28
Babək dövrünün hadisələrini bütün cəhətləri ilə göstərməyi bir məqsəd kimi qarşısına
qoymamışdı. Şair altı-yeddi səhifəlik poemada Azərbaycanın ərəblər tərəfindən
işğalını və onun nəticələrini ön plana çəkmiş, Azərbaycan xalqının yadellilərə qarşı
mübarizə apardığını Babəkin şəxsində göstərmişdir. Bunlarla yanaşı S.Vurğun burada
sülh və müharibə, əsarət və azadlıq barədə öz mülahizələrini də vermişdir. Bu
dediklərimizi poemanın ilk əlyazma variantı da sübut edir. Məsələ burasındadır ki,
şairin kitablarında oxuculara «Dar ağacı» adı ilə təqdim olunan bu poema
«Azərbaycan» epopeyasının əlyazmasında iki müstəqil poema kimi verilmişdir.
Əsərin Azərbaycanın təsviri və ərəblərin istilasına aid hissəsi «Qılınç və Quran»,
Babəklə bağlı hissəsi isə «Dar ağacı» adlanır.(144) Deməli, şair Babək hərəkatını,
onun mübarizəsini geniş təsvir etməyi qarşısına qoymamışdı və buna görə də onun
«yalnız dar ağacının altında görünməsi» təbiidir. Dar ağaçı altında Babəkin
düşündüklərini şair sərkərdənin «Son sözü» kimi təqdim edir:
Nədir həyatdakı bu ayrılıqlar
Bir yanda göz yaşı, bir yanda sevda...
Deyin, təbiətdə ayrılıqmı var?
Günəşlə bir yerdə yaşardı dünya
İnsanlar dost kimi əlbir olsaydı.
Məhəbbət, etiqad, yol bir olsaydı. (133, 200-201)
Babəkin dilindən deyilmiş bu sözlər S.Vurğunun özünü narahat edən problemlər
idi və bu gün də öz həllini gözləyir. Bu isə «Dar ağacı»nın müasir bir əsər olduğunu,
günümüzlə səsləşdiyini göstərir.
Məlumdur ki, hər bir xalq tarixinin bir sıra məqamlarını öz folklorunda əks
etdirir. S.Vurğun da xalq yaradıcılığından istifadə edərək tariximizin müəyyən
səhifələrini canlandırmışdır. Şairin «Qız qayası», «Bulaq əfsanəsi» və qismən «Aslan
qayası» po-
29
emaları folklor motivləri əsasında qələmə alınmışdır.
«Bulaq əfsanəsi» poemasının mövzusu insanların «dirilik suyu» axtarması ilə
bağlı məşhur əfsanədən götürülmüşdür. Şair bu əfsanəni Azərbaycanla məharətlə
əlaqələndirə bilmiş, məhz öz xalqının yaratdığı əfsanəyə istinad edərək «dirilik
suyu»nun Azərbaycanda olduğunu göstərmişdir:
Deyirlər, Şirvanda bir bulaq varmış,
Suyu almaz kimi par-par axarmış.
Gözəlmiş bulağın yar-yaraşığı
Oynarmış üstündə günün işığı...
...Bulağın şöhrəti düşmüş dillərə,
Yayılmış bu xəbər uzaq ellərə... (133, 190)
Bu xəbər Makedoniyalı İsgəndərə də çatmış, o, bulağın sorağı ilə Azərbaycana
gəlmişdir. Lakin axtarışları heç bir nəticə verməmiş və qayıtmışdır. S.Vurğun
İsgəndərin Azərbaycana səfərinin məqsədini poemanın sonuncu iki misrasında ifadə
etmişdir:
Həsrətli gözlərlə bizi tərk etmiş,
Fəqət karvanını yükləyib getmiş...
Deməli, digər fatehlər kimi, İsgəndər də Azərbaycana bu torpağın var-dövlətini
aparmaq üçün gəlmişdi. Şair «dirilik suyu»nun Azərbaycanda olmasını söyləməklə
ölkənin var-dövlətinə işarə etmişdir. İsgəndəri bu yerlərə gətirən də ölkənin sərvəti
idi.
«Qız qayası» poeması da xalq arasında yaşayan əfsanə əsasında yazılmışdır.
Burada göstərilir ki, xan bir qıza vurulur və onu zorla öz hərəmxanasına apartdırır.
Lakin qız zalım xana təslim olmur və gecə saraydan qaçır. Xanın adamları onu təqib
edirlər. Buna görə də qız özünü qayadan atır. Külək onun donunu qabardır və
nəticədə qız sağ-salamat yerə düşür. Bu xəbər hər yana yayılır və həmin qaya «Qız
qayası» adını alır.
30
Göründüyü kimi, şair əfsanəni olduğu kimi nəzmə çəkmişdir. Burada hadisənin
baş verdiyi ərazinin təsvirinə daha çox yer ayrılmışdır. Xalq şairi Bəxtiyar Va-
habzadənin də qeyd etdiyi kimi, 104 misralıq poemanın yalnız 26 misrası əfsanəni
əhatə edir. 78 misrası isə şairin Şuşa şəhəri haqqındakı xatirələrinə, özünün gənclik
illərinin təsvirinə həsr olunmuşdur.(170, 119) Şair öz əsas fikirlərini həmin
təsvirlərdə söyləmiş və bunu əsas hadisə ilə əlaqələndirə bilmişdir.
Azərbaycanın gözəl guşələrindən biri - Qarabağ təsvir olunur. Burada təbiət
gülür, çiçəklərin ətri, quşların səsi könül oxşayır. Dağların döşündən gedən çığırlarda
babalarımızın izi qalmışdır.
Dağların döşündə durur Qarabağ,
Xəyalı gəzdirir hər dərə, hər dağ...
Züy tutur geçələr suların səsi,
Burda çobanların zil şikəstəsi
Hər keçən yolçunu saxlayır yoldan,
Çatır qaşlarını heyrətlə insan.
Ormanlar içində İsa bulağı,
Ondan əksilməyir insan ayağı. (133, 165)
Sonra şair öz gənclik illərini xatırlayır. O, Cıdır düzündə tar, qaval səsi eşitmiş,
Bülbülün «Qarabağ şikəstəsi»nə qulaq asmışdır. Burada «Qız qayası»na baxmış və
ixtiyar bir qocadan həmin əfsanəni eşitmişdir.
Əsərdəki təbiət təsviri əfsanəni məhz Azərbaycanla bağlayır, çünki bu poemanın
hər bir misrasında Azərbaycan hiss olunur, Şah dağı, Kəpəz, Göy göl, İsa bulağı,
Cıdır düzü, nəhayət, Şuşa görünür.
Şairin «sirli diyar» adı ilə təqdim etdiyi ölkə də Azərbaycandır. Bu diyar çox
hadisələrin şahidi olmuş, onun üstündən acılı-şirinli günlər keçmişdir. İxtiyar qocanın
söylədiyi əhvalat onlardan biridir.
31
İxtiyar sözünü bitirən zaman
Buludlar töküldü qaş-qabağından.
Ey ana torpağı! Ey əziz Vətən!
Bilirəm, dünyada gözlərinlə sən
Nə odlar görmüsən, bu bir həqiqət,
Lakin küsənməmiş sənə təbiət!
Şair Qız qayasını «Vaqif» pyesində də yada salmışdır.
S.Vurğunun 1935-ci ildə qələmə aldığı «Aslan qayası» poemasında təsvir olunan
hadisələrin konkret tarixi məlumdur. Bu, ötən əsrdə Azərbaycanın Rusiyaya
birləşdirilməsi, o cümlədən Bakı şəhərinin rus qoşunları tərəfindən işğal olunması
tarixidir.
«Aslan qayası» ədəbi tənqidin diqqətini o qədər də çəkməmişdir. Şairin təd-
qiqatçılarından bəziləri bu əsərin adını xatırlatmaqla kifayətlənmiş, bəziləri onu çox
qısa şəkildə təhlil etmişlər. Əsasən isə şairin «mübahisəli əsəri» kimi təqdim
olunmuşdur. Tədqiqatçılardan C.Abdullayev və P.Əfəndiyev öz araşdırmalarının
mövzusuna uyqun olaraq «Aslan qayası»nda folklorla bağlı məsələlərə toxunmuş (3,
13-14; 67, 88), C.Quliyev əsərə cəmi 2-3 çümlə ayırmış (106, 100), H.Babayev isə
poemanın adını belə çəkməmişdir.(183)
Maraqlıdır ki, hələ 1947-ci ildə «Aslan
qayası»nı «Səməd Vurğun poemalarının ən gözəli, ən mükəmməli» hesab edən,
«əsərin mövzusunu XIX əsrin başlanğıcında Bakının istilaçı rus ordusu tərəfindən
işğal olunması təşkil edir»(73, 179-180) yazan O.Həsənov 1956-cı ildə nəşr olunmuş
monoqrafiyasında (172) poema haqqında heç bir söz deməmişdir. B.Vahabzadə isə
belə qənaətə gəlmişdir: «Ümumiyyətlə, bu poema («Aslan qayası» – A.B.) şairin
(S.Vurğunun – A.B.) mübahisəli əsərlərindəndir».(170, 114)
Filologiya elmləri doktoru Atif Zeynallı «Aslan qayası»nın tədqiqi ilə bağlı bu
boşluğu doldurmağa çalışaraq ilk dəfə onu obyektiv təhlil etməyə səy göstərmişdir.
Şair-tədqiqatçının kitabından aşağıdakı parçanı olduğu kimi burada veririk: «...1948-
ci
Dostları ilə paylaş: |