|
Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?dokumen.tips tbb-bacisi-xtsasi-oezr-noemunv-test-suallari-blm-isnskazsnskfile2019-04-2311-51-27pdf79. Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?
A) Sidik –ifrazat sistemi
B) Tənəffüs sistemi
C) Ürək-qan-damar sistemi
D) Həzm sistemi
E) Cinsiyyət sistemi
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür,
əsasən bağırsaq diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan
operasiyalardan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş
kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru qoyulur. Ədəbiyyat: N.R. Paleyevin
redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008.
80. Nikturiya nədir?
A) Sidiyin xüsusi çəkisinin sabit qalması
B) Gecə sidiyinin miqdarının çox olması
C) Sidikdə qanın olması
D) Sidikdə irinin olması
E) Gecikmiş sidiyin xaric olması
Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının
yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –
damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı
müşahidə olunur. Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224.
“Təhsil” . Bakı 1998.
81. Tibb bacısının sərbəst fəaliyyəti nədən ibarətdir?
A) Həkimin müalicə-diaqnostik təyinat planını yerinə yetirmək
B) Gün ərzində xəstənin aktivliyinə, istirahətinə nəzarət etmək və məsləhətlər vermək
C) Həkimin verdiyi təyinatlara əlavələr etmək
D) Xəstənin müalicəyə göstərdiyi reaksiyanı müşahidə etmək
E) Həkimin verdiyi təyinatların vaxtını dəyişmək
24
Tibb bacısı həkimin bütün göstərişlərinə sözsüz əməl etməlidir, lakin bundan başqa
onun sərbəst fəaliyyəti də vardır. Onlardan biri də gün ərzində xəstələrə nəzarət,
onların istirahətini təşkil etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb
bacısının məlumat kitabı”. Səh.6-7 “Azərnəşr” Bakı 1984
Dostları ilə paylaş: |
|
|