www.kitabxana.net
– Milli Virtual Kitabxana
2
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan romanı”:
08 (151 - 2012)
Bu elektron n
əş
r
http://www.kitabxana.net
- Milli Virtual Kitabxanan
ı
n
“Çağdaş Azərbaycan romanı”
Kulturoloji-
bədii Layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 08 (151 - 2012)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
Azərbaycan Yazıçılar Birliyi -
http://www.azyb.net
Rövşən Yerfi
“Üzdəniraq ada”
Roman
Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci
illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən
müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır. Kitab görmədən
bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı olacaqdır.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 08 (151 - 2012)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
www.kitabxana.net
– Milli Virtual Kitabxana
4
Rövşən Yerfi
Üzdəniraq ada
Bakı - 2012
www.kitabxana.net
– Milli Virtual Kitabxana
5
Müəllif kitabın çapına
mənəvi və maddi
yardim göstərən şəxslərə dərin minnətdarlığını bildirir.
Rövşən Yerfi. Üzdəniraq ada .Bakı,
Kitab Klubu, 2012, 184 s.
Kitaba daxil olan “Üzdəniraq ada” romanı cəzaçəkmə müəssisələrinin əsasən 1995-2000-ci
illər dövründən bəhs edir. Əsər həbsxana mühitini bütün mərtəbələrində uzun illər boyu daxildən
müşahidə etmiş penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.
Kitab görmədən bilmək istəyənlər və həyatın qədrini bilməyənlər üçün daha maraqlı
olacaqdır.
© Rövşən Yerfi
© Kitab Klubu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
6
ÜZDƏNİRAQ ADA
Ədəbiyyatımızda dedektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu
ədliyyə polkovniki Çingiz Əmirovun əziz xatirəsinə...
I
O, qarşısındakı boz rəngli, böyük, qalın dəmir qapını ehtiyatla döydü. Onu yaxınlıqdakı pəncərədən
görmüşdülər. Yüngül uğultu səsi gəldi, qapı açılmaq üçün çərçivəsindən boşaldı, deyəsən elektrik düy-məsi ilə idarə
olunurdu. Açılan yolun sağ tərəfində dəmir barmaqlıq-larla ayırılmış arakəsmədə əli silahlı bir neçə əsgər
dayanmışdı.
O, salamlaşdıqdan sonra köynəyinin döş cibində səliqə ilə saxladığı vərəqi barmaqlıqların arasından
yaxındakı əsgərə uzadıb özünü təqdim etdi:
- Şəfi Osmanlı...
məni baş idarədən göndəriblər, rəisi görmə-liyəm.
Əsgərlər onu maraqla başdan-ayağa süzdülər. Narahatlıqla kağızı bir-birlərinə ötürdülər. Nəhayət ki, bir
qədər ucaboylusu dil-ləndi:
- Aha.., işləməyə göndəriblər, belə de da. Rəis çöldədi, - kağızı ona qaytardı, - çıx çöldə gözlə, gələndə
göstərərik görüşərsən.
Müəssisənin ətrafı çox da böyük olmayan meşəlik idi. Bura gələn yolun sol tərəfində ayrı-ayrı üç
balaca birmərtəbəli otaqlar tikilmişdi. Otaqlarda hərbi formalı adamlarla yanaşı mülki işçilər də çox idi.
Boz rəngli, iri, açılarkən relsin üzəri ilə hərəkət edən qapının zəhmindən adama elə gəlirdi ki, bu qapıya heç
tank da təsir edə bilməz. Darvazanın hər iki tərəfində və oradan meşənin içərisinə doğru uzanan, hündürlüyü beş
metrdən az olmayan, üstü dəmir torlar, tikanlı məftil-lərlə örtülü hasarların başında müəyyən qayda ilə düzülmüş,
vışka deyilən qaravulxanalar, onlarda isə əli avtomatlı əsgərlər gözə dəyirdi.
Hündür, qalın divarlar, göz işlədikcə uzanan tikanlı məftillər, əjdaha ağzına bənzər qapı, vışkada
dayanmış əsgərlərin narahat baxış-ları, divarın o tayındakı xoşagəlməz həyatdan, yeknəsək, üzücü dünya-dan xəbər
verirdi.
Şəfi gəlib-gedənə mane olmamaq üçün yoldan kənara çəkilib, otaqlardan birinin qarşısında dayandı. Elə
təzəcə dayanmışdı ki, içəridən bir qadın onu səslədi:
- Ay oğlan,
bura gəl, səninləyəm.