Uot 31. 445. Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix11.01.2018
ölçüsü0,67 Mb.
#20449
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

cikləri olan sənaye tullantıları ilə çirkləndiri-



lir.  Su  hövzələrinə  və  çaylara,  torpaq  örtük-

lərinə, flora və faunaya atılan neft, neft məh-

sulları  və  tullantıları,  üzvi  və  mineral  mad-

dələr, posalar, kül,  sənaye tullantıları, turşu-

lar, ağır metalların birləşmələri, o cümlədən 

zəhərli tullantılar böyük fəsadlar törədir. 

Belə  ki,  bir  tərəfdən  texnika  və  texnolo-

giyalar inkişaf etməli, digər tərəfdən isə ətraf 

mühitin  mühafizəsi  üçün  kompleks  əməli 

tədbirlər  və  elmi  tədqiqatlar  həyata  keçiril-

məlidir.  

Azərbaycan Respublikasının əsas sənaye 

potensialını neft-qaz, neft-kimya, metallurgi-

ya, energetika və onlarla  bağlı digər sahələr 

təşkil  edir.  Bu  sahələrin  müəssisələri  böyük 

həcmlərdə  təbii  ehtiyatlar  və  enerji  tələb 

edir, bu istehsalatlarda böyük miqdarda tex-

nogen tullantılar yaranır.  

Abşeron  yarımadasında bir əsrdən də ar-

tıq  müddətdə  neft  və  qaz  çıxarılır  və  emal 

edilir.  Bu  isə  ətraf  mühitin  və  böyük  torpaq 

sahələrinin  sıradan  çıxmasına  gətirib  çıxar-

mışdır. Ölkənin  sənaye  müəssisələri hazırda 

atmosferə  2  mln  846  min  ton  çirkləndirici 

maddələr atır.  

 Bizim  ölkə  neft  və  neft  məhsullarının 

böyük  istehsalçısı  olduğundan  ətraf  mühitin 

çirkləndirən tullantıların sırasında neft emalı 

tullantıları  ən  geniş  yayılmışdır.  Statistik 

məlumatlara görə, hazırda ölkədə 3–5 mln t. 

Texnogen tullantılar toplanmışdır və  onların 

yarıdan çoxu neft emalı zavodlarının tullan-

tılarıdır. Texnogen tullantıların emalının ren-

tabelli üsulları və utilləşdirilməsinin texnolo-

ji və ekoloji cəhətdən əsaslandırılmış metod-

ları  hələ  də  kifayət  qədər  işlənməmişdir. 

Mövcud  vəziyyətdən  əlverişli  çıxış  yolu  ət-

raf  mühitin  ekoloji  təhlükəsizliyini  təmin 

edən  elmi  əsaslandırılmış  texniki-texnoloji 

tədbirlər  hesabına  texnogen  tullantıların  sə-

mərəli  istifadə  sahələrinin  müəyyən  edilmə-

sidir.  


Belə sahələrdən biri metal məmulatlar is-

tehsalı  sahəsidir.  Pəstah    istehsalında  qəlib 

və içlik qarışıqlarına yanıb yapışma əleyhinə 

karbontərkibli  materiallar  verilir.  Lakin  on-

lar  bahalıdır  və  ya    digər  istehsalatlar  üçün 

xammal  qismində  istifadə  olunur.  Odur  ki, 

neft-kimya  sənayesi  texnogen  tullantılarının 

qəlib və içlik qarışıqlarında əlavələr qismin-

də istifadə olunması elmi və təcrübi əhəmiy- 

yət  kəsb edir. 

Tökmə  istehsalatında  pəstahların  əsas 

hissəsi birdəfəlik istifadə üçün nəzərdə tutul-

muş qum-gil qəliblərə maye metalı doldurul-

maqla  hazırlanır.  Töküklərin  keyfiyyəti  əsas 

etibarı  ilə  qəliblərin  keyfiyyətindən  asılıdır 

ki,  bu  da  öz  növbəsində  qəlib  qatışıqlarının 

texnoloji  xüsusiyyətlərinə  görə  müəyyənlə-

şir. Qatışıqların xassələri də bilavasitə əlaqə-

ləndirici  və  doldurucu  materialların,  habelə 

xüsusi əlavələrin fiziki-kimyəvi və fiziki-me-

xaniki xüsusiyyətləri ilə əlaqədardır. 

Qəlib qatışıqlarına verilən və onlarda va-

cib xassələr yaradan əlavələr arasında xüsusi 

yeri  yanıqsız  (yanıb  yapışma  qüsuru  olma-

yan)  töküklər  istehsalnın  təmin  etməyə  im-

kan verən  əlavələr tutur. Bunlara  yanıqəley-

hinə əlavələr deyilir. 

Yanıq – tökmənin səthi ilə möhkəm əla-

qədə olan qabıq olub, qəlibləmə materialları-

nın  yanıb  yapışmış  dənələrindən  ibarətdir. 

Yanıq qatı metal, posa və metal oksidləri ilə 

ifrat hopdurulmuş bir qatdır. 

Beləliklə,  metal məmulatlar istehsalında 

neft emalının texnogen tullantıların istifadəsi 

və  ətraf  mühitin  sənaye  tullantıları  ilə  çirk-

lənməsinin  azaldılmasına  yönəlmiş  əməli 

tədbirlərin işlənməsidir.  

Məlumdur  ki  texnogen  tullantıların  zə-

rərli təsirləri, atmosferdə həmişə təbii və an-

tropogen  mənbələrdən  daxil  olan  müəyyən 

miqdarda  qatışıqlar  olur.  Təbii  mənbələrdən 

ayrılan  qatışıqlara  toz,  duman,  tüstü,  qazlar, 

vulkanik  qazlar,  bitki,  heyvan  və  mikrobio-

loji    məhsullar  və  s.  daxildir.  Təbii  çirklən-

mə mənbələri qısamüddətli uzunmüddətli və 

fəlakətli ola bilər.  

Ən böyük həcmli zərərli tullantılar: dəm 

qazı  (CO),  azot  oksidləri  (NO

x

)  karbohid-



rogenlər (C

n

H



m

) və tozdur. Digər sənaye sa-

hələrinin tərkibində müxtəlif turşular və üzvi 

həlledicilərin  buxarları  (xlor,  kükürd  tur-

şuları və digər mineral turşular) olan ventil-

yasiya tullantıları da olduqca zərərlidir.  

Ətraf  mühitə  düşərək  yayılan  kimyəvi 

maddələr  uzun  müddət  insanlara  və  təbiətə 

zərərli  təsir  göstərmək    imkanına    qadirdir. 

“Ətraf mühitə təsir” dedikdə istehsal tullan-

tılarının  insanlar,  bitki  və  heyvanat  aləmi 

(canlı və cansız aləm), eləcə də  fiziki mühit 

olaraq qəbul etdiyimiz su - torpaq səthi - ha-

va  və  sairə  ilə  təmas  zamanı  yaranaraq,  bü-




Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

tünlüklə  neqativ  nəticələrə  gətirib  çıxaran 



hallar kimi başa düşmək lazımdır.  

Sənaye  və  ya  texnogen  tullantıların  təs-

nifatı sisteminə yanaşmalar çox müxtəlif for- 

madadır. Bir sıra müəlliflər [3] tullantıları 2 

əsas əlamətə görə sinifləndirirlər: 

 



yaranma mənbəyinə görə

 



istifadə məqsədinə görə. 

 

 



 

Şəkil 1.1. Sənaye sahələrinin ətraf mühitlə qarşılıqlı əlaqələri 

 

Bizim  tədqiqat  işində  tullantıların  sinif-

ləndirilməsi  üçün  əsasən  hər  hansı  kimyəvi 

məhsulun  istehsalı  üçün  istifadə  edilən  layi-

hə  tədqiqat  metodu  seçilmişdir.  Bu  zaman 

tullantıların  əsas  xarakterik  xüsusiyyətləri, 

təkrar emalının yeri və üsulları, təkrar emal-

dan alınma məhsullar və onların istifadə sa-

hələri nəzərə alınmışdır. 

Ən başa düşülən və ümumi olaraq hamı 

tərəfindən  qəbul  edilən  sinifləndirmə  tullan-

tıların aqreqat halına görə müəyyənləşdirilir. 

Bərk tullantılar – ovuntu, kül, toz, külçə  

parçaları və ya bərkimiş kütlə halında əmələ 

gəlmiş tullantılar sayılır. 

Maye tullantılar – demək olar ki, tərkibi 

tamamilə  maye  halında  olan  və  suda  ya  da 

Xammal, material

avadanlıqlar 



Yanacaq, elektrik 

enerjisi 

Oksigen 

Su 


qalıqları 

Günəş 


radiasiyası

ıı 


Sənaye  

müəssisəsi 

Məhsul 

Atmosferə 



tullantılar 

Çirkab 


sular 

Bərk 


tullantılar 

Energetik 

tullantılar 

Qazlar, 


buxarlar 

Aerozollar, 

toz 

İstilik 


Səs-küy, infrasəs, 

ultrasəs, titrəyiş 

Elektromaqnit sahəsi 

İşıq, infraqırmızı, 

ultrabənövşəyi, lazer 

şüalanmaları 

İonlaşdırıcı şüalanma 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə