25
– Pul qazanmaq və əylənə bilmək xətrinə, – Varner deyir. – Lukas, pul və əyləncə xətrinə
görməli olduğu iĢdən – çünki bu dünyaya məhz onun üçün gəlib – boyun qaçıran, bu iĢdə ona
etibar edənləri atıb gedən cavanların nə birincisi, nə də axırıncısıdır.
Amma, deyəsən, qadın onu eĢitmir. Pilləkənin yuxarı pilləsində dinməzcə əyləĢib, boĢ yola,
döngənin o tayına, yolun qıvrıla-qıvrıla Ceffersona uzanan qisminə baxır. KiĢilər divarın dibində
çömbəltmə oturub, gözlərini onun toxtaq, hirssiz-acıqsız sifətinə zilləyərək, Armstidin bir qədər
əvvəl, Varnerinsə hələ də fikirləĢdiyi kimi, fikirləĢirlər ki, onun ağlında bu saat onu dar gündə
qoyub qaçan və bəlkə də, üzünü bir daha görməyəcəyi, ya da qaçarkən yalnız havada yellənən
pencəyinin ətəklərini görə biləcəyi o əclafdan, nadürüstdən baĢqa heç nə yoxdur. “Bəlkə o bu
Sloundu, Doundu nədi, onun taxta-Ģalban zavodu barədə düĢünür, – Varner öz-özünə deyir, – axı
hətta ən sarsaq qadın belə təzə yerin köhnə, qaçıb gəldiyi yerdən o qədər də fərqli, daha yaxĢı
olmadığını anlamaq üçün bu qədər uzağa, Missisipiyə tək-tənha, özbaĢına yollanmazdı. Hətta,
onun gecə gəzintilərindən xoĢlanmayan qardaĢı o təzə yerdə olmasa belə”. FikirləĢir Elə mən də
qardaşı kimi edərdim, atası da o cür edərdi. Anası da yoxdur, çünki ata qanı sevgi və qürurla
nifrət bəsləyir, ana qanı isə nifrətlə sevir və birgə yaşayır
Lina heç də bu barədə fikirləĢmir. O, əlinin altındakı bağlamada gizlədilmiĢ sikkə pullar
barədə düĢünür. Səhərki nahar yeməyini xatırlayır və fikirləĢir ki, elə indi, bu saat dükana girib,
pendir, peçenye, istəsə lap sardin də ala bilər. Armstidgildə qarğıdalı çörəyilə bircə fincan qəhvə
içmiĢdi, onu çox Ģeyə qonaq etsələr də baĢqa heç nə yeməmiĢdi. “Ədəb-ərkanla yedim”, – deyə,
əlində pullarını gizlətdiyi bağlama bu bir fincan qəhvəni və əcaib çörək dilimini xatırlayaraq
fikirləĢir; qürurlu bir rahatlıqla fikirləĢir: “Lap kübar xanım kimi yedim. Səyahətə çıxmıĢ kübar
xanım kimi. Ġndisə, istəsəm sardin də ala bilərəm.”
Ġndi budur, sanki o, gözlərini çox da sərt olmayan yoxuĢa dikib, kiĢilərsə çömbəltmə
oturub, yola tüpürə-tüpürə oğrun-oğrun ona göz qoyaraq fikirləĢirlər ki, onun fikri-zikri bu saat
Lukasla, qarĢıdakı hadisəylə məĢğuldur, əslində isə o bu dəqiqə hikməti, lütfü və qənaətkar
nizamı ilə yaĢadığı torpağın qədimdən bəri gələn əbədi xəbərdarlığına sakitcə müqavimət
göstərməyə çalıĢır. Bu dəfə təslim olur. Ayağa qalxır, ehtiyatla, yavaĢ-yavaĢ, bir qədər
yöndəmsiz addımlarla kiĢi gözlərinin artilleriya mənzilini dəf edərək, dükana girir; satıcı da onun
ardınca. “Vallah alacam, – pendir və peçenyeni alandan sonra fikirləĢir, – yox e, alacam”, – dili
isə deyir: “...Bir qutu da sardin. – O, onlara “sərdin” deyir. – Qutusu on sentə olandan”.
– On sentə sardinimiz yoxdu, – satıcı deyir. – Sardin on beĢ sentədi, – O da onları “sərdin”
adlandırır.
Qadın götür-goy edir.
– Bəs sizdə on sentə nə qutusu var?
26
– Ancaq maz qutusu, ayaqqabı mazı, ayrı heç nə yoxdur. O da ki, elə bilirəm, sizə lazım
deyil. Yəni, yemək üçün.
– Neyləyək, onda məcburam on beĢ sentə götürəm. – Bağlamasını, sonra da boğçanı açır.
Düyünləri dərhal açmaqda çətinlik çəkir. Ancaq təntimir, hövsələylə onları bir-bir çözüb açır,
pulunu ödəyir, sonra boğçanın da, bağlamanın da ağzını bağlayıb, aldıqlarını yığıĢdırır.
Artırmaya çıxanda, bir arabanın pilləkənin önündə dayandığını görür. Sürücüsü də içində.
– O araba Ģəhərə gedir, – ona deyirlər. – O səni aparar.
Sifəti cana gəlir – yavaĢ-yavaĢ, hirssiz-qeyzsiz, minnətdarlıqla.
– Oy, çox sağ olun, minnətdaram, – deyir.
Araba yavaĢ-yavaĢ, eyni ahənglə hərəkət edir, sanki, bu kimsəsiz, günəĢli ənginliklər
arasında nə zaman, nə də tələskənlik mövcuddur. Varnerin dükanından Ceffersona qədər yol on
iki mildir.
– Nahar vaxtınacan orda ola biləcəyikmi? – qadın soruĢur.
Arabaçı yerə tüpürür.
– Ola da bilərik.
Elə bil, o bu qadına tərəf bircə dəfə də baxmayıb, – hətta o, arabaya minəndə belə. Elə bil,
qadın da bir dəfə də olsun, ona sarı baxmayıb. Heç indi də baxmır.
– Yəqin Ceffetrsona tez-tez gedirsiniz.
Arabaçı deyir:
– Aradabir.
Araba cırıldaya-cırıldaya yoluna davam edir. QarĢıda, yolun yarısında düzənliklər və
ağaclıqlar əlçatmaz bir Ģey kimi donuq halda havadan asılı qalıb, amma həm də ilğım kimi axıcı,
dəyiĢkəndilər. Əlbəttə, araba onları da ötüb keçir.
– Sizdəmi Ceffersonda Lukas Berç adında birini tanımırsınız?
– Berç?
– Ümid eləyirəm ki, onu orda tapa biləcəm. Orda yonqar sexində iĢləyir.
– Yox, – arabaçı cavab verir. – Belə bir adamı xatırlamıram. Bir də ki, mən Ceffersonda
çoxlarını tanımıram. Bəlkə də, o ordadır.
– Nə yaxĢı olardı... Yoxsa bu səyahət məni tamam bezdirib.
Arabaçı ona sarı baxmır.
– Onu axtarmaq üçün çoxmu uzaqdan gəlirsən?
– Alabamadan. Xeyli uzaqdan.
O, qadına tərəf baxmır. Sanki, elə-belə, xala xətrin qalmasın soruĢur:
– Ata-anan nə əcəb sənin bu vəziyyətdə yola çıxmağına razı olublar?
27
– Atam da yoxdu, anam da. QardaĢımla yaĢayıram. Özüm bu qərara gəldim, sonra da yola
düĢdüm.
– Aydındı. O, sənə məktub göndərib ki, Ceffesona gəl?!
Qadın dinmir. Arabaçı yaylığın altından onun sakit profilini görə bilir. Araba aram-aram,
sanki, heç zaman dayanmayacaq kimi yoluna davam edir. Qatırların ahəngdar addımlarının səsi,
təkərlərin cırıltısı və taqqıltısı altında qıp-qırmızı yol uzanıb gedir. GünəĢ xeyli qalxıb; yaylığın
kölgəsi indi onun dizlərinin üstünə düĢür. Qadın baĢını qaldırıb günəĢə baxır.
– Artıq nahar vaxtıdır, – deyir. Arabaçı gözünün bir qırağıyla onun pendiri və peçenyeni
dilim-dilim paralayıb, sardin qutusunu açaraq, ona uzatdığını görür.
– Mənim iĢtaham yoxdu, – deyir.
– Çox xahiĢ edirəm, mənimlə bir tikə çörək kəsin.
– Mənim iĢtaham yoxdu. Sən çörəyini ye.
Qadın yeməyə baĢlayır, – tələsmədən, səylə, rahat-rahat, dadlı sardin yağına batmıĢ
barmaqlarını ləzzətlə yalaya-yalaya. Sonra birdən-birə olmasa da, ölü kimi yerində mıxlanıb
durur; çənəsi çeynəməyinə ara verir, diĢlənmiĢ peçenye əlində qalıb, sifəti azca aĢağı əyilir,
gözləri bərəlir, sanki, nəfəsini tutub nəsə çox uzaqda, yaxud da lap yaxınlıqda – öz içində olan
bir Ģeyə qulaq kəsilir. Sifəti ayazıyır, yanağındakı sağlam, qatı qırmızılıq qeybə çəkilir və o,
rəhmsiz qədim torpağı dinləyə-dinləyə, duya-duya, amma heç bir əndiĢə, qorxu keçirmədən
matı-qutu qurumuĢ halda oturub qalır. “Əkizdi yəqin, baĢqa cür ola bilməz” – öz-özünə, səssizcə,
dodaqlarını tərpətmədən deyir. Sonra ağrısı sakitləĢir. Təzədən yeməyə baĢlayır. Araba
dayanmır; zaman dayanmır. Araba sonuncu təpəyə qalxır və onlar göyə ucalan tüstünü görürlər.
– Ceffersondu, – arabaçı deyir.
– Heç inanmağım gəlmir, – qadın deyir. – Biz artıq, demək olar ki, mənzil baĢına çatmıĢıq,
elə deyil?
Bu dəfə kiĢi eĢitmir. O, qabağa, vadinin o tayında təpənin üstündəki Ģəhərə tərəf baxır.
BaxıĢlarıyla onun Ģallağının hərəkətini izləyən qadın göyə qalxan iki tüstü burumunu görür: biri
hündür borudan çıxan qalın kömür tüstüsü, digəri isə, çox güman ki, Ģəhərdən bir qədər aralıdakı
bir topa ağacın üstündən daha hündürə ucalan sap-sarı alov tüstüsüdür.
– Görürsən, – arabaçı deyir, – ev yanır.
Ġndi qadın, sanki, heç nəyə qulaq asmır, heç nə eĢitmir.
– Bir iĢə bax, – o deyir, – cəmi dörd həftədir yola çıxmıĢam, artıq Ceffersondayam. Bir iĢə
bax. Ġnsan haralaracan gəlib çıxa bilərmiĢ...
2
Dostları ilə paylaş: |