6
Alyaskanın bayrağı. 1926-cı ildə 13 yaşlı Amerikalı
yeniyetmə Benni Benson tərəfindən yaradılmışdır.
15 yaşlı amerikalı Çester Qrinvud 1873-cü ildə
soyuqdan qoruyan qulaqcıqlar ixtira etmişdir.
7
Versiyalardan birinə görə, ilk qarda yeriyən maşını 1922-ci
ildə 15 yaşlı kanadalı Jozef-Arman Bombardye ixtira
etmişdir.
Meyvəli buzu, taxta çöp üzərində dondurmanı ilk
dəfə 11 yaşlı amerikalı Frenk Epperson icad etmişdir.
8
Gözdən əlillərin yazıb oxuması üçün Brayl əlifbasını 1824-
cü ildə 15 yaşlı fransız Lui Brayl ixira etmişdir.
İlk dəfə plastilin, divar kağızları üçün yapışqan istehsal edən
Kleo Makvikerin nəvəsinin sayəsində icad edilmişdir.
Balaca qızcığaz babasına onunla oynamaq istədiyini
dedikdə, K.Makviker ona lazımi qatqılar, rəng əlavə etmiş,
zərərli maddələri isə xaric etmuişdir.
9
Amerika məktəblisi Cek Andraka 15 yaşında
mədəaltı vəzin erkən mərhələdə xərçəng xəstəliyinin
diaqnostikası üçün test-sistemin prototipini yaratmışdır. Bu
test hazırda mövcud olanlardan 168 dəfə sürətli və öz
analoqlarından 26 min dəfə ucuz, həm də 100 faiz dəqiqdir.
Beynəlxalq Kitab Bağışlama Günü
Təqvimdə ikinci sırada duran əlamətdar gün –
“Beynəlxalq Kitab Bağışlama Günüdür”(İnternational Book
Giving Day). Bu gün hər il fevralın 14-də qeyd olunur.
Təqvimdə ən gənc bayramlardan olan bu gün, uşaqlara kitab
bağışlayan və onlarda kitaba məhəbbət oyadan bütün
insanları birləşdirir. Bu bayram 2012-ci ildə ABŞ-da məşhur
Delightful Childrens Books uşaq kitabı saytının yaradıcısı
10
Emmi Brodmurun təşəbbüsü ilə yaradılmışdır. Bu ideyanı
ona balaca oğlu vermişdir. O, anasından soruşmuşdur ki,
niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün
yoxdur. E.Brodmur öncə İnternetdə müxtəlif insanlara bu
təşəbbüsdə iştirak etmələrini təklif etmişdir. Bu təşəbbüs az
müddətdə bütün dünyada dəstək qazanmış, ona çoxlu
insanlar qoşulmuşlar və bu indi də davam edir. Bu əlamətdar
günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və
uşaq yazıçılarının dəstəyi böyük rol oynamışdır. Hər il
minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın
bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba
məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək,
bölüşmək sevinci yaradır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir
uşaq kitabxanası olaraq uşaqlar və kitablarla bağlı günlərin
qeyd olunmasına xüsusi önəm verir. Bu əlamətdar gündə isə
həm kitablar, həm də uşaqlar iştirak etdiyi üçün, xüsusi
əhəmiyyət daşıyır. Belə bir günün qeyd olunması üçün uşaq
kitabları, kitabı, mütaliəni təbliğ edən vəsaitlərdən istifadə
olunması ilə sərginin qurulması məqsədəuyğundur. Sərgini
aşağıdakı başlıqlar altında qurmaq olar: “Ən gözəl hədiyyə
kitabdır”, “Kitab bağışlayaq, dost qazanaq”, “Ən qiymətli
sərvətimizi – kitablarımızı bir-birimizlə bölüşək”, “Yaxşı
kitab ömürlük dostdur” və s.
11
Sərgdə kitabı, mütaliəni təbliğ edən aforizmlərdən
istifadə etmək olar.
Kitab – insanın özünün öz üzərində yüksəlməsinə imkan
verir.
Andre Morua
Fransız yazıçısı
Kitab – bizi dolduran, lakin özü boşalmayan qabdır.
A.Dekursel
Fransız yazıçısı
Dünyada ən yaxşı kino zalı beyindir və sən bunu yaxşı
kitab oxuyarkən anlayırsan.
Ridli Skott
İngilis rejissoru və ssenaristi
Kitab olmayan ev, ruhsuz bədən kimidir.
M.T.Siseron
Filosof
Yalnız heç nə oxumayan, heç nə haqqında düşünmür.
D.Didro
Fransız yazıçısı
Kitab oxumaqdan əl çəkmək, düşünməyi dayandırmaq
deməkdir.
M.F.Dostoyevski
Rus yazıçısı
12
Kitabxanalarda bu günlə bağlı uşaqlar arasında viktorina
keçirilməsi də yaxşı olar. Sorğu üçün aşağıdakı sualları
təqdim edirik:
1.
Müstəqil şəkildə oxuduğunuz ilk kitab hansı
olub?
2.
Ən çox sevdiyiniz kitabınızı dostunuza
bağışlayardınızmı?
3.
Hansı kitabların sizə hədiyyə olaraq verilməsini
istəyərdiniz?
4.
Şəxsi kitabxananızı qurarkən orada hansı
mövzularda kitabların olmasını istəyərdiniz?
5.
Kitab bağışlamaq imkanınız olsaydı, ilk öncə
kimlərə kitab bağışlayardınız?
Beynəlxalq Kuklaçı Günü
21 mart – Beynəlxalq Kuklaçılar Günü (İnternational
Day of Puppetry) kimi qeyd olunur. Bütün dünyada
Beynəlxalq Kuklaçı Gününün qeyd olunması ideyası məşhur
İran kukla teatrı xadimi Civad Zülfaqarihoya məxsusdur.
2000-ci ildə Maqdeburqda, Beynəlxalq Kukla Teatrı
Xadimləri İttifaqının XVIII Konqresində o, bu məsələni
müzakirəyə çıxarmışdır. Lakin bu bayramın keçirilməsinin
yeri və vaxtı haqqında müzakirələr getsə də, məsələ həll
olunmamış qalmışdır. Yalnız iki ildən sonra, UNİMA-nın
Beynəlxalq Şurasının iclasında bayramın tarixi müəyyən
Dostları ilə paylaş: |