4
gəldikcə izahı müəllimin öhdəsinə buraxılır.
Dərslikdə bilərəkdən transkripsiya işarələri verilməmişdir. Bu
onunla bağlıdır ki, 1) xarici ölkələrdə (ana dili ingilis dili olan və
olmayan şagird və tələbələr üçün hazırlanmış) nəşr olunmuş dərsliklər
və dərs vəsaitlərində də transkripsiya işarələri verilmir; 2) düzgün oxu
vərdişləri nə qədər təkmilləşdirilsə də transkripsiya işarələri tələbəyə,
yəni dili öyrənənə ikinci bir dil kimi görünür və onu daha keyfiyyətli
öyrənmək meylindən müəyyən qədər soyudur; 3) tələbə bu dili
təkbaşına öyrənmir, bu işi tələbə müəllimlə birlikdə və ya tələbənin
istifadə etdiyi müxtəlif lüğətlərlə yerinə yetirir.
Dərsliyin qarşısında duran əsas məqsəd orta məktəbdə qazanılmış
bacarıqların əsasında tələbələrə xüsusi halda gündəlik həyatla bağlı
praktik dil vərdişlərini aşılamaqdır.
Dərslikdən ingilis dilini yeni öyrənənlər, şagirdlər, magistrlər,
aspirant və dissertantlar, eləcə də müəllimlər istifadə edə bilərlər.
Şübhəsiz ki, dərslikdə müəyyən qüsurlar olmamış deyildir.
Dərslikdə olan qüsurları və onun keyfiyyətinin yaxşılaşdırılması üçün
veriləcək faydalı məsləhətlərə görə qabaqcadan bütün oxucularıma
minnətdarlığımı bildirirəm.
Müəllif
5
G
G
İ
İ
R
R
İ
İ
Ş
Ş
K
K
U
U
R
R
S
S
U
U
İ
İ
N
N
T
T
R
R
O
O
D
D
U
U
C
C
T
T
O
O
R
R
U
U
C
C
O
O
U
U
R
R
S
S
E
E
6
İNGİLİS
DİLİ
HAQQINDA
MƏLUMAT
İngilis dili geneoloji bölgüyə əsasən Hind-Avropa dilləri
ailəsinin german qrupuna daxildir.
Bu dil müxtəlif etnik qrupların Böyük Britaniya adalarında
çarpazlaşması və yerləşməsi şəraitində təşəkkül tapmış və öz
inkişafı prosesində uzun və mürəkkəb bir yol keçmişdir.
İngilis dilinin yaranma tarixi üç dövrə bölünür.
1. Qədim İngilis dili dövrü – V əsrdən XI əsrin sonuna qədər
(449-1100) german tayfaları Britaniya adalarını fəth etmişdir. Bu
dövrdə ingilis dili german dillərinin güclü təzyiqi və təsirinə
məruz qalmış, german dillərində danışan gəlmə tayfaların dili
hakim mövqe tutmuşdur.
Müasir ingilis dili Britaniya adalarını fəth etmiş german
tayfalarının dili əsasında təşəkkül tapmağa başlamışdır. Müasir
ingilis dilinin german dilləri qrupuna daxil olması bununla izah
edilir. Məsələn:
brider – brother – qardaş
winter – winter – qış
alt – old – qocaç köhnə
2. Orta ingilis dili dövrü – XI əsrin sonlarından XV əsrin
sonlarına qədər olan dövrü əhatə edir. Bu dövr fransız dilində
danışan normanların İngiltərəni fəth etməsi ilə xarakterikdir. Bu
da ingilis dilinə öz təsirini göstərmiş, müasir ingilis dilində
işlənən külli miqdarda fransız sözləri ingilis dilinin lüğət fonduna
daxil olmuşdur. Məsələn:
cause – səbəb
chief – rəis, başçı
7
3. Yeni ingilis dili dövrü – XV əsrin sonlarından hal-hazıra
qədər olan dövrü əhatə edir.
Hər üç dövr inigils dilinin normalaşması, sabitləşməsi və
zənginləşməsində böyük rol oynamışdır. Bu dil zaman keçdikcə
dəyişmiş və təkmilləşmişdir.
Hazırda ingilis ədəbi dilinin əsasını London dialekti təşkil
edir.
FONETİKA
HAQQINDA
ÜMUMİ MƏLUMAT
Fonetika yunanca phone – səs, tike – elm, bilik deməkdir. Bu,
dilçiliyin bir bölməsi olub, dilin əsas qanunlarından, fonetik
sistemindən bəhs edir.
Fonetika iki şöbəyə ayrılır: ümumi və xüsusi.
Ümumi fonetika bir neçə dilin səslərinin ümumi akustik və
fizioloji xüsusiyyətlərindən, onların təsnifindən, vurğu, heca,
intonasiya və sairədən bəhs edirsə, xüsusi fonetika konkret bir
dilin səs tərkibindən və bu dildəki səslərin xüsusiyyətindən bəhs
edir. Hər hansı bir dili öyrənmək üçün əvvəlcə onun səs sistemini,
söz vurğusunu və intonasiyasını öyrənmək lazımdır.
8
I
DƏRS
(LESSON I)
İ
İ
N
N
G
G
İ
İ
L
L
İ
İ
S
S
S
S
A
A
İ
İ
T
T
V
V
Ə
Ə
S
S
A
A
M
M
İ
İ
T
T
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
İ
İ
N
N
X
X
A
A
R
R
A
A
K
K
T
T
E
E
R
R
İ
İ
S
S
T
T
İ
İ
K
K
A
A
S
S
I
I
İngilis dilində 26 hərf, 44 səs vardır. 44 səs 26 hərf və hərf
birləşmələri ilə əks olunur. 20 saitdən 12 monoftonq (təksəsli), 8
isə diftonqdur (ikisəsli). Bu onunla izah olunur ki, eyni bir hərf
söz tərkibində tutduğu mövqedən asılı olaraq 2, 3 və ya 4 cür
oxunur.
Müasir ingilis dilində saitlərin yaranmasında dilin və alt
çənənin xüsusi rolu vardır. Dilin və alt çənənin vəziyyətindən
asılı olaraq saitlər iki yerə bölünür:
1) açıq saitlər,
2) qapalı saitlər.
Bir çox dünya dillərindən fərqli olaraq ingilis dilində
kəmiyyətə görə saitlər iki cür olur:
1) qısa saitlər,
2) uzun saitlər.
Saitin uzunluğu qoşa nöqtə ilə işarə olunur [u:]: [ı:]
İngilis dilində 24 samit fonem (səs) vardır. Səs tellərinin
vəziyyətinə görə samitlər iki yerə bölünür:
1) kar samitlər,
2) cingiltili samitlər.
İngilis dilində 15 cingiltili
[b], [d], [g], [m], [ŋ], [v], [ð], [z], [9],[d9], [r], [j], [w], [l]
və 9 kar
[p], [t], [k], [f], [], [s], [], [h], [t]
samit vardır.
Dostları ilə paylaş: |