(ABƏŞ) tərəfindən həyata keçirilir. 11 firmanın daxil ol
duğu bu Konsorsiumda Amerikanın iştirak payı 40%-ə bə
rabərdir. Konsorsium həmin yataqların 30 il müddətində
istismar edilməsi nəticəsində 99 milyard dollar mənfəət əldə
etməyi planlaşdırır ki, bu məbləğin də 78 milyard dollarının
Azərbaycana çatması nəzərdə tutulur (bax: Агаев JL, Вели
ев И. Контракт века и проблемы нефтедобычи на Каспии.
Баку, 1997. С. 83-114).
K ontrakt imzalanandan sonrakı müddətdə baş vermiş
hadisələri təhlil edəndə görürük ki, neft sektoru üçün b ö h
ran dövrü artıq geridə qalmışdır, əcnəbi investorların
müxtəlif sahələrə marağı artmış, neft hasilatının artırılm ası
ölkə iqtisadiyyatının inkişafına təkan vermişdir. M iqyasına
görə analoqu olmayan «Əsrin müqaviləsi»ndən az so n ra
Azərbaycanda neft yataqlarının müştərək kəşfiyyatı, işlən
məsi və hasilatın pay bölgüsü barədə bir-birinin ardınca d a
ha 21 kontrakt imzalanmışdır. Bağlanmış sazişlərə m üvafiq
olaraq, Azərbaycan iqtisadiyyatına xarici investisiyaların
həcmi 60 milyard ABŞ dollarından çox olacaqdır (bax:
А. Мурадов. Нефтяные запасы Азербайджана: состояние и
перспективы использования. Баку, 2003).
Neft hasilatından ölkəmizin əldə edəcəyi ümumi m ənfə
ət hasil ediləcək neftin dəyərinin 80%-i qədər olacaqdır.
K ontraktlar imzalandıqdan sonra ölkəyə maliyyə axını get-
gedə artırdı. Xarici sərmayələrin çox hissəsi (1994-1998-cı
illərdə qoyulmuş 4 milyard dollar ümumi investisiyanın tə q
ribən 66%-i) neft sektoruna yönəldilmişdi. Həm xarici, həm
də daxili kreditlərin qalan hissəsi, başlıca olaraq ticarət-
vasitəçilik və maliyyə-kommersiya sahələrinə sərf edilmiş
dir. Dövlətin inhisarçı mövqe tutması nəticəsində Azərbay
canda əhalinin hər nəfərinə düşən investisiyaların orta həc
mi Rusiyanın müvafiq göstəricisindən dörd dəfə yüksəkdir.
Bu göstərici üzrə ölkəmiz Müstəqil Dövlətlər Birliyinin
üzvü olan ölkələr arasında ilk yerlərdən birini tutur.
128
Neft kontraktlarının imzalanması, mülkiyyətin dövlət
sizləşdirilməsi və özəlləşdirilməsi, yaranmış vəziyyətə adek
vat maliyyə yeniliklərinin tətbiq edilməsi sayəsində islahat
ların ilkin koordinatları müəyyənləşdi. Bu hadisələr fonun
da 1995-ci ildə hökümətin böhran əleyhinə proqram qəbul
etməsi faktı çox qanunauyğun hal idi. Təbii ki, bu halda
Beynəlxalq Valyuta Fondunun (BVF-in) tövsiyələri nəzərə
alınmışdı. Fond ölkəmizə məsləhət köməyi, texniki və ma
liyyə köməyi göstərirdi. İşlənib hazırlanmış proqram qa
nunverici və icra hakimiyyətlərinin görməli olduğu tədbirlə
rin müəyyənləşdirdiyi ssenari xarakteri daşıyırdı. İslahatla
rın BVF tərəfindən təklif edilən ssenarisi
«üçüncü dünya»
ölkələrinə tövsiyə edilmiş trafaretdir.
Burada bir məqamı xüsusi qeyd etməliyik: Azərbaycan
Respublikası BVF-in fəaliyyət koordinatlarında
qalma
qdadır. Y uxanda qeyd etdiyimiz kimi, BVF ekspertlərinin
rəhbər tutduğu radikal islahatlar konsepsiyasına görə əsas
məsələ - qiymətlərin tənzimlənməsindən tam imtina edilmə
sidir. Ekspertlərin fikrincə, tələbata oriyentasiya edilmiş
qiymətlər ölkənin iqtisadi böhrandan çıxmasını, səmərəsiz
istehsalatların dayandırılmasını və iqtisadiyyatın strukturu
nun yenidən qurulmasını sürətləndirməli idi. Qiymətlər di
rektiv iqtisadi sistemin dağılmasının stimulyatoru və bazar
iqtisadiyyatı yaradılmasının oriyentivi olmalı idi. Lakin bu
ideyanın həyata keçirilməsi heç bir yerdə arzu edilən nəti
cələrə gətirib çıxarmadı
nə MDB-də, nə də dünyanın baş
qa regionlarında. Qiymətlərin liberallaşdırılması onların bir
neçə qat artmasına gətirib çıxartdı və hiperinfiyasiya mexa
nizminə çevrildi.
Belə bir gərgin vəziyyətdə respublika Prezidenti tərəfin
dən həyata keçirilən neft siyasəti ölkəyə sanballı xarici inve
stisiyalar cəlb etdi. Bunun sayəsində 1995-ci ildə neft hasila
tını 9,2 milyon tona, 1998-ci ildə isə 11,4 milyon tona çat
dırmaq mümkün oldu. 1990-1992-ci illərdə qaz hasilatı kəs
kin şəkildə azalmışdı və ölkənin ehtiyaclarının yalnız 40%-ni
129
təmin edirdi. «Şahdəniz» yatağı kəşf ediləndən sonra res
publika nəinki özünü qazla təmin edəcək, həm də dünya
qaz bazarına çıxa biləcəkdir.
Azərbaycanın neft strategiyası, ilk növbədə, neft hasilatı
layihələrinə xarici investisiyaların, yeni müasir texnologiy
aların, əcnəbi işgüzar dairələrin və beynəlxalq şirkətlərin
cəlb edilməsi yolu ilə dünya bazarına inteqrasiya etməyə
yönəlmişdir.
Neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatına
xarici investisiyaların artmasını təmin edir. Məsələn, təkcə
dörd layihə - Azəri, Çıraq, Günəşli və Şahdəniz yataqları
nın geniş miqyasda işlənməsi, habelə Bakı-Tbilisi-Ceyhan
neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri
üzrə 2004-cü ilədək Azərbaycan iqtisadiyyatına cəlb edilmə
si planlaşdırılan investisiyaların həcmi təqribən 9 milyard
ABŞ dollarına bərabər olacaqdır (bax: Алиев H., Мирзоев
M., Шахбазов Э. ОЭТ Баку-Тбилиси-Джейхан: от видения
к
реальности - Баку, 2001, С. 15-17).
Beləliklə, Azərbaycanın neft sektoru öz inkişafının yeni
mərhələsinə qədəm qoymuş və Azərbaycanın iqtisadiyya
tında neft sektorunun rolu nəzərəçarpacaq dərəcədə artm ış
dır. Beynəlxalq bazarda neftin və qazın qiyməti ilə əlaqədar
pessimist fərziyyələri əsas götürdükdə belə, yaxın illər ərzin
də Azərbaycanın xeyli gəlir əldə edəcəyi gözlənilir. Azər
baycan höküməti bu mövqedən çıxış edərək neft gəlirlərin
dən asılılığı ən yaxın vaxtlarda azaldacaq, iqtisadiyyatı di-
versifikasiya edəcək, əhalinin həyat səviyyəsinin durmadan
artmasını və beləliklə, Azərbaycanın dünyanın sivil ölkələri
arasında layiqli yer tutmasını təmin edəcəkdir (Bax: А. Му
радов. Göstərilən əsər).
Qara və əlvan metallurgiya sahəsində istehsalın
tənəzzülünün
dinamikası,
ilk
növbədə,
avadanlığın
köhnəlmə dərəcəsi, tələbatın və innovasiya investisiyalarının
azalması ilə bağlıdır. Maşınqayırma məhsullarının istehsalı
1990-cı ildə sənaye məhsullarının ümumi həcminin 20,3%-i
qədər olduğu halda 1998-ci ildə bu rəqəm azalaraq 3,5%-ə
düşmüşdü. Kimya və neft-kimya sənayesində tənəzzül
resursqoruma və tullantısız istehsal göstəriciləri aşağı olan
köhnə sovet texnologiyalarından istifadə edilməsindən irəli
gəlirdi.
Əsaslı tikinti sahəsində ağır vəziyyət yaranmışdı.
İstehsal təyinatlı tikintilərinin mərkəzləşdirilmiş şəkildə
maliyyələşdirilməsi dayandırılmışdı, mənzil tikintisi maddi
resurslarla yalnız 50 faiz təmin edilirdi, kommunal tikinti
isə ümumiyyətlə resurssuz qalmışdı.
İnvestisiyaların ÜDM-də xüsusi çəkisi cəmi 19% idi.
Qeyri-neft sahələrində investisiya fəallığının azalması və
kapital qoyuluşlarının ümumi həcminin 25%-dən çox
azalması faktları
sənayenin
yenidən
təchiz edilməsi
imkanlarına mənfi təsir göstərirdi.
4. Maliyyə sabitləşməsi məsələsi gündəlikdədir
Rəsmi məlumatlara görə, 1995-ci ildə Azərbaycan
iqtisadiyyatının potensialı 1991-ci il səviyyəsi ilə müqayisədə
cəmi 30%, əslində isə 15-20% olmuşdur. Ağır sənaye
metallurgiya, maşınqayırma və neft-kimya müəssisələri,
praktiki olaraq* tamamilə dayandırılmışdı. İstehlak malları
istehsalı sektoru əslində mövcud deyildi. Azərbaycan ba
zarları Türkiyədə istehsal edilmiş aşağı keyfiyyətli mallarla
doldurulmuşdu. Əhalinin təqribən 85-90%-i yoxsulluq həd
dindən aşağı səviyyədə idi. Bununla yanaşı, əmək qabi
liyyətli yaşda olan insanların təqribən dördə bir hissəsi işsiz
qalmışdı.
İnflyasiya səviyyəsi ayda 500%-ə çaldığı bir şəraitdə öl
kədə maliyyə sabitliyi yaratmadan islahatlar yolunda növ
bəti addımlar atmaq mümkün deyildi. Belə bir vəziyyətdə
maliyyə sabitliyinə nail olmaq üçün görülən tədbirlər isla
hatlar prosesində mühüm addım oldu. Lakin təəssüf ki, o
130
131