Buna baxmayaraq, onlar (sünnə əhli) xəvariclərdən fərqli olaraq, Qiblə əhlini
(müsəlmanları) etdikləri asiliklərə və böyük günahlara görə kafir sayılmırlar. Əksinə,
etdikləri günahlara baxmayaraq, onlarla iman qardaşlığı sabitdir. Uca Allah buyurur:
“... (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey,
qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar
edilməlidir.” (Bəqərə, 2/178).
O, buyurur:
“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın.
Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə
(itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa,
hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki,
Allah insaflıları sevər! Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də
iki qardaşınızın arasını düzəldin!..” (Hucurat, 49/9-10).
Həmçinin onlar (sünnə əhli) Mötəzililərdən fərqli olaraq, müsəlmanlardan
fasiqlik edənin tamamiylə imansız olduğunu (dindən çıxdığını) və əbədi olaraq
Cəhənnəmdə qalacağını söyləmirlər. Əksinə, (onlar etiqad edirlər ki,) fasiqlər də iman
dairəsinə daxildirlər. Uca Allahın buyurur:
“...mömin bir qul azad etməlidir” (Nisa, 4/92).
Həmçinin o, mütləq (kamil) iman dairəsinə daxil deyildir. Uca Allahın
buyurur:
“Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan
titrəyər, Allahın ayələri oxunduğu zaman onların imanları daha da artar, onlar
ancaq öz Rəbbinə təvəkkül edər” (Ənfal, 8/2).
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) də belə demişdir:
“Zinakar zina etdiyi zaman (kamil imanlı) mömin deyil, oğru öğurluq etdiyi
zaman (kamil imanlı) mömin deyil, sərxoş içki içdiyi zaman (kamil imanlı) mömin
deyil, insanların gözü önündə olan şərəfli kəs başqalarının malını zorakılıqla
əllərindən aldığı zaman (kamil imanlı) mömin deyil.” (Əl-Buxari və Müslim).
Onlar (sünnə əhli) beləsi haqqında deyir: O, naqis imanlı mömindir və yaxud
imanına görə mömin və böyük günahına görə fasiqdir. Buna görə də, ona nə mütləq
(kamil) iman sahibi, nə də tamamiylə imansız deyilmir.
Sünnə və camaat əhlinin əsas prinsiplərindən biri də - Peyğəmbərin (ona
Allahın salavatı və salamı olsun) səhabələrinə qarşı Allahın onları vəsf etdiyi kimi
qəlbi və dili təmiz olmaqdır:
“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər deyirlər: “Ey
Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim
qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz!
Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr, 59/10).
Həmçinin Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) aşağıdakı
buyuruğuna itaət edərlər:
“Mənim səhabələrimi söyməyin. Canım əlində olana and olsun! Sizlərdən
kimsə (Allah yolunda) Uhud (dağı) qədər qalaqlanmış qızıl xərcləsə də, onların hər
hansı birinin xərclədiyi bir ovuc və ya onun yarısı ilə belə müqayisəyə gəlməz” (Əl-
Buxari, Müslim, Əbu Davud, Ət-Tirmizi, Đbn Macə, Əhməd).
Sünnə əhli Quran, Sünnə və müsəlmanların yekdilliyi rəyi ilə səhabələrin
fəziləti və yüksək məqamları (dərəcələri) haqqında sabit olan bütün xəbərləri qəbul
edir.
Həmçinin onlar fəthdən
39
yəni, Hudeybiyyə sülhündən
40
öncə (öz malını Allah
yolunda) xərcləyənləri və döyüşənləri bundan sonra xərcləyənlərdən və
döyüşənlərdən, Mühacirləri də Ənsarlardan üstün tuturlar. Iman gətirirlər ki, uca Allah
sayları üç yüz ondan çox olan Bədr döyüşçülərinə buyurmuşdur: "Nə istəyirsinizsə
edin. Artıq Mən sizi bağışlamışam."
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) xəbər verdiyi kimi, ağac
altında ona biyət edənlərdən heç kəs Cəhənnəmə girməz. Allah onlardan razı idi, onlar
da Allahdan razı idilər. Həmin səhabələrin sayı min dördyüz nəfərdən çox idi.
Sünnə əhli on müjdələnmiş şəxsin
41
, həmçinin Sabit ibn Qeys ibn Şəmməsin
və s. bu kimi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Cənnətlə
müjdələdiyi səhabələrin Cənnətlik olacaqlarına şəhadət verir.
Onlar, möminlərin əmiri Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun!) və
başqalarından nəql edilən çoxsaylı rəvayətlərə əsasən bu ümmətin peyğəmbərindən
sonra ən xeyirli adamlarının – Əbu Bəkr, sonra Ömər, üçüncüsü Osman və
dördüncüsü Əli (Allah onların hamısından razı olsun) olmasını təsdiq edirlər.
Səhabələr yekdilliklə biyət (yəni, xəlifə seçimi) məsələsində Osmanı Əlidən önə
çəkmişlər. Buna baxmayaraq, Sünnə əhlindən bəziləri Əbu Bəkr və Ömərdən sonra
Osmanın yoxsa Əlinin (Allah onlardan razı olsun!) daha fəzilətli olmasında ixtilaf
etmişdir. Bəziləri üstünlüyü Osmana verərək susmuş və ya Əlini dördüncü saymışlar.
Digərləri isə üstünlüyü Əliyə vermişlər. Bir başqaları da bitərəf mövqe tutmuşlar.
39
Bəziləri hesab edirlər ki, qələbə (əl-Fəth) - Məkkənin azad edilməsidir. (Təfsir Đbn Kəsir, VIII, sıh.
37-39, onun “Əl-Hədid” (57) surəsinin 10-cu ayəsinə şərhinə bax.).
40
Xristian tarixi ilə 628-ci ildə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) bir qrup müsəlmanı
ümrə ziyarəti etmək üçün Məkkəyə aparmışdı, lakin Məkkənin bütpərəstləri çoxsaylı qoşun yığaraq
Məkkədən doqquz mil aralıda yerləşən Xudeybiyyə adlı bir yerdə yolu kəsərək ona və səhabələrinə
Məkkəyə daxil olmağa mane olmuşdular. Nəticədə az qalmışdı ki, iki qrup arasında az qalmışdı ki,
müharibə başlasın, amma bunu əvəzində danışıqlar aparıldı. Allahın Elçisi (ona Allahın salavatı və
salamı olsun!) danışıalarda öz nümayəndəsi kimi Osmanı (Allah ondan razı olsun!) Məkkəyə
göndərdi, lakin o, üç gün geri qayıtmadı və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) və
onun silahdaşlarına xəbər çatdı ki, “Osman məkkəlilər tərəfindən öldürülmüşdür. Allahın Elçisi (ona
Allahın salavatı və salamı olsun!) məkkəliləri onların xəyanətinə görə cəzalandırmadan Məkkəni tərk
edə bilməzdi, hərçənd müsəlmanlar döyüşə hazırlaşmamışdılar. Buna görə də o (ona Allahın salavatı və
salamı olsun!) öz ardıcıllarını topladı və bir böyük ağacın altında ayaq üstə onlar məkkəlilərlə
mübarizədə ona (ona Allahın salavatı və salamı olsun!) sədaqətli qalacaqlarına and içdilər (biət etdilər).
Bundan sonra Allah onları Quranda təriflədi:
“...sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların
əllərinin üstündədir...” (Fəth, 48/10).
Bu surədəcə, 18-ci ayədə Allah Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!)
Hudeybiyyədə ağac altında sədaqət andı içən möminlərdən razı qaldığını bildirir və belə buyurur:
“And olsun ki, ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu.
(Allah) onların ürəklərində olanı bildi, onlara arxayınlıq göndərdi və onları yaxın gələcəkdə
qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı”.
41
Bunlar: Əbu Bəkr, Ömər, Osman, Əli, Təlha, əz-Zübeyr, Səd ibn Əbu Vaqqas, Səid ibn Zeyd,
Abdurrəhman ibn Auf və Əbu Ubeyda ibn əl-Cərrah idi.
Lakin Sünnə əhli tərəfdarları öncə Osmanın sonra isə Əlininin (əfzəl) olmasına qərar
vermişlər. Baxmayaraq ki, bu, yəni, Osman və Əlinin birinciliyi məsələsi Sünnə
əhlinin əksər alimlərinə görə dinin əsas
prinsiplərindən deyil. Ona görə də ixtilaf edən
hər hansı tərəf zəlalətə düşmüş hesab olunmur. Lakin xilafət məsələsində (ardıcıllığa)
müxalif olan kəs zəlalətə düşmüş sayıllır. Sünnə əhlinin etiqadına görə Allahın
Elçisindən (ona Allahın salavatı və salamı olsun!) sonra xəlifə - Əbu Bəkr; sonra
Ömər; ondan sonra Osman, sonra da Əlidir. Kim onlardan hər hansı birinin
xəlifəliyinə tənə (etiraz) edərsə, uzunqulaqdan da çox yanılmış olar.
Sünnə əhli Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) əhlibeytini
(ailəsini) sevir, onları özlərinə dost tutur və Allahın Elçisinin (ona Allahın salavatı və
salamı olsun!) Qədirxum günündə onlar barəsində söylədiyi vəsiyyətinə riayət edirlər.
O buyurmuşdur:
“Əhlibeytimlə davranışınızda Allahı (Onun rəhmətini və əzabını)
xatırlamağınızı tövsiyyə edirəm”.
42
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!), Qureyşdən olan bəzi
adamların bəni Haşim qəbiləsinə qarşı sərt rəftar etmələri barəsində şikayət edən əmisi
Abbasa belə buyurmuşdur:
“Nəfsim əlində olana (Allaha) and olsun ki, onlar sizi Allah üçün və
mənimlə qohum olduğunuz üçün sevməyincə iman sahibi olmazlar”
43
O həmçinin buyurmuşdur:
“Həqiqətən, Allah Đsmayıl oğullarını (digərləri arasından) seçmişdir. Sonra
Đsmayıl oğulları arasından Kinanə tayfasını, Kinanə tayfasından da Qureyşi,
Qureyşdən isə bəni Haşimi, bəni Haşimdən də məni seçmişdir”.
44
(Sünnə əhli) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zövcələrinə -
möminlərin analarına hörmət edir və iman edirlər ki, onlar axirətdə də Peyğəmbərin
(ona Allahın salavatı və salamı olsun!) zövcələri olacaqlar. Onun (ona Allahın
salavatı və salamı olsun!) əksər övladlarının anası, ona ilk iman gətirən və işlərində
onu müdafiə edən Xədicənin (Allah ondan razı olsun!) qadınlar arasında Peyğəmbər
(ona Allahın salavatı və salamı olsun!) tərəfindən yüksək qiymətləndirilən
özünəməxsus yeri vardır.
Həmçinin Siddiqə bint Siddiqə (yəni, Əbubəkrin qızı Aişə, Allah ondan razı
olsun!) haqqında Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdu:
“Aişənin başqa qadınlardan üstünlüyü Səridin (yəni, əla yemək növünün) digər
yeməklərdən üstün olduğu kimidir”.
(Sünnə əhli) səhabələrə nifrət bəsləyən və onları təhqir edən Rafizilərin,
həmçinin Əhli beytə söz və ya əməllə əziyyət verən Nəsibilərin (Xəvariclərin)
45
yolundan çəkinirlər.
Sünnə əhli səhabələrin aralarında baş verən hadisələr (yəni, kimin haqlı kimin
haqsız olduğu) barədə danışmır, əksinə bu haqda deyirlər: Onların səhvləri haqqında
42
Muslim
43
Hədisdə “iman gətirməzsiniz” sözləri “kamil iman gətirməzsiniz” kimi başa düsülməlidir. Əhməd Đbn
Hənbəl və b. rəvayət etmişdir.
44
Muslim və Əhməd rəvayət etmişlər.
45
Nəvasib – Əlini və onun ailəsini xoşlamayan bir qrup insanlardır.
varid olan rəvayətlərin bir qismi yalandır, başqa bir qismi də əlavələrə və ya ixtisarlara
yaxud da təhrifə məruz qalmışdır. Bu rəvayətlərin gerçək (səhih) olan qismində qeyd
olunan hadisələrdə isə onlar, etdikləri ictihadın doğru və ya xəta olmasından asılı
olmayaraq müctəhid olduqlarına görə üzürlüdürlər.
Bununla yanaşı Əhli sünnə heç bir səhabəni böyük və ya kiçik günahlardan
azad (məsum) hesab etmir. Əksinə onlar da günah edə bilərlər. Lakin buna
baxmayaraq, onların etdikləri günahlarını bağışlayacaq, əgər ediblərsə, Đslamda
öncüllükləri və fəzilətləri vardır. Hətta onlara özlərindən sonra gələnlərə
bağışlanmayan günahlar belə bağışlanmışdır. Çünki onların, özlərindən sonra
gələnlərin edə bilmədiyi, günahları silən çoxlu savab əməlləri vardır. Onların bütün
nəsillərin ən xeyirliləri olması, hər hansı birinin verdiyi bir ovuc sədəqənin, onlardan
sonra gələnlərin verdikləri Uhud dağı boyda qızıldan daha üstün sayılması
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) kəlamlarında öz təsdiqini
tapmışdır.
46
Bundan başqa, əgər onlardan kimsə hər hansı bir günah edibsə, ola bilsin ki, o
bu günahı üçün tövbə etmiş, yaxud günahını siləcək savab işlər görmüş, ya da Đslamı
ilk qəbul edənlərdən olduğuna görə və ya Muhəmmədin (ona Allahın salavatı və
salamı olsun!) şəfaəti ilə bağışlanmışdır. Beləki, səhabələr Peyğəmbərin (ona Allahın
salavatı və salamı olsun!) şəfaətinə ən layiq insanlardır. Yaxud da bu dünyada məruz
qaldığı hər hansı bir bəla onun günahına kəffarə olmuşdur. Əgər onların gerçək
günahlara görə bu qədər üzr qazandırmaq mümkündürsə, bəs elə isə ictihad etdikləri
məsələlərə nə demək olar? Əgər ictihadları doğru olarsa iki, yox əgər səhv olarsa bir
savab qazanarlar. Səhv isə bağışlanar.
Daha sonra, onların bəzilərinin etdikləri xoşagəlməz əməllər, Allaha və Onun
elçisinə iman, Allah yolunda cihad, hicrət, köməklik etmək, faydalı elm, saleh əməllər
və s. bu kimi üstünlükləri və yaxşılıqları ilə müqayisədə çox cüzidir. Kim səhabələrin
həyatına və Allahın onlara bəxş etdiyi fəzilətlərə elm və bəsirət gözü ilə nəzər salarsa,
onların Peyğəmbərlərdən sonra ən xeyirli insanlar olduğunu yəqinliklə bilər və görər
ki, nə onlardan öncə, nə də onlardan sonra belə insanlar olmamışdır. Həqiqətən onlar,
bütün ümmətlərin ən xeyirlisi və Allah yanında ən üstünü olan bu ümmətin seçilmiş
nəslidirlər.
Əhli sünnə və camaat tərəfdarlarının əsas prinsiplərindən biri də – övliyaların
kəramətlərinin: müxtəlif elmi sahələrdə, (gizli və çətin olan) bir şeyi üzə çıxarmaqda,
istedad və təsiretmə bacarıqlarında və s. Allahın övliyalarına verdiyi fövqəltəbii
hərəkətlərin təsdiq edilməsidir. Məsələn, “Kəhf” və digər surələrdə keçmiş
ümmətlərin kəramətləri qeyd olunmuşdur. Həmçinin bu ümmətin ilk nəsllərinin -
səhabə və tabiinlərin və ümmətin digər nəsillərinin kəramətləri olmuş və Qiyamət
gününə qədər olacaqdır.
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolunu, həmçinin ilk
müsəlmanlardan sayılan mühacir və ənsarların yolunu davam etdirmək Əhli sünnə və
camaat tərəfdarlarının prinsiplərindən biridir. Eyni zamanda onlar Peyğəmbərin (ona
46
Əl-Buxari və Muslim
Allahın salavatı və salamı olsun!) aşağıdakı tövsiyəsinə riayət edirlər. O
buyurmuşdur:
“Sizə sünnəmi və məndən sonra doğru yolu göstərən raşidi xəlifələrin
yolunu tövsiyyə edirəm. Ondan azı dişlərinizlə yapışın. Dində yeniliklərdən
(bidətlərdər) çəkinin. Çünki hər bir bidət zəlalətdir.”
47
Sünnə əhli bilir ki, ən doğru söz – Allahın kəlamı və ən xeyirli hidayət yolu isə
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) hidayət yoludur. Onlar Allahın
kəlamını bütün insanların kəlamından və Muhəmmədin (ona Allahın salavatı və
salamı olsun!) hidayət yolunu hər bir kəsin yolundan üstün tuturlar. Buna görə də
onlar bəzən Kitab və Sünnə tərəfdarları, bəzən də Camaat tərəfdarları adlandırılırlar.
Camaat dedikdə birlik qəsd olunur. Onun əksi isə təfriqəçilikdir. Baxmayaraq ki,
həmin toplumun özü də “Camaat” adı ilə çağırılır.
Elmdə və dində üçüncü əsas yekdil rəydir (ərəb. icma).
Əhli sünnə tərəfdarlarına görə bu üç əsas (yəni, Quran, Sünnə və icma),
insanların dinə aid olan gizli və aşkar dedikləri söz və etdikləri əməllərinin meyarıdır.
Düzgün sayılan yekdil rəy (yəni, icma) saleh sələflərin birgə söylədikləri rəydir.
Çünki onlardan sonra ümmət arasında ixtilaflar artmış və yayılmışdır.
Sünnə əhli bu əsas prinsiplərə riayət etməklə yanaşı, şəriətin buyurduğu
şəkildə yaxşı işləri tövsiyə edir və pis işlərdən çəkindirirlər. Onlar, rəiyyəti ilə yaxşı
və ya pis davranan rəhbərlərlə birlikdə həccin yerinə yetirilməsini, cihad edilməsini,
cümə və bayram namazlarının qılınmasını düzgün hesab edirlər. Camaatla birgə
qılınan namazlarda iştirak edirlər. Həmçinin ümmətin hər bir fərdinə nəsihət verməyi
dinə uyğun bir əməl hesab edirlər. Onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı
olsun!) aşağıdakı hədislərinin bu mənanı daşıdığını etiqad edirlər. Peyğəmbər (ona
Allahın salavatı və salamı olsun!) barmaqlarını bir-birinə keçirərək buyurmuşdur:
“Bir mömin digər mömin üçün möhkəm tikili kimidir. Onlar bir-birilərinə
bağlanarlar”.
48
Digər hədisdə buyurur: “Möminlərin bir-birinə məhəbbəti, mərhəməti və
rəftarı bir cəsədə bənzəyir. Onun hər hansı bir üzvü ağrıyarsa, digər üzvüləri də
qızdırma və yuxusuzluqla ona şərik olarlar (yəni, bütün cəsəd əzyyət çəkər).”
49
Əhli sünnə tərəfdarları insanlara bədbəxtlik üz verdiyi zaman səbirli olmağı,
rahatlıq zamanı şükr etməyi və qəzavü-qədərin acısına razı qalmağı tövsiyyə edirlər.
Onlar insanları gözəl əxlaqı mənimsəməyə və xeyirxah əməllərə sövq edirlər. Onlar
Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisinin bu mənanı
daşıdığını etiqad edirlər. O, buyurmuşdur:
“Möminlərin ən kamil imanlısı gözəl əxlaqı olan kəsdır”.
50
Əhli sünnə tərəfdarları ünsiyəti kəsənlə əlaqəni bərpa etməyə, qadağan edənə
əta etməyə, zülm edənləri bağışlamağa sövq edir. Həmçinin valideyinlərə yaxşılıq
etməyi və qohumluq əlaqələrini saxlamağı, qonşulara qarşı xeyirxah olmağı,
47
Hədisi Əhməd ibn Hənbəl, Əbu Davud, Đbn Macə və ət-Tirmizi rəvayət edilmiş və Ət-Tirmizi hədisin
yaxşı hədis olduğunu demişdir.
48
əl-Buxari və Muslim rəvayət etmişdir.
49
əl-Buxari və Muslim rəvayət etmişdir.
50
Əhməd və ət-Tirmizi rəvayət etmişdir. ət-Tirmizi hədisin həsən olduğunu bildirmişdir.
yetimlərə, kasıblara, müsafirlərə əl tutmağı, kölələrlə yumşaq davranmağı buyururlar.
Onlar lovğalığı, təkəbbürlüyü, həddini aşmağı, haqlı və ya haqsız yerə özünü
başqalarından üstün tutmağı qadağan edirlər. Onlar yüksək əxlaqi keyfiyyətləri əmr
edərək yaramaz əməllərə son qoyulmasını tələb edirlər.
Əhli sünnənin burada və ya digər yerdə dediyi sözlər və etdiyi əməllər, Quran
və Sünnədən qaynaqlanmışdır. Onların yolu, Allahın Muhəmmədlə (ona Allahın
salavatı və salamı olsun!) göndərdiyi Đslam dinidir.
Lakin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) xəbər vermişdir ki:
“Onun ümməti yetmiş üş firqəyə bölünəcək və onların birindən başqa,
hamısı Cəhənnəmə düşəcəkdir. Həmin firqə camaat tərəfdarlarıdır.”
51
Başqa bir hədisdə isə o, buyurur:
“Onlar (yəni, nicat firqəsi) mənim və səhabələrimin bu gün getdiyi yolla
gedən şəxslərdir”
52
Deməli, təhriflərdən uzaq olan pak Đslam dinindən yapışanlar məhz Əhli sünnə
və camaat tərəfdarlarıdır.
Onların arasında siddiqlər, şəhidlər, əməlisalehlər, haqq bələdçiləri, gecələrin
nurları, yaddaşlardan silinməz xidmət və unudulmaz fəzilət sahibləri, zahidlər,
həmçinin bütün müsəlmanların hidayət və elmlərinə şəhadət verdiyi imamlar vardır.
Onlar kömək olunan tayfadır (ərəb. taifətul-mənsura). Peyğəmbər (ona Allahın
salavatı və salamı olsun!) onların barəsində buyurmuşdur:
“Mənim ümmətimdən haqq işlərində köməklik göstərilən bir tayfa Qiyamət
Gününədək olacaq. Onlara müxalif olanlar və ya onları rəzil etmək istəyənlər buna
müvəffəq ola bilməyəcəklər. ”
53
Allahdan diləyirik ki, bizi onların sırasında etsin, hidayət etdikdən sonra
qəlbimizi haqq yolundan azmağa qoymasın və bizə Öz rəhmətindən bəxş etsin.
Həqiqətən, O bəxşiş verəndir. Allah daha yaxşı bilir!
Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və çoxlu salamı olsun!
51
Əhməd rəvayət etmişdir.
52
ət-Tirmizi rəvayət etmişdir.
53
əl-Buxari və Muslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |