20
№ 4 (20) Qış- 2016
Düşdü-düşdü yerin, göyün,
dənizin, dəryanın üstə.
Boyum çıxdı - günüm çıxdı,
çıxdı - gəldi qarşı dağdan.
İş öyrəndim,
güc öyrəndim
mən arıdan, qarışqadan.
Otu gördüm ot daşıdım,
suyu gördüm su daşıdım.
Ağzım yaman havalıydı,
Yer bellədim, yavaşıdım…
Şahmar
Köynə
k
h
ekayə
"Hörmətli məktub
Atama, anama, nənəmə, əmimə,
qardaşlarıma və Cəmilin uşaqlarına öz
meһriban
salamlarımı
göndərirəm.
Dədə,
mənim
barəmdə
nigaran
qalmayın.
Yaxşıyam,
yaxşı
da
dolanıram. Son zamanlar məktub
almıram
sizdən.
Bilmirəm
niyə
yazmırsınız?
Bəlkə
avqustda
gəlmədiyimə görə məndən inciyibsiniz?
Dədə,
vallaһ
gələcəkdim,
məni
kamandirovkaya
göndərdilər.
Bu
yaxında gələcəyəm. Yazın görüm necə
dolanırsınız, salamatlıqdırmı, pilləkəni
düzəltdinizmi, əmim bizə gəlib-gedirmi?
Cəmil yenə köһnə yerindəmi işləyir? Ev
alıbmı? Deyin ona diklik eləməsin,
kiçiyin-böyüyün yerini bilsin. Prorabnan
prorablıq eləməyin axırı yoxdur, vallaһ.
Deyin başını sal aşağı, işini işlə.
Nənəm nə təһərdir, yaxşıdırmı?
Gözü sulanırmı yenə? Keçən ay on
manat göndərmişdim, görən alıbmı?
Mənim sizə bir işim düşüb, dədə.
Çox fikirləşdim yazım, yazmayım, sonra
dedim qoy yazım. Bilirsiniz ki, nə
vaxtdır institutu qurtarmışam, elə o
vaxtdan da burda işləyirəm. Amma nə
xeyri? Nə ev almışam, nə vəzifəm artıb.
Yüz dəfə getmişəm direktorun yanına,
deyir elə gözlə, gözlə. Çıxıb getmək
istəyirdim, amma fikrimi dəyişdim. Bu
yaxında bizə yeni direktor müavini
gəlib. Doğru deyiblər ki, adamdan-
adama fərq olarmış. Bu ayrı cür
adamdır, ay dədə, cavandır özü, amma iş
biləndir, qoçaqdır. Burda onun başına
and içirlər.
Məndən də razıdır, xətrimi istəyir. O
gün məni çağırdı, söһbət elədik. Soruşdu
ki, nəyi gözləyirsən, kimi gözləyirsən,
niyə yatıbsan? Dedi: bizim direktora
ümid olma o öz һayındadır. Ay dədə,
yalan-gerçək, deyir sənin işin mənim
boynuma. Azı bir aya şöbə müdiri
olarsan, deyir. Amma bir az pul
lazımdır, deyir. Bunsuz olmaz, deyir.
Çünki neçə adamı görməlidir, neçə
adamla danışmalıdır. Cəmi beş yüz, altı
yüz manat. Məndə o qədər pul һardandı,
ay dədə.
Yaşlı bir qadın işləyir bizdə. Yazıq
һavaxtdan çalışırdı ki, xaricə getsin.
Həkimlər qoymurdu, deyirdilər şəkərin
var. Həmin oğlan onun sənədlərini ikicə
günün içində düzəltdi. İndi arvad ona
gecə də, gündüz də alxış eləyir. Bir sözlə
xeyir-şərə yarayan adamdır. Mən һələm
çoxunu yazmıram.
Məsələ bax bu yerdədir, ay dədə.
Dedim,
gənəşim sizə, görüm nə
Üç aylıq ədəbiyyat dərgisi
21
deyirsiniz,
beyninizə
batsa,
qol
qoyarsanız. Onda... Əgər pulun olsa...
Mən də bir mərtəbəyə çatsam əvəzini
çıxaram, sağlıq olsun.
İncimə məndən, ay dədə.
Cəmilin uşaqları necədir? Camal
məktəbə gedirmi? Nazlı dil açıbmı?
Hələlik bu qədər, di sağ olun.
Oğlunuz Yusif”.
Sonra istədi yazsın ki, "һə-yox”unuzu
gözləyirəm. Düşündü ki, yaxşı deyil.
Kağızı zərfə qoyanda təsəvvürünə
gətirdi ki, məktubu necə oxuyacaqlar.
Anası kövrələcək. Atası papiros çəkə-
çəkə qulaq asacaq. Atası onun
məktublarına qulaq asmağı sevirdi. O,
ürəyində yüz faiz əmindi ki, pulu
göndərəcəklər. Birinci anası deyəcək:
göndər. Cəmil də razı olar. Dədəsi
ondan һeç vaxt һeç nəyi əsirgəməyib. O
da һeç vaxt dədəsindən һavayı yerə pul
istəməyib. Bir də düşündü ki, dədəmin
pulu
olar.
Olandan
sonra
niyə
göndərməsin, axı. Deməli, məktubun iki
gün getməyi, iki gün orda qalmağı, iki
gün gəlməyi. Altı gündən, uzaqbaşı bir
һəftədən sonra cavab gəlməlidir.
Altı gün keçdi. Cavab yoxdu. Yusif
nə işləyə bilir, nə evdə-eşikdə dinclik
tapırdı. Yeddi gün keçdi. Heç nə yoxdu
hələ. Nahar fasiləsində o, bufetdə oturub
çörək yeyirdi.
- Boşdur bura? - deyə soruşdular.
- Buyurun, buyurun, - Yusif az qaldı
ayağa dursun.
Direktor müavini boşqabları, bir
stəkan portağal şirəsini stolun üstünə
qoydu. Özü də oturdu.
- Neçədir işlər?
- Sağ olun.
- Dünən baxdın futbola?
- Bəli.
- Axmaq futboldu. Texnikası yox,
ustanovkası yox, əşi... - Başını buladı.
Birdən soruşdu:
- Nə oldu?
Yusif dedi ki, yazmışam evə, cavab
gözləyirəm.
Yuxarı çıxanda o, Yusifə baxmadan
dedi:
- Yusif, qardaş, birdən ürəyinə ayrı
şey-zad gələr.
- Yox, yox! Özüm ölüm yox, vallah
yox, bu nə sözdür?!
Cavab səkkizinci gün gəldi. Özü də
pul yox, posılka kağızı. Bu bir parça
kağızı o, əlində oynadır, bilmirdi
neyləsin. "Bunlar necə adamlardırlar, ə”
Mən də gözləyirəm pul göndərəcəklər”...
Lap dilxor olmuşdu.
Axşam poçta gedib on kiloqramlıq
yeşiyi aldı. Qayıdanda avtobusun içi
heyva iyi ilə dolmuşdu. Adamlar tez-tez
ona və yeşiyə baxırdılar. Ağlına bir fikir
gəldi. Bəlkə pul yeşikdədir. Yadındadır,
institutda oxuyanda anası, məktubların
içinə üçlükdən-beşlikdən qoyardı. Evdə
yeşiyi stolun üstünə qoydu, pencəyini
soyundu, yeşiyi açmaq üçün bıçağı
götürəndə gördü ki, əlləri əsir. Güldü.
"Axmaqlamışam”, - dedi. Yeşiyi açdı.
Yeşik sarı heyvalar və narla doluydu. Bu
onun payı idi.
O, heyva və narları tələsik stolun
üstünə tökdü. Yeşiyin dibindən qəzetə
bükülü nəsə düşdü. "Pul” – deyə ürəyi
çırpındı. "Beş yüz manat pul”. Açdı
qəzeti. "Bu nədir?” Kağızın arasında
sətin parçadan tikilmiş bir uşaq köynəyi
vardı. "Pul hanı bəs?” Köynəyi çevirdi,
qollarına baxdı, silkələdi, heç nə yoxdu.
Köynək əlində durmuşdu. Nəsə tanış
gəlirdi köynək. Harada görmüşdü bu
köynəyi! Hər şeyi bir anda anladı.
Amma anladığı, dərk elədiyi şeyi bütün
daxili ilə,
gücüylə qəbul eləmək
istəmədi. Yad baxışlarla xeyli müddət
köynəyə baxdı, sonra stula oturdu. Əlləri
süstləmişdi. Öz-özünə yavaşdan: "Gör
nə göndəriblər, gör nə göndəriblər”... –
deyə pıçıldayırdı.