|
Tersiya intervalı
|
tarix | 20.10.2023 | ölçüsü | 26,03 Kb. | | #128990 |
| mövzu 3 (az.dilinde 2-ci sinif)-1
Tersiya intervalı
Tersiya sadə intervaldır, 3 rəqəmi ilə göstərilir. Böyük və kiçik olur. Qısa olaraq aşağıdakı kimi göstərilir:
kiçik tersiya (k3= 1, 5 ton)
böyük tersiya (b3= 2 ton)
İstənilən notdan yuxarı və aşağı istiqamətdə tersiya intervalı qurmaq olar. Bunun üçün artıq bildiyimiz kimi iki məlumatı bilmləliyik:
intervalın pillə sayını (tersiya intervalı 3 rəqəmi ilə göstərilir və 3 pilləni özündə birləşdirir)
intervalın ton tərkibini (k3= 1, 5 ton, b3= 2 ton)
Məsələn,
I nümunə = do-mi 3 pilləli məsafəni əhatə edir (do, re, mi). Ton tərkibi 1, 5 ton (do-re (1 ton)+ re-mi (1 ton)= do-mi = 2 ton= b3)
II nümunə = do-mi♭ 3 pilləli məsafəni əhatə edir (do, re, mi♭). Ton tərkibi 1, 5 ton (do-re (1 ton)+ re-mi♭ (0, 5 ton)= do-mi♭ = 1,5 ton= k3)
Dostları ilə paylaş: |
|
|