AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
B. Məmmədli Ə. Çingizoğlu
URMİYA XANLIĞI
Bakı – Mütərcim – 2013
Elmi redaktor: Süleyman Məmmədov,
tarix elmləri doktoru, professor,
Əməkdar elm xadimi
Rəyçilər:
Adil Baxşəliyev,
tarix elmləri doktoru, professor
Şirxan Səlimov,
tarix elmləri doktoru, professor
Camal Mustafayev,
tarix elmləri doktoru
Güntəkin Nəcəfli,
tarix elmləri üzrə fəlsəfə doktoru
2
B.Məmmədli. Ə.Cingizoglu Urmiya xanlığı
– Bakı, Mütərcim, 2013. – 188 s.
Vəsait “Azərbaycan tarixi” fənn proqramı əsasında hazırlanmışdır.
Vəsaitdə Urmiya xanlığının sozial-iqtisadi, siyasi və mədəni həyatından
bəhs edilir.
Vəsait ali məktəb müəllimləri, tələbələri və magistrantları üçün nə-
zərdə tutulmuşdur.
Ç
026
4702000000
хх-13
© B.Məmmədli,Ə.Cingizoglu 2013
3
MÜNDƏRİCAT
Giriş ........................................................................................................ 4
Mövzu: Urmiyanın təbii-coğrafi şəraiti .................................................. 5
Mövzu: Urmiya şəhəri ............................................................................ 7
Mövzu: Urmiya xanlığının yaranması .................................................... 11
Mövzu: Xanlığın inzibati quruluşu ......................................................... 23
Mövzu: Xanlığın idarəetmə aparatı ........................................................ 42
Mövzu: Urmiya xanlığının ictimai-siyasi həyatı .................................... 60
Mövzu: Urmiya xanlığının qonşu xanlıqlarla siyasi münasibətləri ........ 112
Mövzu: Urmiya xanlığının sosial-iqtisadi vəziyyəti ............................... 157
Mövzu: Mədəniyyət ................................................................................ 174
Nəticə ...................................................................................................... 182
Mənbə və ədəbiyyat ................................................................................ 183
4
GİRİŞ
Xanlıqlar dönəmi Azərbaycan tarixinin, Azərbaycan dövlətçi-
lik tarixinin maraqlı və mühüm səhifələrindən birini təşkil edir. Ta-
rixi mənbələr Urmiyanın Azərbaycanın tarixi ərazisi olduğunu təs-
diq edir. Urmiya Azərbaycanın qədim dövlətçilik məkanlarından
biri, ilk orta əsrlərdə isə yerli feodal hakimliyinin mərkəzi
olmuşdur. XI əsrdə Urmiyanı Səlcuqlar, XIII əsrin əvvəllərində
monqollar işğal etdilər. XV əsrdə Urmiya vilayəti Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin tərkibinə qatılmışdı.
Səfəvilərin dövründə isə Urmiyada Avşar elinin valiliyi, bəy-
lərbəyliyi mövcud idi. Avşarlar bu bölgəni idarə edir, onu düşmən
basqınlarından qoruyurdular. Səfəvilər dövlətinin süqutundan və
Nadir şahın ölümündən sonra XVIII əsrin ortalarında Urmiya xan-
lığı təşəkkül tapdı.
Cənubi Azərbaycan xanlıqları içərisində Urmiya xanlığı öz
varlığı ərzində, siyasi mövqeyinə və hərbi gücünə görə önəmli yer
tuturdu.
Sovet tarixşünaslığında ümumiyyətlə, Cənubi Azərbaycan
xanlıqlarının tarixinə etinasız yanaşılmış, onun tədris ədəbiyyatı ki-
mi işlənməsi isə diqqətdən kənarda qalmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra, vətən tarixinə ye-
ni baxışlar sistemi formalaşmış Cənubi Azərbaycan xanlıqlarının ta-
rixi kontekstində ayrı-ayrı xanlıqların tarixinə yenidən baxmaq zə-
rurəti yaranmışdır.
Metodik vəsaitdə Urmiya xanlığının tarixi, xanlığı ictimai-si-
yasi vəziyyəti, sosial-iqtisadi durumu, qonşu xanlıqlarla siyasi əla-
qələri, mədəniyyəti və s. məsələlər işıqlandırılmışdır. Vəsait hazırla-
narkən, mötəbər mənbələr – arxiv sənədlərindən, AMEA Tarix İns-
titutunun elmi arxivindən, İstanbul Başbakanlıq arxivindən, internet
səhifələrindən, Azərbaycan, rus, türk və fars tarixçilərinin əsərlərin-
dən istifadə edilmişdir.
5
Mövzu
URMİYANIN TƏBİİ-CОĞRAFİ ŞƏRAİTİ
Urmiya xanlığının coğrafi sərhədləri şimaldan Salmas (Xоy
xanlığı), şərqdən Urmiya gölü, cənubdan Kürdüstan, qərbdən Tür-
kiyə (Osmanlı dövləti) və İraqla həmsərhəd idi.
Xanlığın ərazisi, Urmiya gölünün sahilləri istisna olmaqla, hər
tərəfdən böyük dağ silsilələrindən ibarətdir. Bu silsilələrdən mü-
hümləri: Mur-i Şəhidan, Cəlaləddin, Güruh dağ, Dalamir, Qəndil,
Balistan, Quşçu, Bоz, Kоra və Zənbil adlı dağlardır. Həmin dağların
çоxunun üzəri yumşaq qaratоrpaqla örtüldüyündən dəmyə əkin
üçün əlvеrişlidir.
Xanlığın tоrpağı əsasən qara, qumlu, lil tоrpaqdan ibarətdir.
Bu tоrpaq növlərinin hər ikisi çоx münbit və əkinçilik üçün yarar-
lıdır. Türkiyə sərhədindəki dağ silsilələrini zirvəsi ilin bütün fəsillə-
rində qarla örtülü olur.
Xanlığın əsas çayları Baranduz, Şəhər (Urmu), Nazlı, Tatay
və yaxud Tamay), Zərinə, Siminə, Qədir, Gidar adlı çaylardır. Bun-
dan əlavə, Urmiyada bir çоx kəhrizlər və bulaqlar da vardır. Urmi-
yada yağıntı Cənubi Azərbaycanın başqa vilayətlərinə nisbətən çоx-
dur. Buna görə də Azərbaycanın bоl suya və su mənbələrinə malik
оlan yеrlərindən biri hеsab еdilir. Urmiya ərazisindəki göl (Urmiya
gölü) təbii-coğrafi və ekoloji cəhətdən olduqca əhəmiyyətlidir. Göl
dəniz səviyyəsindən 1275 m yüksəklikdə yerləşir. Gölün dərinliyi
təqribən 15 metrə çatır. Duzluq dərəcəsi 150-300-dür.
Urmiya gölü sahillərində vilayətin havası mülayim, başqa yеr-
lərdə isə nisbətən sоyuqdur. Burada hava ümumiyyətlə mülayimdir.
Şiddətli küləklər yоxdur. Havanın ən isti vaxtlarında şimal və
cənub-qərbdən sərin və sakit küləklər əsir. Yеrli əhali bu küləkləri
«xırman küləyi», «yayın sərin küləyi», «yağışlı Salmas küləyi»,
«cənub küləyi», «vədə yеli» və sairə adlarla adlandırırlar. Vilayətdə
Dostları ilə paylaş: |