24
ƏDƏBİYYAT
1. Aşıq Alı: Əsərləri. Bakı: Avrasiya press, 2006, 192 s.
2. Ali Yaman. Alevilik və Kızılbaşlığın gizli tarihi. İstanbul: 2000, 304 s.
3. Camal Kırmaz, Halil Çelik Osmanlı dönəmi Krım ədəbiyyatı. Ankara: 2000, 413 s.
4. Bakı Öz Alevilik nədir. İstanbul yayınları.1995, 288 s.
5. Qurbani. Əsərləri. Bakı: Şərq-Qərb, 2006, 232 s.
6. Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü (Tərtib edənlər. M. Hacıyeva, M. Rıhtım). Bakı: AMEA-
nın Folklor İnstitutu, 2000, 230 s.
7. Xalq şeirindən seçmələr. (Tərtib edənlər: Şennur Sezər, Adnan Özyalçınər). İstanbul: 2000, 208 s.
8. İmanov Həmid. Fəlsəfənin əsasları. Bakı: Turan, 2010, 441 s.
9. Metin Küçük. Alevilik. Ankara: 2011, 304 s.
10. Növrəs İman. Seçilmiş əsərləri. Bakı: Səda, 2004.
11. Ortaq türk keçmişindən ortaq türk gələcəyinə IV uluslararası folklor konfransının materialları.
Bakı: 2006.
12. Rəfiq Özdək. Türkün qızıl kitabı. Bakı: Yazıçı,1993, 230 s.
13. Yunis Əmrə. Təsəvvüf ədəbiyyatı. İstanbul: 2004, 144 s.
14. Yunis Emreden seçmeler (Hazırlayan: Yüksəl Kanar). İstanbul: Sabah yayınları, 2009, 256 s.
15. Yəsəvi Əhməd. Divani-Hikmət. Bakı: Çaşıoğlu, 2004, 128 s.
РЕЗЮМЕ
СУФИЗМ В ПОЭЗИИ ОЗАНОВ И АШУГОВ
Байрамов А.А., Искендеров Б.А.
Ключевые слова: озан, ашуг, суфи, секта, благочестие, поэзия, Всевышний
В статье рассматривается отражение суфизма в озан-ашугской поэзии,
зародившегося в Туркестане, Анадолу, Южном Кавказе и близких к ним территориях.
Приводятся и исследуются примеры из творчества ашугов и озанов, в которых описываются
сущность и символика суфизма.
SUMMARY
OZAN-ASHUG POETRY
Bayramov A.A., Iskandarov B.A.
Key words: o
zan, ashuq, sufi, sect, piety, poetry, God
The article deals with the reflection of sufism in the ozan-ashug poetry, which found its
formation in Turkestan, Anadolu, the South Caucasus and the territories close to them. At the same
time, examples are cited and explored of the creation of ashugs and octans, in which the essence
and symbolism of Sufism are revealed.
Daxilolma tarixi:
İlkin variant
14.04.2017
Son variant
27.09.2017
Ozan-aşıq şeirində təsəvvüf
25
UOT 8.821.111(73)
DEN BRAUNUN “MƏLƏKLƏR VƏ İBLİSLƏR” ROMANINDA
POSTMODERN OYUN TEXNOLOGİYASI
CƏFƏRLİ YEQZAR İSFƏNDİYAR oğlu
Bakı Mühəndislik Universiteti, dissertant
yeceferli@beu.edu.az
Açar sözlər: “Mələklər və İblislər” romanı, Kilsə-İlluminati qarşıdurması, Postmodern oyun, Robert
Lenqdon, tanrı və elm.
“Mələklər və İblislər” romanı Den Braunun “Rəqəmsal qala”dan sonrakı sayca ikinci
romanıdır. Həmçinin dissertasiyada tədqiqata cəlb etdiyimiz üç əsərdən biri olmaqla, postmodernist
strukturun köklü xarakteristikaya malik olduğu birinci əsərdir. Burada, əsasən, hadisələrin
dekonstruksiyası, intertekstual mətn modeli daha qabarıq olduğu üçün bu mənada ilk əsər sayıla
bilər. Dekonstruksiya bildiyimiz kimi, yenidənqurma, yenidən yaratma şəklində dilimizə tərcümə
olunur. Əsərin dekonstruksiyası yazıçının köhnə mətnlərin üzərindən əsəri yeniləşdirmək ona yeni
postmodern nəfəs verməkdir. “İ. Hassan postmodern əsərin əlamətlərini sistemləşdirib. Onlar
arasında qeyri-müəyyənlik, səhv buraxmaların kultu, fraqmentarlıq və montaj prinsipi,
dekanonizasiya, psixoloji və simvolik səthilik, mimesisdən imtina, müsbət ironiya, üslub sinkretizmi,
teatrallıq, ünsiyyət vasitələrinə sahib olmaq, məqsəd – oyun, parçalama, metafora əvəzinə
metonimiya (assosiativ əlaqələr zəncirinin qurulması) və s. qeyd etmişdir.” [2,10]
Bu mənada “Mələklər və İblislər” romanını seçməyimiz təsadüfi deyil. Müəllif əsərdə tarixdə
haqqında müəyyən məlumatlara rast gəldiyimiz hadisələri yeni formata salaraq fərqli roman
nümunəsi yaratmağa təşəbbüs göstərir. İlluminati, antimaddə, kilsə və başqa bu kimi anlayışlar
haqqında bəzi məlumatlara sahib olduğumuz halda, ümumilikdə bu kimi məlumatların həyat
həqiqətlərinə çevrilməsi məqsədilə öz təxəyyülündən istifadə edərək mətni canlandırır. Müəllif
dekonstruksiyasının əsərdə təzahürünün şahidi olmaq üçün əsərin strukturuna müraciət etməli
oluruq.
Əsəri sırf struktur formatında düşünsək, müəyyən yerlərdə postmodern cərəyanla uyuşmayan
hallara da rast gələ bilərik. Bu da müəyyən mənada yazıçının oyun texnologiyasına hesablanmışdır.
“Müsbət ilə mənfinin, müqəddəs ilə adinin, soylu ilə avamın, məzlum ilə amansızın bir-birinə girib
dolaşdığı dialoqlaşmış mətnlər, çoxsəsli musiqi (polifonik) kimi çoxsəsliliyi, bir mənada çoxluğu
təşkil edir, əksəriyyəti bir estetik ortam yaradırlar” [7,61].
Əsərin müəyyən bir özəlliyi ondadır ki, əsər sırf vahid kombinasiya üzrə hərəkətdə deyil,
başqa sözlə desək, vahid struktura tabe deyil. Bu problem sonradan əsərin təhlili zamanı cərəyan
məsələsini təyin etməkdə çətinlik yaradır. Müqayisə üçün qeyd edək ki, modernizm yeniliyə meyil
edirdisə, postmodernizm postyeniliyə meyil edirdi. Sonradan bu anlayış özündə postinsan terminini
formlaşdırdı ki, bu da insandan sonrakı insanın necə olacağına bir işarə idi. Düşünsək ki,
postmodernizmə qədər mətnlər müəyyən formatda olurdusa, artıq postmodernizm əsərlərin
yaratdığı yeni koloriti, yeni dünyagörüşünü müəyyən mənada məhv etdi. Əsasən, tarixi qatlara
söykənərək struktur forlamalaşdıran postmodernist mətnlər yaranmağa başladı və bu öz-özlüyündə
əvvəlki düşyagörüşünün müəyyən mənada dəyişməsi, transtekstual xarakterə çevrilməsi demək idi.
Əvvəlki əsərlərdə istər ideya, istər məzmun, istərsə də obrazlar sistemi baxımından şahidi
olduğumuz müxtəliflik prinsipi postmodernizmdə nisbətən biristiqamətli plana düşərək nisbətən
ümumiləşdi və bu, sonradan oxucular arasında elmi əsərlə bədii mətnin arasında oxşarlıq yaratdı.
Çünki yeni mətn köhnə mətnin dekonstruksiyası idi və müəyyən mənada həmin mətni tədqiq edirdi.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 13 № 3 2017