11
lılıqla əlaqələndirilən lokal qravitasiya minimumlarının (yataq tipli
anomaliyaların) aĢkar edildiyini və bu sahələrdə yeni neft-qaz
yataqlarının açılması perspektivliyini göstərmiĢdir. Müəllif, eyni
zamanda, konkret sahələrdə axtarıĢ qazımasının yerini göstərmiĢ və
əsaslandırmıĢdır.
Ümumiyyətlə, monoqrafiya yüksək elmi səviyyədə hazırlan-
mıĢ, müəllifin irəli sürdüyü fikirlər, təkliflər elmi və geoloji-geo-
fiziki məlumatlarla əsaslandırılmıĢdır. Monoqrafiyada verilmiĢ xə-
ritələr, sxemlər, qrafiklər, cədvəllər yüksək səviyyədə tərtib edil-
məklə bərabər, Kür çökəkliyində neft-qaz perspektivli strukturların
kəĢf olunması, axtarıĢ-kəĢfiyyat geofiziki və qazıma iĢlərinin isti-
qamətləndirilməsi üçün böyük praktiki əhəmiyyət kəsb edirlər.
Monoqrafiyanın dərc olunması Kür çökəkliyinin öyrənilməsi
ilə məĢğul olan geoloq-geofiziklərə, elmi iĢçilərə, elmi və istehsalat
təĢkilatlarına dəyərli məlumatlar verməklə, gələcək axtarıĢ-kəĢ-
fiyyat iĢlərini istiqamətləndirməyə əsaslı tövhə verə bilər.
AMEA Respublika
Seysmoloji
Xidmət mərkəzi “Seysmoloji və
geofiziki tədqiqatların elmi araĢ-
dırılması” Ģöbəsinin müdiri,
g.-m.e.d., professor
ġ.Ə.BalakiĢibəyli
12
Geologiya-mineralogiya elmləri namizədi
Vaqif Qədir oğlu Qədirovun
“Azərbaycanın Kür çökəkliyində neftli-qazlı strukturların
axtarıĢında qravi-maqnit kəĢfiyyatının tətbiqi”
monoqrafiyasına
RƏY
Dağlararası Kür çökəkliyi çox mürəkkəb dərinlik geoloji
quruluĢu ilə səciyyələnir. AparılmıĢ geoloji-geofiziki kəĢfiyyat
iĢləri bu ərazidə çoxsaylı dərin regional və lokal tektonik qırılma-
ların mövcudluğunu, çöküntütoplanma Ģəraitinin müxtəlifliyini,
geoloji kəsiliĢdə çökmə, effuziv və intruziv süxurların, palçıq vul-
kanlarının varlığını, çöküntülərin neft-qazlılığını və digər geoloji
məsələləri aydınlaĢdırmağa imkan vermiĢdir. Son dövrlərdə çökək-
liyin müxtəlif qanad hissələrində seysmik kəĢfiyyatın ÜDN üsulu
ilə böyük məsafələrə uzanan pazlaĢma zonalarının aĢkar edilməsi
burada neft-qaz yığımları üçün əlveriĢli olan qeyri-antiklinal tip
tələlərin də formalaĢdığını göstərir.
Belə mürəkkəb geoloji Ģəraitdə neftli-qazlı strukturların aĢkar
edilməsi və öyrənilməsi üçün digər geofiziki üsullarla yanaĢı qra-
vimetrik və maqnitometrik kəĢfiyyat üsullarının tətbiqi olduqca
faydalı və əhəmiyyətlidir. V.Q.Qədirovun hazırladığı bu monoqra-
fiya da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Müəllif Kür çö-
kəkliyinin geoloji quruluĢunu, onun struktur-tektonik xüsusiyyət-
lərini, neftli-qazlı strukturların ərazi üzrə paylanmasını mövcud
geoloji-geofiziki məlumatlar əsasında araĢdırmıĢ, qravi-maqnit kəĢ-
fiyyatın tətbiqini fiziki-geoloji əsaslandırmaq üçün çökəkliyi təĢkil
edən süxurların petrofiziki xüsusiyyətlərini analiz etmiĢdir.
Müəllifin apardığı tədqiqatlar nəticəsində Kür çökəkliyindəki
bir çox strukturun tağ və tağyanı hissələrində, çöküntülərin həm
Ģaquli, həm də lateral istiqamətdə sıxlıqlarının, maqnit qavrayıcı-