel tarixli, 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 6 mart 2000-ci il
№ 38
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 6 mart tarixli, 38 nömrəli qərarına
ƏLAVƏ
İş yerlərinin attestasiyasının keçirilməsi
Q A Y D A L A R I
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar iş yerlərinin attestasiyasının keçirilməsində mülkiyyət və təşkilati-
hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən bütün müəssisə və
təşkilatlar (bundan sonra - müəssisə) üçün əsasdır və iş yerlərinin attestasiyasının
məqsədlərini, onun keçirilməsi və müəssisələrdə attestasiyanın nəticələrinin istifadəsi və
rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.
1.2. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.
1.3. İş yerlərinin attestasiyasının normativ əsasını Azərbaycan Respublikasının
Əmək Məcəlləsi və onun müddəalarına uyğun müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qəbul edilmiş, normativ hüquqi aktlar, əməyin təhlükəsizlik standartları
sistemi (ƏTSS), sanitar qaydaları, normaları və gigiyena normativləri təşkil edir.
1.4. Bu Qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının
nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur:
qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi
üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan
işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin
əsaslandırılması;
peşə xəstəliyi şübhəsi altında, peşə xəstəliyinin diapazonunun təyin olunması, eyni
zamanda, mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı
məsələsinin həlli;
işçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sexin, sahənin,
istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi
məsələsinə baxılması;
işçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə (kontrakta) daxil
edilməsi;
iş yerlərində işçilərin əmək şəraiti ilə tanış edilməsi;
əməyin mühafizəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar olaraq
təqsirkar vəzifəli şəxslərə inzibati-iqtisadi sanksiyaların tətbiq edilməsi.
1.5. Attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin
xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən
müəyyən olunur.
İstehsal avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, texnoloji proseslərin
dəyişdirilməsi, kollektiv mühafizə vasitələrinin yenidən qurulması ilə əlaqədar, habelə,
Dövlət Əmək Müfəttişliyinin əmək şəraiti üzrə iş yerlərinin attestasiyasını keçirdiyi
zaman aşkar olunmuş pozuntuların aradan qaldırılması məqsədi ilə iş yerləri
attestasiyadan keçirilməlidir.
1.6. Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək
proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin
laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və
normativ sorğu bazası olmadıqda dövlət sanitar-epidemioloji nəzarət mərkəzinin, Dövlət
Əmək Müfəttişliyinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması
hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə
təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir.
II. İŞ YERLƏRININ ATTESTASIYASININ KEÇIRILMƏSINƏ HAZIRLIQ
2.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin
siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin
təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi
məqsədi ilə aşkara çıxarılmasından ibarətdir.
2.2. Əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə
müəssisədə əmr verilir, ona müvafiq olaraq müəssisədə, lazım gəldikdə onun struktur
bölmələrində, attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının sədri
komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşməni
aparan, onların saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxs təyin olunur, eyni
zamanda əmək şəraiti üzrə iş yerləri attestasiyasına aid işlərin qrafiki və müddəti
müəyyən olunur.
Müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqları təşkilatının
nümayəndələri, müəssisənin əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə
peşəkar mütəxəssislər daxil edilir.
2.3. Attestasiya komissiyası:
bütün mərhələlərdə işin aparılmasına nəzarəti və metodiki rəhbərliyi həyata keçirir;
iş yerlərinin attestasiyasının keçirilməsi üçün lazımi normativ sorğu bazanı tərtib
edir və onun öyrənilməsini təşkil edir;
müəssisənin iş yerlərində yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti üzrə
oxşarlığını göstərməklə tam siyahısını tərtib edir;
müəssisədə istehsalat zədələnməsinin səbəblərinin təhlili əsasında daha təhlükəli
sahələri, işləri və avadanlıqları aşkara çıxarır;
texnoloji prosesin xüsusiyyətləri, avadanlıqların tərkibi, istifadə olunan xammalın
və materialların, əmək prosesinin ağırlığının və gərginliyinin, təhlükəli və zərərli
istehsalat amillərinin əvvəllər aparılmış ölçülərinin nəticələri, işçilərin əmək şəraitinə aid
şikayətlərini nəzərə alaraq qiymətləndirilən hər bir iş yerində əmək prosesinin ağırlıq və
gərginlik göstəricilərinin, istehsalat mühitinin təhlükəli və zərərli amillərinin siyahısını
tərtib edir;
əmək şəraiti üzrə iş yerləri attestasiyasının nəticələrinin işlənməsini
avtomatlaşdırmaq üçün iş yerlərinə, sahələrə, sexlərə, istehsalatlara kodlar verilir;
iş yerlərini attestasiya edir və gələcəkdə istifadəsi üçün qərar verir;
əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün təkliflər hazırlayır.
2.4. İş yerlərinin attestasiyası zamanı cihazların və avadanlıqların zədə
təhlükəsizliyi və əmək şəraiti qiymətləndirilir. Bununla yanaşı, işçilərin fərdi və kollektiv
mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda bu vasitələrin səmərəliliyi nəzərə
alınır.
2.5. Hər bir iş yeri üçün (və yaxud görülən işlərin xüsusiyyətləri və əmək şəraitinin
oxşarlığı üzrə qrup iş yerlərinə) əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi tərtib
edilir (əlavə olunur).
III. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi
3.1. İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərinin
müəyyən edilməsi.
3.1.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyası zamanı iş yerində mövcud olan
bütün təhlükəli və zərərli istehsalat amilləri, əməyin ağırlığı və gərginliyi
qiymətləndirilməlidir.
3.1.2. Təhlükəli və zərərli istehsalat amillərinin dərəcələri instrumental ölçülər
əsasında müəyyən olunur. Fiziki, kimyəvi, bioloji və psixofizioloji amillərin instrumental
ölçüləri, erqonometrik tədqiqatları iş prosesində aparılmalıdır, yəni istehsal prosesinin
fərdi və kollektiv mühafizə vasitələrinin saz və səmərəli fəaliyyət göstərməsi texnoloji
reqlamentə uyğun olaraq aparılmalıdır.
3.1.3. Ölçülərin aparılması zamanı normativ sənədlərdə ölçü metodları göstərilən
ölçü vasitələrindən istifadə olunmalıdır. İstifadə olunan ölçü vasitələri metroloji
cəhətdən attestasiya olunmalı və təyin olunmuş müddətdə dövlət yoxlamasını
keçməlidir.
3.2. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi.
3.2.1. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin əsas obyektləri
aşağıdakılardır:
istehsal avadanlıqları;
qurğular və alətlər;
təlim və öyrənilmə vasitələri ilə təmin olunma.
3.2.2. Əməyin mühafizəsi üzrə qüvvədə olan və ona aid olan normativ hüquqi aktlar
(dövlət və sahə standartları, əməyin mühafizəsi üzrə qaydalar, əməyin mühafizəsi üzrə
tipik standartlar və s.) əsasında istehsal avadanlıqlarının, qurğuların və alətlərin
qiymətləndirilməsi.
3.2.3. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsindən əvvəl onun
aparılmasının düzgünlüyü, əməyin təhlükəsizliyinin təmin edilməsinə aid normativ
sənədlərin mövcudluğu və onların tələblərinin yerinə yetirilməsi yoxlanılır.
3.2.4. İstehsal avadanlığının, qurğularının və alətlərin, eyni zamanda tədris və təlim
vasitələrinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması yolu ilə
zədə təhlükəsizliyinin qiymətləndirilməsi. Bununla yanaşı, istehsal avadanlığında
qurulmuş nümunənin təhlükəsizlik sertifikatlarının mövcudluğu nəzərə alınmalıdır.
Zədə təhlükəsizliyinin qiymətləndirilməsi zamanı təhlükəsizlik tələblərinə əməl etməklə,
istehsal avadanlığının sınaq buraxılışı və dayandırılması keçirilir.
3.2.5. İş yerlərində istehsal avadanlıqlarının və cihazlarının, onlara aid olan
normativ hüquqi aktların tətbiq olunmasından əvvəl istehsal olunması və yaxud bu
sənədlərin müəyyən olunmuş qaydada işlənib hazırlanmadığı və təsdiq edilmədiyi
hallarda,
istehsal
avadanlıqlarının
və
qurğuların
zədə
təhlükəsizliyinin
qiymətləndirilməsi iş yerlərində təhlükəsiz və şəraitini təyin edən müvafiq normativ
hüquqi aktlarda öz əksini tapan tələblərə uyğun aparılır.
O cümlədən:
təhlükə mənbəyi sayılan avadanlığın hərəkətdə olan hissələrinin təsirindən işçilərin
mühafizə vasitələrinin mövcudluğu;
zədələnmə nəticəsində təhlükə yaradan boru xətlərinin, hidro, buxar-
pnevmosistemlərin, qoruyucu qapaqların, kabellərin və digər elementlər;
təmir və quraşdırma işləri zamanı avadanlığın hissələrinin əl ilə yerdəyişməsi
məqsədi ilə qurğuların (qolların) mövcudluğu;
istehsal avadanlığının istismarı zamanı emal edilən və yaxud istifadə olunan
materialların və maddələrin iş zonasına sıçraması, əşyaların (alətin, tədarükün) yerə
düşməsi və atılması nəticəsində yaranan təhlükənin aradan qaldırılması;
konstruksiyaların, binaların hissələrinin dağılması, karxanalarda, şaxtalarda və sair
süxurların və başqa elementlərin uçulması nəticəsində yaranan təhlükənin aradan
qaldırılması;
təhlükəsizlik nişanlarının və siqnal boyalarının mövcudluğu və normativ tələblərə
uyğunluğu;
hasarlarda fiksatorların, blokirovkaların, germetizasiya elementlərinin davamlığını
və sərtliyini təmin edən elementlərin mövcudluğu;
müəyyən təhlükəli və zərərli istehsal amilinin təsiri zamanı qoruyucu vasitələrin
işləməsinin təmin olunması;
istehsal avadanlığının normal fəaliyyətinin pozulmasının idarəetmə pultu üzərində
siqnalizatorların, eyni zamanda qəza dayandıran vasitələrin mövcudluğu;
elektrik təchizatının tamam və yaxud qismən kəsilməsi və onun sonradan
düzəldilməsi, eyni zamanda elektrik təchizatının idarəetmə dövrəsinin zədələnməsi
zamanı təhlükəli vəziyyətlərin yaranmasının qarşısının alınması (enerji təchizatının
bərpası zamanı icazə almadan enerjinin buraxılışı, dayandırılma üçün verilən əmrin
yerinə yetirilməməsi, istehsal avadanlığın səyyar hissələrinin və onun üzərində
bərkidilmiş əşyaların düşməsi və atılması);
elektrik cihazlarının, elektrik xətlərinin (o cümlədən torpaqlanmanın), gəmiricilərin
və həşəratların, əridicilərin daxil olmasından, mexaniki təsirdən qorunmasının təmin
edilməsi, birləşdirici qutularda, elektrotexnik məmulatların, aparatların, maşınların
korpuslarının içində şəbəkənin və kabellərin birləşməsinin həyata keçirilməsi;
avadanlığın qızmar hissələrinin, yanğın partlayış təhlükəli maddələrin işçilərin açıq
dəri örtükləri ilə yanğına, alova və yaxud partlayışa səbəbi ola bilən kontaktın aradan
qaldırılması;
müəssisədaxili yolların və keçidlərin ölçülərinin normativ tələblərə uyğunluğu;
müəssisədaxili nəqliyyat vasitələri üçün idarəetmə vasitələrinin (o cümlədən qəza
dayandırılması vasitələrinin) məqsədəuyğun yerləşdirilməsi və icra edilməsi;
müəssisədaxili nəqliyyat vasitələri yollarının təhlükəsizliyi, onların mühafizə
vasitələri və təhlükəsizlik nişanları ilə təchiz olunması;
əməyin mühafizəsi üzrə təlimatların mövcudluğu və onların normativ sənədlərə
uyğunluğu;
əl alətlərinin və qurğuların mövcudluğu və normativ tələblərə uyğunluğu.
3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrinin qiymətləndirilməsi.
3.3.1. Hər bir iş yeri üzrə işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi, eyni
zamanda bu vasitələrin səmərəliliyi müəyyən olunur.
3.3.2. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi faktiki
verilən vasitələrin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin
fəhlələrə və qulluqçulara pulsuz verilməsi haqqında tipik sahə normaları və başqa
normativ sənədlərlə tutuşdurulması üsulu ilə aparılır.
3.3.3. İşçilərin fərdi mühafizə vasitələri ilə təminatı qiymətləndirilərkən verilən fərdi
mühafizə vasitələrinin iş yerlərində faktiki əmək şəraitinə uyğunluğunun
qiymətləndirilməsi ilə bərabər, eyni zamanda onların keyfiyyətinə nəzarət həyata
keçirilir. Xüsusi mühafizə vasitələrinin səmərəliliyi müvafiq sertifikatlarla təsdiq
olunmalıdır.
3.4. İş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi.
3.4.1. İş yerində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi aşağıdakılardan
ibarətdir:
zərərlik və təhlükəsizlik dərəcələri üzrə;
zədə təhlükəsizliyi dərəcələri üzrə;
işçilərin fərdi mühafizə vasitələrlə ilə təmin edilməsi, eyni zamanda bu vasitələrin
səmərəliliyi.
3.4.2. Təhlükə və zərərlik dərəcələri üzrə iş şəraitinin faktiki vəziyyətinin
qiymətləndirilməsi, istehsal mühitinin zərərlik və təhlükəli əmək prosesinin ağırlığı və
gərginliyin göstəriciləri üzrə gigiyenik kriteriyaların istehsalat mühitinin təhlükəli və
zərərli amilləri, əmək prosesinin ağırlığının və gərginliyinin, ölçülərin nəticələri onların
müəyyən olunmuş gigiyenik normativlərlə tutuşdurulması əsasında keçirilir. Bu cür
tutuşdurulmalar əsasında hər bir amil üçün olduğu kimi, onların kombinasiyaları və
birləşmələri, eyni zamanda bütövlükdə iş yeri üçün əmək şəraitinin sinfi təyin olunur.
İşçilərin təhlükəli və zərərli istehsalat amilləri ilə iş növbəsi və yaxud əmək
fəaliyyəti zamanı (iş stajının məhdudlaşdırılması) yol verilən kontakt müddətinin
müəyyən olunması dövlət sanitar-epidemioloji nəzarət mərkəzləri tərəfindən təşkilat
rəhbərliyinin peşə qruplarına uyğun təqdimatı əsasında aparılır.
3.4.3. İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələrinə əsasən
zədə təhlükəsizliyi üzrə əmək şəraitinin təsnifatına uyğun olaraq ayrıca təhlükə sinfi
təyin olunur və yaxud iş yerinin təhlükəsizlik tələblərinə tam uyğunluğu haqqında rəy
verilir.
3.4.4. İş yerində əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsinin
nəticələri təşkilatın attestasiya komissiyasının attestasiya nəticələri haqqında qərarına
əsasən əmək şəraiti üzrə iş yerlərinin attestasiyası pasportuna da daxil edilir.
3.4.5. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin olmadığı halda və yaxud
onların faktiki göstəricilərinin optimal və yol verilən miqdarlara uyğun olması, eyni
zamanda işçilərin zədə təhlükəsizliyi və fərdi mühafizə vasitələri ilə təminatı üzrə
tələblərin yerinə yetirmədiyi halda, hesab edilir ki, iş yerlərində əmək şəraiti gigiyenik
tələblərə və təhlükəsizlik tələblərinə uyğundur.
3.4.6. İş yerində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəriciləri zədə
təhlükəsizliyi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərdən və yaxud
qüvvədə olan normalardan yüksək olduğu halda, bu cür iş yerlərində əmək şəraiti
təhlükəli və zərərli sayılır.
Əmək şəraitinin 3-cü sinfə (zərərli) aid olunduğu zaman iş yeri müvafiq sinfin və
zərərliyin dərəcəsinin (3.1, 3.2, 3.3, 3.4, eyni zamanda 3-zədə təhlükəsizliyi üzrə)
göstərilməsi ilə və onun əməyin mühafizəsi üzrə normativ hüquqi aktların uyğunluğuna
çatdırılması haqqında təkliflərin müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və
sağlamlaşdırılması haqqında tədbirlər planına daxil edilməsi ilə şərtli attestasiya sayılır.
Əmək şəraitinin 4-cü sinfə (təhlükəli) aid olunduğu halda, iş yeri attestasiya
olunmamış sayılır və təcili olaraq yenidən təchiz edilməli və yaxud ləğv edilməlidir.
3.5. İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələri, əmək prosesinin
ağırlığı və gərginliyinin müəyyən edilməsi, iş yerinin zədə təhlükəsizliyinin
qiymətləndirilməsi
və
işçilərin
fərdi
mühafizə
vasitələri
ilə
təminatının
qiymətləndirilməsi müvafiq protokolla rəsmiləşdirilir. Protokolların formaları bu və ya
başqa amil göstəriciləri dərəcələrinin ölçülməsinin aparılması qaydasını təyin edən
normativ sənədlərlə müəyyən olunur.
İstehsalat amilləri dərəcələrinin instrumental ölçülmələrini apardıqda və əmək
prosesinin ağırlığını və gərginliyini təyin etdikdə, protokola aşağıdakılar daxil
edilməlidir:
iş yerinin və müəssisənin bölməsinin adı və kodu;
ölçünün keçirilməsi tarixi;
ölçülərin yerinə yetirilməsinə cəlb olunan (müəssisənin və yaxud onun bölməsinin)
adı;
ölçülən istehsalat amilinin adı;
ölçü vasitəsi (qurğunun, alətin adı, yoxlamanın tarixi və yoxlama haqqında
şəhadətnamənin nömrəsi);
ölçünün aparılmasına əsas olan normativ sənədin göstərilməsi ilə ölçünün
aparılması metodu;
ölçünün keçirildiyi yer, ölçü nöqtəsini göstərməklə otağın eskizi;
ölçülən parametrin faktiki göstəricisi;
ölçü aparan işçinin və ölçülərin keçirildiyi obyektin müdiriyyətinin
nümayəndəsinin vəzifəsi, soyadı, adı və imzası;
ölçünün aparılmasına cəlb olunan cavabdeh şəxsin imzası, müəssisənin (və yaxud
onun bölməsinin) möhürü.
İş yerində zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələri əsasında
protokolda isə qısa xülasələr göstərilir və iş yerinin normaların, qaydaların və
standartların hansı bəndlərinə uyğun olmaması, eyni zamanda qiymətləndirilməni
keçirən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı göstərilir.
İş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsinin nəticələrinin qısa xülasəsi iş
şəraiti üzrə iş yerləri attestasiyasının xəritəsinə də daxil edilir.
IV. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin rəsmiləşdirilməsi
4.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri üzrə aşağıdakılar
doldurulur:
iş yerlərinin attestasiyası və onların iş şəraiti, bu şəraitdə çalışan işçilərin sayı və
onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatları əks etdirən iş
yerlərinin və onların əmək şəraiti üzrə attestasiya edilməsinin nəticə cədvəli;
müəssisə üzrə bütövlükdə və struktur bölmələr üzrə ayrılıqda iş yerlərinin sayının,
əmək şəraitinin siniflər üzrə bölünməsi ilə attestasiya aparılan iş yerlərinin sayının,
attestasiya aparılan iş yerlərində məşğul olan işçilərin sayının, onların fərdi mühafizə
vasitələri ilə təmin edilməsi haqqında məlumatın göstərilməsi ilə iş yerlərinin və onların
əmək şəraiti üzrə attestasiyasının nəticələrinin toplu siyahısı.
4.2. Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş
yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir. Protokola əlavə edilməlidir:
əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu;
bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı;
müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı;
müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər
planı.
V. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin həyata keçirilməsi
5.1. Müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə
tədbirlər planının işlənib hazırlanması.
5.1.1. Attestasiya komissiyası əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının
nəticələrini, müəssisənin bölmələri və ayrı-ayrı işçiləri tərəfindən daxil olmuş təkliflərini
nəzərə almaqla müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə
tədbirlər planı hazırlayır.
5.1.2. Planda texnika və texnologiyanın yaxşılaşdırılması, fərdi və kollektiv
mühafizə vasitələrinin istifadəsi, sağlamlaşdırma, eyni zamanda əməyin təşkili və
mühafizəsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.
5.1.3. Planda tədbirlərin maliyyə mənbələri, onların həyata keçirilməsi müddəti və
icraçılar göstərilməlidir. Plan bütün iş yerlərinin əmək mühafizəsi üzrə tələblərə
uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.
5.1.4. Plan attestasiya komissiyasının sədri tərəfindən imzalanır və əmək mühafizəsi
üzrə ümumi komitə ilə (komissiya ilə), həmkarlar ittifaqları ilə razılaşdırıldıqdan sonra
müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunur və kollektiv müqavilələrə daxil edilir.
5.2. Əmək şəraiti üzrə iş yerinin attestasiyası işinin yekunlaşdırılmasından sonra
müəssisənin rəhbəri görülmüş işə qiymət verməklə, onun nəticələrinin təsdiq edilməsi
üçün əmr verir.
5.3. Əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının nəticələri müəssisə, rayon,
şəhər, bölgə, respublika səviyyəsində mövcud olan əmək şəraiti üzrə məlumat bankının
yaradılması üçün əsasdır.
5.4. İş yerlərinin attestasiya nəticələri haqqında məlumat müəssisənin işçilərinə
çatdırılır.
5.5. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya sənədləri ciddi hesabat materiallardır
və 45 il müddətində saxlanılmalıdır.
5.6. Əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin
keyfiyyətinə dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi həyata keçirir.
5.7. Əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının keçirilməsi üçün müəssisənin
rəhbərliyi məsuliyyət daşıyır.
Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi
Müəssisə
____________________________________________________________________________
İstehsalat________________________________ Sex______________________________________
Məntəqə_________________________________ Peşə_____________________________________
Oxşar yerlərin miqdarı _________________ Fəhlələrin sayı
____________________________
o cümlədən qadınlar
__________________________________________________________________
İş şəraitinin amilləri
TBH
*
SBH normativi
Amillərin durumu
(vəziyyəti)
X dərəcə
bal
X faktiki
bal
Zərərli kimyəvi maddələr,
mq/m
3
1-ci sinif təhlükəli
2-ci sinif təhlükəli
3-4-cü sinif təhlükəli
Toz, mq/m
3
Səs-küy, dBa
Titrəmə, dB
İnfraqırmızı şüalanma, VT/
m
2
İonlaşmamış şüalanma:
YT /yüksək tezlikli/, VT/ m
2
UYT /ultra yüksək tezlikli/,
VT/ m
2
ƏYT /ən yüksək tezlikli/, mk
VT/ m
2
İş yerində havanın
temperaturu, C
0
(binada)
Əməyin ağırlığı
İstehsalat mühitinin amillərinin
cəmi____________________________________________________
Əmək şəraitinə görə güzəştlər:
_________________________________________________________
Xəritənin icraçısının imzası
____________________________________________________________
Sex (məntəqə) rəisinin imzası
__________________________________________________________
Doldurulma tarixi
*
TBH - toplanmanın buraxıla bilən həddi
SBN - səviyyənin buraxıla bilən həddi
İş yerlərinin qiymətləndirilməsi, onun əmək şəraiti üzrə normativlərə uyğunluğu
İstehsalat mühitinin
amilləri
Ölçü vahidi
Normativlər
Ölçünün
aparılma
tarixi
Ölçünün
nəticələri
Fərq
/--/
1
2
3
4
5
6
Zərərli kimyəvi maddələr
mq/m
3
Fibrogen təsirli aerozollar
mq/m
3
İstehsalat tozu
mq/m
3
Fiziki amillər
Titrətmə, lokal, ümumi
dB, m/s
Səs-küy
dBA
YT /yüksək tezlikli/
radiotezlikli elektromaqnit
sahəsi
Vt/ m
2
UYT /ultra yüksək tezlikli/
Vt/ m
2
ƏYT /ən yüksək tezlikli/
Vt/ m
2
İnfraqırmızı şüalanma
Vt/ m
2
Havanın temperaturu
C
0
Hava hərəkətinin sürəti
m/s
Rütübət nisbi
%
Ultrasəs
dB
İnfrasəs
dB
İonlaşdırılmış şüalanma
rentgen
Atmosfer təzyiqi
atm
Bioloji istehsalat amilləri
Psixofizioloji amillər
Növbə ərzində yükü
tutarkən statistik gərginlik
(yük)
bir əl ilə
iki əl ilə
Bədən və ayaq əzələlərinin
iştirakı ilə
kq/s
Növbə ərzində dinamik
kqm
gərginlik (yük)
Əzələlərə düşən ümumi
gərginlik (ağırlıq)
Çiyin əzələlərinə düşən
regional gərginlik (ağırlıq)
Bədən, əl və ayaq
əzələlərinə düşən ümumi
gərginlik (ağırlıq) İşçi
duruş (vəziyyət)
Məkanda yerdəyişmə
İşin sürəti (tempi)
km/növbədə
Əməyin yeknəsəkliyi
(monotonluğu)
Əsəb-emosional gərginlik
İntellektual gərginlik
Sair
Dostları ilə paylaş: |