31
•
Görünən qida hissəcikləri və ya digər bərk hissəciklər olunan nümunələri qəbul
etməyin.
Nəticələr ölçülən flüoressent siqnallar və daxil edilmiş hesablama alqoritmləri əsasında
GeneXpert Dx System tərəfindən şərh edilir və sonra “View Results” pəncərəsində göstərilir.
Daha aşağı Ct göstəricisi DNT matriksinin başlanğıc konsentrasiyasının daha yüksək olduğunu;
daha yüksək Ct göstəricisi isə DNT matriksinin konsentrasiyasının daha aşağı olduğunu göstərir.
MTB hədəf DNT-si təyin olunur.
- MTB aşkar olunub- MTB nəticəsi, nümunədəki MTB hədəfinin Ct göstəricisindən asılı
oaraq, Yüksək (high), Orta (medium), Aşağı (low) və Çox aşağı (very low) kimi veriləcək.
Cədvəl 1-də bu MTB nəticələri üçün Ct göstərici diapazonları verilir.
- Rif Davamlılıq AŞKAR OLUNUB (DETECTED), Rif Davamlılıq AŞKAR
OLUNMAYIB (NOT DETECTED), və ya Rif Davamlılıq QEYRİ-MÜƏYYƏNDİR
(INDETERMINATE)– yalnız MTB AŞKAR OLUNUB (DETECTED) nəticələrində təsvir
olunacaq və MTB AŞKAR OLUNUB(MTB DETECTED) nəticəsindən ayrı sətirdə olacaqdır.
- Rif Davamlılıq AŞKAR OLUNUB (DETECTED); rpoB genindəki mutasiya aşkar olunub
və o mümkün delta Ct göstəricilər diapazonuna düşür.
- ya Rif Davamlılıq QEYRİ-MÜƏYYƏNDİR; MTB konsentrasiyası çox aşağıdır və
davamlılıq təyin oluna bilmir(INDETERMINATE).
- Rif Davamlılıq AŞKAR OLUNMAYIB (NOT DETECTED);
rpoB genində mutasiya aşkar
olunmayıb.
- NİN - ŞE (şamil edilmir); NİN siqnal tələb olunmur, belə ki, MTB amplifikasiyası bu
nəzarətlə bitə bilər.
- Zond Yoxlama- PASS; zond yoxlamasının bütün nəticələri keçir.
CAPILA® TB
Capila test kultivasiya edilmiş pozitiv MAİF-də (mikobakteriyanın artımı üçün indikator
flakonu) və ya LY/Oqava qidalı mühitində M.tuberculosis kompleksinin Capilia® TB testi ilə
laborator üsulla təyinini izah edir.
Bu prosedurlar təlim almış və bu üsulla işləmək üçün səlahiyyət verilmiş personal tərəfindən
həyata keçirilməlir.
Capilia testnin mahiyyəti dəstində spesifik olaraq Mtb. kompleksi üzvlərinin sintez etdiyi
MPB64 antigenin təyini üçün immunoloji əsaslı üsul tətbiq olunur. Kolloid qızıl hissəciklərlə
nişanlanmış anticisimlər MPB64 antigeni ilə reaksiyaya girərək antigen-anticisim kompleksi
əmələ gətirirlər. Bu kompleks filtr kağızı kimi xromotoqrafik daşıyıcıdan keçir və sonra test
kartridcinin ortasında yerləşdirilmiş ikinci fiksasiyalı anticisim tərəfindən tutulur.
Pozitiv MGİT kulturası ( TDM yaxma hazırlanarkən çirklənmə olmadan TDM pozitiv kimi
təsdiqlənmiş). Təsdiq olunmuş Mycobacterium sp. bakterial suspenziyaları (TDM yaxma və
koloniyanın morfologiyası ilə təmiz izolyatlar kimi təsdiqlənmiş) Capilia testinin pozitiv MGİT
və ya Middlebrook 7H9 kimi digər pozitiv bulyon kulturaları ilə aparılır.
Maye bulyon kulturalarını (Middlebrook və s.) 37°S-də 2 həftədən 4 həftəyə kimi maye
mühit bulananadək inkubasiya edin. MGİT üçün, Capilia testini cihaz (MGİT 960 və ya manual
MGİT istifadə edilirsə vud lampası) tərəfindən pozitiv kimi işarələnmiş kulturalarda aparın.
Keyfiyyət kontrolu
32
Pozitiv və neqativ kontrol xəstə izolyatının hər dəsti üçün bu mikroorqanizmlərlə
hazırlanmalıdır: M.tb kompleksinin etalon və ya digər yaxşı xarakterizə olunmuş ştamları,
M.avium kompleksinin etalon və ya digər yaxşı xarakterizə olunmuş ştamları.
Nəticələrin
şərhi
1. Pozitiv: kartridcdə T və C kimi nişanlanmış oxunma zonasında bənövşəyidən
qırmızıyadək xəttin əmələ gəlməsi.
2. Neqativ: kartridcdə C kimi nişanlanmış oxunma zonasında bənövşəyidən qırmızıyadək
xəttin əmələ gəlməsi, lakin T-də yox.
3. Etibarsız (invalid) əgər oxunma zonasında heç bir xətt müşahidə olunmursa, deməli
texniki xəta və ya zədə baş vermişdir. Bu halda, test etibarsız sayılmalı və yeni kartridclə təkrar
edilməlidir.
Bu metodun aşağıdakı məhdudiyyətləri vardır:
Bu məhsul bəlğəm, bədən mayeləri, bronxial lavaj və ya digər kliniki nümunələrin
müayinəsində istifadə edilmək üçün nəzərdə tutulmayıb. Bəzi M.bovis BCG subştamları, MPB
64 sintez etmədiyindən,neqativ kimi şərh olunur.M.marinum MPB 64 sintez etmir; lakin içində
bu bakteriya olan kulturalar Capilia testi ilə pozitiv reaksiya verə bilər. Bu test M.tb
kompleksinin üzvlərini (M.tb,M.bovis, M.africanum və M.microti) differensiasiya etmir; Əgər
Capilia testinin nəticəsi pozitiv kimi şərh olunursa, o zaman M.tb varlığı ciddi sübut olunur.
Lakin burada M.tb ilə QVM (qeyri vərəm mikobakteriyası) qarışıq populyasiyalarının olma
ehtimalı var və QVM infeksiyası inkar olunmur. Mikroorqanizmlərin A protein sintez edən
ştamları, məs S.aureus, yanlış pozitiv nəticə verə bilər.
Pozitiv nəticə -15 dəqiqədən sonra (60 dəqiqəni keçməməli)
hər iki T və C oxunma
zonasında bənövşəyi/qırmızı xətt müşahidə olunur. Neqativ nəticə isə 15 dəqiqədən sonra (60
dəqiqəni keçməməli) C oxunma zonasında bənövşəyi/qırmızı
xətt müşahidə olunur, T zonasında
isə müşahidə olunmur. Bundan başqa bəzən Etibarsız (invalid) nəticə də müşahidə olunur.
TƏNƏFFÜS ORQANLARININ VƏRƏMİ
BİRİNCİLİ VƏRƏM
İnsanlarda birincili vərəm mikobakteriyaları ilə ilk dəfə yoluxduqda baş verir və limfa
düyünlərinin zədələnməsi, infeksiyanın limfohematogen səpələnməsi və orqanizmin xəstəlik
törədiciyə qarşı yüksək reaktivliyi ilə xarakterizə olunur.
Birincili vərəmlə, əsas etibarilə uşaqlar, yeniyetmələr və cavan insanlar xəstələnirlər. Əgər
uşaqlarda birincili vərəm vərəmin əsas forması kimi təzahür edirsə, yeniyetmələrdə və cavan
şəxslərdə bu 15-20% hallarda təsadüf olunur. Tənəffüs orqanlarının birincili vərəmi ilk dəfə
aşkar olunmuş vərəmli xəstələr arasında 0,5 və 1%-ə qədər təsadüf olunur. Bəzən birincili
vərəmlə yaşlı və qoca insanlar da xəstələnirlər. Belə hallarda buna uşaqlıqda sağalmış birincili
vərəmin residivi kimi baxırlar. Birincili vərəmin kliniki formalarının yarıdan çoxunda döş
qəfəsidaxili limfa düyünlərinin vərəmi, bundan xeyli az ilkin vərəm kompleksi, vərəm
intoksikasiyası, plevrit və s. təsadüf olunur. Birincili vərəmdən ölüm halları ancaq bu xəstəlik
vaxtında aşkar olunmadıqda, meningit və kəskin miliar vərəmlə ağırlaşmalar nəticəsində baş
verə bilər.
Ana bətnində döl çox nadir hallarda vərəmə yoluxur. Bu ancaq о zaman baş verə bilir ki,
hamilə qadında inkişaf etməkdə olan, xüsusilə də qadının tənasül orqanlarında yayılmış vərəm
xəstəliyi olsun ki, bu zaman infeksiya plasenta vasitəsilə dölə keçə bilir. Belə uşaqlar adətən çox