Mənbəşünaslıq, Tarixşünaslıq
321
Tarix və onun problemləri,
№ 3 2013
RƏHIM QURBANOV
Azərbaycan DövlətMədəniyyət və İncəsənət Universitetinin
“Sosial – Siyasi elmlər” kafedrası, tarix üzrə fəlsəfə doktoru
E-mail:TarixVeOnunProblemleri@gmail.com
AZƏRBAYCAN TARIXŞÜNASLIĞI MÜASIR DÖVRDƏ
Açar sözlər: Demokratiya, Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Ziya Bünyadov,
Tarixşünaslıq, Qarabağ
Ключевые слова: Демократия, Акдемия наук, Бакинский Государственный Университи-
тет, Зия Бунятов, Историяведение, Карабах
Keywords: Demokracy, Azerbaycan national Academi of Sciences, Baku State University,
Ziya Bünyadov, Historiography, Karabaqh
XX əsrin 80-ci illərin ikinci yarısında sovet cəmiyyətində baş vermiş dəyişikliklər
Azərbaycan tarixşünaslığına da öz təsirini göstərmişdir. Demokratiya və aşkarlıq şəraitində
tarixi tədqiqatların aktuallığı artır. Azərbaycan tarixşünaslığında sovet hakimiyyəti illərində
qadağa qoyulmuş mövzuların tədqiqinə başlanıldı.
Azərbaycanın qədim və orta əsrlər tarixinə aid yeni tədqiqatlar meydana çıxır. Azər-
baycan xalqının etnogenezi məsələsi və bu sahədə diskussiyalar genişləndi. Xalqımızın orta
əsrlər tarixinə aid yeni tədqiqatlar meydana çıxır. Bu sahədə akademik Ziya Bünyadovun
“Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyası daha aktualdır. Bu monoqrafiya Azərbaycan
tarixşünaslığı üçün böyük bir töhfə idi. Kitab ilk dəfə 1965-ci ildə rus dilində Azərbaycan SSR
Elmlər Akademiyası nəşriyyatı tərəfindən çap olunmuşdur. Azərbaycan dilində olan mətn
1970-ci ildə nəşr olunmalı idi.Lakin naməlum səbəblər üzündən bu alınmır. Nəhayət 1989-ci
ildə “Azərbaycan VII-IX əsrlərdə” kitabı Azərbaycan dilində nəşr olunur. Kitabda Azərbayca-
nın ərəblər tərəfindən istila edilməsi dövrü ilk dəfə tədqiq olunur.Onun siyasi və sosial-iqtisadi
vəziyyəti, yerli hakimiyyətin Ərəb xilafətinə münasibəti, istilaçılara qarşı xalqın azadlıq
mübarizəsi nəzərdən keçirilir. İnzibati bölgü, vergi sistemi, kənd təsərrüfatının inkişafı və s.
haqqında məlumat verilir. Ərəb işğalçıları ilə mübarizə aparmış Babək və onun silahdaşları
haqqında ərəb mənbələrindən götürülmüş materiallar kitabda böyük maraq doğurur.
XX əsrin əvvəllərində milli-azadlıq hərəkatı tarixi,inqilabi-demokratik hərəkatdan bəhs
edən tarixi mövzuda əsərlər meydana çıxır. Azərbaycan tarixşünaslığını bəzəyən, Cənubi
Azərbaycanda inqilabi, sosial-demokrat hərəkatını özündə əks etdirən müəllifi Nəriman
Həsənov olan və 1986-cı ildə çapdan çıxmış “Oyanmış Təbriz və Səttarxan”monoqrafiyasıdır.
Kitabda Azərbaycan xalqının qəhrəman oğlu, İran inqilabının rəhbərlərindən biri Sərdare milli
Səttarxanbaşda olmaqla Cənubi Azərbaycanda 1905-1911-ci illərdəki inqilabi-demokratik
hərəkatdan, əncumanların, silahlı mücahid-fədai dəstələrinin, sosial-demokrat təşkilatlarının
yaranması və onların fəaliyyətindən, 1907-1909-cu illərdə Təbrizdə silahlı üsyandan, Səttar-
xan başda olmaqla Cənubi Azərbaycanda inqilabi hökumətinyaranmasından, onun həyata ke-
çirdiyi sosial-iqtisadi və inzibati tədbirlərdən, 1905-1911-ci illər İran inqilabı dövründə Azər-
baycanın və azərbaycanlıların çox mühüm aparıcı mütərəqqi rolundan danışılır.
1980-ci illərin sonu 1990-cı illərdən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti tari-
xinin saxtalaşdırılmasına qarşı yeni-yeni tədqiqatlar, araşdırmalar aparılır. Sovet dövründə
nəşr olunmamış, mühacirətdə yazılmış və nəşr olunmuş AXC tarixşünaslığına aid əsərlər çap
322
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
edilir və həmin dövrün tarixinə aid əsərlər meydana çıxır. Belə tarixi mövzuda yazılmış, tarix-
şünaslıqda mühüm yer tutan əsərlərin müəlliflərinə misal olraq Nəsib Nəsibzadə, Bəxtiyar
Nəcəfov, Nasiman Yaqublu, Cəmil Həsənov, Ziya Bünyadov, Aydın Balayev, Arif Mansurov
və başqalarını göstərə bilərik.
XX əsrin 80-ci illərin ikinci yarısı 1990-cı illərin əvvəllərində Azərbaycanda milli-
azdlıq hərəkatının gücləndiyi bir dövrdə rus imperialistlərinə arxalanan erməni millətciləri
Azərbayacana qarşı torpaq iddiaları ilə çıxış edərək Qarabağ məsələsini ortaya atdılar. Bu
mənada sovet dövrü illərində uzun müddət nəşr olunmayan Qarabağla əlaqədarhələ XIX əsrdə
yazılmış əsərlər, qeydlər, araşdırmalar və digər sənədlər yenidən nəşr edilərək Qarabağ
həqiqətləri xalqa çatdırılır. 1989-cu ildə tarixçi Nazim Axudovun “Qarabağ salnamələri” adlı
kitabı nəşr olunur. Bu Azərbaycan tarixşünaslığında Qarabağ tarixinin öyrənilməsində mühüm
rol oynadı. XIX əsrdə XX əsrin əvvəllərində ümumən Qarabağ, xüsusən Qarabağ xanlığı haq-
qında Mirzə Adıgözəlbəy, Mirzə Camal, Mir Mehdi Xəzani, Mirzə Yusif Qarabaği, Əhməd-
bəy Cavanşir və b. Müəlliflər salnamələr əsasında Qarabağın keçmişinə dair əsərlər yarat-
mışlar. Nazim Axundov öz kitabında- xüsusi bir bölmədə Qarabağ xanlarının iqtisadi, ictimai
və mədəni həyatından bəhs etmişdir.
1989-cu ildə tarixçilər Akif Fərzəliyev və Nazim Axundovun müəllifi olduqları “Qara-
bağnamələr” adlı kitabın birinci cildi, 1991-ci ildə isə həmin kitabın ikinci cildi “Yazıçı”
nəşriyyatı tərəfindən nəşr olunur. Hər iki cildə XIX-XX əsrlərdə müxtəlif müəlliflər tərəfindən
qələmə alınmış Qarabağ tarixinə aid tarixi əsər, məqalə və araşdırmalar toplanıb nəşr olun-
muşdur.
1989-cu ildə Süleyman Əlyarlı və Yaqub Mahmudovun müəllifliyi ilə “Azərbaycan
tarixi üzrə qaynaqlar” adlı kitab nəşr olunmuşdur. Kitab ən qədim zamanlardan XIX əsrin 70-
ci illərinə qədərki dövrü əhatə edən çox mühüm sənədlər və təsviri yönümlü mətnlərdən
seçmələr daxil edilmişdir. Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrası tərəfindən
hazırlanmış bu kitab tarixşünaslıq baxımından yazılmış ilkin dolğun əsərlərdən biridir.
Həmçinin bu kitab respublika ali məktəblərində tarixçi kadrların hazırlanması sahəsində
qarşıya qoyulan vəziflərin yerinə yetirilməsi sahəsində atılmış ilk addımlardan biridir.
Tarixşünaslıqla əlaqədar kitabda verilmiş qaynaqlar Quldarlıq və IV – XVIII əsrləri əhatə
edən feodalizm quruluşu tarixini, nəhayət Azərbaycanın Rusiya tərəfindən işğalından sonra
feodalizmin tənəzzül etdiyi və kapitalist münasibətlərin yarandığı dövrü əhatə edir. Kitab
ABU nəşriyyati tərəfindən buraxılmışdır.
1990-ci illərin əvvələrində Azərbaycan tarixçiləri tarixşünaslıq sahəsində bir sıra
açılmamış qaranlıq sahifələri açaraq xalqa çatdırırlar. Onlar tarixi faktlara əsaslanan rus
çarizmi tərəfindən Azərbaycanın işğalına dairyeni-yeni kitablar nəşr edirlər. Belə kitablardan
biri tarixçilər Firudin Əsədov və Sevil Kərimova tərəfindən qələmə alınmış “Çarizmi
Azərbaycana gətirənlər” adlı kitabdır. Tarixşünaslıq baxımından çox gərəkli olan bu kitab
1993-cü ildə “Gənclik” nəşriyyatı tərəfindən buraxılmışdır. Kitabda Azərbaycanda
müstəmləkəçilik siyasətinin həyata keçirilməsində xüsusi rol oynamış ayrı-ayrı rus və erməni
zabitlərinin fəaliyyəti haqqında məqalələr toplanmışdır. Müəlliflər, çarizmi Azərbaycana
gətirən bu zabitlərin simasında Qafqazın, o cümlədən Azərbaycanın ruslar tərəfindən işğal
olunmasını tarixi faktlar əsasında işıqlandırmışlar. Çarizmi Azərbaycana gətirənlər arasında
erməni millətindən olan şəxslər xüsusi rol oynamışlar. Müəlliflər həmin kitabda çarizmə
xidmət edən və öz məkrli siyasətlərini həyata keçirməyə çalışan erməni zabitlərinin, keşişlə-
rinin əsl simalarını oxuculara olduğu kimi açıb göstərməyi hələ keçən əsrdən başlayaraq
Mənbəşünaslıq, Tarixşünaslıq
323
Tarix və onun problemləri,
№ 3 2013
xalqımızın torpağına göz dikən xain millətin öz məqsədləri uğrunda necə mübarizə apardığını
tarixi faktlar əsasıda işıqlandırmağı öz qarşılarına başlıca məqsəd qoymuşlar.
1993-cü ildə “Azərnəşr” tərəfindən müəllifi akademik Z.Bünyadovun olduğu “Qırmızı
terror” adlı kitabı çap edilir. Bu kitab XX əsrin 30-cu illərinin repressiyaların qurbanlarına
həsr olunmuşdur. Kitab XX əsr 30-cu illərin tarixşünaslığına həsr olunmuş sanballı əsərlərdən
biridir. Görkəmli tarxçi-alim, Sovet İttifaqı Qəhrəmanı Z.Bunyadov tərəfindən kitabda
Y.V.Çəmənzəminli, B.Çobanzadə, A.Şərifzadə, Hənəfi Zeynallı, Məmməd Cuvarlinski,
T.Şahbazi və b. yaradıcı ziyalıların saxta dəlillər əsasında məhkum olduğu inandırıcı sürətdə
açılıb göstərilir.
1992-ci ildə görkəmli tarixçi Cahangir Zeynaloğlu tərəfindən yazılmış, 1924-cü ildə
İstanbulda nəşr olunmuş “Müxtəsər Azərbaycan tatixi” adlı kitab çapdan çıxır. 68-ci ildən
sonra Azərbaycan dilində nəşr olunmuş bu kitabtarixşünaslığımız üçün bir töhfə idi. Kitabda
Azərbaycanın ta qədimdən 1920-ci ilə qədər olan tarixi əsk olunmuşdur. İstanbulda
mühacirətdə olan müəllif Cahangir Zeynaloğlu 1920-ci illərdə yazırdı: “...tariximizi bilmək,
şanlı keçmişimizi öyrənməkvə istiqbal üçün də hazırlanmaq özümüzə bir borcdur. Biz azəri
milləti kimsəyə təcavüz niyyəti bəsləmirik, gözəl cümhuriyyətimizin istiqbalını və milli
varlığımızı mühafizədən başqa bir amalımız yoxdur, yegane məqsədimiz budur. Bunun üçün
çalışmaq, qüvvətli olmaq və bu sürətlə Avropa siyasi təşkilatlarına daxil olaraq Avropa
ideyalarını qazanmaq biz azərilərə bir vəzifə olmalıdır.Əks təqdirdə, istiqlaliyyətimiz qeyb və
qoca bir millət məhvə məhkum olur. Bax bunu hər türk bilməli və anlamalıdır.”
1993-cü ildə “Azərbaycan” nəşriyyatı tərəfindən Məmmədhəsən Vəliyev(Baharlı) in
müəllifi olduğu “Azərbaycan” (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerk) kitabı nəşr olunur.
Bu kitab (rus dilində) 1921-ci ildə Bakıda nəşr olunmuşdur. Bu qiymətli əsər illər boyu
arxivlərdə istifadəsiz qalmış, onunla heç kəs maraqlanmamışdır. Tarixşünaslıq baxımından
qiymətli olan bu kitabda Azərbaycanın tarixi,etnoqrafiyası, təbiəti və iqtisadiyyatı haqqında
məlumat verilir. Eyni zamanda torpaq mülkiyyətindən və kənd təəsrrüfatı sahələrindən,
torpağımızın yeraltı, yerüstü təbii sərvətlərindən geniş bəhs olunur.
1993-cü ildə “Azərnəşr” tərəfindən tanınmış tarixçı-alim Fəridə Məmmədovanın
“Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası” monoqrafiyası çap edilir. Bu kitab Azərbay-
can tarixşünaslığında 1990-cı illərdə yazılmış ən sanballı əsərlərdən biridir. Təqdim olunan
əsərin əsas məqsədi e.ə. III əsrdən başlamış eramızın VIII yüzilliyinədək böyük bir dövrdə
Albaniyanın atrixi və mədəniyyəti ilə bağlı problemləri öyrənib tədqiq etməkdir. Bunlar tarixi
coğrafiya, siyasi quruluş, siyasi tarix, ideologiya, mədəniyyət problemləridir. Monoqrafiyanın
məqsədi alban dövlətinin meydana gəlməsi və inkişafının mühüm anlarını bərpa etmək, onun
hansı əsrə qədər yaşadığını müəyyənləşdirmək, qabaqcıl ictimai quruluşa- yəni erkən
formalaşmış feodal münasibətlərə malik olan bu dövlətin süqutunu və alban etnosunun yer
üzündən yox olmasının səbəblərini aşkara çıxarmaqdır.
1992-ci ildə “Azərnəşr” Hüsyn Baykaranın “Azərbaycan isitqlal mübarizəsi tarixi”
kitabını nəşr edir. AXCnin süqutundan sonra Türkiyəyə mühacirət etmiş Hüseyn Baykara
Azərbaycanın istiqlal tarixində mühüm rol oynamışdır. Müstəqil milli Azərbaycan dölətindən
bəhs edən bu kitab ilk dəfə 1975-ci ildə İstanbulda Türk dilində nəşr olunmuşdur. Əsərdə
Azərbaycanın Rusiya tərəfindən işğalı, yeni yaranan dövlətin başına gələn müsibətlər, Sovet
hökumətinin “alman casusu” olduğu S.Şamuyanın nə üçün Bakıya gəldiyi erməni və bolşevik-
lərin törətdikləri qırğın, türklərin hərbi yardımı və s. bizə məlum olmayan sənədlər öz əksini
tapmışdır. Kitabda həmçinin Azərbaycan mühacirətində olan ziyalılar haqqında da geniş
məlumat vermişdir.
324
Mənbəşünaslıq, Tarixşünaslıq
Tarix və onun problemləri,
№ 3 2013
1992-ci ildə hələ 1936-cı ildə Türkiyədə ərsəyə gəlmiş, müəllifi Azərbaycan istiqlal hə-
rəkatının görkəmli xadimləlrindən biri olmuş Mirzə Bala Məmmədzadənin “Mili Azərbaycan
hərəkatı” adlı kitabı Bakı “Nicat” nəşriyyatında nəşr olunur. Kitabda 1911-ci ildə yaradılmış
Azərbaycan milli istiqlalının önündə gedən “Müsavat”partiyasının Rusiyada olmuş fevral
inqilabından sonra 1917-ci ildə Gəncədə təşkil olunan “Türk-Əcəmi Mərkəziyyət Partiyası”
həmin ilin aprelində “Müsavat” partiyasına birləşdikdən sonra güclənən milli-azadlıq hərəka-
tından və bu hərəkatın nəticəsi olan AXCnin yaranması, onun fəaliyyəti, sonrakı acı taleyi,
mühacir Azərbaycan ziyalılarının Türkiyə və dünyanın bir çox ölkələrində milli-azadlıq
ideyelarını davam etdirməsi və s. haqqında bəhs olunur.
1990-cı illərin əvvəllərində milli-azadlıq hərəkatının genişləndiyi bir dövrdə Azərbay-
can istiqlaliyyat mübarizəsində mühüm yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi
tarixi yoldan bəhs edən mühacir ziyalıların əsərləri nəşr olunmağa başlayır. Belə əsərlərdən
biri də Məmməd Əmin Rəsulzadə tərəfindən yazılmış “Azərbaycan Cümhuriyyəti” adlı kitabı-
dır. Azərbaycan xalqına təqdim olunan bu kitabda tariximizin ağ səhifələri- 1918 -1920 ci illər
dövrün ictimai- siyasi hadisələrin fonunda işıqlandırılmış, Azərbaycan xalqının AXC-dən
əvvəlki və sonrakı taleyi, güzəranı yığcam şəkildə əks etdirilmişdir. Təsadüfi deyildir ki,
1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən “Kitab bayramı”nda yenicə təşkil olunmuş
“Azərbaycan Cümhuriyyəti” Atatürk mükafatına layiq görülmüşdür. Kitabın ayrı-ayrı fəsilləri
və ya konkret məsələlərə münasibət işıqlandırılmışdır. Sovetlər dövrünün 70 ili ərzində kitabın
müəllifi Məmməd Əmin Rəsulzadənin taleyi və onun “Azərbaycan Cümhuriyyəti” adlı əsəri
Azərbaycan xalqında və onun keçmiş istiqlal tarixi haqqında xoş əhval yaradır.
Ədəbiyyat:
1.
Bakıxanov A. “Gülüstani-irəm”, Bakı, 2001
2.
Azərbaycan tarixi, Bakı 1996
3.
Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989
4.
İsgəndərov A. 1918-ci ilin mart qırğınının tarixşünaslığı. Bakı, 1997
5.
Mustafazadə T. Qarabağ xanlığı. Bakı, 2010
6.
Muxtarova Ə. Türk xalqları tarixi. Bakı, 2007
7.
Əfəndiyev O. Azərabycan Səfəvilər dövləti. Bakı, 1993
РАХИМ КУРБАНОВ
Азербайджанский Государственный
Университитет Кулътуры и Исскуства
АЗЕРБАЙДЖАНСКАЯ ИСТОРИОГРАФИЯ СОВРЕМЕННОЙ ЭПОХИ
Перемены происходившие в ССР в 80-х годах ХХ века в свою очере повлияли на
Азербайджанскую историографию. В начале 1990-х годах Азербайджанские историо-
графы открыли народу ещѐ неизвестные им страницы. В 1993 году под редакцией
«Азернэшр» была опубликована книга З.Бунъятова под названием «Красный террор».
Эта книга одно из самых увесистых книг посвящѐнных историографию 30-х годов ХХ
века.
В 1993 году под предводительством учѐного историографа Фариды Мамедовой
была опубликована монография «Политическая и географическая история Азербай-
Mənbəşünaslıq, Tarixşünaslıq
325
Tarix və onun problemləri,
№ 3 2013
джана». Эта книга была самой лучшей историографической книгой написанной 1990-
ых годах.
Под редакцией «Азернэшр» в 90-ых годах ХХ века была опубликована книга
Гусейна Байкары под названием «Борьба за независимость Азербайджана» в которой
обсуждается Национальная независимость Азербайджана. Впервые эта книга была
опубликована на тюркском языке 1975 году в Стамбуле.
RAHIM KHORBANOV
Azerbaycan StateUniversity of Cultureand arts
AZERBAIJAN HISTORIOGRAPHY OF MODERN AGE
Changes happening in 80
th
years of the XX century in the Soviet Union are affected the
Azerbaijan historiography. At the beginning of 1990
th
years Azerbaijan historians discovered
still unknowns pages for people. In 1993 edited by “Azerneshr” was published the book
written by Z.Bunyadov “Red Terror”. This book one of the heaviest book devoted to the
historiography of 30
th
years XX century.
In 1993 year under the leadership by academic historian Farida Mammedova, was
published monography which called “Political and geographic history of Azerbaijan”. This
book was the best book devoted to the historiography of 1990
th
years.
In 90
th
years of XX century “Azerneshr” published the book written by Huseyn
Baykara called “The struggle for the independence of Azerbaijan”. For the first time this book
was published Into Turkish language in Istanbul in 1975.
Rəyçilər: f.e.d. Ə.Tağıyev, t.e.d.A.C.İsgəndərov
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sosial - Siyasi elmlər”
kafedrasının 18 sentyabr 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür
(pr. №01).
Dostları ilə paylaş: |