şüaları insanı yandırmır, amma lupa ilə şüalar cəmlənsə
yandırar. Sadəcə etmək kifayət deyil, nəticə əldə etmək lazımdır.
Çalışın nəticələriniz digərlərindən yüksək olsun.
Nəticə etibarilə zamanı düzgün idarə etmək 3 hissədən
ibarətdir:
1. Lazım olan işləri görmək.
2. İşləri vaxtında və effektiv görmək.
3. Lazımsız işlərdən imtina etmək və ya ötürmək.
Hədəfləri prioritetə görə bölün və icra planlarını
hazırlayın. Stiven Kovi buna dair maraqlı bir müqayisə gətirir.
Bir vedrə götürün. İçinə mümkün qədər çox iri daş doldurun.
Hesab edirsiz ki, yer qalmayıb? İndi boş yerləri daha kiçik
daşlarla doldurun. Yer qaldımı? Sonra boşluqları qumla
doldurun. Yenə boşluq qalıbmı? Sonda vedrə dolanadək su
tökün. İndi vedrə doğrudan da doludur. Bu əşyalar
gördüyümüz işlərdir. Əşya nə qədər böyükdürsə vacibliyi bir o
qədər artıqdır. Əgər biz vedrəni əvvəl lazımsız şeylərlə
doldursaydıq, vacib şeylərə yer çatmayacaqdı. Əvvəlcə vacib
işlərdən başlayın.
Eyzenhauer matrisi:
ABŞ prezidenti Eyzenhauerin matrisini işinizdə rəhbər
tutun. İşləri 4 hissədən ibarət dördbucaq üzrə bölün.
1-ci hissəyə aid iş nümunəsi (SMART üzrə yazılmayıb):
xəstələnmişəm və həkimə getməliyəm. 2-ci hissəyə aid iş
nümunəsi: xəstələnməmək üçün idmanla məşğul olmalıyam. 3-
cü hissəyə aid iş nümunəsi: telefon zəng çalır (dəstəyi qaldırmaq
1-təcili (uzağı 24 saat ərzində edilməli) və
vacib işlər
2-təcili
olmayan vacib işlər
3-təcili,
amma vacib olmayan işlər
4-təcili olmayan
və vacib olmayan işlər
34
təcilidir, amma əksər hallarda qaldırmasan da problem
yaranmaz). 4-cü hissəyə aid iş nümunəsi: daxil olan e-mail-a
baxmalıyam.
1-ci hissəyə tuşlanmaq olmaz. 2-ci hissəyə işləyərək
çalışmalıyıq ki, 1-ci hissəyə iş az keçsin, əks halda ömrü boyu
necə deyərlər yalnız “yanğını söndürməklə” məşğul olacaqsız.
Misaldan da görünür ki, 2-ci hissənin icrası məhz elə bir vəziyyət
yaradır ki, oradan 1-ci hissəyə işlər ya heç daxil olmur, ya da az
daxil olur. 2-ci və 4-cü hissələrin həlli üçün proaktivlik lazımdır.
Çox güman ki, sizin gələcəyinizə ən çox təsir edən işlər məhz 2-ci
hissədəkilərdir.
İşə dərhal başlayın, sonraya saxlamayın. Brayan Treysi
sonraya saxlanan işləri qurbağaya bənzədir. Nə qədər nifrət
etsək də onları yeməliyik. Əvvəl onlar balaca olur, vaxt getdikcə
isə böyüyür. Bu işləri əvvəl-axır etməliyik deyə yaxşı olar ki,
qurbağalar balaca olanda onları udaq, əks halda böyümüş
qurbağaları tikələrə bölərək yeməyə məcbur olacağıq.
Vaxtınızı böləndə mövcud vaxtın 50-60%-ini nəzərə alın.
Gözlənilməz hadisələr ola bilər. Amma bundan sonra gərək
nəzərdə tutduğunuz işləri vaxtında bitirəsiz.
İtalyan iqtisadçısı Pareto 20/80 qaydasını yaratmışdı. Bu
qayda demək olar ki, hər yerdə özünü doğruldur. Bizim hala
tətbiq etsək bu o deməkdir ki, işlərimizin ancaq 20%-i
əhəmiyyətli dərəcədə həyatımıza təsir göstərə bilir. Belə ki,
uğurlarımızın 80%-i məhz həmin 20%-lik işlərin icrası
nəticəsində əldə olunur. Bu 20% demək olar ki, tamamilə 2-ci
hissədəki işlərdən ibarətdir.
“Yox” deməyi bacarın. Planlarınızı icra etməyə mane olan
dostlarınıza (planlarınızda onlara da müəyyən qədər vaxt
ayırmalısız), müdirinizə, vaxtyeyənlərə (mobil telefon,
kompüter, televizor, sosial şəbəkələr və s.) “yox” deməyi
bacarmalısız. Orta hesabla insan ömrünün 7,6 ilini televizora
35