A) 75 mq X 1 dəfə
B) 90 mq X 3 dəfə
C) 100 mq X 2 dəfə
D) 200 mq X 3 dəfə
E) 15 mq X 2 dəfə
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika
və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 31
1013) İşemik insultun ikincili profilaktikası məqsədilə ilk seçim preparatı kimi
hansı qrup antihipertenziv preparatlara üstünlük verilməlidir?
A) AÇF-inhibitorlarına
B) β adrenoblokatorlar
C) Ftorxinolonlara
D) Ca-antoqonistlərinə
E) Antiaqreqantlara
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika
və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
1014) “İnkar etmə” sindromu( “neglect” syndrome) hansı patologiya zamanı
qeydə alınır?
A) Parkinsonizm
B) İşemik insult
C) Epilepsiya
D) Birləşdirici toxumanın sistem xəstəlikləri
E) Vegetativ distoniya
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika
və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 19
1015) Uşaqlarda absans epilepsiyası(UAE) zamanı epilepsiya əleyhinə
dərmanların dozasını nə zaman azaltmaq olar?
A) Tutmaların olmamasından 4 ay sonra
B) Tutmaların olmamasından 2-4 il sonra
C) Tutmaların olmamasından 1 il sonra
D) Axırıncı epileptik tutmadan 6 ay sonra
E) Növbəti epileptik tutmadan dərhal sonra
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
1016) Simptomatik fokal epilepsiyalarda remissiyadan nə qədər vaxt keçdikdən
sonra epilepsiya əleyhinə preparatların dozasını azaltmaq olar?
A) 3-4 il
B) 8-10 ay
C) 3-6 ay
D) 1-2 il
E) 2-2.5 il
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
1017) Epilepsiya əleyhinə dərmanların qəbulunun dayandırılması hansı müddət
ərzində həyata keçirilməlidir?
A) 3 ay
B) 2 il
C) 4 ay
D) 1il
E) 1-2 ay
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
1018) Alkoqol abstinent (“aclıq”) sindromu zamanı epileptik tutmaların əmələ
gəlmə riskini azaltmaq üçün qısa müddət ərzində hansı qrup preparatların
istifadəsi məqsədə uyğundur?
A) Ca antoqonistləri
B) Benzodiazepinlər
C) Valproat turşusu
D) AÇF-inhibitorları
E) Aminoqlikozidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
1019) Diazepam hansı qrup preparatların nümayəndəsidir?
A) Antipsixotiklərin
B) Antidepressantların
C) Dofamin reseptorlarının blokatorlarının
D) AÇF-inhibitorlarının
E) Benzodiazepinlərin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21
1020) Rezistent epileptik absanslar zamanı hansı preparatlarla politerapiya
təyin edilir?
A) Benzodiazepinlər+analgetiklər
B) Benzodiazepinlər+aminoqlikozidlər
C) valproatlar+benzodiazepinlər
D) Dofamin reseptorlarının blokatorları+penisillinlər
E) valproatlar + suksinimidlər
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 64
1021) Hamilə qadın diazepam qəbul edərsə,döldə hansı patologiyanın yaranma
ehtimalı artar?
A) Diafraqma qüsurları
B) Anadangəlmə ürək qüsurları,zob ,neonatal sianoz
C) Hipotermiya ,əzələlərin hipotoniyası,ətrafların ikiləşməsi,anomaliyası
D) Xoleostaz,pankreatit
E) Eşitmənin pozulması
Ədəbiyyat: В.Г,Кукес «Клиническая фармокология» Москва-Геотар-Медиа-
2006,стр 131
1022) Valproat turşusunun təsir mexanizmi hansıdır?
A) Oyanma və tormozlanma neyromediatorlarına təsir edir
B) Na və Ca kanallarını blokada edir
C) Na kanallarını blokada edir
D) NMDA reseptorlarını blokada edir
E) Talamusda T-tipli Ca kanallarını blokada edir.
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник
практического врача-Москва-2005,стр-706
1023) 2 aylıq-2 yaşlı uşaqlarda qeyri-epileptik paroksizmal pozuntulara aid
olmayan hansıdır?
A) Titrəmə tutmaları (“Shuddering attacks”)
B) Xoşxassəli paroksizmal vertiqo
C) Simulyasiya
D) Konverson pozuntu(isteriya)
E) Hiperekpleksiya (“Stiff baby syndrome”)
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 60,əlavə 1
1024) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf
əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa
müraciət edib. Qeyd edir ki, qəfildən yuxudan oyatma zamanı dartılmalar
güclənir və ağrı artır. Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.
Nevroloji status norma daxilindədir. Bu halda daha informativ müayinə metodu
aşağıdakılardan hansı ola bilər?
A) EKQ
B) KT
C) MRT
D) EEQ
E) USM
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
1025) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf
əzələlərində meydana çıxan dartılma, qıcolma şikayəti ilə nevropatoloqa
müraciət edib. Qeyd edir ki, qəflidən yuxudan oyatma zamanı dartılmalar
güclənir və ağrı artır. Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir.
Nevroloji status norma daxilindədir. Diaqnoz qoyulduqdan sonra hansı
preparatla monoterapiyaya başlamaq mümkündür?
A) Valproat turşusu
B) Lamotrijin
C) Amantadin
D) Topiramat
E) Karbamazepin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58
1026) Gənclərin mioklonik epilepsiyasının digər adı nədir?
A) Lennoks-Qasto sindromu (LQS)
B) Rasmussen sindromu
C) Otahara sindromu
D) Yans sindromu
E) Vest sindromu
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 13
1027) Neçə dəqiqədən artıq davam edən epileptik tutma epileptik statusu
göstərir?
A) 10
B) >30
C) 20
D) 5
E) 15
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37
1028) 30 yaşlı kişi temperaturun yüksəlməsi (38,5 ºC), bəlgəmli öskürək, döş
qəfəsində sıxılma şikayətləri ilə poliklinikaya müraciət edib. Aparılan
müayinələr xroniki bronxit kəskinləşmə mərhələsində diaqnozunu təsdiq edib.
Anamnezdən məlumdur ki, pasiyent epilepsiyadan əziyyət çəkir və 2 il
müddətində valproat turşusu preparatları qəbul edib. Hazırki diaqnozla hansı
qrup preparatın təyini epileptik tutmaların təkrar yaranmasına səbəb ola
bilməz?
A) Sefalosporinlərin
B) Mukolitiklərin
C) Xinolonların
D) Penisillinlərin
E) Aminofillinlərin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 65,əlavə 3
1029) Fokal və generalizə olunmuş epilepsiyanın bütün
formalarında,epilepsiyanın dəqiq tipini müəyyən etmək mümkün olmadıqda
hansı epilepsiya əleyhinə preparata üstünlük verilməlidir?
A) Valproat turşusuna
B) Lamotrijinə
C) Karbamazepinə
D) Fenobarbitala
E) Topiramata
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник
практического врача-Москва-2005,стр-709
1030) Uşaqlarda absans epilepsiyanın müalicəsində ilk seçim preparatı
hansıdır?
A) Oksikarbazepin
B) Viqabatrin
C) Topiramat
D) Etosuksimid
E) Karbamazepin
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Uşaqlarda epilepsiya üzrə
üzrə klinik protokol Bakı-2010,səh 22
1031) Uşaqlarda sadə parsial epileptik tutmaların müalicəsində ilk seçim
preparatı hansıdır?
A) Karbamazepin fenitoin
B) Fenibarbital
C) Klonazepam
D) Valproat turşusu
E) Etosuksimid
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –
Медицинская Литература -2005,стр.41
1032) Uşaqlarda sadə parsial epileptik tutmaların müalicəsində tətbiq olunan
ikinci seçim preparatı hansıdır?
A) Fenobarbital
B) Asetalozidamid(diakarb)
C) Heparin
D) Prednizolon
E) Aspirin
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –
Медицинская Литература -2005,стр.41
1033) Uşaqlarda tonik-klonik parsial epileptik tutmaların müalicəsində istifadə
edilən ikinci seçim preparatlarından biri düzgün göstərilməyib. Səhvi tapın.
A) Lamotridcin
B) Pirimidon
C) Karbamazepin fenitoin
D) Valproat turşusu
E) Fenobarbital
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –
Медицинская Литература -2005,стр.41
1034) Işemik insultda hansı patoloji refleks müşahidə edilmir?
A) Qordon
B) Neri
C) Babinski
D) Oppenheym
E) Rossolimo
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая
диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-46
1035) Açıcı (ekstenzor) patoloji reflekslərə aşağıdakılardan hansılar aiddir?
1. Babinski
2. Oppenheym
3. Rossolimo
4. Şeffer
5. Jukovski-Kornilov
A) 1,3,5
B) 1,2,4
C) 1,2
D) 2,4,5
E) 3,4
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая
диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-65
1036) Açıcı (ekstenzor)patoloji reflekslərə aşağıdakılardan hansılar aid deyil?
1. Babinski
2. Oppenheym
3. Rossolimo
4. Şeffer
5. Jukovski-Kornilov
A) 3,4
B) 2,5
C) 1,2
D) 2,3
E) 3,5
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая
диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-65
1037) Sertralin hansı qrup preparatlara aiddir?
A) Xolinomimetiklərə
B) MAO inhibitorlarına
C) Nootroplara
D) Serotoninin geriyə tutulmasının selektiv inhibitorlarına
E) Tsiklik antidepressantlara
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник
практического врача-Москва-2005,стр-529
1038) 32 yaşlı pasiyentə antikonvulsiv terapiya təyin olunub. Sertalin(sutkada
200mq) ,və lamotrijin (sutkada 300 mq) ilə müalicə alır. Müalicənin ikinci günü
pasiyentin bədənində səpkilər meydana çıxıb. Bu halda tibb işçisinin taktikası
necə olmalıdır?
A) Sertralin və lamotrijini dərhal kəsmək
B) Lamotrijinin dozasını sabit saxlamaq
C) Sertralini kəsmək və lamotrijini əvvəlki dozada saxlamaq
D) Sertralinin və lamotrijininin dozasını 2 qat atrırmaq
E) Sertralin və lamotrijinin dozasını başlanğıc dozaya qədər endirmək
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və
İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol.
Bakı, 2009
1039) Serotoninin geriyə tutulmasının selektiv inhibitorları arasında biri
səhvdir. Səhvi göstərin.
A) Paroksetin
B) Sertralin
C) Perlindol
D) Sitalopram
E) Fluoksetin
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник
практического врача-Москва-2005,стр-529
1040) Meningitə xas olmayan nevroloji simptom hansıdır?
A) Brudzinski(yuxarı) simptomu
B) Kerniq simptomu
C) Mendel simptomu
D) Brudzinski(orta) simptomu
E) Trusso simptomu
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik
protokol,”Bakı-2009,səh 15
1041) Meningitlərin müalicəsində hansı qrup preparatlar istifadə edilmir?
A) Dofamin reseptorların aqonistləri
B) Ftorxinolonlar
C) 3-cü nəsil sefalosporinlər
D) Qlükokortikosteroidlər
E) Penisillinlər ( Na duzu )
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik
protokol,”Bakı-2009,səh 22
1042) Aşağdakıların hansında nikotin reseptorları yoxdur?
A) Skelet əzələsində
B) Simpatik qanqlionlarda
C) Bronxun düz əzələsində
D) Böyrəküstsü vəzin beyin maddəsində
E) Parasimpatik qanqlionlarda
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik
protokol,”Bakı-2009,səh 22
1043) Aşağıdakılardan hansı Bronx divarının saya əzələlərini genişləndirən
mediatordur?
A) Adenozin
B) Vazoaktiv intestinal polipeptid(VIP) Substansiya P
C) Histamin
D) Leykotrienlər
E) Asetilxolin
Ədəbiyyat: Ədəbiyyat: Жук О. H., Лаптева Е. А., Чаплинская Е. В., Лаптева И. М.
Институт физиологии НАН РБ, БелМАПО, НИИ пульмонологии и фтизиатрии
МЗ РБ. Опубликовано: "Медицинская панорама" № 10, ноябрь 2004.
1044) Hidrosefaliyanın əlamətlərindən biri hansıdır?
A) “Batan günəş” simptomu
B) Kerniq simptomu
C) Xvostek simptomu
D) Qovers simptomu
E) Merfi simptomu
Ədəbiyyat: Ədəbiyyat:А.Ю. «Неврология новорожденных»,« Бином»2005, стр81
1045) Yenidoğulmuş uşaqların sinir sisteminin funksional vəziyyətini müəyyən
etmək üçün aşağıdakılardan hansı zəruridir?
A) Ailənin sosial vəziyyətinin qiymətləndirilməsi
B) Şərtsiz reflektor fəaliyyətin qiymətləndirilməsi
C) Daxili orqanların funksional çatışmazlıqlarının aşkar edilməsi
D) Qidalanma prosesinin qiymətləndirilməsi
E) Auskultasiya və perkussiya müayinələrinin aparılması
Ədəbiyyat: Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни»,
Москва « Рид Элсивер»2010, стр.41-44
1046) Aşağıdakılardan hansı fossa poplitea-da yerləşmir?
A) Nervus peroneus communis
B) Nervus cutaneus femoris posterior
C) Vena saphena parva-nın son hissəsi
D) Nervus tibialis
E) Vena saphena maqna
Ədəbiyyat: Ədəbiyyat:K.A.Balakişiyev,V.B.Şadlinski “İnsan anatomiyası”-Təbib-
1997-səh 380-388
1047) Fridreyx ataksiyası üçün aşağıdakılardan hansı səhvdir?
A) Dərin hissiyyat pozulması baş vermir
B) Kardiomiopatiya müşühidə edilə bilər
C) İlk simptomu müvazinətin pozulmasıdır
D) Autosom resessiv gedişlidir
E) Skolioz müşahidə edilir
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh -377-
378
1048) 32 yaşında kişi baş ağrıları şikayətləri ilə həkimə müraciət etmişdir. Son 1
ayda gündə iki dəfə tutma keçirdiyini hər tutmanın təxminən 1 saat davam
etdiyini, spirtli işki qəbulundan sonra yaranaraq xəstənin yuxudan oyanmasına
səbəb olduğunu bildirir.Tutma zamanı tərləmə,ürək bulanma, göz yaşarması və
burun tutulmasından şikayət edir. Ağrının dərin, çox şiddətli və başın sağ
tərəfində lokalizasiya etdiyini qeyd edir. Bu xəstənin baş ağrıları ilə bağlı ilk
növbədə hansı diaqnozdan şubhələnmək olar?
A) Miqren baş ağrısı
B) Beyin şişi
C) Meningeal sindrom
D) Gərginlik baş ağrısı
E) Cluster baş ağrısı
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник
практического врача-Москва-2005,стр-474-493
1049) Mebius sindromu hansı sinirin zədələnməsi nəticəsində meydana çıxır?
A) n.oculomotorius
B) n.trigeminus
C) n.facialis
D) n.vaqus
E) n.hypoqlossus
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.РАТНЕР «Неврология новорожденных»,«
Бином»2005, стр83
1050) Hansı sinirin zədələnməsi uşaqda müştərək çəpgözlük yaradır?
A) N.okulomotorius
B) N.trochlearis
C) N.opticus
D) N.triqeminus
E) N.abducens
Ədəbiyyat: А.Ю.РАТНЕР «Неврология новорожденных»,« Бином»2005, стр.256
Dostları ilə paylaş: |