10
rəsmi, qadağan edilmiş, deyilməsi məsləhət görülməyən, ictimai yerlərdə nalayiq hesab edilən, ədəb
dairəsindən, etikadan kənar olan sözlər əvəzinə, ona yaxın, qismən nəzakətli, bəzən də örtülü, gizli
sözlərin işlədilməsi daxildir. İkinci qrupa daxil olan sözlər tabu sözləri əvəz edir. Birinci qrupa
daxil olan evfemıstik sözlərlə ikinci qrupa daxil olanlar arasında başlıca fərq aşağıdakı kimidir.
Birinci qrupa daxıl olan evfemistik sözlərin əvəz etdikləri sözlərin məzmununa, mənasına demək
olar ki, tam uyğundur. Hər ikisi ilə, yəni istər evfemistik sözlə, istərsə də onun əvəz etdiyi sözlə
ifadə edilən məzmun eynidir və hər ikisi asanlıqla başa düşülür.
Doğrudur, evfemıstik sözlər əvəz
etdiyi sözdən formaca fərqlənir, yəni sözlər, ifadələr, hətta cümlələr əvvəlkilərə bənzəmir, lakin
məzmun eynidir, burada məzmun təhrif olunmur, çox asanlıqla başa düşülür. Məsələn: “öldü”
əvəzinə “rəhmətə getdi”, “o biri dünyaya təşrif apardı”, “ömrünü bizə bağışladı”, “həyatı tərk
etdi”, “həyat ilə həmişəlik xudahafizləşdi” və s. söz və ifadələr işlədildiyi zaman ümumi məzmun
birdir. Lakin ikinci qrupa daxil olan evfemistik sözlər birinci qrupa daxil olanlardan bir neçə
cəhətdən fərqlənir. Tabu sözü əvəz edən söz, yəni evfemistik söz, həm formaca, həm də məzmunca
bir-biri ilə əlaqədar deyildir. Bunları müəyyən izahat olmadan, mətnə müraciət etmədən başa
düşmək çətindir. Məsələn: insan bədəninin müəyyən üzvlərini öz adı ilə söyləmək və ya yazmaq
ədəb dairəsindən kənar hesab edildiyindən elm aləmində bunları ifadə etmək lazım gəldikdə yalnız
latın dilində olan adları verilir. Bu isə müəyyən dərəcədə onların adını gizli saxlayır, yalnız
mütəxəssislər bunu başa düşür. “Tabu əsasında yaranan evfemizmlərin bir qismi də müəyyən qorxu,
təhlükə törədən əşyaların adını çəkmək xatirinə yaranır" [1,65]. Məsələn: məişətdə ilanın adını
çəkmək guya müəyyən təhlükə törədir. Buna görə də “ilan” sözü əvəsinə “ip, kafir, mərdüməzar,
xalası göyçək” və s. sözlər işlədilir. Tabu əsasında yaranmış evfemizmlərin bir qismi də müəyyən
etika ilə bağlıdır. Məsələn: kişi öz qadınının adını başqalarının yanında çəkməyi eyib hesab edir.
“Mənim arvadım, arvadım Gülər” və s. əvəzinə
“Bizim külfətimiz, uşaqların anası” kimi söz və
ifadələr işlədir. EIəcə də bəzi qadınlar ərlərinin adını söyləməyi qəbahət hesab edir və bunun
əvəzinə “uşaqların atası, mənim qocam,” bəzən də “o” şəxs əvəzliyini işlədir.
“Uduzmaq” əvəzinə istifadə olunan uğur “qazanmamaq”, “gəlmək” əvəzinə “təşrif
gətirmək”, “soyunmaq” əvəzinə “əynini dəyişmək” kimi evfemizm vasitəsilə ifadə olunan sözlərdə
incəlik, yumşaqlıq duyulur.
Son illər insanların nitqi davranışında aqressivliyin həddindən çox artığı müşahidə edilir.
Evdə, qonşuluqda, ictimai yerlərdən (ticarət məkanları, ictimai nəqliyyat vasitələri) tutmuş,
meydanlardakı mitinq, parlamentdəki debatlara qədər hər birində söylənilən nitq həmsöhbətin
davranışının qiymətləndirilməsində şərtilik kimi xarakterizə edilir (kəskin neqativ ekspressivlik (hər
hansı bir mövzunun müzakirəsi zamanı, hətta düşmənsayağı nitq tonu və s.)
Müasir şifahi və qismən də yazılı nitqin belə xüsusiyyətləri dilxarici fəaliyyətdə baş verən
neqativ proseslərin nəticəsidir: bunlar mədəniyyət sahələrində ümumi destruktiv məfhumlarla sıx
bağlıdır. Xarakter, məqsəd və nəticələrinə görə müəyyən dərəcədə ziddiyyətli olub, istifadə edilən
vasitələrdən biri də nitqin evfemizmləşməsidir. Evfemizmləşmə üçün fikrimizdə aşağıdakı
məqamlar mahiyyətlidir:
1) Nitqin predmetinin birbaşa mənasının mövcud sosial mühitdə və ya konkret adresat
tərəfindən kobudluq, kəskinlik, ədəbsizlik və s. kimi dəyərləndirilməsidir. Müəyyən obyekt, insan
fəaliyyətinin sahələri və insan münasibətləri belə qiymətləndirmə yarada bilər [6, 28]. Digərləri bu
nöqteyi-nəzərdən neytraldır. Buna görə də hər nitq evfemizləşməyə uğramır. Yalnız kobud söz və
ifadələr yerinə daha yumşaldıcı ifadələrdən istifadəsi məfhumun mahiyyətini maskalayır, gizləyir.
Buna, bəzi tibbi terminlərin də istifadəsində rast gəlinir. Məsələn: insanları qorxudan xərçəng, şiş
əvəzinə törəmə, kanser və s. sözlər işlənir.
2) Evfemizmlərin istifadəsinin mətndən və nitq şəraitindən asılı olması:
“Nitq situasiyası üzərində sosial nəzarət və ya danışanın öz nitqinə nəzarəti nə qədər sərt
olarsa, evfemizmlərin yaranması da bir o qədər mümkündür. Əksinə, nitq situasiyasına zəif nəzarət
olduqda nitqin yüksək avtomatizmi zamanı (ailədə ünsiyyət, dostlarla ünsiyyət və s.) evfemizm
əvəzinə birbaşa məna ifadə edən sözlərə üstünlük verilir” [6, 30].
Danışanın bu və ya digər predmeti adlandırması ədəblilik–ədəbsizlik, nəzakətlilik–kobudlu-
luq nöqteyi-nəzərindən insanların müəyyən fəaliyyət mövzusu və sahələrindən və yaxud da onlar
Evfemizmlərin linqvomədəni spesifikası
11
arasındakı münasibətlərdən asılıdır. Belə ənənəvi mövzu və sahələr fizioloji proses və vəziyyətlərlə
əlaqədardır. Məsələn: hamilə–boylu, ikicanlı; insan bədəninin ayrı-ayrı hissələri
Sosial və şəxslərarası münasibətlərdə evfemizmlərin istifadəsinin əsas məqsədi həmsöhbətlə
kommunikativ konfliktlərdən və uğursuzluqdan qaçmaq cəhdidir. Bu növ evfemizmlərdə
adlandırma digər nominasiya üslublarından daha nəzakətli formada olur. Məsələn: kar–zəif eşidən,
qulaqdan zəif; kor–gözü zəif, tipli ifadələr həmsöhbətdə kommunikativ diskomfort yaratmamaq
məqsədi daşıyır.
Elmi yeniliyi: Evfemizmlər müasir dilimizdə işləkliyinə görə fərqlənən söz qrupu kimi izah
edilsə də, linqvistik cəhətdən geniş təhlil olunmuşdur. Məqalədə ilk dəfə olaraq evfemizmlər
linqvomədəni aspektdən təhlil olunub.
Tətbiqi əhəmiyyəti: Məqalədən Müasir Azəbaycan dilinin leksikası, nitq mədəniyyəti
dərslərində nəzəri məlumat kimi istifadə edilə bilər.
ƏDƏBİYYAT
1.İbrahimova S.R. Evfemizmlərin fonosemantik xüsusiyyətləri// Humanitar Elmlərin
öyrənilməsinin aktual problemləri. Bakı, BSU.
2.Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008, 442 s.
3.Булаховский Л.А. Табу и эвфемизмы // Введение в языкознание. Ч.2. М.: Учпедгиз, 1953.
с.50-54
4.Величковский Б.М. Современная когнитивная психология. М.: МГУ, 1982, 336 с.
5.Залевская А.А. Психолингвистическое исследование: слово и текст. Тверь: Тверской
гос.ун., 2002, с.35- 46
6.Крысин А.П. Эвфемизмы в современной русской речи. Русистика, Берлин, 1994, №1-2,
с.28-49
7.Шмелев Д.Н. 'Эвфемизм Текст// Русскии язык. Энциклопедия. М.: Советская
Энциклопедия, 1979, 486 с.
РЕЗЮМЕ
ЛИНГВОКУЛЬТУРНЫЕ ОСОБЕННОСТИ ЭВФЕМИЗМОВ
Эминли Б.И.
Ключевые слова: лексика, семантика, эвфемизм, культура речи, вежливость.
Эвфемизмы используются в устных или письменных текстах для замены слов, признанных
грубыми или « непристойными», например, бранно-ругательных и матерных слов. Иногда в качестве
эвфемизмов используются «нелитературные» слова с меньшей отрицательной «нагрузкой», чем
брань и мат- просторечные, жаргонные, авторские. Использование эвфемизмов значительно смягчает
негативную «нагрузку» на текст бранных или матерных слов, хотя в большинстве случаев по
эвфемизму, либо по смыслу текста можно установить, какое слово он заменяет.
SUMMARY
LINGUOCULTURAL FEATURES OF EUPHEMISMS
Eminli B.I.
Keywords: lexis, semantics, euphemism, culture of speech, politeness.
Euphemisms are used in speech or printed texts for replacement of words which are recognized as
rude or “improper” such as abusive and obscene words. Sometimes, “nonliterary words” are used as
euphemisms with less negative “load”, rather than abusive, slangy, authorial. Use of euphemisms
significantly mitigates negative “load” of abusive and obscene words on text. However, in most cases it is
possible to determine the word it replaces due to euphemism or text.
Daxilolma tarixi:
İlkin variant
21.04.2017
Son variant
Eminli B.İ.