«Elm və həyat».–2009.-№2.-S.26-29.
Türk Dünyası Araştırmaları İnstitutunun
Egey Universitetinin dosenti Dr.Yüksel Sayanın
«Azərbaycan əski məzar daşları üzerine bir araştırma: 2006-2007 - yılı çalışmaları»
məqaləsinə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru
Məşədixanım Nemətin cavabı
2007-ci ilin son aylarında Türkiyədən gəlmiş tədqiqatçılar mənə zəng etdilər ki, Şirvanşahlar Sarayında və
Xaçmazda olublar, indi Lənkərana gedirlər, qayıdandan sonra mənimlə görüşəcəklərini vəd etdilər. Lakin
Türkiyədən gəlmiş həmin mütəxəssislər Lənkərandan qayıdandan sonra mənimlə görüşmədilər. Türkiyə Səfirliyində
isə elə adamlardan xəbərləri olmadıqlarını söylədilər.
Nəhayət, 2007-ci ildə mənə zəng eləmiş Türk Dünyası Araşdırmaları İnstitutunun Egey Universitetinin
dosenti Dr. Yüksel Sayan ilə Şəmkirdə təşkil olunmuş Beynəlxalq Konfransda görüşdüm. S. Yüksel konfransda
"Azərbaycan eski mezar taşları iizerine bir araşdırma: 2006-2007 yılı çalışmaları" mövzusunda çıxış etdi. Onun bu
tədqiqatları barədə yazdığım cavabı oxuculara təqdim edirəm.
Müəllif 2006-2007 - ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazə verildikdən sonra
Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax və s. 41 müxtəlif rayonlarda olduğunu, məzar
daşlarının rəsmlərini çəkdiyini, kitabələri oxuduğunu, bədii tərtibatını tədqiq etdiyini iddia edir və yazır: «Geniş
anlamda bu eserlerin Türk kültürü açısından değcrlendirilmesi ve alanındakı literatur eksikliyinin giderilmesi
amaclanmışdır». Deməli, Azərbaycanın məzar daşları indiyə kimi tədqiq edilməmişdir. Dr.S.Yükselin mənim 60
illik tədqiqatlarımdan xəbəri yoxdur (1, 2, 3, 4, 5).
Dr. S.Yüksel rus dilini bilmədiyi üçün qeyd olunan əsərlərdən istifadə edə bilməyib desək, onda
Azərbaycan dilində çap olunmuşlardan niyə istifadə etməyib (6. 7, 8, 9).
Dr. S.Yüksel tədqiqatı guya 9 bölmə üzrə aparmışdır.
I Sənduqə tipli məzar daşı. Mərəzədən bir başdaşılı abidəni qeyd edir və yazır ki, bunlar bölgələrə görə
fərqlidir. Səbəbini isə aydınlaşdıra bilməmişdir.
Bakı-Abşeron, Şamaxı bədii daşyonma məktəbinin əsərləri xanlıqlar dövründə biri-birindən fərqlənmişdir.
Bakı-Abşeron ustalarının düzəltdiyi abidələrdən həm ölçüsünə, həm də formasına görə fərqlənirdi. Bakı-Abşeron
bədii daşyonma sənəti məktəbinin əsərləri yuxarıdan çatma tağ formasında (1, şəkil 51 A, 51 B, 52 A, 52 B),
Şamaxı ustalarının düzəltdikləri başdaşları yuxarıdan 3 pərli və hündürdür (1, şəkil 60 A, 60 B, 60 V, 61 Л, 61 B,
61 V).
II Çatma Lahit Tarzındaki Şahideli Mezarlari.
«Bu tip mezar taşlarının en güzel örnekleri Bakü-Buzovna Köyünün eski mezarlığında bulunmaktadır»
(şəkil 2). Dr.S.Yüksel bu şəkildə verilən abidələrin gözəlliyini nədə görür?
Bakı-Abşeron bədii daşyonma məktəbi ustalarının, o cümlədən Seyid Taha Bakuinin hazırladığı sənduqə,
başdaşı formalı abidələr forma, bədii tərtibatına - nəbati-həndəsi naxışlar, memarlıq ünsürləri-stalaktitli taxçalar,
sütunlar, mətn tərtibatına - Quran ayələri, hədislər, mənzum kitabələrinə görə həddən artıq orijinaldır. Bu məktəbin
əsərləri Abşeronun Bilgəh və digər kənd qəbiristanlıqlarında da var (2).
Buzovna qəbiristanlığındakı şəhid Məhəmməd Zamanın (vəf. H. 1039 = 1629/30 il) sənduqəsində Seyid
Tahanın adı yazılmışdır (2, s. 77).
Bu məktəbin əsərləri Qəbələ rayonunun Həmzəli və Həzrə kənd qəbiristanlıqlarında da var (3, N: 451 – 487
A).
IV bölümdə (Anit tipli mezar taşları) Qax rayonunun İlisu kəndində Came məscidinin yanındakı məzar
daşlarının şəklini verir və yazır: «Türk mezar kültüründe başka örneğini bilmediğimiz yeni bir mezar tipini de tesbit
etme olanağı bulduk». Lakin ərəb dilini bilmədiyi üçün bu məzarların kimlərə aid olduğunu yazmır (3, N 497-498).
Eyni formalı məzar abidələri İlisuda Tovla-Tala qəbiristanlığında da var (3, N: 522, 527, 541).
Burada dəfn olunanlar Türkiyə sultanları tərəfindən İlisu, Şəki hakimi təyin olunmuş Əli Sultan paşa (vəf.
h. 1145 = 1732/33 il), oğlanları Xəlil Sultan paşa (vəf. h. 1150 = 1737/38 il) və Məhəmməd Sultan paşadır (vəf. h.
1171 = 1757/58 il).
Bunlar Türkiyə tərəfində, müharibədə şəhid olmuşlar.
Mən Əli Sultan paşanın Gəncə yaxınlığındakı Sıqnaqda şəhid olduğunu aydınlaşdırmışam (3, 20, 21).
Sıqnaqda Rusiya tərəfindən Türkiyəyə qarşı xalq hərəkatı başlamışdı. Əhali Türkiyə dövlət xəzinəsinə vergi
vermir və tabe olmaq istəmirdi. Türkiyə sultanının əmrinə görə Əli Sultan paşa ordu ilə Gəncədəki Türkiyə
ordusuna qoşulub, Sıqnaqdakı hərəkatı yatırmalı idi. Məhz onun Sıqnaqdakı müharibədə şəhid olduğunu tarixi
sənədlərə əsasən dəqiqləşdirmişəm (3, 20, 21; 21, 1184, 1185).
Lakin oğlanlarının hansı müharibədə şəhid olduqlarını aydınlaşdıra bilməmişəm. Onlar da paşa titulu
daşımış və Türkiyə tərəfində olmuşlar.
Dr. Yüksel Sayan yaxşı olardı ki, Türkiyə arxivlərində onların hansı müharibədə şəhid olduğunu tədqiq
edib, bir nəticəyə gələydi.
Əli Sultan paşanın üçüncü oğlu Əhməd xan isə İrana meyl etmiş və Nadir şahın qardaşı oğlu İbrahim xan
tərəfindən İlisu hakimi təyin olunmuşdur (3, s. 22).
Azərbaycan-Türkiyə siyasi münasibətlərinə dair maraqlı məzar daşları da əhəmiyyət kəsb edir. Sayın
Yüksel cənabları əgər belə məzar daşları olan bölgələrdə olubsa, bəs niyə bu abidələri nəzərdən qaçırıb?
1801-ci ildən Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra sünniləri şiələrə qarşı qoymaqla, onun ağır
müstəmləkəçilik siyasətinə qarşı gedən xalq azadlıq hərəkatını zəiflətməyə çalışırdı. Türkiyə bunun qarşısını
almaqdan ötrü sünni cəmiyyəti olan Nəqşibəndiyyənin Ələviyyə qolunu yaradıb, sünni və şiələri eyni cəmiyyətdə
birləşdirmişdi.
Bu cəmiyyətin əsasını Şəkinin Bakkal kəndinə Türkiyədən gəlmiş Şeyx Mahmud Əfəndi qoymuşdur. Onun
müridləri - Şəkinin Baş Laysk kəndində Şeyx Nurullah, Balakənin Katex kəndində Şeyx Oruc Əfəndi fəaliyyət
göstərmişdir (3, 35, 40 - N 841, 41 – 42 N - 596, 668).
Nəqşibəndiyyənin Ələviyyə qolunu Bosniyada Türkiyədən gəlmiş Şeyx Hüseyn Əfəndi yaratmışdı (23, 196;
3,41; 21, 1188-1192). Azərbaycanda Nəqşibəndiyyənin əsasında yaranmış müridizm hərəkatına Mövlana Xalid
Bağdadinin davamçısı Şeyx İsmayıl Siracəddin Şirvani rəhbərlik etmişdir. Onun xanəgahı Kürdəmirdə idi.
1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra Şeyx İsmayıl Siracəddin
Şirvani Türkiyədən Aksikaya, sonra Amasiyaya gedir və orada 1847-ci ildə vəfat edir. Türbəsi Amasiyadadır (22,
348, 349).
Bakı-Şamaxı yolunun yüz kilometrliyində Acıdərə çayının kənarında, təpənin üstündə, üzərində sənduqə
formalı qəbir daşı qoyulmuş (1,25 x 0,55 x 0,37 m), Azərbaycanda 1918-ci il mart qırğınları zamanı şəhid olmuş
türk zabitinin məzarı vardır. Məzar üzərindəki kitabədə deyilir:
"Bir Türk oğlu qəhrəmanındır bu məzar
Gör necə yer ilə yeksan eyləmişdir xakzar
Qafqaz islamı yolunda eyləyib zinhar canın
Ərseyi hərb icrə bir Aslanındır bu məzar.
Bu qəbir Osmanlı alayı qoşunlarından olan zabitindir. Qafqaza gəldi, müharibə etdi və şəhid oldu" (9,
83-84, şək. 50; 24, 16-17).
Şəhid olmuş digər türk əsgərinin məzarı Ordubad rayonunun Dırnıs kənd qəbiristanlığındadır. Onun mozar
daşı üzərində yeni qranit abidə qoyulmuş, kiril əlifbası ilə "Həsən Bəşir, Türk oğlu 1880-1918 yadigar" sözləri
yazılmışdır (9, 84-85). I məzar daşında şəhidin adı yazılmamışdır.
Sayın Yüksel yaxşı olardı ki, bunu Türkiyənin tarix arxivlərində axtaraydı.
V bölüm «Şehidesi (başdaşı) Qapı Yönlü Mezarlar küçük divarlar içerisine yerleştirilmiş oldukları
görülmektedir». Bunu bir binanın giriş qapısına bənzədir, yazır: «Bazi mezar taşlarının üzerinde - Kabir bir kapıdır,
her kes ondan keçecektir - anlamında hadisin yazıldığı görülmekle ve kabirin kapısı olarak da şahideler (başdaşılar)
bu şekilde yapılmaktadır. Anсак burada kapı açıklığı bulunmamakta, böylece kapıdan bedenin değil. ancak ruhun
geçe bileceği ifade edilmektedir».
Əvvəla, «Ölüm elə bir kasadır, hamı ondan içməlidir. Qəbir elə bir qapıdır, hamı ondan keçməlidir» sözləri
bəzi tədqiqatçılar tərəfindən səhv olaraq, hədis kimi qəbul olunmuşdur.
Bu, şair ərəb Əbül Ətahinindir (VIII-TX əsrlər). Saray şairi Ətahi öz azadixah şeir və mahnıları ilə xalq
arasında şöhrət qazanmışdı (10, s. 29, 30).
V.A.Kraçkovskayanın fikrincə, həmin şeir sonrakı dövrlərdə Bağdaddan İrana, Reyə, daha sonra Səlcuqilər
zamanında Kiçik Asiyaya keçmiş və oradan da Şimali-Şərqə və Şimali-Qərbə yayılmışdır (11. s. 48).
Azərbaycan bədii daşyonma ustalarının yaradıcılığında da şair Əbül-Ətahinin təsiri hiss olunmaqdadır(12,
s. 113-115).
İkincisi, Azərbaycanın şimal-qərb rayonlarında inşaat materialı çaylaq daşı olduğu üçün, ona forma vermək
mümkün deyildi. Ona görə də o başdaşları taxçaların içərisinə qoyulurdu.
Dr. S.Yüksel Azərbaycanda bədii daşyonma məktəblərindən xəbərsiz olduğu üçün belə səhvə yol vermişdir.
VII bölmədə at və qoç heykəlli məzar daşlarından söhbət gedir. Azərbaycanda at və qoç heykəlli məzar
daşları çoxdur. Bu barədə Azərbaycan alimləri tərəfindən kifayət qədər tədqiqat aparılmış və qiymətli əsərlər
yazılmışdır (1; 13; 20).
İsa Əzimbəyov tərəfindən 77, Fəxrəddin Səfərli tərəfindən 150 at, qoç heykəlli abidələr ancaq Naxçıvanda
aşkar edilmişdir (14; 15).
Azərbaycanın epiqrafik abidələri, o cümlədən məzar daşlarına əsasən Azərbaycanda bədii daşyonma sənəti
məktəbləri, bu məktəblərin əsasını qoymuş usta həkkak, xəttatların və onların davamçılarının adları, fəaliyyətlərinin
xronoloji çərçivəsi, əsərlərinin yayıldığı sahələr müəyyənləşdirilmişdir (1; 2; 3, 4; 5; 8 və s).
«Azərbaycanın epiqrafik abidələri toplusu»nun (rus dilində) II cildində Şəki-Zaqatala bölgəsində bizə qədər
elm aləminə məlum olan 8 nəfər usta həkkak, xəttat, memarın siyahısına 147 nəfər əlavə olunmuşdur. Bakı-Abşeron
üzrə 105 nəfərin adı, digər bölgələr üzrə də belə əlavələr olunmuşdur.
Çaylaq daşı üzərində həkketmə çox çətin olmasına baxmayaraq, şimal-qərb bölgəsinin ustaları
əvəzolunmaz. gözəl sənət əsərləri yaratmışlar (3, səh. 325, şəkil 713, 714, 717).
Dr. S.Yükselin bu abidələrdən xəbəri yoxdur. Ona görə də onun bəhs etdiyi məzar daşları Azərbaycan bədii
daşyonma əsərləri üçün nümunə ola bilməz.
VIII bölmədə Bakıda İçərişəhərdəki müxtəlif formalı kitabədən bəhs edir. Bu, nə deməkdir?
IX bölmədə «Cami formalı Mezar taşlarından» bəhs edərkən müəllif «Məscid formalı kitabə» deyə
Maştağanın Seyidlər kəndindəki məscidin fotosunu vermişdir.
Dr. S.Yüksel bu fotonu verməklə, Azərbaycanda üzərində Came təsviri olan başdaşılarının olmasını sübut
etməyə çalışmışdır.
Üzərində Came təsviri olan məzar daşları Batu Anadolu bölgəsində də vardır. Bu barədə Gül Tunc-el ətraflı
tədqiqat aparmış və əsər çap etdirmişdir. Onun oxuculara təqdim etdiyi əsərdəki bütün başdaşılarının yuxarı
hissəsində came (məscid) təsvirləri vardır (16).
Azərbaycanda isə belə abidələr yoxdur. Belə uydurmalara yol vermək olmaz!
«Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) tarafından desteklenen bu projemiz 2006
yazında hayata geçirilmiştir» deyən müəllif Azərbaycanda Türk mədəniyyətinin bir hissəsi olan məzar daşlarını
tədqiq edib «önemli eserlerin ayrıntılı biçimde incelenerek, bunların bilimsel yollarına bölgelendirilmesi ve
tanıtılması... ve alanındakı literatur eksikliyinin giderilmesi amaclandırılmıştır», - deyir.
Müəllifə görə, demək Azərbaycanda indiyə kimi məzar daşları tədqiq edilməmiş və o, Azərbaycan məzar
daşlarını Türk mədəniyyətinin bir hissəsi kimi oxuculara təqdim etməkdədir.
Əvvəla, Türk mədəniyyəti dedikdə, müəllifin nəyi nəzərdə tutması aydın deyil.
Türkiyə ərazisində olan məzar daşları forma və bədii tərtibatına görə nəinki Azərbaycan məzar daşlarından
fərqlənir, eləcə də Türkiyənin ərazisindəki məzar daşları biri-birindən fərqlənir. Çünki hər bölgənin özünəməxsus
bədii daşyonma məktəbləri olmuşdur. Azərbaycan ərazisindəki bədii daşyonma məktəblərinin əsərləri də
biri-birindən əsaslı surətdə fərqlidir. Gül Tuncelin (16) və prof. Dr.Beyhan Karamağarlının (17) əsərlərində bunu
aydın görmək olur.
Türkiyədə məzar daşlarına (16, 17) və memarlıq abidələrinin (18. 19) tədqiqinə ауrı-ауrı əsərlər həsr
olunmuşdur.
Mən məzar daşlarının ayrıca tədqiqinə həsr etdiyim əsərimdə (1) ümumiyyətlə, həm memarlıq abidələri
üzərindəki inşaat kitabələrini, həm də məzar daşları üzərindəki kitabələri - epitafiyaları nəzərdə tutaraq birlikdə çap
etdirmişəm (2, - 3; 4; 5, 6; 7; 8, -9).
Dr.S.Yüksel isə ərəb, fars və rus dillərini bilmədiyi üçün mənim 60 illik ömrümü sərf edib Azərbaycanın,
həm də tarixi ərazisindəki abidələri tədqiq edərək, çap etdirdiyim əsərlərimdən heç istifadə etməmişdir.
Elmdə belə səhvlərə, biganəliyə yol vermək olmaz!
Dr. S.Yükselə yazdığı həmin əsəri bizə göstərməsini təklif etsək də o, buna razılıq vermədi. Ona görə də bu
cavabı onun işlədiyi «Egey Ünivesitesi Türk Dünyası Araştırmaları Enstitütü»nə (İzmir-Türkiyə) göndərməyi lazım
bildim.
Mən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə də bu barədə məlumat vermişəm. Onlar qeyd olunan
İnstitutla əlaqə saxlayıb, Dr.S.Yükselin kitabının Azərbaycan Milli Elmlər Akademiyasına göndərilməsini tələb
edəcəklər.
Ədəbiyyat:
1. М.С.Нейматова. Мемориальные памятники Азербайджана. Б, 1981.
2.
М.С.Неймат.
Kopnyc
эпиграфических
памятников
Азербайджана,
том
I.
(арабо-персо-тюркоязычные надписи Баку-Абшерона Х1-начало XX века), Баку, «Элм», 1991.
3. М.С.Неймат. КЭПА том II (арабо-персо-тюркоязычные надписи Шеки-Закатальской зоны XIV
-начало XX века), XXI YNE, Баку 2001.
4. Мешадиханум Неймат, КЭПА, том III (Арабо-персо-тюркоязычные надписи Нахичеванской АР,
XII - начало XX века) XXI YNE, Баку 2001.
5. М.С.Неймат. КЭПА, том IV. (арабо-персо-тюркоязычные надписи Куба-Хачмазской зоны и
Южного Дагестана (VHI - начало XX вв.), Баку «Нурлан», 2008.
6. M.S.Nemətova. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair (epiqrafik abidələr əsasında). Bakı,
1959.
7. M.S.Nemətova. Azərbaycanın epiqrafik abidələri (XVII-XVIII əsrlər). Bakı, 1963.
8. M.S.Nemətova. Əsrlərin daş yaddaşı. Bakı, 1987.
9. Məşədixanım Nemət. Azərbaycanda pirlər (sosial-ideoloji, iqtisadi-siyasi mərkəzlər). Bakı, 1992.
10. Академ. И.Ю.Крачковский. Поэтическое творчество Абу-л-Атахин, Избр. Сочинения том II, М-Л,
1953.
11. В.А.Крачковская. Новая арабская надпись из Молдавской ССР, «Эпиграфика Востока», том XIII,
М-Л, 1960.
12. M.S.Nemotova. Həzrə abidələrinin kitabələri (XVI əsr), Az.SSR Tarix İnstitutunun əsərləri, XVI c.,
Bakı, 1963.
13. Расим Эфенди. Каменная пластика Азербайджана, Баку, 1986.
14. И.Азимбсков. Мусулманские надписи Тифлиса, Еревани и Нахичевань АР ССР, Изв.
«Азкомстариса» вып. IV, Баку, 1929.
15. Fəxrəddin Səfərli. Naxçıvanın ərəb-farsdilli kitabələri (XVI-XIX əsrlər) tarix-mədəniyyət abidəsi kimi.
Bakı, 1987, AMEA Tarix İnstitutunun elmi arxivi, inv. N 8383.
16. Gül Tuncel. Batu Anadolu bölgesinde Cami tesvirli mezar taşları. Ankara, 1949.
17. Веуһаn Karamağaralı. Ahlat mezar taşları. Ankara, 1992.
18. Bıırsa. T.C.Kültür Bakanlığı. Ankara, 1996.
19. Yrd.Doç.Dr.Mehmet Top. Hoşaptaki Mahmudi beylerine ait mimari eserleri. Ankara, 1998.
20. Rasim Əfəndi. Azərbaycan dekorativ-tətbiqi sənətləri. Bakı, 1976.
21. Meşedi Hanim Nimet. Azerbaycanda 17. yüzyıl sonrası ve 20. yüzyıl öncesinde Nakşibendiyye
cemiyyetleri merkezleri. Atatürk Kültür Merkezleri Erdem, Özel sayısı - III, Ankara, Ocak 1997.
22. Evliyalar Ansiklopedisi, c.7, İstanbul, 1992.
23. Hamid Algar. Some notes on the Nagshibandi tarigat in Bosnia "Die Welt des İslamis", XIII, 1972.
24. Prof. Dr. Meşhedihanim Nemet. Şehid Türk zabitinin mezari Ziyaretgahdır. Mina, Nisan 1992, Yil; 4
sayı: 29.
Dostları ilə paylaş: |