Ümummilli lider Heydər Əliyev –
90
417
Tarix və onun problemləri, № 2 2013
SƏİDƏ İSMAYILZADƏ
Gəncə Dövlət Universiteti
E-mail: TarixVəOnunProblemləri@gmail.com
XI-XIII ƏSRLƏRDƏ QIPÇAQLARIN SIYASI TARIXINƏ DAIR
Açar sözlər: qıpçaq,siyasi həyat, əsr
Ключевые слова: кыпчак, политической жизни, век
Key words: gipchag, political life, century
XIII əsrin 20-ci illərinin əvvəllərində Avropaya köçərilərin yeni axınları – monqol-tatar
basqınları başladı. Çöllərlə keçən monqol-tatarlar ilk növbədə qıpçaqlarla üzləşməli oldular.
Yuri Konçakovskinin rəhbərlik etdiyi Don qıpçaqları döyüşə başladılar. Lakin öz torpaqların-
dan köçərək Dnepr tərəfə sığınmalı oldular. Həmin dövrdə Qafqaz ətrafında yaşayan qıpçaqlar
və onların müttəfiqi olan alanlar da darmadağın edildilər. Nəhayət, 1223-cü ildə monqol-tatar
qoşunları Kalka çayı üzərində rus və qıpçaq drujinaları ilə toqquşdular və onları darmadağın
etdilər. Don və Dnepr qıpçaqları faktiki olaraq məğlub edildilər. 1229-cu ildə tatar qoşunları
Aşağı Volqaboyuna yaxınlaşdılar. Rus salnaməçiləri qeyd edirlər ki, qıpçaqlar və saksinlər
Volqaboyu Bulqar dövlətinə sığınmışdılar. Beləliklə, XIII əsrin 30-cu illərində qıpçaqların cə-
nub çöllərindəki hakimiyyətinə son qoyuldu. Qıpçaqlar Qızıl Ordanın tərkibinə qatıldılar. On-
lar yaranmaqda olan yeni dövlətin əhalisinin özəyini təşkil edirdilər. Lakin aristokratiyanın
məhvi, tarixin səhifələrindən adlarının silinməsi hələ xalqın tam məhvi demək deyildir. Mon-
qol-tatar işğalından yüz il sonra ərəb tarixçisi Əl-Öməri Qızıl Orda haqqında yazırdı: “Qədim-
lərdə bu dövlət qıpçaqlar ölkəsi adlanırdı. Lakin tatarlar buranı işğal etdikdən sonra onlar vas-
sala çevrildilər. Sonradan tatarlar qıpçaqlarla qaynayıb qarışdılar və artıq qohumlaşdılar.
Təbiət tatarların təbii və irqi keyfiyyətlərinə qalib gəldi və onların hamısı artıq qıpçaqlara
bənzəyirdilər və bu torpaqlarda yaşamaq çün qaldılar” (1, 61).
Bütün XI əsr boyu qıpçaqlar Böyük çöldə bir yerdən digər yerə köçərək oranı məskun-
laşdırdılar. Daha yaxşı çəmənliklər, balıq və heyvan ovu üçün ərazilər, su və quru yolları uğ-
runda gərgin mübarizə davam edirdi. “Qara klobuklar” öz qoşunları ilə münasibətlərini aydın-
laşdırır, tabe olmayanları məğlub edirdilər.
1111-ci və 1116-cı illərdə Urusoba, Almunota, Belduz kimi xanlarla ağır döyüşlər get-
mişdi. Onlar əslən türk olan “rus knyazları” ilə döyüşlərdə məhv edilmişdilər. Don üzərindəki
bir sıra qıpçaq şəhərləri qarət olunmuşdu. Vladimir Svyatoslaviç Ustr, Trubej, Sula və Stuqn
kimi yaşayış məskənlərində qıpçaqların hücumlarından qorunmaq üçün slavyanlardan, ruslar-
dan, kriviç və Svyatiçlərdən ibarət güclü dəstələr təşkil edilmişdi. Knyaz Yaroslav da belə et-
mişdi. Həmin şəhərlər düşmənlərin hücumlarından qorunmaq üçün cənub sərhəd zonaları he-
sab edilirdi. Köçərilər müstəqilliyə rus knyazları ilə bərabər hüquq qazanmaqla çatmağa çalı-
şırdılar. Knyazlar isə buna heç cür razı ola bilməzdilər. Vladimir Monamax 1121-ci ildə üsyan
etmiş torkları (türkləri) öz ərazisindən qovmağa nail ola bilmişdi. Rus knyazları çöllülərdən
onların vassalı olmağı tələb edirdilər. Verilmiş torpaqların hesabına qara qıpçaqlar Kiyev, Pe-
reyaslavl və Çerniqov knyazlıqlarının vassallarına çevrilmişdilər və rus knyazlarına vergi ve-
rirdilər. Lakin, 1225-ci ildə Vladimir Monamax öldükdən sonra 1126-cı ildə yeni yürüşlər baş-
ladı. Əldə olunmuş müvəqqəti sakitlik pozuldu. Qıpçaqlar Pereyaslavl torpaqları üzərinə hü-
cumları təşkil etdilər. (2, 76)
418 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
1142-ci ildə Vsevolod Olqoviç öz qardaşları ilə mübarizədə klobukların qüvvələrindən
istifadə edə bildi. 1146-cı ildə vassalların Kiyev knyazlıqlarına qarşı hücumları başladı. Onlar
Vsevolod Olqoviçin vassallığından ayrılaraq İzyoslav Mistislaviçin köməyini istədilər. Onlara
verilən torpaqların əvəzinə klobuklar Kiyev knyazına sədaqətlə qulluq etməli idilər. Qonşu
knyazlarla döyüşlərdə qıpçaqlar İzoslavın dəstələri ilə birlikdə Yuri Dolqorukiyə qarşı döyüş-
lərdə iştirak edirdilər. Knyaz İzyoslav dəfələrlə Kiyevi itirsə də qıpçaqlar ona sadiq qalmışdı-
lar. 1149-cu ildə Suzdala Yurinin yanına gələn Rastislav Yuryeviç onu İzyoslavın döyüşməyə
çağırsa da, knyazın bu cəhdi baş tutmamışdı. Çünki İzyoslav qara klobuklara arxalanır və on-
ların köməyindən istifadə edirdi. Yalnız onların köməyi ilə İzyoslav Mistitislaviç 1151-ci ildə
Yuri Dolqorukiyə qələbə çalaraq Kiyev taxt-tacında otura bilmişdi. İzyoslavın ölümündən
sonra isə taxta knyaz Rastislav əyləşdi. XII əsrin 40-cı illərində Porosyedə yaşayan bütün kö-
çəri tayfalar birləşərək ilk etnik ittifaq yaratsalar da özlərinin aid olduqları etnik-milli köklə-
rini unutmurdular.
1162-ci ildə Kiyev knyazı Rastislavın hakimiyyəti güclü müttəfiq Mistislav Volınski-
nin təzyiqinə məruz qalır. Nə Kiyev boyarları, nə də knyazın qvardiyası Rastislava arxa dur-
murdular. Knyaz öz hakimiyyətini Mistislavla bölüşməli olur. Belqorod Torçesk, Kanev şə-
hərlərini, hətta qara klobukların torpaqlarını onun ixtiyarına verir. Taxt-tacının laxladığını hiss
edən Rastislav ümidini çölə bağlayır. Belük (və ya Böyük) xanın yanına elçi gedib xanın qı-
zını oğlu Rürikə istəyir. Bu nigah baş tutur. Poloves yardımı Rastislavın mövqeyini möhkəm-
ləndirir.
1164-cü ildə İqorun atası Çerniqov knyazı Svyatoslav Olqoviç ölür. Mərhum knyazın
qardaşı oğlu Svyatoslav Vsevolodoviç silah gücünə Çerniqov taxtına yiyələnir. Öz əmisi oğ-
lanları Oleq və İqor Vsevolodoviçləri Çerniqovdan Şimal Torpaqlarına qovur. Ömürlərinin
axırına qədər qardaşları ona bu zalımlığı bağışlamadılar. Dəfələrlə vuruşub barışsalar da, daha
heç vaxt bir-birinə səmimi münasibət bəsləmədilər.
1167-ci ildə Rastislav ölür və Kiyev taxt-tacı uğrunda mübarizə yeni mərhələyə qədəm
qoyur. Kiyev əhalisi və qara klobuklar Mistislav Volinskidən kömək istəyirlər. O, taxt-tacın
qanuni varislərini – Rastislavın oğullarını, Rüriki və Davidi kənar edir, 1167-ci ildə Kiyevdə
taxt-taca sahib olur (1, 68).
Kiyevlilər və qara klobuklar Mistislava bir də ona görə kömək edirdilər ki, o, düşmən
tayfalarla heç vaxt ittifaqa girmirdi. Mistislavın gəlişi ilə Rusiyada yeni siyasətin binası qo-
yuldu. 1168-ci ilin yazında böyük knyaz Mistislav güclü bir qoşunla böyük çölə gözlənilməz
bir zərbə vurur. Volınsk knyazlarının əksəriyyəti bu yürüşdə iştirak edir. Kiyev knyazı təzyiq
göstərib Çerniqov və şimal knyazlarını, hətta Rastislaviçləri – Rürik və Davidi öz polklarına
döyüşə göndərməyə vadar edir. Bu ordunun əsas zərbə gücü Basteyin başçılıq etdiyi tork
(türk) süvariləri, həmçinin qara qalpaqlar və brendeylər idi. Rus qoşunları böyük qənimət ələ
keçirərək geri dönür. Bu qələbə Mistislavın yürütdüyü siyasətə çoxlu tərəfdar qazandırdı.
Novqrodlular Svyatoslav Rastislaviçi ovdular. Mistislavın yanına minnətçi salıb oğlu Romanı
özlərinə knyaz istədilər. Lakin bu hərəkətlərdən narazı olanlar da var idi. Suzdal knyazı And-
rey Boqolyubski (Yuri Dolqorukinin oğlu) Mistislavın hakimiyyətinin güclənməsindən narazı
olan knyazların ittifaqını təşkil edir (1, 69).
1169-cu ildə on iki knyazın qoşunu Kiyev üzərinə yürüşə başlayır. Onlarla birlikdə qıp-
çaq alayları da gedir. 1169-cu ilin martında Kiyev alınıb talan edilir. Taxt-taca Yuri Dolqoru-
kinin oğlu Andrey Boqolyubskinin doğma qardaşı Qleb Yuriyeviç sahib olur (1, 70).
Mistislavın köçəri türklərlə ənənəvi münasibətləri kökündən dağıtmaq cəhdi uğursuz-
luqla nəticələndi. Mistislavın devrilməsində əsas rolu qıpçaqlarla qan qohumluğunda olan
Ümummilli lider Heydər Əliyev –
90
419
Tarix və onun problemləri, № 2 2013
knyazlar oynayırlar (Yur Dolqorukinin oğulları: Olqoviçlər – Oleq və İqor; Rastislaviçlər –
Rürik və Roman və b.)
1170-ci ildə Andrey Boqolyubski Svyatoslav Rastislaviçi Novqorod taxtına qaytarmağa
cəhd edir. Müvəffəqiyyət qazana bilmir. Qoşunu novqorodlular tərəfindən darmadağın edilir.
Svyatoslav Rastislaviç öldürülür. Öz qorxulu rəqibinin zəifləməsindən istifadə edən Mistislav
Volınski qara klobuklar, Qaliç və Trovsk alayları ilə birlikdə Kiyev üzərinə yeriyir. Şəhər
döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir ay-
dan sonra Konçakla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat
edir. Onun oğlu Roman Novqorodu tərk edir, yerini isə Andrey Boqolyubski ilə olan sazişə
əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun
əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlində-
dir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi
zəhərləyirlər.
Boyarların tərkibi ilə Rastislaviçlər Andrey Boqolyubskinin iradəsinə zidd olaraq, knyaz
taxtına Vladimir Mistislaviçi dəvət edirlər. Lakin çox keçmədən o da zəhərlənib öldürülür.
1171-ci ilin iyulunda Andreyin köməyi ilə Kiyev taxtına Roman Rastislaviç yiyələnir.
O, yəqin ki, öz sələflərinin acı taleyini nəzərə alaraq, boyarlarla sazişə girir. Bu, Andrey Bo-
qolyubski ilə münasibətləri pozmaq demək idi. Lakin başqa əlac yox idi.
1173-cü ildə Andrey yenidən qardaşının qatillərinin verilməsini tələb edir. Rastislaviç-
lər bundan boyun qaçırır və Qriqori Xotoviçlə onun əlaltılarının oradan çıxıb gizlənməyinə
imkan yaradılır. 1173-cü ildə Rastislaviçlər Andreyə müharibə elan edir və Kiyevə soxulular.
Rürik böyük knyaz olur.
Rürikin arvadının qıpçaq qızı olmasına baxmayaraq, çox güman ki, onun siyasəti Kiyev
boyarlarının və qara klobukların planlarına zidd deyildi. Kiyevə rusları birləşdirib, onu çölün
hakimiyyəti altından çıxara biləcək güclü hökmdar lazım idi. Ən əvvəl də çalışıb qüdrətli
Andrey Boqolyubskinin təzyiqinə birtəhər duruş gətirmək lazım idi. Rürik belə bir addıma
cəsarət edir.
Çerniqov knyazlığını idarə edən Svyatoslav Vsevolodoviç də “oyuncaq” knyazlarla mü-
barizəyə qoşulmaq məqamında idi. Andreyin atalıq etdiyi Rastislaviçlər onun düşməninə çevril-
mişlər. Belə bir vəziyyətdə ona Andrey Boqolyubskinin tərəfinə keçmək şərəfli görünərdi.
Lakin Svyatoslav taxt-taca sahib olandan sonra Kiyev boyarları ilə çox tez dil tapdı.
Andrey Boqolyubski 50 minlik bir ordunu Rastislaviçlərin üzərinə göndərir. Olqoviçlər – Sva-
toslav Vsevolodoviç və İqor Syatoslaviç də ona qoşulurdular. Liyev knyazları Belqoroda və
Visqoroda çəkilirlər. Hücum edən ordunu ikiyə bölməli olurlar.
İqora digər kiçik knyazlarla Visqorodu almaq tapşırılır. İqor bu vəzifənin öhdəsindən
gələ bilmir. 1173-cü ilin sentyabrında Mistislav Rastislaviç tərəfindən məğlub edilir. (3, 53)
Visqorodun mühasirəsi iki aydan çox çəkir. Lakin bir nəticə vermir. Həmin ilin no-
yabrında Kiyevə Yaroslav Lutski gəlir. Vəziyyəti öyrənib qiymətləndirdikdən sonra Kiyevi
ona verməyi vəd etmiş Rastislaviçlərin tərəfində keçir. Qələbə əldə etdikdən sonra Yaroslav
Lutski Kiyev taxtına qalxır. Lakin tez bir zamanda onu Roman Rastislaviç əvəz edir. Çerniqov
knyazı Svyatoslav Vsevolodoviç isə hələ də əlverişli fürsət gözləyir. Belə bir şübhə var ki,
1176-cı ilin mayında qıpçaqları Kiyev üzərinə məhz Svyatoslav yönəltmişdir. Roman qardaşı
Rüriki və iki oğlunu qıpçaqlara qarşı göndərir. Rostovisev yaxınlığındakı döyüşlərdə Kiyev
knyazları darmadağın edilirlər, qıpçaqlar brendeylərin altı şəhərini ələ keçirirlər. Rastislaviç-
lərin məğlubiyyəti onunla nəticələnir ki, Roman artıq Kiyevi tərk edib Belqorodda gizlənir.
420 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
1176-cı ildə Svyatoslav böyük Kiyev knyazı olur. Qıpçaqların Kiyev knyazını məğlub
etməsi hakimiyyətin dəyişilməsinə səbəb olur.
1179-cu ildə Svyatoslavın köhnə düşməni əmisi oğlu Oleq Svyatoslaviç ölür və Svya-
toslav Lübeç şəhərində Olqoviçlərin qurultayını çağırır. Qurultayda udellər bölüşdürülür. Bö-
yük knyaz Çerniqov şəhərini öz qardaşı Yaroslava verir, İqor Novqorod-Seversk knyazı olur.
Svyatoslav hakimiyyətinin ilk illərində özünü bacarıqlı bir siyasətçi kimi göstərir. O,
zahirdə çöllə ittifaqı pozmasa da, gələcək düşmənçilik üçün zəmin hazırlayır. Hələlik isə qıp-
çaqlar ona Rusda öz hakimiyyətini möhkəmlətmək və əsas rəqibləri Rastislaviçləri susdurmaq
üçün lazım idi.
1180-ci ildə Rastislaviçlər qanlı döyüşdən sonra Kiyevi ələ keçirirlər. Çerniqov knyazı
Yaroslav və kovuylar, həmçinin İqor Svyatoslaviç Konçaq və Kobyakın qıpçaq alayları ilə
Svyatoslavın köməyinə tələsir.
1181-ci ildə Kiyev geri alınır. Lakin Dnepr çayı sahilindəki ddöyüşdə İqora və Konça-
ka güclü zərbə endirirlər. Çox güman ki, Svyatoslav öz qoşunu ilə Kiyevdə oturubmuş. Lakin
o, öz müttəfiqlərinə heç bir köməklik göstərmir. Danışıqlar nəticəsində Svyatoslav Kiyev tax-
tında qalır. Əslində isə o, öz hakimiyyətini Rüriklə bölüşdürməli olur.
İndi iki qüdrətli knyaz nəsli barışıb saziş bağladıqdan sonra köçərilərlə əlaqədar “Mis-
tislav siyasəti”ni yeritmək olardı. Kiyev boyarları və kilsə bunu səbirsizliklə gözləyirlər. Öz
miqyası ilə Mistislavın 1168-ci ildəki həbi səfərindən heç də geri qalmayan 1184-cü il yürü-
şündə on bir knyazlığın orduları, torkların (türklərin) altı qoşunu iştirak edirdilər. Bu yay yü-
rüşü qıpçaqlar üçün gözlənilməz olur. Onların 17 knyazı, 7000 kişi, qadın və uşaq əsir alınıb
Rusiyaya aparılır. (1, 72)
1185-ci ildə qıpçaqlar Kiyev üzərində hücuma cavab zərbəsi vurmağa hazırlaşırlar.
1185-ci ilin fevralında Konçakın ordusu qış yolu sayılan Sula çayına yaxınlaşır. Svyatoslav və
Rürik Sula çayı sahillərinə özləri yönəlirlər. Torkun atları Xopal çayını keçərək Konçakın
mövqeyinə gözlənilməz zərbə endirirlər. Konçak geri çəkilir.
Svyatoslav öz qələbəsini möhkəmləndirməyə tələsir. Bu dəfə o, ulu çölün dərinliyinə,
Dona tərəf, rus qoşunlarının heç vaxt olmadığı yerlərə hərəkət etmək qərarına gəlir. O, əvvəlcə
şimali rus torpaqlarına yönəlir ki, yerli knyazları yürüşə qoşulmağa dilə tutsun.
Lakin Novqorod-Severskə çatanda məlum olur ki, əmisi oğlanları İqor və Vsevolod on-
dan xəlvət özləri Dona tərəf yönəliblər. Məqsədləri Don sahilinə yetişmək, qıpçaq yurdlarını
zəbt və qarət etmək idi. Təbii ki, hazırlıqsız hərbi yürüş fəlakətlə bitdi. Böyük knyaz Svyatos-
lavın ideyası məğlubiyyətə uğradı. Bu məğluniyyət göstərdi ki, xalqın istəyinə, iradəsinə qarşı
çıxmaq olmaz. 1191-ci il yürüşü də ruslara heç bir müvəffəqiyyət gətirmədi.
Beləliklə, rus knyazları ilə ittifaqa girən, onlara bir çox döyüşlərdə yaxından kömək
edən qıpçaqların özləri də tez-tez hücumlara məruz qalırdılar. Qıpçaq tayfaları talan edilir, əsir
aparılırdılar. Qıpçaqlara qarşı mbarizə XIII əsrin 20-ci illərində davam etdirilirdi.
XI-XV əsrlərin ərəb və fars mənbələrində İrtış çayından Dunaya qədər, Krımdan Bö-
yük Bulqara qədər qıpçaqların at səyirtdikləri bu ölkənin adı “Dəşti Qıpçaq” adlandırılırdı. Bu
ölkə XIII əsrdə monqol-tatarlar tərəfindən tutulur. XVI-XVIII əsrlərdə “Dəşti-Qıpçaq”ın an-
caq şərq hissəsi (indiki Qazaxıstan ərazisi) öz əvvəlki adı ilə adlandırılır. (4, 39)
“Dəşti-Qıpçaq” torpaqları hər kəsə öz təsirini göstərmişdi. Qıpçaqlar indi “Böyük Rusi-
ya” adlanan ərazidə vahid dövlətin qurulmasında və formalaşdırılmasında yaxından iştirak edir-
dilər. Həmin dövlət XI əsrin sonu – XII əsrin əvvəllərindən müxtəlif kyazlıqlara bölünürdü.
XI-XII əsrlərin ayrıcında qədim Rus dövlətində Vladimir-Suzdal, Polotsk-Minsk, turova
Pinsk, Smolensk, Murom-Ryazan, Çerniqov, Kiyev, Pereyaslav, Qaliç-Valin və Tmutarakan
Ümummilli lider Heydər Əliyev –
90
421
Tarix və onun problemləri, № 2 2013
knyazlıqlaı, həmçinin Novqorod respublikası və bir qədər sonra ondan ayrılanPsev respublikası
idi. Bu knyazlıqların təkcə əhalisinin çoxu qıpçaq deyil, hətta adları da qıpçaq türkcəsində idi.
Məsələn, IX əsrdə hamı yaxşı bilirdi ki, kiyevlilər qədimdən türkcə danışıblar,çünki onlar türk-
qıpçaq olublar. Kiyev türkcədə “kürəkən yürdü” demək olub (kiy – köy, kürbə – kən – ev – eb).
(4, 39) Kiyevin hakimləri xaqan adlanıblar. Qonşu Avaristan, Böyük Bulqarıstan və Xəzəris-
tanın da hakimləri xaqan titulu daşıyırdılar. Axı bu xaqanlıqların hamısı “Dəşti-Qıpçaq” ölkəsini
təşkil edirdi. Xalqların Böyük Köçünün nəticəsində yaranan bu ölkə XVIII əsrə qədər yaşadı.
XI əsrdə kasıblaşmış Bizansa rusların (skandinaviyalıların) marağı daha yox idi. Var-
yaqdan Yunana gələn yol zəifləmişdi, rusların özləri də kasıblaşmışdılar. XII əsrin ortalarında
pul-sikkə kəsilməsinin dayanması ilə rus (varyaq) knyazları ciddi maliyyə çətinliyi qarşısında
qalır və tam müflisləşirlər.
“Canlı əmtəə”, xırda pul rolunu daşıyan slavyanlar daha heç kəsə lazım olmadılar. On-
ları nə alan, nə satan vardı. Diqqətdən kənarda qalan bu xalq başını qaldırdı. Meşələrdən bo-
şalmış xalq varyaq (rus) şəhərlərinə axışdılar. Əsasən Pskov, Smolensk, Novqorod şəhərlərinə
axışırdılar. Varyaq (rus) xanlığı məhz onda Novqorod adlanmağa başladı.
Varyaqlar (Skandinav rusları) slavyanlara Rus dövlətini təhvil verdilər. Müəyyən bir
vaxt keçdikdən sonra, XII əsrdə Kiyev dövləti ayrı-ayrı knyazlıqlara bölünmüşdür. Vaxtilə
həmin knyazlıqların qurulmasında iştirak etmiş, hətta canlarından belə keçmiş qıpçaqlar indi
doğma torpaqlarında düşmən hesab olunurdular. Şəhərlər möhkəmləndirilərək qıpçaqlardan
qorunurdu.
Rus dövlətinə daxil olan knyazlıqlardan ən iriləri Vladimir-Suzdal knyazlığı, Novqorod
respublikası və Qaliç-Volin knyazlığı idi.
Rostov-Suzdal və ya Vladimir-Suzdal knyazlığı Ryazan və Çerniqov knyazlıqları (Oka
çayından şimalda), Smolensk torpağı və Novqorod mülkləri ilə həmsərhəd idi. Sonra sərhədlər
şimalda Ağ göldən başlayıb Suxana çayı vasitəsi ilə Zavolçyeyə, şimal-şərqdə isə Aşağı Oka-
ya qədər uzanırdı.
XI əsrin ortalarında Novqorod və Smolensk torpaqlarından əhalinin buraya köçməsi
gücləndi. Cənubdan köçüb gələn əhali bir çox çay və şəhər adlarını da özü ilə gətirdi. Libed,
İrpen, Trubej çayları, Zveniqorod, Qaliç, Vişqorod, Starobud şəhərləri belələrindəndir.
XI əsrin axırlarında diyar Vladimir Monamaxın mülklərinə daxil idi. Bu knyazın döv-
ründə Vladimir-Klyazma şəhərinin əsası qoyulmuşdu (1108). Bu knyazlığa daxil olan Mosk-
vada o zaman fin-uqor mənşəli xalqlar sakin idilər. Ona şərqdən və cənubdan birləşən torpaq-
larda türk (qıpçaq) xalqı yaşayırdı.
Moskva çayının bir tərəfindən vepslər, çeremislər və başqa fin-uqor xalqları, o biri tərə-
fində türklər – qıpçaqlar ömür sürürdülər. Bu qala-şəhər Çerniqov, Smolensk, Ryazan kimi
qonşu knyazlıqların yaxınlığında idi və Vladimir-Suzdal torpağına cənubdan, cənub-qərbdən
gedən yolları qoruyurdu.
Novqorod torpağının mərkəzi olan Böyük Novqorod Volxov çayı sahilində yerləşmiş-
dir. O, İlmen gölünə bitişikdir.
Kiyevdən ayrılmaq meyli Novqorodda daha çox təzahür etmişdi. XII əsrin əvvəllərində
- 1102-ci ildə Novqorod Böyük Kiyev knyazlığını qəbul etməkdən imtina etdi. Burada feodal
respublikasının quruluşu təşəkkül toplamağa başladı.
Qaliç-Volin knyazlığı XII əsrin axırlarında iki knyazlığın – Qaliç və Volin knyazlıqla-
rının birləşməsi nəticəsində əmələ gəlmişdi. Qaliç torpağı Polşa ilə, Karpat dağlarında Maca-
rıstanla həmsərhəd idi. Cənub-şərqdə sərhəd Cənubi Buqdan Dunay çayının mənsəbinə qədər
uzanırdı. Volin Qərbi Buqun axırı və Pripyatın yuxarı axarları boyunda yerləşən torpaqları tu-
422 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
turdu. Volin və Qaliç torpağı Kiyev və Pinsk knyazlıqları ilə həmsərhəd idi. Bu torpaqlarda
torpağın hər qarışından, hər daşından, şəhərlərinin adlarından belə qıpçaqların “ətri” gəlirdi.
Oturaq həyata başlamış qıpçaqlar dəmirçilik, zərgərlik, dabbaqlıq, dulusçuluqla bağlı olan fəa-
liyyətlərini davam etdirir, şəhərlərin inkişafında yaxından iştirak edirdilər. XII əsrdə diyarda
təqribən 80 şəhər var idi.
Mərkəzi Peremısl şəhəri olan Qaliç torpağının iqtisadi inkişafı və burada feodalların
qüvvətlənməsi nəticəsində artıq XI əsrin birinci yarısında diyarda siyasi ayrılmaya meyl ayan-
mağa başladı. Yaroslav Müdri zamanında ilk dəfə Peremısl knyazlığı ayrıldı. Qaliç knyazları
Volodar və Vasilko Rastislaviç qardaşlarının qüvvətlənməsi (1084-1124) Kiyev və Volın
knyazlarının, Polşanın, sonra isə Macarıstanın onlara qarşı birləşməsinə gətirib çıxardı. Qaliç
torpağı tamam ayrıldı, Volin isə XII əsrin ortalarınadək Kiyevdən asılı qaldı.
İqtisadi yüksəliş və Kiyevdən ayrılmaq nəticəsində XII əsrin ikinci yarısında Qaliç və
Volin knyazlıqlarında bu torpaqları birləşdirməyə, knyaz hakimiyyətini gücləndirməyə və
yerli boyarları (qıpçaqları) tabe etməyə meyl özünü göstərməyə başlayır. Bu mübarizədə
knyazlar öz xidmətçi feodallarına arxalanırdılar. Yerli boyarlar özlərinin mübarizəsində digər
knyazlıqların knyazlarının, həmçinin Macarıstan və Polşanın köməyindən istifadə edirdilər.
1127-ci ildə Çerniqov mülklərindən Murom-Ryazan torpağı ayrılıb müstəqil knyazlıq
oldu. Qıpçaqların tez-tez rus knyazları ilə baş verən döyüşləri Murom-Ryazan torpağının, xü-
susilə onun cənub hissəsinin iqtisadi inkişafını çətinləşdirirdi. Murom-Ryazan torpağı get-ge-
də parçalanırdı, yeni xırda knyazlıqlar meydana gəlmişdi.
Çerniqov torpaqları Rustov-Suzdal və Smolensk knyazlıqları, mordva və bulqar torpaq-
ları, Polotsk, Kiyev və Pereyaslavl knyazlıqları ilə, cənub-şərqdə isə çöl ilə həmsərhəd idi.
XI əsrin ortalarına qədər Çerniqov mülklərinin tərkibinə Tmutarakan da daxil idi. Çer-
niqov torpağı özü inkişaf səviyyəsinə görə Kiyevdən geri qalmırdı.
XII əsrin başlanğıcında Murom-Ryazan torpağı Çerniqovdan ayrıldı. Çerniqov knyaz-
lıqları və başqa knyazlıqlar meydana gəldi. Bu knyazlıqlara Olqoviçlər knyazlıq edirdilər.
Feodal müharibələri və çəkişmələri Kiyev torpağına və çöllərə yaxın olan Çerniqov torpağının
inkişafı üçün əlverişli şərait yaradırdı.
Kiyev knyazlığı kimi, Pereyaslavl knyazlığı da XII əsrdən süqut vəziyyətində idi. Onun
ucqarlarda yerləşməsi (okraina) knyazlığının qıpçaq basqınlarından müdafiə olunmasını get-
gedə çətinləşdirirdi.
Smolensk knyazlığı yalnız XII əsrin ikinci rübündə ayrıldı. XIII əsrin əvvəllərindən bu
knyazlıq Vladimir-Suzdal knyazlıqlarından getdikcə daha çox asılı olurdu.
Polotsk torpağı hələ X əsrdə Kiyevdən ayrılmağa cəhd etdi. Bütün XI əsr ərzində knyaz-
lıqda artıq Minsk, Vitebsk, Orşa və başqa cavan şəhərlər meydana gəlmişdi.
Turov-Pinsk torpağının mərkəzləri Turov və Pinsk şəhərləri idi. Burada iri feodal sahibliyi
hökm sürürdü. Yalnız XII əsrin ikinci yarısında Turov torpağı ayrıca knyazlıq oldu, XIII əsrin əv-
vəllərində isə bir sıra udel knyazlıqlarına Turov-Pinsk, Slutsk və başqa knyazlıqlara parçalandı.
XIII əsrin ortalarında Avropaya, şərqə yeni köçərilərin – monqol-tatarların axını başladı.
Çöllə hərəkət edən monqol-tatarlar əvvəlcə qıpçaqlarla üzləşməli oldu. İlk məğlub olan Don
qıpçaqları oldu. Onlar öz torpaqlarından köç edərək Dneprə sıxışdırıldılar və rus knyazlıqlarının
ərazilərinə səpələnirlər. Tədricən qıpçaqlar Qızıl Ordanın tərkibinə daxil oldular (1, 94).
ƏDƏBİYYAT:
1.Плетнева С.А. Половцы. М., 1990.
2.Артаманов М.И. История Хазар. Л.,1962.
Ümummilli lider Heydər Əliyev –
90
423
Tarix və onun problemləri, № 2 2013
3.Ахинжанов С. М., Кыпчаки в истории средневекового Казахстана, Алма-Ата, 1989.
4.Мурад Аджы, Европа, тюрки, Великая Степь, М., АСТ, 2006.
5.Кляшторный С.Г. Кыпчаки в рунических памятниках. Л., 1986.
6.Алексеева Е.П. Карачаевцы и балкарцы – древний народ Кавказа, Черкесск, 1963.
7.Бартольд В.В. Туркестан в эпоху монгольского нашествия. Соч. т.I М., 1963.
8.Голубовский П. Печенеги, торки и половцы до нашествия татар. Киев, 1884.
САИДА ИСМАИЛЗАДЕ
Гянджинский Государственный Университет
ОТНОСИТЕЛЬНО ПОЛИТИЧЕСКОЙ ИСТОРИИ КЫПЧАКОВ XI-XIII ВВ
В статье исследует политическая история кыпчаков. В течение этого периода кып-
чаков занятые большие площади, создать свое государство. Некоторые начали играть
важную роль в политической жизни периода. Но тогда монголы разбили их в конце
концов.
SAIDA ISMAILZADEH
Ganja State University
ABOUT POLITICAL HISTORY OF KIPCHAKS IN XI-XIII CENTURIES
The article explores the political history of gipchags. During this period, gipchags
occupied large areas. establish their own state, and has already begun to play a certain role in
the political life of the period. But then Mongols eventually defeated them.
Rəyçilər: t.e.n.S.A.İsmayılova, t.e.d.İ.M.Məmmədov
BDU-nun Türk xalqları tarixi kafedrasının 19 fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa
məsləhət görülüb (protokol №7).
Dostları ilə paylaş: |