UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
10
Faiz gəlir və xərclərin tanınması
Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə etməklə, hesablama metodu ilə uçot əsasında
tanınır. Effektiv faiz metodu maliyyə aktivi və ya maliyyə öhdəliyinin (yaxud maliyyə aktivləri və ya
öhdəlikləri qrupunun) amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri yaxud faiz xərcinin
müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur.
Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət
ərzində hesablanmış nağd pul daxilolmalarını (o cümlədən, effektiv faiz dərəcəsinin ayrılmaz
hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqqlar, əməliyyat xərcləri və
digər mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə
diskontlaşdıran dərəcədir.
Gəlir ƏDMZ (ədalətli dəyəri mənfəət və zərərdə tanınan) kimi təsnif edilən maliyyə aktivləri istisna
olunmaqla borc alətləri üzrə effektiv faiz dərəcəsi əsasında uçotda tanınır.
Maliyyə aktivi yaxud bənzər maliyyə aktivləri qrupu ehtimal olunan zərərin baş verməsi nəticəsində
hesabdan qismən (bir hissəsi qismən) silinərsə, faiz gəliri bundan sonra dəyərsizləşmə üzrə zərərin
ölçülərini müəyyən etmək məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq
edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.
Ədalətli dəyərlə qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri daxilində təsnif edilir.
Gəlirin tanınması – digər
Haqq və komissiya gəlirinin tanınması
Kreditlərin verilməsinə görə komissiya haqqları birbaşa xərclər ilə birlikdə təxirə salınır və kredit üzrə
effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılması xüsusi kredit razılaşmasının
bağlanmasına gətirib çıxaracağı ehtimal edilən hallarda, kreditin alınmasına görə komissiya haqqı
birbaşa xərclər ilə birlikdə təxirə salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş
kimi uçotda tanınır. Kreditin alınması xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnəcəyi
ehtimal edilmədiyi hallarda, kreditin alınmasına görə komissiya haqqı kredit verilişi müddətinin qalan
dövrü üzrə mənfəət və zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit
verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya haqqı müddət başa çatdığı anda mənfəət və
zərər uçotunda tanınır. Kreditə xidmət etmə haqqı kredit üzrə ödənişlər yerinə yetirildiyi təqdirdə
gəlirlər kimi uçotda tanınır.
Maliyyə alətləri
Qrup maliyyə aləti üzrə müqavilə öhdəliyinə tərəf olduğu halda, maliyyə aktivləri və öhdəlikləri
maliyyə vəziyyəti haqqında hesabatda tanınır. Maliyyə aktivləri və öhdəliklərinin adi alqı – satqısı
prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.
Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilkin anda ədalətli dəyərlə ölçülürlər. Maliyyə aktivləri və
maliyyə öhdəliklərinin alınması və buraxılmasına aidiyyəti olan birbaşa əməliyyat xərcləri (mənfəət və
zərər hesabatında ədalətli dəyərlə uçota alınmış maliyyə aktivləri və maliyyə öhdəlikləri istisna
edilməklə) uçotda ilkin tanınma anında maliyyə aktivləri yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq
ədalətli dəyərinə əlavə edilir və ya bu dəyərdən çıxılır. Maliyyə aktivləri və maliyyə öhdəliklərinin
mənfəət və zərər uçotunda ədalətli dəyərlə alınması ilə bağlı birbaşa əməliyyat xərcləri dərhal
mənfəət və zərər uçotunda tanınır.
Maliyyə aktivləri
Maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalar üzrə təsnif edilir: “ödəniş müddətinə qədər
saxlanılan” investisiyalar, “satıla bilən” (SB) maliyyə aktivləri və “kreditlər və debitor borcları”.
Təsnifləşdirmə maliyyə alətinin mahiyyəti və məqsədindən asılıdır və ilkin tanınma anında müəyyən
olunur.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
11
Ödəmə tarixinədək saxlanılan investisiyalar
Ödəmə tarixinədək qədər saxlanılan investisiyalar Qrupun ödəniş tarixinədək saxlamaq niyyəti və
imkanı olan sabit və ya müəyyən edilə bilən və müəyyən edilmiş ödəmə müddətinə malik olan qeyri-
derivativ maliyyə aktivləridir. Ödəmə tarixinədək saxlanılan investisiyalar effektiv faiz dərəcəsi
metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldıqdan sonra amortizasiya olunmuş dəyərdə
ölçülür.
Əgər Qrup ödəmə tarixindən əvvəl belə investisiyaların əhəmiyyətsiz hissəsindən artığını satmalı və
ya yenidən təsnifləndirməli olsa (müəyyən konkret halları çıxmaqla), bütün kateqoriya satıla bilən
qismində yenidən təsnifləndirilməli olardı. Bundan başqa, Qrupa növbəti iki il müddətində hər hansı
maliyyə aktivini ödəmə tarixinədək saxlanılan kimi təsnifləndirmək qadağan edilərdi.
Satıla bilən maliyyə aktivləri
Satıla bilən maliyyə aktivləri satıla bilməsinə görə müəyyən edilmiş yaxud da (a) verilmiş kreditlər və
debitor borcları, və ya (b) ödəmə tarixinədək saxlanılan investisiyalar kimi təsnif olunmayan qeyri-
derivativlərdir. Fəal bazarda qiyməti bəyan edilməmiş və ədalətli dəyəri düzgün ölçülə bilməyən SB
(SB) investisiya qiymətli kağızları hər hesabat dövrünün sonunda müəyyən olunmuş hər hansı
ehtimal olunan zərər çıxılmaqla ilkin dəyərində ölçülür.
Kreditlər və debitor borcları
Sabit və ya müəyyən oluna bilən ödənişləri olan və fəal bazarda qiyməti bəyan edilməmiş ticarət
debitor borcları, müştərilərə verilmiş kreditlər və digər debitor borcları “müştərilərə verilmiş kreditlər
və debitor borcları” kimi təsnif edilir. Kreditlər və debitor borcları effektiv faiz dərəcəsi metodundan
istifadə etməklə dəyərsizləşmə çıxıldıqdan sonra amortizasiya olunmuş dəyərdə ölçülür. Faiz gəliri,
faizin tanınması cüzi əhəmiyyət kəsb etdiyi qısa-müddətli kreditlər istisna edilməklə, effektiv faiz
dərəcəsini tətbiq etməklə uçotda tanınır.
Maliyyə aktivlərinin dəyərsizləşməsi
Maliyyə aktivləri hər hesabat dövrünün sonunda dəyərsizləşmə göstəriciləri üzrə qiymətləndirilir.
Maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində
investisiyaların gələcək pul hərəkətinin təsirə məruz qaldığına sübut edən obyektiv sübut yaranarsa,
maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.
Bütün digər maliyyə aktivləri halında, dəyərsizləşməni göstərən amillərə aşağıdakılar aiddir:
Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud
Əsas borc məbləği və ya faizlərin vaxtında ödənilməməsi və ya ödəmə öhdəliyinin yerinə
yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması; yaxud
Borcalanın müflisliyə uğrayacağı və ya maliyyə strukturunun yenidən təşkil edəcəyi güman
olunduqda yaxud da
Maliyyə çətinlikləri səbəbindən qeyd olunan maliyyə aktivinin təqdim edildiyi fəal bazar
məkanlarının yox olması.
Verilmiş kreditlər və debitor borcları kimi müəyyən maliyyə aktivi kateqoriyaları halında, ayrı-ayrılıqda
dəyərsizləşməyəcəyi qiymətləndirilən aktivlər, əlavə olaraq, dəyərsizləşmənin müəyyən olunması
məqsədilə kollektiv şəkildə təhlil edilir. Müştərilərə verilmiş kreditlər və debitor borcları portfelinin
dəyərsizləşdiyini göstərən obyektiv sübutlara Qrupun ödənişlərin yığılması ilə bağlı keçmiş təcrübəsi,
portfeldə vaxtı gecikdirilən ödəmələrin sayının artması, eləcə də borc öhdəliyinin yerinə yetirilməməsi
ilə əlaqələndirilən yerli və ya ölkə iqtisadi şəraitlərdə müşahidə olunan dəyişikliklər aid edilə bilər.
Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə aktivləri halında, hesabatda tanınmış ehtimal
olunan zərərin məbləği aktivin balans dəyəri ilə maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsində
diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyəri arasındakı fərqdən
ibarətdir.