VƏTƏN OGLU
Vətən oğlu, ata oldun bızə sən, -
Ata kımi qayğımızı çəkirdın.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkırdin.
Ölkə olduq sən arzuna çatanda, -
Bir əlin od bır əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Уuхun bir an quş yuxusu olurdu.
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığın günlər, aylar, illərdi;
Zıyarətə gəlır səni bu yollar...
Göz yaşımız məzarında güllərdı.
Sənin rəmzin Azərbaycan bayrağı, -
Baş qoymağa, саn verməyə hazırıq.
Dan ulduzum-yurdumuzun mayakı,-
Şer də bır təsəllıdlr, yazırıq.
Adın-sanın yenllməz bır ordudu,
Indı odlar dıyarının özüsən...
Azərbaycan Heydərlərin yurdudu, -
Gələcəyə baxanların gözüsən.
Fikrət Qoca
Günəşə qovuşmaq istəyirəm mən!
– B.: Şinar-Şap, 2008. - S.8.