bildirir. Deməli, gənclər üçün səciyyəvi olan bu münasi
bətləri kor-təbii olaraq, başqalanna aid etmək olmaz. Yəni,
birinin "sevgi"si başqalan tərəfindən sevilə bilməz.
İkincisi, bu misradakı "sevgi" ifadəsi başqalarının ülvi
məhəbbət hislərinə sadiq qalmağı və bu hislərə sadiq
qalanların mərd olacağı kimi, əxlaqi və etik keyfiyyətli
tərbiyə hislərini bildirir. Deməli, ədəbi dilimiz üçün səciy
yəvi olan "sev ki" ifadəsi müğənnilərin ifasında təhrif olu
naraq, "sevgi" anlamında ifa olunur. Əlbəttə, belə təhrifləri
heç bir müğənniyə və xanəndəyə bağışlamaq olmaz.
Əvvələn, yeri gəlmişkən, bir neçə kəlmə də radio və
televizya yayımlarının musiqi və konsert proqramları haq
qında danışmaq da məqsədyönlü olardı. Evdə və ya işdə ra
dio və ya televiziyanın musiqi və konsert proqramlarım din
ləməyə başlayırsan, bir də görürsən ki, bir-iki Azərbaycan
mahnısından sonra, xalq arasında deyildiyi kimi, konsert
"kərdiyar" (başqa xalqlann mahnılarını oxuyurlar; belə
hallarda türk xalqlarının mahnılarını oxumaq,
bəlkə də, daha
münasib olardı), yəni qarışıq mahnılar konsertinə çevrildi.
Xarici mahnıların Azərbaycan mahnılarının "gözünə qatıl
ması" dinləyicini əsəbiləşdirir və kanalı dəyişməyə məcbur
edir. Bu, heç də, təsadüfi deyil. Çünki xalq özünün qədim
tarixə və köklərə malik olan öz mahnılarını dinləmək, ondan
zövq almaq istəyir. Belə hallar xalq arasında çox narazılıqla
qarşılanır. Çünki, belə "kərdiyar" mahnılar və musiqi dün
yada özünün qədimliyi, zənginliyi, ahəngdarlığı, ritimliyi,
cəlbediciliyi və başqa xalqların musiqisinə təsiri ilə
248
fərqlənən milli mahnılarımıza və musiqimizə, az da olsa,
“kölgə” salır. Həm də belə hallar gənclərimizin azər-
baycançılıq ruhunda tərbiyə edilməsinə, az da olsa, mənfi
təsir göstərə bilər.
Bizim mülahizəmizə görə, bundan sonra yuxarıda qeyd
olunanlar radio və televiziya şirkətlərinin müvafiq şöbəlori
tərəfindən nəzərə alınacaqdır.
Üçüncüsü, xalqımızı narahat edən sahələrdən biri də
qədim tarixə malik olan Azərbaycan xalq mahnılarının ayrı-
ayrı xalqların mahnıları ilə "sintez edilməsi", daha dəqiq
desək, hibridləşdirilməsi-qanşdırılması xalqımızın musiqisi
nin və mahnılarının milli təravətini və ahəngini itirməsi ilə
nəticələnir. Bu da, şübhəsiz ki, musiqimizin və mahnıları
mızın başqa xalqlann musiqisi daxilində “əridilib” yox edilə
bilər. Diger tərəfdən isə, Azərbaycan musiqisi sintez olun
duğu musiqinin daşıyıcısı olan xalq tərəfindən mənim
sənilər və ya özününküləşdirilə bilər. Artıq, ayn-ayrı xalqlar
arasında o cümlədən bədxah "qonşularımız" olan haylar,
nəinki, Azərbaycan xalq mahmlannı, hətta, dünya şöhrətli
bəstəkanmız Qara Qarayevi də erməni kimi qələmə verib,
onun əsərlərini də mənimsəmək istəmişlər. Məhz buna
görə də, haylar tarix boyu Azərbaycan musiqisini öyrənmiş
və oxumuşlar... Gürcü qızının Azərbaycan mahnılarını oxu
ması və oyun havalarına rəqs etməsi də gələcəkdə gürcülər
tərəfindən “mənimsənilməsi qorxusu” törədə bilər. Onu da
qeyd edək ki, musiqimizi başqa xalqların musiqisi ilə "sin
tez" edənlərin əksəriyyəti musiqimizin gələcək taleyinin
249
yox, fərdi mənafelərini ön plana çəkərək, tamaşaçı və ya
dinləyici toplamaq məqsədini güdürlər...
Azərbaycanın ayrı-ayn televiziya və radio şirkətlərinin
musiqi proqramlan üzrə "İlin müğənnisi" nominasiyası ke
çirilməsi yaxşı haldır. Belə təşəbbüslər alqışa layiqdir.
Bizim mülahizəmizə görə, "İlin müğənnisi" nominasiyasını
müəyyən etmək məqsədilə incəsənət ustalarından-bəstə
karlardan, müğənni və xanəndələrdən ibarət Nominasiya
komissiyasının yaradılması məqsədyönlü olardı. Həmin
komissiyaya "İlin müğənnisi" nominasiyasını müəyyən
etmək səlahiyyəti verilməlidir. Lakin "İlin müğənnisi" no
minasiyasının keçirilməsi prosesində "SMS"lərdən istifadə
edilməsinə yol verilməməlidir. Çünki "SMS'İər göndə
rilənlərin əksəriyyəti musiqinin və mahnının mahiyyətini
anlamayanlar-musiqi təhsili olmayanlardan ibarətdir. Belə
olan halda "SMS"lər qeyri-peşəkar adamın "İlin müğənnisi"
nominasiyasını qazanması iki cəhətdən ədalət prinsipini
pozur. Birincisi, qeyri-peşəkar adamın "İlin müğənnisi" elan
edilməsi ilə o, "peşəkar müğənni" səviyyəsinə qaldırılır;
ikincisi, xalq arasında tanınmış, şöhrət tapmış "peşəkar
müğənni" isə, "SMS"lə "İlin müğənnisi" səviyyəsindən aşa
ğı endirilir. Bu da incəsənət sahəsində ədalət prinsipinin
pozulması deməkdir. Bizim mülahizəmizə görə, ictimai
həyatımızın heç bir sahəsində, eləcə də, incəsənət sahə
sində ədaləət prinsipinə qayğı göstərilməlidir.
2005 və 2007-ci illərdə Azərbaycan Televiziya
və Radio
yayımları Qapalı Səhimdar Cəmiyyətinin keçirdiyi "Muğam
televiziya müsabiqəsi" təqdirə layiqdir. Bu müsabiqə, əsl
250
mənada, qədim tarixə malik olan ecazkar ahəngli muğam
larımızın üzərində xalqımızın möhürünü yenidən vurdu və
dünya miqyasında muğamın əsl müəllifinin Azərbaycan
türklərinin olduğunu sənədləşdirdi. Lakin efirdə səslənən
"Muğam teliviziya müsabiqəsi" ifadəsi üslubi baxımdan
dəqiq deyil. Bu ifadə əslində "Televiziya muğam müsabi
qəsi" olmalıdır. Çünki müsabiqə televiziyanın yox, "Muğam
ifaçılarının müsabiqəsi"dir.
Burada son vaxtlarda xalq mahnıları ilə əlaqədar olan bir
məsələyə də toxunmaq yerinə düşərdi. Son illərdə xüsusilə,
XX əsrin ortalarından, bəlkə də, daha əvvəllərdən folk
lorumuzun bir sahəsini təşkil edən və xalqımız arasında,
həm də xalqımıızm məskunlaşdığı bütün bölgələrdə onlarla,
bəlkə də, yüzlərlə xalq musiqisi, xalq mahnıları, xalq rəqs
ləri və xalq ritimləri geniş yayılmış və indi də yayılmaq
dadır. Xalq özünün ümumi təfəkkürü ilə yaradılan musi
qisini də, mahnısını da, rəqslərini də, ritimlərini də yaxşı
tanıyır, həmişə olduğu kimi, indi də, onun keşiyində durur,
təkmilləşdirir və zənginləşdirir. Lakin son illərdə, bir də
eşidirsən ki,
kimsə ya xalq musiqisinə, ya xalq mahnısına, ya
xalq rəqsinə, ya da xalq ritimlərinə sahib çıxır və özlərini
müəllif kimi qələmə verirlər. Bununla əlaqədar olaraq, bir
məsələni də qeyd etmək yerinə düşərdi. Ola bilsin ki, xalq
musiqisinə, mahnısına, rəqsinə və ritmlərinə müəllif kimi
sahib çıxanlar xalq musiqisini, mahnısını, rəqsini və ritmini
nota köçürürlər, lakin hər hansı bir musiqini, mahnını, rəqsi,
ritmi nota köçürən müəllif yox, tərtibçi və ya toplayıcı
adlanır.
251