11
hazırdır. NAMA Reyestri açıq onlayn platforma olub planlaşdırılan NAMA-lar və maliyyə
məbələri arasında tərəfdaşların axtarışını asanlaşdırır. Reyestr habelə ölkələr üçün öz təsir
azaldılma təşəbbüslərini tanıtmaq üçün məkan rolunu oynayır.
Cədvəl 3: Təklif olunan NAMA-lar və İnvestisiyalara dair Konsepsiya Qeydləri
Az
ə
rbaycan
Qazaxıstan
Özb
əkistanın
NAMA
Konsepsiyası
Bərpaolunan enerji əsasında
aqro-enerji komplekslərinin
inkişafı
Nəqliyyat sektorunda təbii
qazdan istifadənin
genişləndirilməsi
Enerji səmərəliliyinin
dəstəklənməsi üzrə milli
sistemin yaradılması
Kiçik miqyaslı hidro-enerji
qurğularının
quraşdırılmasının
sürətləndirilməsi
İnvestisiyaya
dair
Konsepsiya
Qeydl
ə
ri
Samux Aqro-Enerji Yaşayış
Kompleksində günəş enerjisi
ilə işləyən foto-elektrik və
bioqaz qurğularının qurulması
10 sıxılmış təbii qaz doldurma
stansiyası şəbəkəsinin tikintisi
Tuyabuguzskaya kiçik hidro-
enerji qurğusunun qurulması
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
28. Texnki Yardım layihəsi çərçivəsində iqlim dəyişmələrinin təsirlərinin azaldılması ilə bağlı üç
investisiya qeydi işlənib hazırlanmışdır. İnvestisiya konsepsiyaları NAMA-lar ilə əlaqəlidir və
Cədvəl 3-də təqdim olunduğu kimi, ayrı-ayrı NAMA-ların spesifik komponentlərini dəstəkləmək
üçün tərtib olunmuşdur.
29. Texniki yardım layihəsi çərçivəsində iqtisadi təhlil və NAMA hazırlanması fəliyyəti iki-illik
bacarıqların artırılması proqramı ilə birləşdirilmişdir. Proqrama habelə enerji və nəqliyyat
sektorlarında azaldılma tədbirlərlərin xərc-gəlir təhlillərinin aparılmasına dair ölkə və regional
səviyyələrdə təlimlərin təşkili daxilidir. Bura eyni zamanda NAMA tədbirlərinin tərtibinə, İEYQ-
ların emissiyasının hesablanmasına, eləcə də azaldılma tədbirlərinin nəticələrinin ölçülməsi və
monitorinqinə dair təlimlərin təşkili də daxildir.
2.
Metodologiya
30. Texniki yardım layihəsinin 1-ci və 2-ci Nəticələrinin tərtibatı və icrası aidiyyəti tərəflərin
mütəmadi tövhəsini tələb edir ki, bu da ölkələr üzrə hazırlanmış təsirlərin azaldılması
tədbirlərinin (NAMA) iqtisadi təhlillərə və investisiya konsepsiyalarına əlavə olunmasını təmin
edir. Məsləhətçilər qrupu Texniki Yardım Layihəsini aşağıdakıların kombinasiyası şəraitində icra
etmişdir: (i) iqtisadi modelləşdirmə, NAMA tərtibi və investisiya imkanları üçün tədqiqat və təhlil,
(ii) aidiyyəti tərəflərlə məsləhətləşmələr, və (iii) təlim və seminarlar vasitəsilə bacarıqların inkişaf
etdirilməsi.
a.
Nəticə 1
31. Nəticə 1 üzrə aparılmış iqtisadi təhlillərin nəticəsi olaraq əldə olunmuş alət və biliklərin
dayanıqlılığını təmin etmək məqsədilə Enerji Alternativlərinin Uzunməqsədli Planlaşdırılması
(LEAP) sistemində üç ölkə miqyaslı iqtisadi modellər işlənin hazırlanmışdır. LEAP enerji və
nəqliyyat siyasətinin inteqrasiyalı təhlili və iqlim dəyişmələrinin təsirlərinin azaldılmasının
qiymətləndirilməsi üçün Stokholm Ətraf Mühit Məsələləri İnstitutu SEI (SEI, 2015) tərəfindən
yaradılmış, geniş istifadəyə və yüksək çevikliyə malik proqram təminatıdır. Alətin əsas
xüsusiyyətlərinə model daxilində müxtəlif ssenarilərin yaradılmasının dəstəklənməsi, eləcə də
məhdud məlumatlar şəraitində konkret ölkə və regiona uyğunlaşdırıla bilən hesablama sistemi
(enerji və nəqliyyat sektorları üçün) çərçivəsində çoxlu modelləşdirmə metodologiyalarının
dəstəklənməsi daxildir (Bhattacharyya, 2011). LEAP sisteminin əsas önəmi onun çox az ilkin
12
məlumat tələbinə malik olması və məlumatların məhdud olduğu ölkələrdə istifadəsinin mümkün
olmasıdır. LEAP aləti özünün çevik məlumat tələblərinə görə bu regional təhlil üçün seçilmişdir.
Buna görə də UNFCCC ondan iqlim dəyişmələrinə dair UNFCCC-yə milli kommunikasiyanın
hazırlanması üçün İEYQ emissiyalarına dair ssenarilərinin təhlilində istifadə etməyi tövsiyyə
edir.
10
Dünyanın 190 ölkəsindən, o cümlədən keçid iqtisadiyyatına malik ölkələrdən minlərlə
qurum LEAP sistemindən istifadə etmişdir. LEAP inkişaf etmiş ölkələrinin hökumət və akademik
təşkilatlarına pulsuz təqdim edilir ki, bunun da nəticəsində, hər üç tədqiqat ölkəsində TY layihəsi
çərçivəsində hazırlanmış modellərdən az və ya heç bir xərc sərf etmədən istifadə etmək və
yeniləmək mümkün olacaqdır.
32. TY-ın hazırlıq mərhələsində, Avropa Komissiyası Qazaxıstan və Azərbaycanda iqlim
dəyişmələrinin təsirlərinin azaldılması və siyasət portfeinin inkişafını dəstəkləmək məqsədilə
LEAP ilə işləmişdir,
11
və Özbəkistanda Uzhydromet öllkənin UNFCCC ilə kommunikasiyasına
hazırlıq üçün müstəqil şəkildə LEAP-dən istifadə etməyə başlamışdır. Hər üç ölkədəki aidiyyəti
tərəflər daxili bacarıqları artırmaq məqsədilə LEAP-dən istifadəyə dair təlimlərin əldə
olunmasına böyük maraq ifadə etmişdir.
12
33. Qarşılıqlı faydaların təhlili LEAP sistemindən ayrı aparılmışdır. Bu qarşılıqlı faydalara
havanın çirklənməsinin dayandırılması, havanın çirklənməsi nəticəsində insan sağlamlığının
yüksəldilməsi və enerji təhlükəsizliyi vəziyyətinin yaxşılaşdırılması daxildir. İnsan sağlamlığı ilə
bağlı qarşılıqlı faydaların təhlili zamanı azaldılma variantlar vasitəsilə hava çirklənməsinin
azalmasının insanlara müsbət təsirləri təhlil olunmuşdur. Bu yanaşma Texniki Yardımın (TY)
Aralıq Hesabatında sənədləşdirilmişdir.
13
b.
Nəticə 2
Bu TY layihəsi üçün dörd NAMA konsepsiyasının seçilməsi aidiyyəti tərəflərlə məsləhətləşmələr
zamanı müəyyən edilmiş və Nəticə 1-də ətraflı təsvir olunan iqtisadi təhlillər (azaldılma
variantların) vasitəsilə dəstəklənmişdir. Bu seçim zamanı ən vacib factor, NAMA-ların İEYQ-
ların emissiyasının qarşısının alınmasına olan tövhələri ilə yanaşı onların milli inkişaf
prioritetlərinə uyğun olması idi. Seçim zamanı digər bir əsas factor isə ayrı-ayrı qurumların
NAMA prosesi üzrə işləməkdə olduqca maraqlı olmaları və onların icrası üçün tələb olunan
məlumatları təqdim etməyə hazır olmaları idi.
35. Aidiyyəti tərəflərlə məsləhətləşmələr və onların münasibətlərinin öyrənilməsindən sonra üç
investisiya qeydi işlənib hazırlanmışdır. Bu halda, aidiyyəti tərəflər hər bir NAMA çərçivəsində
layihə fəaliyyətlərini prioritetləşdirmişdir ki, bu da icra olunması üçün dövlət büdcəsindən başqa
digər mənbələrdən maliyyə yardımı tələb edəcəkdir.
10
Abt Associates, 2014b.
RDTA–8119 REG: Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişmələrinin İqtsadi Aspektləri—
Təsirlərin Azaldılması Komponenti. Hazırlıq Mərhələsinin Hesabatı
. Bethesda, 2014.
11
Avropa Birliyi, 2015. Yekun Hesabatın Xülasəsi - PROMITHEAS-4 (Təsir azaltma/Uyğunlaşdırma Siyasəti
portfelinin
hazırlanması
üçün
bilik
transferi
və
tədqiqat
ehtiyacları).
http://cordis.europa.eu/result/rcn/153387_en.html
12
Abt Associates. 2014. Seminar Xülasısi: Azərbaycan üzrə Milli Hazırlıq Seminarı. Bakı, Azərbaycan. Yanvar 2014.
RETA 8119:
Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişmələrinin İqtsadi Aspektləri—Təsirlərin Azaldılması Komponenti
.
Vaşinqton, D.C.; Abt Associates. 2014.
13
Abt Associates, 2014c.
RDTA–8119 REG: Mərkəzi və Qərbi Asiyada İqlim Dəyişmələrinin İqtsadi Aspektləri—
Təsirlərin Azaldılması Komponenti. Aralıq Hesabatı
. Bethesda, 2014.
Dostları ilə paylaş: |