Viktor hüQO



Yüklə 9,51 Mb.
Pdf görüntüsü
səhifə411/412
tarix16.11.2017
ölçüsü9,51 Mb.
#10431
1   ...   404   405   406   407   408   409   410   411   412

– TəĢəkkür edirəm. 

Kozetta Ģalı çiynindən götürdü, Ģlyapasını çarpayının üstünə atdı: 

– Bunlar mənə mane olur, – dedi. 

Qocanın dizi üstə oturaraq cazibədar bir hərəkətlə onun ağ saçını geri atıb, alnından öpdü. Özünü 

tamam itirmiĢ Jan Valjan Kozettaya mane olmurdu. 

Kozetta nələr olduğunu çox tutqun Ģəkildə baĢa düĢür, Mariusun borcunu vermək istəyirmiĢ 

kimi, nəvaziĢini daha da artırırdı. 

Jan Valjan asta-asta deyirdi. 

– Ġnsan nə axmaq olur! Mən elə bilirdim ki, onu bir də görməyəcəyəm. Cənab Ponmersi, bir 

təsəvvür edin, siz içəri girəndə mən öz-özümə deyirdim: ―Hər Ģey bitdi. Bu da onun uĢaqlıq 

paltarı; mən bədbəxtəm, mən bir daha Kozettanı görməyəcəyəm. Mən bunu deyəndə siz 

pilləkənlə yuxarı qalxırsınızmıĢ. Mən axmaq deyiləmmi? Ġnsanlar gör necə kor olurlar! Onlar 

Allahın mərhəmətini nəzərə almırlar. Mərhəmətli Allah deyir:‖ Zavallı, sən elə bilirsən ki, hamı 

səndən üz döndərmiĢdir? Yox. Səndən üz döndərməyəcəklər! Mən bilirəm ki, burada zavallı bir 

qoca var, ona təsəlli verək mələk lazımdır‖. Bu mələk gəlir, o adam da öz Kozettasının vüsalına 

çatır. O yenə də balaca Kozettasını görür! Ah, mən necə bədbəxt idim! 

O, bir anlığa susdu; danıĢmağa gücü çatmırdı; sonra sözünə davam etdi: 

– Doğrudan da, mən gərək lap bir anlığa da olsa, Kozettanı hərdən görəydim, bu, mənim üçün 

zəruri idi. Bilirsinizmi, qəlb də xırdaca bir sümük gəmirməlidir. Bununla belə hiss edirdim ki, 

mən artığam. Mən öz-özümü inandırırdım ki: ―Sən onlara lazım deyilsən, öz otağında otur qal, 

onların elə həmiĢə zəhləsini tökməyə sənin ixtiyarın yoxdur‖. Ah, Ģükür allaha, mənə yenə də 

Kozettanı görürəm. Kozetta, heç bilirsənmi sənin nə gözəl ərin vardır? Sənin nə qəĢəng naxıĢlı 

yaylığın var, sağlığına qismət olsun! Bu naxıĢlar mənim xoĢuma gəlir. Bunu sənin ərin seçib 

alıb, eləmi? Ancaq sənə KəĢmir Ģalı lazımdır. Cənab Ponmersi, icazə verin ona ―sən‖ deyim. Bu 

çox davam etməyəcək. 

Kozetta yüngül məzəmmətlə deyirdi. 

– Sizin bizi atıb getməyiniz heç yaxĢı iĢ deyildi! Siz axı hara getmiĢdiniz? Niyə belə gec 

gəldiniz? Əvvəllər sizin səfəriniz üç gündən, ya dörd gündən artıq çəkməzdi. Mən Nikolettanı 

göndərirdim, ona elə həmiĢə deyirdilər ki, ―Burada yoxdur‖. Siz nə vaxt qayıtmısınız? Niyə bunu 

bizə bildirməmisiniz? Bilirsinizmi, siz çox dəyiĢmisiniz. Sizə ayıb olsun, ata! Siz xəstə 

olmusunuz, biz bunu bilməmiĢik. Bura bax, Marius, əlini onun əlinə toxundur, gör necə 

soyuqdur! 

Jan Valjan təkrar edirdi: 

– Siz də buradasınız?! Deməli, siz məni bağıĢlayırsınız, cənab Ponmersi? 

Mariusun ürəyi dolu idi; Jan Valjan bu sözü ikinci dəfə söyləyəndə o özünü saxlaya bilməyib 

həyəcanla dedi: 

– EĢidirsən, Kozetta? O yenə həmin sözü deyir, yenə məndən üzr istəyir! Kozetta, heç bilirsən o 

mənə necə pislik eləyib? Məni ölümdən qurtarıb! O, bundan daha artıq bir Ģey eləyib: məni sənin 

vüsalına yetirib. O, məni ölümdən qurtarandan, sənin vüsalına yetirəndən sonra heç bilirsən nə 

eləyib? Özünü fəda eləyib! Bax, bu elə adamdır! Ġndi mənim kimi nankor, mənim kimi unutqan, 

mənim kimi qəlbsiz, mənim kimi müqəssir bir adama deyir ki: ―Sizə təĢəkkür edirəm‖. Kozetta, 

bütün ömrümü bu adamın ayaqları altında keçirsəydim, yenə az olardı. Kozetta, hər Ģeydən – 

barrikadadan da, çirkab kanalından da, odlu sobadan da, kloakadan da ancaq mənim xatirimə, 

ancaq sənin xatirinə keçmiĢdir! O, min-min ölümü məndən kənar edərək, öz sinəsini ölümün 

qabağına verərək, məni ölüm tufanı içərisindən keçirib gətirmiĢdir. Dünyada nə qədər mərdlik, 

xeyirxahlıq, qəhrəmanlıq, nə qədər müqəddəs Ģey varsa, hamısı ondadır! Kozetta, o mələkdir! 

Jan Valjan pıçıldadı: 

– Sakit! Sakit! Bunları deməyin nə mənası? 

Marius həm acıqlı-acıqlı, həm də hörmətlə ucadan dedi: – Bəs siz?! Niyə siz özünüz bir Ģey 

söyləmədiniz? Bu məsələdə sizin də təqsiriniz vardır. Siz adamları ölümdən xilas edirsiniz, eyni 

zamanda bunu onlardan gizlədirsiniz. Bu hələ harasıdır; siz ifĢa olunacağınızı bəhanə edərək, öz-

özünüzə böhtan atırsınız. Bu, dəhĢətdir! 




Jan Valjan ona belə cavab verdi: 

– Mən olan Ģeyi dedim. Həqiqət budur. 

Marius etiraz etdi: 

– Yox, yarımçıq həqiqət həqiqət deyil; siz bütün həqiqəti söyləməmisiniz. Siz cənab Madlen 

olmusunuz, – niyə bunu söyləməmisiniz? Siz Javeri xilas etmisiniz, – niyə bunu 

söyləməmisiniz? Siz məni ölümdən qurtarmısınız, – niyə bunu söyləməmisiniz? 

– Çünki mən də sizin kimi düĢünürdüm. Mən elə hesab edirdim ki, siz haqlısınız. Mən gərək 

gedəydim. Siz kloaka məsələsini bilsəydiniz, məni öz yanınızda qalmağa məcbur edərdiniz. 

Deməli, mən gərək susaydım. Mən bunu desəydim, bu hamını narahat edərdi. 

Marius bərk acıqlandı: 

– Niyə narahat edərdi? Kimi narahat edərdi? Yoxsa, siz elə zənn edirsiniz ki, burada 

qalacaqsınız? Biz sizi aparacağıq. Ah, ilahi! Bu Ģeyləri mən təsadüfən bildim! Biz sizi 

aparacağıq. Siz və biz – bölünməyən bir vəhdətik. Siz onun atasısınız, həm də mənim atamsınız. 

Siz daha bircə gün də burada olacağınızı heç ağlınıza gətirməyin. 

Jan Valjan: 

– Sabah mən burada olmayacağam. – dedi, – amma sizdə də olmayacağam. 

Marius soruĢdu: 

– Siz bununla nə demək istəyirsiniz? Yox, biz sizə baĢqa yerə getməyə icazə verməyəcəyik. Siz 

bir daha bizdən ayrılmayacaqsınız. Siz bizimsiniz. Biz sizi buraxmayacağıq. 

Kozetta da əlavə etdi: 

– Ġndi biz daha sizinlə zarafat eləmirik! Ekipaj aĢağıda gözləyir. Mən sizi götürüb qaçacağam. 

Lazım gəlsə, zor da iĢlədəcəyəm. 

O, gülə-gülə elə bir hərəkət etdi ki, guya, qocanı yerindən qaldırır. 

Sonra yenə sözünə davam etdi: 

– Sizin otağınız hələ də sizi gözləyir. Heç bilirsiniz bağımız indi nə gözəldir! Xanıməli çiçəyi elə 

qəĢəng güllər açmıĢdır ki! Bütün xiyabanlara çay qumu tökülmüĢdür, bu qumun içində arabir 

bənövĢəyi balıqqulağı görünür. Siz mənim yığdığım çiyələkdən yeyərsiniz. Mən özüm onu 

sulayıram. Bir də ki, bundan sonra daha nə ―xanım‖, nə də ―cənab Jan‖ sözləri deyilsin, biz 

respublikada yaĢayırıq, hamı bir-birinə ―sən‖ deyir, elə deyilmi, Marius? Siyasi proqram dəyiĢib. 

Ata, heç bilirsiniz mənə necə müsibət üz verib? Kətan quĢu divarın çattağında özünə yuva 

tikmiĢdi, mərdimazar piĢik onu tutub yedi. Zavallı, qəĢəng quĢcuğaz! Xırdaca baĢını yuvasından 

çıxarıb mənə baxardı. Mən o qədər ağladım ki... O piĢik əlimə keçsəydi, onu lap öldürərdim! 

Ġndi daha heç kəs ağlamır. Hamı gülür, hamı xoĢbəxtdir. Siz bizimlə gedəcəksiniz. Babam 

bundan çox razı qalacaq. Biz bağda sizə ayrıca bir lək verərik, siz onu əkib becərərsiniz, sonra 

baxarıq, görək sizin çiyələk ləzzətli olacaq, ya mənimki. Mən söz verirəm ki, siz nə istəsəniz, 

mən onu eləyəcəyəm, ancaq siz də gərək mənim sözümə baxasınız. 

Jan Valjan Kozettaya qulaq asırdı, ancaq bir Ģey eĢitmirdi. Bu danıĢığın musiqisini eĢidirdi, 

amma sözlərin mənasını baĢa düĢmürdü. Onun gözləri yavaĢ-yavaĢ qəlbin sirli incisi olan göz 

yaĢı ilə doldu. O pıçıldadı: 

– Kozettanın burada olması Allahın mərhəmətli olduğuna bir daha sübutdur. 

Kozetta: 

– Ata, dedi. 

Jan Valjan sözünə davam etdi: 

– Doğrudan da, bizim bir yerdə yaĢamağımız nə yaxĢı olardı! Orada ağacların üstü quĢla 

doludur. Mən Kozetta ilə gəzərdim. Adamın canlılar sırasında olmasından, bir-birini 

salamlamasından, bağda bir-birinin səsinə səs verməsindən, səhər açılandan bir yerdə 

olmasından da ürəkaçan Ģey varmı! Hər kəs bağda öz payına düĢən yeri becərərdi. Kozetta mənə 

öz çiyələyindən verərdi, mən də ona açılan qızılgüldən dərməyə icazə verərdim. Bu, çox gözəl 

olardı. Ancaq... 

O susub yavaĢca dedi: 

– Çox təəssüf... 

Jan Valjan göz yaĢını saxlayaraq gülümsədi. 




Yüklə 9,51 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   412




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə