A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
20 dekabr 2017-ci il № 89-92 (9183)
BAş REDAkToR
Rasif İman oğlu
TAhİRoV
ünvanımız:
AZ1029, Bakı şəhəri,
heydər Əliyev prospekti, 152
TELEfonLARIMIZ:
Baş redaktor
(050) 670-33-76;
30-67 (daxili)
qəzetin təsisçisi:
“Azərbaycan Xəzər Dəniz
gəmiçiliyi”
qapalı Səhmdar
cəmiyyəti
qəzet “Dəniz” qəzetinin
kompyuter mərkəzində
yığılmış, səhifələnmiş və
“Azərbaycan” nəşriyyatında
çap olunmuşdur
şəhadətnamə: 275
Tiraj: 2000
Sifariş: 3705
8
www.seanews.az
Nyu-Yorkda yer-
ləşən Montefiore Tibb
Mərkəzinin oftalmoloq-
ları qadınların görmə
qabiliyyətinin itirilməsi
halları ilə daha çox (75
faiz halda) rastlaşdıqları-
nı bildirib və nəticəsi qla-
ukomaya gətirib çıxaran
gözlənilməyən səbəbləri
açıqlayıblar. Həkimlərin
fikrincə, bu səbəblər-
dən biri ultrabənövşəyi
şüalardır.
“Medikforum.ru” saytı
xəbər verir ki, oftalmoloq-
lar gün eynəyindən bütün
il ərzində istifadə etməyi
məsləhət görürlər. Çünki
birbaşa günəş şüaları gö-
zün buynuz qişasına son
dərəcə dağıdıcı təsir göstə-
rir. Bununla yanaşı, alimlə-
rin sözlərinə görə gözün tor
qişasında ağrı reseptorları
olmadığından gözün aldığı
termik yanıqlar barədə gü-
man da etmək olmaz.
İnsan yaşa dolduq-
ca görmə qabiliyyətinin
zəifləməsinin bir səbəbi
də siqaretçəkmə ola bilər.
Tədqiqatçılar qeyd edirlər
ki, siqaret çəkənlər arasın-
da makulanın yaşlanma
degenerasiyasından əziyyət
çəkənlər siqaret çəkməyən-
lərlə müqayisədə iki dəfə
çoxdur. Görmə qabiliyyəti-
nin itməsi ilə siqaretçəkmə
arasında bağlılıq o qədər
güclüdür ki, bunu siqaret-
çəkmə ilə ağciyərlərin xər-
çəngi arasında olan bağlı-
lıqla müqayisə etmək olar.
Alimlərin
fikrincə,
kontakt linzalardan istifadə
də risk amillərindən biridir.
Bu vərdiş gözün patogen
bakteriyalarla yoluxdurma
ehtimalını sürətlə artırır,
pozulmanı inkişaf etdirir
və sonda korluğa gətirib
çıxarır. Amerikalı oftalmo-
loqlar bildirirlər ki, bakte-
riyaları dezinfeksiyaedici
məhlulların köməyi ilə
öldürmək mümkün deyil,
əgər üzgüçülük zamanı
linzadan istifadə olunursa
və ya onların konteynerlə-
ri axar su ilə yuyulursa, bu
hallarda amöb keratiti (gö-
zün buynuz təbəqəsinin il-
tihabı) ilə yoluxma riski bir
neçə dəfə artır.
Bundan başqa, dərman
preparatları da görmə qabi-
liyyətinə və gözün müxtəlif
hissələrinə əks-təsir göstərə
bilər.
Futbol üzrə Almaniya milli
komandası gələn il Rusiyada keçi-
riləcək dünya çempionatının qalibi
olacağı təqdirdə yığmanın hər bir
üzvü 350 min avro məbləğində
mükafat alacaq.
Bu barədə Almaniya Futbol Fe-
derasiyası açıqlama yayıb.
Açıqlamada 2012-ci və 2016-cı
illər Avropa, 2014-cü il dünya çempi-
onatlarındakı kimi, mükafatın məb-
ləğinin millinin mundialda necə çıxış
etməsindən asılı olacağı vurğulanıb.
Belə ki, komanda dörddəbir fina-
la vəsiqə qazansa hər futbolçuya 75
min, yarımfinal üçün 125 min, final
üçün isə 200 min avro məbləğində
mükafat nəzərdə tutulub. Əgər Al-
maniya yığması üçüncü yeri tutarsa
futbolçulara 150 min avro məbləğin-
də mükafat veriləcək.
Beləliklə, Almanya milli koman-
dası dünya çempionu adını qazanar-
sa hər futbolçu ümumilikdə 350 min
avro məbləğində mükafata sahib ola-
caq.
Nyukasl Universitetinin
(Böyük Britaniya) alimləri
müəyyən ediblər ki, ağrıkəsici
dərmanlar insanda piylən-
mənin və yuxusuzluğun
inkişaf etməsinə gətirib
çıxarır. Tədqiqatçılar
bildirirlər ki, həkimlər
belə preparatların qəbul
edilməsi ilə bağlı əlavə
təsirlərin, o cümlədən
gecələr tənəffüsün və
yuxunun pozulması
hallarının sayının son
vaxtlar artdığını qeydə
alıblar.
“MedikForum.ru” say-
tı xəbər verir ki, tərkibində opiat
komponentləri olan ağrıkəsici
dərmanların daxilə qəbul edil-
məsi piylənmə riskini 95 faiz,
hipertoniya riskini 63 faiz artırır.
Bu səbəbdən xroniki ağrıları ara-
dan qaldırmaq üçün tətbiq edilən
ağrıkəsici preparatlar qısa müd-
dətə təyin edilməlidir.
Mütəxəssislər ürəyi xəstə
olan 133 min pasiyent haqqında
toplanmış məlumatı “UK Bio-
bank” layihəsi çərçivəsində təh-
lil edərək bu qənaətə gəliblər.
Pasiyentləri şərti olaraq iki qru-
pa ayırıblar: kardiopreparatlarla
yanaşı, ağrıkəsici vasitələr qəbul
edənlərə və yalnız ürək dərman-
ları qəbul edənlərə. Sonra onla-
rın bədən kütləsi, bel dairəsi və
arterial təzyiq göstəriciləri tutuş-
durulub.
Alimlər müəyyən ediblər ki,
ağrıkəsici dərmanlar içən insan-
larda piylənmə və hipertoniya
ehtimalı xeyli yüksəkdir.
Tədqiqatçılar deyiblər: “Belə
bir fakt böyük narahatlıq doğurur
ki, tərkibində opiat komponentlə-
ri olan preparatlar getdikcə daha
çox təyin olunur. Nəticədə onla-
rın qəbul edilməsi ilə bağlı əlavə
təsirlərin sayı artır. Pasiyentləri
tez-tez ağrıkəsici dərmanları ar-
tıq dozada qəbul etdikləri üçün
xəstəxanaya yatırırlar. Bundan
əlavə, onlar gecələr tənəffüsün
pozulmasından və yuxusuzluq-
dan əziyyət çəkirlər”.
Dünya Taekvondo Federasiya-
sının Olimpiya çəkiləri üzrə yeni
reytinq cədvəli Azərbaycan idman-
çıları üçün uğurlu olub.
Dekabr üçün tərtib olunan siya-
hıda yığmamızın üç taekvondoçusu
yer alıb.
Hesabında 435,66 xal olan “Rio-
2016” Yay Olimpiya Oyunlarının qa-
libi, dünya və Avropa çempionumuz
Radik İsayev 80 kiloqramdan yuxarı
çəki dərəcəsində yenə də birinci pil-
lədədir.
Dünya çempionumuz Milad Be-
iqi Harçeqani (80 kq) 469,86 xalla
reytinq cədvəlində birinci yerdə qə-
rarlaşıb.
Altmış səkkiz kiloqram çəki
dərəcəsində “Bakı-2015”in və İsla-
miadanın çempionu olan Ayxan Ta-
ğızadə 207,15 xalla yeddinci pillədə
yer alıb.
Qeyd edək ki, reytinq xalları
Dünya Taekvondo Federasiyasının
təşkil etdiyi yarışlarda idmançıların
aktivinə yığılan xallara əsasən verilir.
Taekvondo qaydalarına görə 2020-ci
ildə Tokioda keçiriləcək Yay Olim-
piya Oyunlarınadək reytinq xalları
sayəsində cədvəldə ilk altılıqda ola-
caq idmançılar Olimpiadaya birbaşa
vəsiqə qazanacaqlar.
kRİşTİAnU RonALDU
BEşİncİ DƏfƏ “qIZIL ToP”
MükAfATI qAZAnDI
Portuqaliyanın futbol üzrə yığma komandasının
və İspaniyanın “Real Madrid” klubunun hücumçusu
Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı
alıb.
Bu barədə mükafatın təsisçisi olan “France Football”
jurnalının Twitter səhifəsində məlumat yerləşdirilib.
2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu id-
dia edib.
Kriştianu Ronaldu “Qızıl top”a 2008, 2013, 2014 və
2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əv-
vəl isə FIFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi.
İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argen-
tinalı futbolçu Lionel Messi layiq görülmüşdü.
2017-ci ildə Bakıda keçirilən For-
mula-1 yarışı dünyanın aparıcı kütləvi
informasiya vasitələrində keçirilmiş
sorğularda avtoidman azarkeşləri, media
nümayəndələri və “Paddok Klub”un
təmsilçilərinin əksəriyyəti tərəfindən
mövsümün ən həyəcanlı və ən gözlənil-
məz anlarla dolu yarışı kimi qiymətlən-
dirilib.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkə-
tindən (BŞH) bildiriblər ki, yarış zamanı
Luis Hamilton ilə Sebastian Fettel arasında
baş vermiş toqquşma avtoidman tarixinin
ən yaddaqalan hadisələrindən biri olub.
Bakıda təşkil olunan sonuncu yarışda
“Red Bull” komandasının pilotu Daniel
Rikkardo gözlənilməz şəkildə qələbə qa-
zanmışdı. Onu ardıcıl olaraq “Mercedes”
və “Williams” komandalarının pilotları
Valteri Bottas ilə Lens Stroll izləmişdilər.
Üçüncü pilləyə çıxan Lens Strol bu nəticə
ilə Formula-1 tarixində debüt ilində podiu-
ma çıxan ən gənc pilot ünvanına məhz bu
yarışda yiyələnmişdi.
Bundan başqa, Formula 1-in təkər
təchizatçısı “Pirelli” şirkətinin yayımla-
dığı son hesabatında bildirilir ki, 2017-ci
ildə bütün Qran-Prilər arasında Bakı yarışı
42 ötmə ilə ən çox ötmə edilən yarış olub.
Həmin ötmələrin birində D.Rikkardo 1-ci
döngədə bir dəfəyə üç bolidi keçmişdi və
bu, Formula-1 şirkəti tərəfindən minlərlə
azarkeş arasında ilin ən yaxşı 10 ötməsi
arasında ən çox bəyənilən ötmə olub. “Red
Bull”un pilotu da bu ötməni özünün yarış
mövsümündə reallaşdırdığı ən yaxşı ötmə
kimi qiymətləndirir.
Qeyd edək ki, 2017-ci il Formula-1
Azərbaycan Qran-Prisi bir sıra beynəlxalq
media qurumları tərəfindən yarış mövsü-
münün nəticələrinə dair keçirilən sorğu-
ların əksəriyyətində ilin yarışı adına layiq
görülüb.
DünYA çEMPİonU oLSALAR,
hƏR fUTBoLçUYA 350 Mİn AVRo
MükAfAT VERİLƏcƏk
2017-cİ İL foRMULA-1
AZƏRBAYcAn qRAn-PRİSİ İLİn
Ən YAXşI YARIşI SEçİLİB
İDMAn ARAşDIRMALAR MƏRkƏZİ MüXTƏLİf
noMİnASİYALAR üZRƏ İLİn qALİBLƏRİnİ MükAfATLAnDIRIB
göRMƏ qABİLİYYƏTİnİn İTMƏSİnİn
göZLƏnİLMƏYƏn SƏBƏBLƏRİ AçIqLAnIB
AğRIkƏSİcİ DƏRMAnLARIn qƏBUL EDİLMƏSİ
PİYLƏnMƏ VƏ hİPERTonİYA RİSkİnİ ARTIRIR
YAXInLAşAn öLüMün DAhA BİR
ƏLAMƏTİ MüƏYYƏn EDİLİB
İngiltərənin Ekseter Universite-
tinin tibb məktəbinin alimləri yaşlı
insanlarda ölümdən 14-18 il əvvəl
arterial təzyiqin aşağı düşdüyünü
müəyyən ediblər.
“Rossiyskaya qazeta” saytı xəbər
verir ki, bu nəticə 60 və daha yuxarı
yaşda vəfat etmiş 46 min Böyük Bri-
taniya vətəndaşı haqqında məlumat-
larının tədqiqi zamanı əldə olunub.
Vəfat etmiş bu insanlar arasında sağ-
lamlığından heç bir şikayəti olmayan-
larla yanaşı, ürək-damar xəstəlikləri,
demensiya, yüksək təzyiqdən əziyyət
çəkənlər də olub.
Müxtəlif təbəqələrdən olan bu in-
sanların hər birində ölümündən təx-
minən 14 il əvvəl tədricən qan təz-
yiqinin aşağı düşməsi faktı alimlərin
təəccübünə səbəb olub.
Tədqiqatçıların fikrincə alınan nə-
ticələr tibb işçilərinə “yaşlı insanlarda
qan təzyiqinin aşağı düşməsinin nəyə
işarə etdiyini” anlamağa və müalicə
üsulunun düzgün seçilməsinə kömək
edəcək.
DünYA TAEkVonDo fEDERASİYASInIn
YEnİ REYTİnq cƏDVƏLİnİn İLk onLUğUnDA
üç AZƏRBAYcAn İDMAnçISI YER ALIB
İdman Araşdırmalar
Mərkəzinin “İlin qaliblə-
ri-2017” layihəsi çərçivəsində
“9 ilə 13” adlı mükafatlan-
dırma mərasimi keçirilib.
Bakı Olimpiya Stadionunda
təşkil olunan tədbirdə ümumi-
likdə 17 mükafat sahibinə təq-
dim edilib.
Tədbirdə çıxış edən İdman
Araşdırmalar Mərkəzinin səd-
ri Elşən Məmmədov bildirib
ki, səsvermədə 60 KİV iştirak
edib. Seçim zamanı aktivlik
müşahidə olunub. Bu il ilk dəfə
olaraq ali nominasiya var. Bu,
futbol üzrə ilin baş məşqçisi
nominasiyasıdır. Bəzi nomina-
siyalarda, xüsusən, ilin idman-
çısı və futbolçusu seçimində
ciddi rəqabət oldu. Bəzilərində
isə aşkar üstünlük müşahidə
olundu.
Tədbirin adının “9 ilə 13”
olması təsadüfi deyil. Qurban
Qurbanov 9 ildir “Qarabağ”ın
baş məşqçisidir, çıxış etdiyi
klublarda 9 və 13 nömrəli
formaları geyinib. Həmçi-
nin tədbir dekabrın 13-də
keçirilir və saat 13:00-da
start götürüb.
Daha sonra mükafatlar
təqdim edilib. Ali nomina-
siya üzrə İlin məşqçisi –
“Qarabağ” futbol klubunun
baş məşqçisi Qurban Qur-
banov təltif olunub.
Digər nominasiyalar üzrə qa-
liblər bunlardır: İlin idman xadimi
– “Qarabağ” klubunun vitse-pre-
zidenti Tahir Gözəl, ilin idmançısı
– sərbəst güləş üzrə üçqat dünya
çempionu Hacı Əliyev, ilin əcnəbi
idmançısı – “Qarabağ”ın futbol-
çusu Dino Ndlovu, ilin futbolçu-
su – “Qarabağ”ın kapitanı Rəşad
Sadıqov, ilin komandası (futbol və
digər) “Qarabağ” və şahmat üzrə
kişilərdən ibarət Azərbaycan milli
komandası, ilin baş məşqçisi (digər
növlər üzrə) – cüdo üzrə Azərbay-
can milli komandasının baş məşq-
çisi Fərhad Məmmədov, ilin ən nü-
fuzlu yarışı – “Bakı 2017” IV İslam
Həmrəyliyi Oyunları, ilin yazarı
– Komanda.az saytının əməkdaşı
Elnur Həmidov, ilin idman qurğu-
su – Bakı Olimpiya Stadionu, ilin
idman verilişi - 3-cü hissə, ilin fəal
fotoqrafı - Firudin Səlimov, media
ilə sıx əməkdaşlığa görə - Qarabağ”
klubunun mətbuat katibi Nurlan İb-
rahimov.