Əbədiyyət yolçuları
30
SABİR ƏLİYEV
(1962 – 1994)
Əliyev Sabir Xeyrulla oğlu –
02 may 1962-ci ildə Lerik rayo-
nunun Mondigah kəndində ana-
dan olub. Orta məktəbi bitirdik-
dən sonra Ali təhsil alıb, ixtisası
üzrə müxtəlif yerlərdə əmək fəali-
yəti ilə məşğul olub.
1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin
xalqa müraciətindən sonra həmin ilin may ayında könüllü
olaraq milli ordu sıralarına qoşulub. Gəncə şəhərində hərbi
təlim məşqlərində iştirak edib, daha sonra Ağdam rayonunun
Güllücə kəndinə göndərilib.
Sabir Əliyev komandiri olduğu tağımın əsgərləri ilə düş-
mənə ağır zərbələr endirərək onların çoxlu canlı qüvvəsini
məhv edir. Beyləqan cəbhəsində bir sıra döyüş əməliyyat-
larında iştirak edir, oradan Fizuli rayonuna göndərilərək
Horadizdəki hərbi hissənin qərərgah rəisinin müavini vəzifəsi-
nə təyin edilir. Sabir ordu quruculuğunda fəal iştirak edərək
hərbi hissədəki nizam-intizamın yaradılması üçün əlindən
gələni əsirgəmir.
1994-cü ilin dekabr ayında qərərgah rəisi vəzifəsinə
təyin edilir, elə həmin ildə də torpaqlarımız uğrunda gedən
döyüşlərdə qəhrəmancasına şəhid olur. Onun cənazəsi may
ayının 14-də doğulduğu kəndə gətirilərək torpağa tapşırılır.
Mondigah kənd orta məktəbi Əliyev Sabir Xeyrulla oğlu-
nun adını daşıyır.
Əbədiyyət yolçuları
31
MƏRDAN BÜNYADOV
(1974-1992)
Bünyadov Mərdan Sabir oğlu–
1974-cü ildə Lerik rayonunun
Vizəzəmin kəndində anadan olub.
1981-ci ildə Vizəzəmin kənd orta
məktəbinin birinci sinfinə daxil
olub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq milli
ordu sıralarına yola salınıb. Mərdanın döyüş yolu Qarabağ
cəbhəsinin müxtəlif istiqamətlərindən keçib.
Mərdan Bünyadov bir əsgər kimi vətən uğrunda
canından keçməyə hər an hazır olan igidlərimizdən olub. O,
Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edərək
qəhrəmanlıqlar göstərib.
Vətən yolunda son damla qanına qədər döyüşəcəyinə
and içən bu gənc qəhrəman 1992-ci ildə Kəlbəcər rayonu uğ-
runda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrə-
mancasına şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə
gətirilərək torpağa tapşırılıb.
Əbədiyyət yolçuları
32
ZAMİR TAĞIYEV
(1976-1998)
Tağıyev Zamir Atakişi oğlu –
25 mart 1976-cı ildə Lerik rayo-
nunun Çayrud kəndində anadan
olub. 1983-cü ildə Çayrud kənd
orta məktəbinin birinci sinfinə
qəbul olunub, 1993-cü ildə həmin məktəbin onuncu sinfini
bitirib. Orta məktəbi bitirdikdən sonra 1994-cü ilin iyun ayında
Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə
çağrılaraq milli ordu sıralarınayola salınıb. Üç aylıq çavuşluq
kursunu bitirdikdən sonra manqa komandiri təyin edilib.
Qusar və Zaqatala rayonlarında xidmətdə olub. Son xidmət yeri
isə Qazax rayonu olub.
Zamir Tağıyev 1996-cı il aprelin 26-da Qazax rayo-
nunun Kəmərli kəndindəki döyüş mövqeyində xidməti vəzifə-
sini yerinə yetirərkən başından yaralanıb. Hərbi hospitalda 10
gün komada qalıb, həkimlər ciddi səy göstərsələrdə, həyatını
xilas edə bilməyiblər. O, 1996-cı il may ayının 5-də gözlərini
əbədi yumaraq şəhadətə qovuşub. Şəhidin cənazəsi doğulduğu
kənddə torpağa tapşırılıb.
1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin
sərəncamına əsasən ona şəhid statusu verilib.
Əbədiyyət yolçuları
33
FAMİL CANIYEV
(1979-1999)
Canıyev Famil Bəhram oğlu –
18 oktyabr 1979-cu ildə Lerik
rayonunun Çayrud kəndində dün-
yaya gəlib. Sonradan ailəsi ilə
birlikdə Sumqayıt şəhərinə köçə-
rək burada yaşamağa başlamışlar.
1994-cü ildə 7 nömrəli Sumqayıt şəhər texniki peşə
məktəbini bitirib. Litseydə təhsil aldığı müddətdə kimyaçıların
idman klubunda karate idman növüylə məşğul olaraq peşəkar
idmançı kimi yetişib.
1997-ci ildə Sumqayıt Şəhər Hərbi komissarlığı
tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq milli ordu sıralarına
yola salınıb.
Fizuli rayonunun Horadiz qəsəbəsində xidmət edən
Famil 27 yanvar 1999-cu ildə düşmən gülləsinə tuş gələrək ağır
yaralanır. Onu hərbi hospitala gətirsələr də həyatını xilas
etmək mümkün olmur. Həmin ilin fevral ayının 2-də Famil
Canıyev həyatla vidalaşaraq əbədiyyətə qovuşub.
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa
tapşırılır.
Dostları ilə paylaş: |