9
1941-1942-ci illərdə respublikada təşkil edilən hərbi birləşmələrə
Azərbaycandan 5000 kommunist və komsomolçu daxil olmuşdu.
13
1943 -cü il
yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.
14
Zaqafqaziya cəbhəsinin Hərbi Hissələrin Təşkili və Tamamlanması İdarəsi
Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.
15
Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər
adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.
16
Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci
ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar
təşkil olunmuşdu. 1941-ci ilin dekabr ayında Krımın müdafiəsində iştirak etmiş,
Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci
diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.
17
Döyüşən qoşun üçün ehtiyat qüvvələr hazırlanmasında görülən zəruri işlər
nəticəsində 1941-ci il iyunun 22-dən avqustun 14-dək Azərbaycan SSR-də Xalq
qoşunu dəstələrinə 186704 nəfər (onların 30563 nəfəri qadın idi) yazılmışdı. Bu
dəstələr istehsalat-ərazi prinsipi üzrə təşkil edilirdi. Onların fəaliyyətinə rəhbərlik
üçün Mərkəzi qərargah yaradılmışdı.
18
Bakı şəhərinin 18 rayonunda Xalq qoşunu
dəstələrinə 61780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu.
19
Bakı ətrafında
müdafiə zonası yaradılmasında Xalq qoşunu dəstələrinin 12000 döyüşçüsü fəal
iştirak etmişdi.
20
Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin 1941-ci ilin avqustunda
gənclərin Xalq qoşunu dəstələrinə cəlb edilməsi haqqında qərarı əsasında Bakıda
13860 komsomolçu xidmət edən 40-dan çox "komsomolçu-gənclər bölmə və rotası
yaradılmışdı".
21
1942-ci il avqust ayının 17-də ərazinin xüsusiyyətləri nəzərə alınmaqla,
Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç - 101, 102 və 103-cü Xalq
qoşunu diviziyaları yaradıldı.
22
Diviziyalarda 21259 nəfər döyüşçü vardı.
23
Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı.
1943-cü ilin martında Xalq qoşunu diviziyalarının təşkilində dəyişikliklər
edildi və hər rayonda bir batalyon saxlanıldı. Həmin batalyonlar Qafqaz
cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən
uzaqlaşdırıldığına görə 1943-cü ilin avqust ayından Ümumi icbari hərbi təlim
hissəsinə daxil edildilər.
24
Sovet ordusu üçün ehtiyat qüvvələr yaratmaq məqsədilə Dövlət Müdafiə
Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan
50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci
il oktyabrın 1-dən 1942-ci il dekabrın 15-dək respublikada 172209 nəfər ümumi
və xüsusi bölmələrdə hərbi təlim keçmiş 29925 atıcı, 1255 snayper, 363
minomyotçu, 747 pulemyotçu və b. hazırlanmışdı. Azərbaycan K(b)P MK-nın
10
qərarı ilə 4389 nəfər xüsusi tank əleyhinə döyüşçü hazırlandı. Onlardan 568 nəfəri
Bakı şəhərinin sənaye müəssisələrində işləyən qadınlar idi.
25
Azərbaycanda 1941-1945-ci illərdə bütünlükdə ümumi icbari hərbi təlim
xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 14074-ü nəfəri başqa hərbi ixtisaslar üzrə)
döyüşçü hazırlanmışdı.
26
Həmin illərdə respublikada 291421 çağırışçı 9 növ hərbi
peşəyə yiyələnmişdi, Onlardan 32337 nəfəri pulemyotçu, 8762 nəfəri avtomatçı,
7765 nəfəri minomyotçu, 2862 nəfəri snayper, 2466 nəfəri tank əleyhinə döyüşçü
idi.
27
1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, casuslara və sərhədi
pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradılırdı. 12000
adam səfərbər edilmiş
28
bu batalyonların fəaliyyəti sayəsində müharibə illərində
32000 düşmən paraşütçüsü, casus, quldur, soyğunçu, təxribatçı, fərari, dövlət
sərhədini pozan tutulmuşdu.
29
Müdafiə işlərinin təşkilində ictimai təşkilatlar da fəal iştirak edirdi. Yardım
cəmiyyəti bu sahədə xüsusilə fərqlənirdi.
30
Bu cəmiyyət "Kimyəvi silahlardan
müdafiə" norması üzrə əhaliyə təlim keçirdi.
31
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
də 1941-1945-ci illərdə 6500-dən çox tibb bacısı hazırlamış, 20 mindən çox
respublika vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi.
32
Respublikanın bədən tərbiyəsi təşkilatları da müdafiə işində fəal iştirak
edirdilər. 257270 idmançı icbari hərbi təlimə cəlb olunmuşdu. Onların köməyi
sayəsində 1941-1945-ci illərdə 64 min nəfər "Əməyə və müdafiəyə hazıram!"
normasının 1 dərəcəsi, 20 min nəfər isə II dərəcəsi üzrə yoxlamadan keçirilmişdi.
Yerli hava hücumundan müdafiə bölmələri də müharibə illərində əhali
arasında səmərəli iş aparmışlar. Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MK-
nın 1941-ci 4 may il qərarına əsasən hava hücumundan müdafiə məqsədilə
sığınacaqların tikilməsi təşkil edilmişdi. 1941-ci il iyul ayının 10-na qədər bütün
idarə və müəssisələrdə özünümüdafiə dəstələri yaradılmışdı.
33
Qırıcı batalyonlara
və hava hücumundan müdafiə dəstələrinə yardım qruplarında 15 min nəfər iştirak
edirdi.
34
Bu dəstələrin hər birinə idarə və müəssisələrdə 100-300 fəhlə və qulluqçu,
yaşayış yerlərində isə 200-500 nəfər sakin daxil olurdu. Özünümüdafiə
dəstələrində olan əhalinin 137797 nəfəri əleyhqaz geyinərək 1503 təlimdə iştirak
etmiş, ilk tibbi yardım üçün minlərlə tibbi heyət yetişdirilmiş, 180 sanitar drujinası
təşkil edilmiş və 2700 nəfər drujinaçı hazırlanmışdı. Yaşayış məntəqələrini
qorumaq üçün 16000 nəfər yaşlı əhali, 12000 pioner və məktəbli səfərbər
edilmişdi. Naxçıvan şəhəri və Naxçıvan rayonunda kimyəvi hücumdan müdafiəyə
hazırlıq üçün təşkil edilmiş 185 dərnəyə 6212 nəfər şəhər və kənd əhalisi cəlb
olunmuşdu. Müəssisə və evlərdə 1134 nəfərin cəlb edildiyi 31 özünümüdafiə qrupu
yaradılmışdı.
35