The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
67 
 
həmin naməlum və sirli yerdə bəşəriyyətin gizləndiyini deyirdi. Bir dəstə 
neandertal ulduz cığırının üstüylə yorğun-yorğun addımlayırdı...  
Səhər yuxudan duranda balaca qızımı yerin içində gördüm. Mən yuxuda olarkən 
böyrümə girmişdi, neandertala oxşatdığı atasına sığınmışdı və mışıl-mışıl yatırdı. 
Baba, ata və bala bir yerdə uyuyurdu… 
Qızımı oyatmadım, asta addımlarla yataq otağına yaxınlaşdım. Oğlumla arvadım 
hələ də yatırdılar. Mətbəxdə paltaryuyan maşın işləyirdi, stolun üstündə səhər 
yeməyi vardı. Arvadım hazırlığını görüb yenidən yerinə girmişdi və gec 
yatmağının əvəzini çıxırdı. 
Bir stəkan şirin çay içəndən sonra ehmalca evdən çıxıb qapını qıfılladım. 
Planlaşdırmaya gecikmişdim. Bir bahənə lazımıydı. İlk ağlıma gələn Azıx oldu. 
İmranbəyin danışdıqlarının mahiyyətinə varmaq üçün mağara barədə bilgilərimi 
artırmalıydım. Bu, gələcəkdə boş vaxt qazanmağım üçün də lazımıydı. Ona görə 
də şöbəyə dəymədim, birbaşa müdirin otağına getdim və məqsədimi ona dedim. 
Agentliyimizin çəlimsiz və qaraqabaq rusdilli direktoru məni hövsələ ilə dinlədi, 
amma cavabı tərsmütənasib oldu: 
- Nə Azıx? Nə Azıxantrop? Bu hardan yadına düşdü?! - deyə təəccübünü 
gizlətmədi. - Biz bu cür məsələlərlə maraqlanmırıq. Bizimki xəbər hazırlamaq və 
onu yaymaqdır, araşdırma bizlik deyil. 
- Yəqin internet portallarına baxmırsınız. Fikir versəydiniz görərdiniz ki, ermənilər 
hər yerdə Azıx mağarasını öz adlarına çıxırlar. Fransızlar, almanlar isə ilk insan 
məskənlərinin onların ərazisində olduğunu deyirlər. Afrikalı yazıqlara heç qulaq 
asan da yoxdu. Onlara cavab vermək lazımdır. Məqaləni internetdə yerləşdirərik. 
Sübut edərik ki, ilk adam azərbaycanlı olub. Özü də harda - işğal altında olan 
Qarabağda.  
Mən İmranbəyin dediklərinin üstünə beşini də qoyub müdirə dedim. Yəhudi 
ləhcəsilə danışan müdirimiz mənə tərs-tərs baxdı, başımın yerində olub-olmadığını 
soruşdu. Mən təmkinimi pozmadan dedim: 
- Bir az vətənpərvərlik eləsək, xeyrimizə olar, qarşıdan da seçkilər gəlir. 
Seçkilər məsələsi bədahətən yadıma düşdü. Üç aydan sonra parlament seçikləriydi, 
orada iştirak eləmək direktorumuzun da ürəyindən keçirdi, bu mənada 
vətənpərvərlik məsələsi yerinə düşürdü. Özüm də istəmədən müdirimizlə alverə 
girişmişdim. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
68 
 
Son sözlərim onu düşünməyə məcbur elədi. Ona diqqətlə fikir verdim. Müdirimiz 
qaşqaldağa oxşayırdı, qapqaraydı, sanki anası onu mazutun içində doğmuşdu və o 
vaxtdan çimməmişdi. Qaralığı bir yana, yumor hissindən tamam məhrumuydu, 
acıdil və eqoist idi. Bu cür adamların içində qurdların qaynaşdığını dərhal sezirsən. 
Mən onun cavabını gözləmədən dedim: 
- Biz, yəni mən və kollektiv belə fikirləşir ki, deputatlığa namizədliyinizi versəniz, 
seçkiləri udarsınız. Sizdən layiqli namizəd tanımırıq. 
Mən ona əməlli-başlı yaltaqlanırdım. Göbbelssifət müdirimiz bir az fikirləşəndən 
sonra eynəyini çıxarıb gözlərini ovuşdurdu, sonra boynunun dalını qaşıdı, 
qalstukunu düzəltdi və dodağının altında nəsə mızıldandı. Onun nə dediyini 
anlamadım, amma üzünün ifadəsindən və mənə heç bir söz deməməsindən başa 
düşdüm ki, təklifimə razıdır. 
- Necə istəyirsən, elə də et, - nəhayət, o, dodaqlarını qaçırtdı, - amma sən 
dediklərin sayıqlamaya oxşayır.  
Deyəsən, deputatlıq və onu dəstəkləməyimiz barədə moizəm xoşuna gəlmişdi, ona 
görə də ürəkləndim və dedim: 
- Sayıqlayan təkcə biz deyilik ki… Hamı sayıqlayır. Bəzən dəlidən doğru xəbər də 
çıxır. Göbbels necə deyirdi? Yalanı bol elə, adamlar bir azdan onun həqiqət 
olduğuna inanacaqlar. 
- Hmmm, - müdir yenidən mızıldandı. 
Mən redakisyadan çıxdım və Milli kitabxanaya yollandım. 
Kitabxanada Hüseynov və Cəfərov soyadlı müəlliflərin «Azərbaycanda paleolit» 
dövrü adlı 18 səhifəlik broşüründən başqa bir şey tapmadım. Məşədi İbadın 3 
vərəqdən ibarət «Tarixi-nadir» kitabını oxuması barədə etirafları və yekə-yekə 
danışması yadıma düşdü, gülümsündüm.  
Broşürda toplanan məlumatlar Azıx haqqında elmi məlumat verirdi. Bütün bunlar 
mənə lazım deyildi, çünki İmranbəy bunu artıqlamasilə mənə demişdi. Mağaranı 
isə özüm görmüşdüm, daha doğrusu, orda yaşamışdım. 
Azərbaycanlı alimlərin kitabçası məni məyus elədi. Bu boyda tarixi fakta belə 
xırda yanaşma olmazdı. Heyf, həmin tədqiqatlara çəkilən xərcə! İmranbəy durduğu 
yerdə, dövlətdən heç nə istəmədən, təkbaşına möhtəşəm və mütəqəlqəl iş 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
69 
 
görmüşdü. Bu «mütəqəlqəl» sözünün mənasını bilməsəm də, çox pafoslu 
səsləndiyinə görə onu sevirəm... 
Özümüzdən bir şey çıxmadığına görə, özgələrin «bostanına» girişdim. Kitabxana 
bələdçisi qədim dövrlə bağlı Rodi qardaşlarının kitablarını məsləhət gördü. Həmin 
tarixi romanlar maraqlı olsalar da, uzun-uzadı və cansıxıcıydı. Buna baxmayaraq
mənə lazım olan məlumatların bir qismini də oradan tapa bildim.  
Bütün bu axtarışlar mənə anlatdı ki, ən yaxşısı, İmranbəyin Azıxantrop haqqında 
əhvalatına (müdir demiş, sayıqlamasına) sona qədər qulaq asmaq və hominidi öz 
gözlərimlə görməkdir. Birdən mənə elə gəldi ki, hominid deyilən bir şey yoxdur. 
Bu, İmranbəyin uydurmasıdır. Olsaydı, bunu bizdən çox-çox irəlidə olan 
avropalılar çoxdan kəşf eləmişdilər. Bəs, qar adam? Onu ki görüblər! Deməli, qar 
adam klonlaşdırılmış hominiddir, sadəcə qaçıb aradan çıxıb. Hə, barmağımı 
dişlədim, deməli, İmranbəy düz deyir. Amerikalılar bu kəşfi çoxdan ediblər və 
istəmirlər ki, başqa millətlər də buna nail olsunlar. Avropalıların hominidini də 
qaçırıb dağa-daşa salanlar elə yankilərdir. Çox düşündüm və bu qənaətə gəldim ki, 
keçmiş sinif yoldaşımı, indiki həmfikirimi, əqidə dostumu sona kimi müdafiə 
eləmək lazımdır. Bu millət və xalq üçün ölüm-qalım məsələsidir. Ekzellənt... 
Bu qənaətlə səhərisi günü axşam İmranbəyin yanına getdim. Ona qədər isə başımı 
adi məişət qayğıları ilə qatdım. Bazara əliboş gedib, əlidolu qayıtdım. Qayıdandan 
sonra evin pəncərələrini bərkitdim, paltar asılan ipləri dəyişdim. Bir dəfə də 
qəhrəmanlıq elədim, arvadım az qalmışdı ki, balkondan yıxılsın, onu tutdum. Bax 
belə!!! 
 
* * * 
 
Mən İmranbəyin «hücrə»sınə gələndə şər çoxdan qarışmışdı, bir azdan çaqqalların 
«simfoniyası» başlayacaqdı. İçəri girəndə dərhal ağ arakəsmənin arxasına fikir 
verdim, daha doğrusu, gözlərim onu aldı, amma təəccübdən quruyub qaldım, 
arakəsmənin o tərəfi boş idi. 
- Bəs, o hanı? - deyə pərdənin arxasına işarəylə İmranbəydən soruşdum. 
- Narahat olma, o, etibarlı yerdədir, - deyə heç nə olmayıbmış kimi cavab verdi. - 
Mən onu gizlətmişəm, qorxuram ki, oğurlayalar, ya da özü qaçıb gedər. Son 
zamanlar yaman sayıqlayır. Radio onun başını xarab eləyib, Azıxa getmək 
haqqında düşünür. Belə hallarda, yəni fikirləşəndə sən onun sifətinə baxasan, 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə