1
ميح رلا نمح رلا الله مسب
CAMAAT NAMAZININ FƏZİLƏT VƏ
SAVABI
ABBAS ƏZİZİ
2
Kitabın adı:.......Camaat namazının fəzilət və savabı
Müəllif........................................................ Abbas Əzizi
Mütərcim...........................................Tərlan Seyfullayev
Naşir............................................................“Əsre rəhayi”
Redaktor:................................................Qaraş Elxanoğlu
Tarix.................................................................2007, Bahar
Tiraj............................................................................5000
Çap növbəsi..........................................................Birinci
ISBN…..................................................978-964-2760-08-4
3
1-
Cİ
HİSSƏ
CAMAAT NAMAZININ
FƏZİLƏT
VƏ
SAVABI
4
I-ci
FƏSİL
CAMAAT NAMAZI İLAHİ KƏLAMDA
1. Allahın camaat namazına diqqəti; “Namaz
qılın, Zəkat verin, ruku edənlərlə birlikdə ruku edin
(namazı camaatla qılın)”.
MÜHÜM NÖQTƏLƏR
-1. Namazın əsl hökmü camaatladır, dinin əsası
ictimaiyyətdir və camaatdan uzaq düşmək din
tərəfindən bəyənilməyib.
2. Allahın dəvəti namaz qılmaq, zəkat verib
camaat namazında iştirak etməkdir.
3. Namaz qılın deyəndən sonra ikinci dəfə ruku
edənlərlə ruku etməyə əmr edir ki, bu da camaat
namazının əhəmiyyətini bildirir.
4. Ruku camaat namazının mühüm hissələrindən
biridir. Çünki camaat namazı ruku ilə izah olunub.
5. Rəsulallah (c) və Əli ibn Əbu Talib (ə) ruku
edənlərin nümunələrindəndir.
6. Namaz qılın! Yəni özünüz tək namaz qılmayın.
Elə edin ki, namaz insanların arasında nur saçsın.
İnsanlar da eşq və həvəslə ona tərəf gəlsinlər.
7. Təfsirçilərdən bəziləri belə deyiblər: “Namaz
qılın” ifadəsi buna işarədir ki, sizin namazınız təkcə
zikr və dua olmasın,
onu
kamil
şəkildə
5
oxuyun. Onun ən gözəl rüknü qəlbin diqqətli və Allah
qarşısında hazır olmasındadır. Namazın təsiri insanın
ruhunda və canındadır.
Ayədə bir neçə nöqtəyə işarə olunub:
1. Əvvəl insanın Allaha qovuşması (namaz qılın);
2. Sonra insanlara qovuşmaq (zəkat verin);
3. Nəticədə insanların Allah yolunda bir-birlərinə
qovuşması;
4. Allahın əmri cəm olmaq və bəndələrin birlikdə
ibadət etməsinədir.
5. Camaat namazının insanın inkişaf və ali
məqamlara çatmasında məxsus təsiri var.
2. Ruku edənlərin xüsusiyyətləri:
“Ey Məryəm! (bu nemətin şükrü üçün) öz
Allahına itaət və səcdə et və ruku edənlərlə birlikdə
ruku et.”
“Ali İmran” surəsi, ayə 43.
6
MÜHÜM NÖQTƏLƏR
1. Seçilmiş insanların təvazö və ibadətləri gərək
çox olsun. Allahın övliyaları üçün məxsus ibadət
sifariş olunub. Necə ki İslam peyğəmbəri üçün gecə
namazı vacib idi.
2. Namaz, ruku və səcdə ən yaxşı təşəkkürdür.
3. Həzrət Məryəmin Allahın qarşısında itaət,
səcdə və ruku etməsinə qərar verilib.
4. Mələklərin Həzrət Məryəmlə söhbətləri və
fərmanları,onun pak itaət etməyi barəsindədir.
5. Qadınların camaat namazında iştirak etmələri
sifariş olunub.
6.Allahın rububiyyəti.
7. Namaz o, zamanlarda da ruku və səcdəyləmiş.
8. Həzrət Məryəmin namaz qılanlarla birgə namaz
qılmasına(camaat namazı) qərar verilib.
9. Qadınların ictimai ibadətlərdə hazır olmaları
sifariş olunub.
10. Birlikdə ibadət etmək və camaat namazı
keçmiş zamanlarda da olub.
11. Birlikdə ibadət etməyin əhəmiyyəti və təsiri
insanın inkişaf və ali dərəcəyə çatması üçündür. Belə
nəzərə çarpır ki, Allahın əmri həzrət Məryəmə onun
ali dərəcəyə çatması üçündür.
12. Allahın seçdiklərinin cəmiyyətdə olmaları
7
lazımdır.
13. Allahın əmri bəndələrin vəhdət və birliyinə
ibadətin şüası altındadır.
14. Qadınların camaat namazında kişilərlə
birlikdə namaz qılmasının icazəli olduğuna işarə edən
ayələr var (əlbətdə məxsus şəraiti var). Yuxarıdakı
qeyd
olunmuş ayədə həzrət Məryəmə əmr
olunmamamışdı ruku et yalnız ruku edən qadınlarla.
Belə buyurulmuşdur ki, ruku et ruku edənlərlə. (İstər
qadın olsun, istər kişi).
15. Camaat namazında, ruku mühüm rol oynayır
çünki camaat namazı ruku ilə təbir olunub, onun xas
əhəmiyyəti məlum edilir.
16. Allah üç neməti həzrət Məryəm üçün qiymətli
saydı-seçdi, pak və başqalarından üstün qərar verdi.
Bu üç nemətin qarşısında üç məsuliyyət istədi: Qunut,
Səcdə və Ruku. Belə görünür ki, üç nemətin hər biri
bir məsuliyyət qarşısındadır.
Dostları ilə paylaş: |