Üç aylıq ədəbiyyat dərgisi
17
Bütünlükdə hər evin, həyətin kufulu
varmış.
Ərzaq
–
azuqəni
orada
saxlayarmışlar.
Yayın
ən
isti,
qorabişirənində nə qoysan, ət, toyuq,
azuqə
tərtəmiz,
səpsərin
qalar,
iylənməzmiş. Bizim kufulumuz da dolu
olurmuş ərzaqla. Babamın aşxanasının
bütün ərzağı oraya yığılır, saxlanırmış.
Uşaqkən
taxtapuşa
çıxanda,
orada
keçmişdən
qalma
yağ
çirişlərini
görmüşdük. Qəşəng qablardı, hər biri iki
pud yağ tutardı, qaramtul çirişlərin
üstündə zərif oyma naxışları da vardı.
Buxarının bacasından büküm-büküm
Nikolay pulları çıxmışdı. O vaxt babam
pulu
bürmələyib,
buxarının
içinə
soxmuşmuş… Milyonlarla qızıl əvəzi
pullar, keçmişdi uşaq-muşağın əlinə. O
pullarla uşaqlar alqı-satqı oynayır, alver
edir, borc alıb-borc verirdilər. Axırda
hamısını yandırdılar.
Atam Məmmə danışırdı: “Biz
alış verişdə qızıl pul götürmürdük. Qızılı
xırdalamaq
çətin
olurdu.
Başlıcası
Nikolay pulu-əskinazla işləyirdik”.
Atam
gələcək
qaynatası
Məhəmmədəli
kişinin
əli
altında
böyümüş,
ona
şəyirdlik
etmiş,
ərgənləşmişdi. Məhəmmədəlinin şəyirdi
başlıca məmur, rəislərə , müştərilərə
yemək , xörək aparırdı. Sonralar sərhədçi
məntəqəsinə
çevrilmiş
“Voyenni
qorodok”da bir vaxt, çar dövründə pristav
əyləşirmiş, atam-şəyird onlara xörək
aparırmış. Onlar “Kəfgir”in bişmişini
hamısından dəyərli, ləzzətli sayırmışlar.
Aşbaz ortancıl qızını, üstəlik üstü dəmir
taxtapuşlu mülkünü də şəyirdinə verib,
köçdü
qonşuluqdakı
Qarabulaq
–
Karyagin şəhərinə – Malaqana.
Qalalıların bir tayfası sovet
hökuməti qurulandan bir neçə il sonra
köçüb getdilər qonşu Füzuli – o vaxt
Qaryagin şəhərinə. Çox adam bu adı Qara
gün, qaraygin mənasında anlayırdı. Heç
bilmirdilər bu, Araz üstə Abbas Mirzənin
məğlub etdiyi, öldürdüyü rus generalı
Karyaginin adıdır, qoyublar müstəmləkə
əyalətində bir mahala.
Babamgilin
Karyaginə-
Malaqana köçdüyü, deyəsən, NEP
illəriydi.
Aşbaz
Məhəmmədəli
orada
torpaq – yer alıb yurd salmışdı. Karyagin
rayonu o illərdə Cəbrayıla görə daha
sürətlə böyüməkdə, artmaqda idi.
Bizim, yəni anamın Cəbrayılda
qalmağı
belə
olmuşdu:
Görünür
Məhəmmədəli kişi və Məşədi Əsmət
qızları
Tavadı
şəyird
saxladıqları
Məhəmmədə vermək istəyiblər. Oğlan
razılaşıb. Anamın könlü yoxmuş. Öz
dediyi
təki
“çox şeyi qanmayan,
ağlıkəsməz uşaqmış, qızcığazmış “.
Ailədən ayrılıb Cəbrayılda qalmaq ona
çətin, ağır gəlirmiş. Axır çərşənbə, gecə
Tavad çıxıb qulaq falına, öz baxtını, nə
baş verəcəyini dişəməyə. Səs gəlib:
“Anasını burax, balanı bağla”. Qonşu,
inək sağırmış, qurtarıbmış. Bununla da
qızcığaz işin necə olacağını bilib.
Doğrudan da az sonra onlar qızı və evi
Məhəmmədə
verib, özləri ailəlikcə
köçüblər Karyaginə.
Heç yadıma düşməyib anamdan
soruşa idim, onların toyları, məclisi
olubmu, nişan veriblərmi? Məncə,
evlənmək
busatını anam dadmayıb,
bilməyib. Eləcə qızı verib, valideynlər
çıxıb gediblər.
Sonralar biz Karyaginə tez-tez
gedirdik, Əssə nənəmgilə baş çəkirdik.
Məhəmmədəli
babam
da
Cəbrayıla
gəlirdi. Babam Məhəmmədəli Karyagində
nə işdə idi, neyləyirdi, bilmirəm. Necə, nə
ilə dolanırdılar, onu da bilmirəm. Gərək
ki, işləmirdi. Orada Cəbrayıldakı təki
aşbazlıq
etmirdi.
Aşxanası
yoxdu.
Görünür, bir qədər dolanışıq üçün pul
yığmışdı. Qaryagində onların yaxşı
həyətləri, evləri vardı. Bağçada qəşəng
meyvə ağacları bitirdi, yuxarı kəhrizin
suyu gəlib arxla qapıdan axırdı. Gavalı,
göyəm, şaftalı – hulu, gilas, gilanar, nar,
hər cür meyvə yetişirdi.
Bizim, daha artıq ailəmizdə ilk
övlad Cəmilin yaşını aydınlaşdırmaq üçün
buraya diqqət edək. Anam Tavad ərə
18
№ 2 (14) Yay 2015
gedəndə uşaqmış, özü deyirdi heç nə
qanmırdım. Tarixlə götürdükdə, onun
doğum ili pasportla 11-dir, Məmməninki
900-dür, min doqquz yüz. Bu qədər, on
bir yaş fərqinə bənzəmirdilər. Anam
Məmmənin onlara ilk gəlişini söyləyirdi:
“ Dədəm bir oğlan uşağı gətirdi.Qızlar
yığılıb ona gülür, ələ salırdılar. Sısqa, arıq
gədə idi”. Əsmət nənəm onun əyin-başını
soyundurub yandırır, çimdirir və təzə
paltar geydirir. Acığı tutanda Tavad onun
yadına salır, başına qaxanc eləyirdi.
Nənəmiz orada, Karyagində, qız
da burada doğub törədirdi. Ana ilə qız
eyni vaxtda boylu olurlar. Cəmilin
sənəddə doğuşu iyirmi dördüncü ildir.
Məmmə deyirdi yox, iyirmi altıncı ildi. O,
həmin illərdə Xanlıqda, Mil sovxozuna
fəhlə yığırmış – “verbovşik”miş. Bir kərə
də Xanlıq səmtə iş dalınca gedib
qayıdanda, gəlib görüb ilk övladı
doğulub. Bu, anamın xatırlaması ilə
novruzdan onca gün keçmişdi. Bundan
qabaqsa onun anası Əsmət nənəm
Karyagində doğmuşdu, üç ay qabaq.
Boylu – hamilə qız – Tavad anasının
zahılığında, ona baş çəkməyə gedibmiş.
Anası - Əsmət nənəm ekiz doğubmuş; bir
oğlan, bir qız. Tavad danışırdı ki, qışdı,
körpələri pambığa büküb qoyubmuşlar
sobanın yaxınına, donmasın, üşüməsin.
Uşaqlara ad da qoyubmuşlar. Ekiztayı
oğlan öldü, qız – Şura qaldı. Boylu anam
anasına, körpələrə baş çəkib, Cəbrayıla
qayıtdı. Anasının ekizlərindən sonra onun
da ilk övladı doğulur. Üç ay sonra.
Bilmirəm Şuranın yaşı hansı il sayılır?
Cəmilin yaşı rəsmi sənəddə iyirmi
dörddü, atamın deməyilə iyirmi altıdır.
Mən iyiyrmi altıya inanıram. Əsgərliyə
onu iyirmi dörd təvəllüdlə apardılar.
Müharibə gedirdi, hərbi komissar onların
yaş kağızını alıb qırağa tullamış : “Vətən
çətin gündədir, getməlisiniz”.- demişdi.
Həm də söyləmişdilər sizi zabitlik
məktəbinə göndəririk. İki il təhsil
alacaqsınız, əsgərlik yaşınız da oranı
bitirəndə çatacaq. Onu elə apardılar.
Biz hamımız məktəbə yaşımız
çatmamış getmişik. Mənlə Cəmil daha
tez. Qonşumuz Səkinə xalagildi. Məşədi
Həmid arvadı. Övladları Səttar dayı,
Qaffar dayı, Səriyyə xala və Aminə.
Aminə və Qaffar müəllim idi. Məktəbə
uşaq çatmırdı, qonşuluqda uşaqları özləri
yığıb aparırdılar, “oxuya bilər” deyib
həvəsləndirirdilər. Cəmili də Aminə
müəllimə aparmışdı məktəbə. Sonralar bir
də o yadımdadır, Cəmil bir gün sevincək
gəldi : “Tavad!- dedi: Fərman müəllim
bizim yaşımızı artırıb, komsomola
keçirdi”. Arvad acıqlandı: “Yaşını niyə
artırmısan?!” Burdan da görünür ki,
sənədlərdə Cəmilin yaşı artıq yazılıb.
Doğrusu atamız Məmmə söylədiyidi. Belə
olduqda bizim yaşımız da düzəlir : arada
iki yaş fərqlə, Cəmil iyirmi altı, Vaqif
iyirmi səkkiz,
mən otuz, Ziba otuz iki.
Orada,
Karyagində
övladlar
çoxdan
böyümüşdü.
Məhəmmədəli
kişinin üç oğlu, dörd qızı vardı. Birinci
İbrahim – İbiş dayım, sonra Əbil dayım,
Səfər, qızlar : Tavad, Nabat, Səmayə.
Şura – əkiz tayı, sonbeşik. İbiş dayım
böyükdü, boy-buxunca da hamısından
hündürdü, qol-qanadlı idi. Həm də hirsli,
ərköyündü. O, cavanlığında Cəbrayıda
maarif işçisi, Daşkəsən
kəndində müəllim,
hətta məktəb müdiri olmuşdu. Mənə
deyirlər ki, onda mən dil açmamış körpə
imişəm. İbiş dayım bacısıgildə qalırmış,
əslində elə bu ev onlarındı, atasınındı.
Sonralar hətta mənə elə gəlir ki, Məmmə
o evin pulunu da nə qədərsə onlara ödədi.
İbiş dayım müəllim qalmadı. Gedib girdi
Tibb institutuna, Bakıda, oradan da
köçürdülər İrkutskiyə, ya hansısa Sibirdə
bir şəhərə. Təhsilini orada başa çatdırıb
həkim olaraq qayıdıb gəldi. Müharibə ili
cəbhəyə yollandı, səhra qospitalında rəis.
Özü çox xatalardan qurtulub, yaralı
döyüşçüləri ölümün əlindən almışdı.
Qələbədən sonra evə gələndə sinəsi üç
cərgə orden-medal lenti ilə bəzənmişdi.
Polk komandiri yaralanıbmış,
İbiş dayını çağırırlar qərargaha yardıma.
Gecə təkbaşına oraya yollanır, ayaqla,