da yalan yox idi”. Altınci boyda deyilir “oğuz zamanında Qanlı Qoca de-
yilən bir ər var idi ”. İndi bu mə`lumdur ki, türklərin özlərinin arasında
onuncu əsrin ortalarından başlayaraq oğuz termini tədricən “Türkmən”
sözü ilə əvəz olunmağa başlayıb və bu proses on üçüncü əsrin əvvəllərinə
qədər tamamlanıb. Türkmənlər bütövlükdə olmasa da, əsasən islamı qə -
bul etmiş və oturaq həyata başlamış oğuzlardan ibarət Turk tayfası idi
(bununla belə, qeyd olunmalıdır ki, bu fakt birmə`nalı deyil və müasir
türk mən tayfaları, əsasən, hələ də köçəri həyat tərzinə malikdirlər). Elə
buna görə də fərz oluna bilər ki, “Kitab” XIII əsrin əvvəllərindən e`ti ba -
rən bugünkü halını almağa başlayıb. Lakin şübhə yoxdur ki, boyların əsas
hissəsinin tarixi daha uzaqlara gedir.
Boylardakı oğuzlar öz həyatlarını qoyunçuluq təssərrüfatı hesabına
tə`min etdikləri üçün, bütün tayfa yaylaqdan qışlağa, qışlaqdan yaylağa
köçür. Əsas təsvir olunan xarakterlər yüksək təbəqəyə mənsub olan insan-
lardır. Əsasən arxa planda qalmasına baxmayaraq, oğuzların başında bö -
yük xan Bayındır durur. Cəmiyyətin idarəsi onun kürəkəni Salur Qaza nın
əlində cəmlənib. İki maraqlı şəxs səkkizinci boyda Təpəgözün atası olan
çoban və ikinci boydakı igid, hazırcavab, şən və qeyri-adi dərəcədə güclü
olan Qaraca çoban istisna olmaqla bu əsərdə adi insanlara demək olar ki,
rast gəlmirik. Əsas personajlar bəylər və onların xanımlarıdır. Salur
Qazanın xanımı Ucaboylu Burla Xatun qadınlara rəhbərlik edir. Oğuz
qadınları üçün işlədilən “ag üzlü” epitetini “ag dərili” şəklində tərcümə
etmişəm, çünki ingilis dilində bu ifadə qorxu ilə əlaqədardır. Qoyun çu -
luqla məşğul olan bir cəmiyyətdə günəşdən qaralmamaq sərvət və mövqe
göstəricisi idi. Lakin oğuz xanımları çox böyük sərbəstliyə malik idilər və
heç də həmişə evdə sakit oturmurdular. Üçüncü boyda Bəy Bican Allaha
dua edir ki, ona qız övladı versin və onun duası qəbul olu nur. Onun qızı
Banu Çiçək “aydan təmiz, gündən gözəldir”, lakin o, birinci dərəcəli sü -
vari, oxatan və pəhləvandır. Dördüncü boyda Burla xatun öz oğlunu kafir-
lərdən azad etmək üçün döyüşlərdə fəal iştirak edir. Məhz o, düşmən
bayraqdarını qılıncla vurub yerə sərir. Altıncı boyda Qan Turalının ideal
gəlini (baxmayaraq ki, o, onu gətirmək üçün oğuzun hüdudlarından kə -
nara getməli olur) elə bir xanımdır ki, “mən qanlı kafir elinə çatmamış o,
artıq ora çatmalı və mənə bir neçə baş gətirməlidir”. On üçüncü boyda
“soldıran soy” şikayətlənir ki, ərə gələndən bəri o, heç vaxt yaşmaq tax-
mayıb, lakin yaşmaq isə ciddilik rəmzi ola bilərdi. Lakin onun sözləri heç
də cəmiyyətdə bir çadra sisteminin mövcud olmasına işarə deyil. Eyni
2011/
111
30
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
epizodu üçüncü boyda yaşmaq arxasında gülən xanımlara, xüsusilə iki
qadın haqda deyilənlərə də aid etmək olar.
Bəylərin və xanımların yaşadıqları evlər bugünkü türkmən tayfalarının
yaşadıqları çadırları xatırladır. Onlar arı pətəyi formasında olan çərçivə
üzərinə keçə çəkilməklə hazırlanır. Boylardakı çadırlar çox gözəldir, dəb-
dəbəli şəkildə bəzədilib və orada yaşayanlara yaraşır. Onların “qızıl bacalı”
evləri ona dəlalət edir ki, bu çadırlarin çərçivələri qızıldan hazırlanır.
Boylardakı islam çalarlarına baxmayaraq, onlar çox qədim adətlərlə
doludur və onların bə`zilərı türklərin şaman ayinlərini icra etdikləri bir
dövrə təsadüf edir. Qəhrəman öldükdə qohumları yas mərasimində onla -
rın atını kəsirlər (4-cu və 10-cu boylar). Beyrək ölərkən xahiş edir ki,
onun atının quyruğunu kəssinlər (12-ci boy). Döyüşdə qəhrəmanlıq nü -
ma yiş etdirməyənə qədər oğlan uşaqlarına ad verilmir. Axırıncı, bu adətin
qədimliyi qədim əlyazmalarda belə təsvir olunur. “Mənim ərlik adım
Yaruk Tegindir və mənim kiçik qardaşımın ərlik adı Yaruk Tegin oldu”.
Qəhrəmanlar bədbəxtçiliklə üzləşdikdə onlar qanlı göz yaşları tökür. Bu
heç də tamamilə metaforik bir mahiyyət daşımır, çünki qədim zamanlar-
da türklərin yas mərasimində yas saxlayanlar üzlərini cırar və onlarin göz
yaşı qanla qarışardı.
İslam çalarlarının islamdan əvvəl yaranmış bu boylara sonradan əlavə
edildiyini görmək üçün elə də araşdırma aparmağa ehtiyac yoxdur.
Boylardakı düşmənə “kafir” deyilir və qəhrəmanlar çətinliyə düşdükdə
Məhəmməd peyğəmbərə salavat çəkir və müsəlman rituallarını icra
edirlər. Lakin boylarda adi vəziyətlərdə onların bu kimi ayinləri icra et -
mələrini göstərən heç bir dəlil yoxdur. Onlar təkarvadlıdırlar, əksər mü -
səl manlardan fərqli olaraq at əti yeyirlər (baxmayaraq ki, bu Qur`anda
qadağan edilməyib), çaxır və kımıs içirlər. Boylardakı bə`zi islam adətləri
və inancları ilə bağlı onlarda kifayət qədər mə`lumat yoxdur (bax 66, 150,
151-ci qeyidlər) və beşinci boydakı bə`zi detallar göstərir ki, qəhrəman
adi dini bilgilərdən xəbərsizdir. Birinci boyda sübh çağını təsvir edən və
iki dəfə təkrarlanan şe`r parçasında belə bir misra var: “uzun saqqallı”. Bu
göstərir ki, bu sətirlər düzülüb qoşulanda türklər islama yad deyildilər,
lakin bu onu da göstərir ki, onlar islamla təzə-təzə tanış olurdular.
Adı kitaba verilmiş Dədə Qorqud, oğuzların gələcəkdən xəbər verəni,
baş şamanı və ozanıdır. Məşhur, müqəddəs və ruhani adamlara verilən
dədə (baba) adı indi də Türkiyədə eşidilməkdədir. Məhz o, qəhrəmanlıq
göstərdikdən sonra adamlara ad verir; çətinliyə düşdükdə oğuzların məs-
2011/
III
31
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |