5
tərəfə tərpənmə deyib qaranlıq gecədə gözdən itənə qədər irəlilədi… O,
qayıtdıqda mən dedim: «Ya Rəsulallah! Məni qorxudacaq səslər eşitdim»
deyib eşitdiklərimi ona danışdım». O: «Sən həqiqətəndə bu səsləri eşitdin».
Mən: «Bəli. Ya Rəsulallah!». O: «O, Cəbrail – əleyhissəlam – idi. Mənə müjdə
verərək dedi: «Ümmətindən Allaha heç bir şeyi ortaq qoşmayaraq ölən hər kəs
Cənnətə girəcəkdir». Mən: «Zina və oğurluq etsə də?». O: «Zina və oğurluq
etsə də?» deyə cavab verdi
5
. Belə bir şəxsin imanı əskik bir mömindir və ya
imanı ilə mömin, etdiyi günahı səbəbi ilə fasiqdir. Bu vəziyyətdə ona nə
mütləq olaraq iman adı verilir, nə də mütləq olaraq ondan iman adı alınır. Yəni
Əhli Sünnəyə görə belə bir kimsənin iman adı qaldırılmaz. Mötəzilə, Xavaric
və onlara oxşayanların dedikləri kimi onun əbədi olaraq Cəhənnəmlik
olduğunu deməzlər. Günah işləyən kimsənin imandan çıxmadığını da ittifaq
ilə qəbul etmişlər. Əksinə belə bir kimsə Allahın mərhəmətinə qalmışdır,
dilərsə onu bağışlayar, dilərsə əzab edər.
Çünki küfrün əsası qəsdli olaraq yalanlamaq, küfrə qəlbən razı olmaq, küfrə
inanmaq, küfrdən sevinmək və rahatlıq hiss etməkdir. Necə ki, kafir imanı
küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin də məqsədli şəkildə
küfrü imandan üstün tutmadığı halda müsəlmanların rəyinə görə kafir
sayılmaz. «…Qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer
verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar» (ən-
Nəhl 106).
Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı
müddətdə kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzərə
öləcək olarsa işi Uca Allaha qalmışdır. Dilərsə ona əzab verər, dilərsə onu
bağışlayar. «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini
görəcəkdir (mükafatını alacaqdır). Kim zərrə qədər pis bir iş görmüşdürsə,
onun zərərini görəcəkdir (cəzasını çəkəcəkdir) (əz-Zilzal 7-8). Peyğəmbər -
sallallahu aleyhi və səlləm – buyurdu: «Allah kimə bir əməl qarşılığı savab vəd
etsə, Allah onu şübhəsiz ki, yerinə yetirəcəkdir. Kimə də bir əməl qarşılığında
cəza vəd etsə, Allah onda ixtiyar sahibidir (yəni istərsə ona cəza verər, istərsə
onu bağışlayar)
6
.
Böyük günah işləyən kimsənin kafir olduğuna və ya iki mənzil arasında bir
yerdə olduqlarını hökm edən sapıq firqələrdən fərqli fikirdədirlər. Belə bir
kimsəyə qarşı haqq açıqlanmadığı müddətdə, onun haqqında belə hökm
verməzlər. Haqqın açıqlanması isə ona qarşı dəlilin ortaya qoyulması və
şübhəsinin aradan qaldırılması ilə olur. Müəyyən bir kimsəni də yalnız lazımı
şərtlərin gerçəkləşməsindən və maneələrin ortadan qaldırılmasından sonra
5
Müslim.
6
Əbu Yəla «Musnəd» 3316, İbn Əbu Asim «Sünnə» 960, əl-Albani «Səhih Hədislər Silsiləsi» 2463.
6
təkfir edərlər. Qəti olaraq müsəlman olduğu sabit olan kimsənin bu
müsəlmanlığı şübhə ilə ortadan qalxmaz – şəklindəki Sələfi qaydalarının
işığında Sələfi Salihin hərəkət etmiş və bu baxımdan insanları təkfir etməkdə
insanlar arasında ən uzaq kimsələrdir. Əbu Bəkr deyir ki: “Mənim üçün əmin-
amanlıqda olmaq və buna görə Allaha həmd etmək, imtahanlara məruz qalıb
buna səbr etməkdən daha yaxşıdır”
7
. Ömər – radıyallahu anhu – deyir ki:
“Şübhə olan bir hədd cəzasını mənim üçün tərk etmək, şübhəli olaraq hədd
cəzasını tətbiq etməkdən mənim üçün yaxşıdır”
8
. İmam İbn əl-Munzir –
rahmətullahi aleyhi – deyir ki: “Elm əhli ittifaq etmişlər ki, şübhə və bəlli
olmayan bir halda hədd cəzası tətbiq edilməz”
9
. İbn Abdul Bərr – rahmətullahi
aleyhi – deyir ki: “Quran və Sünnə müsəlman bir kimsəni açıq-aydın dəlil
olmadan, şübhə əsasında kafir və ya fasiq adlandırmağı qadağan edir”
10
.
Belə ki, küfr olan hər bir şeyə görə müəyyən bir şəxs təkfir olunacaq deyə
bir şey yoxdur. Bir sözün küfr olduğuna hökm vermək ilə o, sözü söyləyən
kimsənin kafir olduğuna hökm etmək arasında fərq qoymaq lazımdır. Məs:
Allahın zatının hər yerdə olduğunu söyləmək küfrdür, Allahın sözünün
məxluq olduğunu söyləmək küfrdür, Allahın İsim və Sifətlərini qəbul
etməmək küfrdür və s. bu kimi xüsuslar haqqında hökm vermək əməl və ya
söz haqqında hökm vermək qəbilindəndir. Lakin durum müəyyən bir kimsə
ilə əlaqədar olduqda o, vaxt durmaq və o, kimsəyə sual verib onunla mübahisə
etməkdən əvvəl əleyhinə küfr hökmü verməmək lazımdır. Belə ki, bir kimsəyə
görə bu xüsuslarda hədis olmamış ola bilir və ya təvilçi bir kimsə ola bilir.
Nasları (Quran və Hədisi) başa düşməyən, həmçinin Cahil bir kimsə ola bilir.
Mübahisədən sonra şübhə ortadan qalxar və ona qarşı dəlil ortaya qoyulacaq
olursa artıq bundan sonra vəziyyət fərqli bir hal alır. Belə ki, təvil edən kimsə
ilə cahil kimsənin hökmü, inad edən və bilərək günaha yönələn kimsənin
hökmü ilə eyni deyildir. İmam Hərəvi – rahmətullahi aleyhi – deyir ki: “Quranın
məxluq olması barəsində əl-Əzhəridən soruşurlar. Sən belə bir kimsəni kafir
sayırsanmı?”. O: “Onun dediyi küfrdü”. Ondan üç dəfə soruşurlar və eyni
cavabı da verir və: “Müsəlman bir kimsə də bu sözləri söyləyə bilər”
11
. İbn
Teymiyyə
– rahmətullahi aleyhi – deyir ki: «Buna görə də təvil edən cahil kimsə
ilə cahilliyi qəbul edilən bir kimsənin hökmü heç bir zaman inadçı və bilə-bilə
inkar edənin hökmü eyni deyildir. Uca Allah bunların hər birini ayrı-ayrı
şəkildə dəyərləndirmişdir»
12
.
7
“Fəthul Bəri” 6/179.
8
İbn Əbi Şeybə 11/70.
9
“əl-Udda” 537.
10
“Təmhid” 17/21.
11
İbn Əsir “Nihayə” 806.
12
İbn Teymiyyə «Məcmuatur Resali vəl Məsail» 5/382.