Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика-Economics
S.A.Məmmədov
88
UOT 332.14
BÖLÜŞDÜRÜCÜ LOGİSTİKANIN OPTİMAL TƏŞKİLİ İSTEHLAKÇI TƏLƏBİNİN
ÖDƏNİLMƏSİNİN MÜTƏRƏQQİ ÜSULUDUR. AHƏNGDAR VƏ MÜNTƏZƏM
MƏHSUL GÖNDƏRMƏLƏR ƏSAS OPTİMALLIQ GÖSTƏRİCİLƏRİ KİMİ
S.A. MƏMMƏDOV
(Azərbaycan Texniki Universiteti)
E-mail: aztu@aztu.edu.az
Xülasə: Müasir dövrdə satıcı bazarından alıcı bazarına istiqamətlənmə müəssisələr arasında rəqabət
mübarizəsini dərinləşdirmiş, hər bir təsərrüfat subyekti tədarük zəncirinin istənilən həlqəsində məsuliyyətini
hiss edərək istehlak dəyərinin formalaşmasında, istehlakçı tələbinin tam və dolğun ödəmək, müasir vasitələrin
elmi əsaslarını işlənib hazırlanması, onun bazar konyukturuna uyğunlaşdırmağa çalışırlar. Təbii ki, bu proses
dövrü olaraq davam edir və hər bir tsikl ərzində qeyd olunan proseslərin müxtəlifliyi yeni optimal üsul və
vasitələrin, qərarların qəbuluna zəmin yaradır. Məhz müəssisələrdə bölüşdürücü logistikanın səmərəli təşkili
göstərilən iqtisadi problemlərin həllinə imkan verir.
Açar sözlər: Diversifikasiya, orta kvadratik kənarlaşma əmsalı, variasiya əmsalı, korporativ missiya, bazar konyukturu.
Milli iqtisadiyyatın diversifikasiyası dərinləşərək müxtəlif növ yeni və yenilənmiş məhsul və
xidmətlərin bazara daxil edilməsi, həmin məhsulların həyat tsiklinin uzadılması problemləri
müəssisələrin satış sistemi qarşısında yeni tələblər meydana gətirir. Bu yolda daha çox uğur əldə
etmək həvəsi müəssisələri bazar strategiyalarında dəyişiklik etməyə, yeni marketinq-satış
konsepsiyasının istehsala tətbiq olunması, bazar haqqında tam və dolğun informasiya əldə etmək
üçün mütərəqqi kompüter texnologiyalarından istifadə məsələlərinə diqqət yetirməyə sövq edir.
Qeyd olunan problemlərin həlli müəssisələrdə logistik sistemlərin və onları təşkil edən elementlərin
təşkili və onlara nəzarət işini həyata keçirmək prosesindən asılı olur. Eyni zamanda logistik
konsepsiya real mühitdə və bir qayda olaraq konkret sistem daxilində reallaşdırılır [1]. Təbii ki,
sistemin mürəkkəbliyi tərtib olunan qərarların və yaranmış problemin həllinidə fikir ayrılığına
səbəb olur. Müəssisə daxilində bölmələrarası münaqişələrin həllində aparıcı rola malik bölüşdürcü
logistikanın ilk öncə vəzifəsi əmtəəlik məhsulların ticarət çeşidinin müəyyənləşdirilməsidir.
Bölüşdürücü logistikanın və onu obyektinin özünəməxsus xüsusiyyəti material, onlara uyğun
informasiya, maliyyə və xidmət axınlarının məhsulun həyat tsikli, məhz məhsulun mübadilə dövrü
ərzində hərəkəti ilə müəyyən olunur [4]. Problemin mərkəzində bazarın təhlili, məhsul çeşidinin
bazar seqmentləri üzrə bölgüsü dayanır. Bu yolda müəssisə bazarda uğur qazanmaq üçün təkbaşına
deyil, əlverişli müqavilə şərtlərinə cavab verən vasitəçi strukturların işindən də yararlanmağa
çalışır. Ölkəmizdə aparılan köklü islahatlar, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi və qeyri-neft
sektorunun inkişafı bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrin kəmiyyətinə və
keyfiyyətinə müsbət təsirini göstərmişdir. Cədvəl 1-də pərakəndə ticarət dövriyyəsinin əsas
makroiqtisadi göstəricilərin dinamikasına fikir verdikdə bunu aydın görə bilirik[2].
Məhsulların reallaşdırılması məqsədilə müəssisələrin istiqamətləndiyi satış bazarları marketinq
tədqiqatları vasitəsilə müəssisənin satış imkanlarına təsir edən regional amilləri və onu əhatə edən
logistik xərclərin məhdudlaşdırılması əsas əhəmiyyət kəsb edir. Məqsəd bazarları konyuktur,
bazarın və tələbin əsas parametrləri, yəni bazarın həcmi və tələbin inkişaf prespektivləri, mövcud
məhsulun istehlakçı tələbinə uyğunluğu, rəqiblərlə müqyisədə üstünlük, istehlakçılarla müəssisə
arasında hal-hazırki və perspektiv əlaqələrin inkişafı nöqteyi nəzərdən şərtlənir[5]. Digər
problemlər sırasına xidmət siyasətinin işlənib hazırlanması, bölüşdürcü logistika şəbəkəsi
quruluşunun və logistik dövrədə malyeridilişi texnologiyalarının müəyyən edilməsi, təchizat
dövrünün iştirakçılarının seçilməsi və satış şəbəkəsində əmtəə ehtiyatlarının bölüşdürülməsi kimi
logistik problemlər aid olunur.
Müəssisələrdə bölüşdürücü logistikanın səmərəli təşkili və istehlakçılarla əlverişli müqavilə
şərtlərinin yaradılması, gələcəkdə müqavilə müddətinin uzadılması və keyfiyyətli xidmət təklifinə
imkan yaratmaq üçün müntəzəm və ahəngdar məhsulgöndərmələrin optimallığının artırılması yolu
ilə əldə edilir. Əsas diqqət məhz hazır məhsul satışına, yəni, məhsulgöndərmələrin idarə olunması
Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика-Economics
S.A.Məmmədov
89
sistemini qiymətləndirilməsi, xidmətin səviyyəsi, eyni zamanda məhsul ehtiyatlarının idarə
olunması sisteminə istiqamətlənməlidir [3]. Cədvəl 2-yə diqqət yetirdikdə müəssisənin
məhsulgöndərmə şərtləri ilə tanış oluruq.
Cədvəl 1. Pərakəndə ticarət dövriyyəsinin əsas makroiqtisadi göstəricilərin dinamikası
İllər
2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013
Hüquqi
şəxslər,%
22
20
19
18
17
16
16
15
15
13
12
Fiziki şəxslər,
%
78
80
81
82
83
84
84
85
85
87
88
Ərzaq malları,
%
33
34
35
36
36
37
37
38
40
43
46
Qeyri-ərzaq
malları, %
67
66
65
64
64
63
63
62
60
57
54
Fərdi
sahibkarların
ticarət
müəssisələri,
%
80
81
82
85
86
86
86
87
88
89
90
Hüquqi şəxs
statuslu qeyri
dövlət
müəssisələri,
%
20
19
18
15
14
14
14
13
12
11
10
Cədvəl 2. müəssisənin məhsulgöndərmə şərtləri
Məsulgöndərmə ayları
Məhulgöndərmə həcmi, ədəd
Məhsulgöndərmələrdə gecikmə
müddəti, gün
Yanvar
120
0
Fevral
130
0
Mart
115
4
Aprel
120
0
May
105
2
İyun
110
0
Buradan biz müntəzəm və ahəngdar məhsulgöndərmə əmsalını, məhsulgöndərmələrin orta
gecikmə müddətini müəyyən etməklə rəqiblərlə müqayisədə hansı üstünlüklərin əldə olunmasını
təyin edə bilirik. İlk öncə göstərilən 6 ay müddətinə, müqvilə şərtlərində təsbit olunmuş 125 şərti
məhsul vahidi qarşılığında orta məhsulgöndərmə kəmiyyətini müəyyən etməklə, yəni
117
or
P
ədəd, bərabər vaxt ərzində məhsulgöndərmələrin həcmini orta kvadratik kənarlaşma əmsalını, yəni
6
8
müəyyən etdikdən sonra variasiya əmsalını
var
6,84
K
%, beləliklə
.
93,16
mün
K
% təyin
edirik. Ahəngdar məhsulgöndərmə göstəricisi
0, 44
ah
K
%; məhsulgöndərmələrdə orta gecikmə
müddəti,
1
ort
TZ
gün.
Beləliklə müəssisə 93,16 % müntəzəm, 0,44% ahəngdar məhsulgöndərmələrə və
məhsulgöndərmələrdə 1 gün gecikməyə yol verir.
Cədvəl 2-nin təhlilindən belə nəticəyə gəlmək olar ki, bölüşdürücü logistika əlavə istehlak
dəyərinin və əmtəə dəyərinin yaradaraq müəssisədə istehsal prosesinin davamı hesab olunur.
Bölüşdürücü logistikanı müəssisənin istehsal fəaliyyətinin əmək vasitələri nəzərdən və marketinq
fəaliyyətinin kommersiya nəzərdən tamamlanmasına istiqamətlənmiş proses kimi dəyərləndirmək
Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика-Economics
S.A.Məmmədov
90
olar. Məhz satış prosesi nəticəsində müəssisənin bütün iqtisadi-maliyyə nəticələri və korporativ
missiyası reallaşır.
Nəticə və təkliflər. Müəssisələrdə satış üzrə proqnozlar məhsulların fiziki bölüşdürməsinin
idarə edilməsi, anbar şəbəkəsinin formalaşdırılması, əmtəə ehtiyatlarının səviyyəsinin müəyyən
edilməsi və şəbəkədə mərkəzləşməsi üzrə logistik sistemin yenidən təşkili ilə əlaqədar bir sıra
logistik vəzifələrin yerinə yetirilməsində asılıdır. Burada ilk öncə məqsəd satış şəbəkəsinin
yaradılmasıdır ki, əmtəə axınlarının istehlakçı istiqamətində hərəkəti logistik infrastruktur və ya
cəlb edilmiş logistik vasitəçi tərəfindən həyata keçirilsin. Fiziki bölüşdürmə sistemində əmtəə
ehtiyatlarının mərkəzləşdirilməsi üçün anbar şəbəkəsi formalaşdırılır. Logistika ehtiyatların
anbarlaşdırılması strategiyasının müəyyən edilməsi, əmtəə ehtiyatlarının mərkəzləşdirilməsi üçün
optimal anbar sayının, anbarların yerləşdirilməsi və anbar təchizatı sisteminin işlənib hazırlanması
ilə məşğul olur. İstehlakçı ilə bağlı sifarişlərin idarə edilməsində logistika sifarişlərin hazırlanması
və çatdırılması işini yerinə yetirir. Ehtiyatların idarə edilməsi sahəsində xidmət, yəni
məhsulgöndərmə partiyasının həcmi, sifarişlərin yerinə yetirilmə müddəti, sifarişlərin
formalaşdırılması zamanı komplektləşdirlmənin səviyyəsi nöqteyi nəzərdən istehlakçıya uyğun
çevik olmalıdır.
Ədəbiyyat
[1]. Дыбская В.В., Зайцев Е.И., Сергеев В.И., Стерлигова А.Н. «Логистика»-М.:Эксмо, 2013,
944 с.
[2].www.azstat.gov.az – Azərbaycan Respublikası Statistika Komitəsinin rəsmi saytı.
[3]. Аникин Б. А., Родкина Т. А.«Логистика: тренинг и практикум», Москва, 2013, 448 с.
[4]. Аникин Б. А., Родкина Т. А. «Логистика», Москва, 2013, 408 с.
[5]. Григорьев М.Н., Уваров С.А. «Логистика», М.: Юрайт, 2012, 825 с.
ОПТИМАЛЬНОГО РАСПОЛОЖЕНИЯ РАСПРЕДЕЛИТЕЛЬНОЙ ЛОГИСТИКИ
ПРОГРЕССИВНАЯ ФОРМА ОПЛАТЫ ПОТРЕБИТЕЛЬСКОГО СПРОСА.
ГАРМОНИЧНЫЙ И РЕГУЛЯРНОЙ ПОСТАВКИ КАК ОПТИМАЛЬНЫЙ
ПОКАЗАНИЕ
С.А.МАМЕДОВ
(Азербайджанский Технический Университет)
E-mail: aztu@aztu.edu.az
Аннотация: В наше время, ориентации от рынке продавца рынку покупателья углублял
конкуренция между предприятие, каждый экономический субъект в цепочке поставок
чувствую
ответственности
формирования
потребительского
стоимости,
полного
удовлетворения потребительского спроса, научной основы для разработки современных
средств, пытаются приспособиться к его изменениям в рыночных условиях. Конечно, как
этот процесс продолжается, каждый цикл из процессов в оптимальном диапазоне новых
методов и инструментов, обеспечить основу для принятия решений. Именно эффективную
логистику распределения позволяет решит экономических проблемы предприятий.
Ключевые слова: Диверсификация, соотношение среднеквадратичного отклонения,
коэффициента вариации, корпоративная миссия, конюктура рынок.
Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2014 İSSN 1815-1779
İqtisadiyyat-Экономика-Economics
S.A.Məmmədov
91
OPTIMAL LOCATION OF DISTRIBUTION LOGISTICS PROGRESSIVE FORM
OF PAYMENT FOR CONSUMER DEMAND. HARMONIOUS AND REGULAR SUPPLY
AS THE OPTIMAL READING
S.A. MAMMADOV
(Azerbaijan Technical University)
E-mail: aztu@aztu.edu.az
Summary: In our time, the orientation of the seller's market buyer's market deepened competition
between enterprises, each economic entity in the supply chain feel the responsibility for shaping
consumer Stake, fully meet customer demand, the scientific basis for the development of modern
means, trying to adapt to its changes in market conditions. Of course, as this process continues, each
cycle of processes in the optimum range of new methods and tools to provide a basis for decision
making. It enables efficient logistics distribution solve the economic problems of the enterprises.
Keywords: Diversification, the ratio of the standard deviation, coefficient of variation, corporate
mission, structure of market.
Daxil olub: 17.10.2014
Rəyçi: i.e.d., professor R.K. İsgəndərov
Dostları ilə paylaş: |