T Ü R K O L O G İ Y A
№ 4
2015
İSMAYIL MƏMMƏDLİ
BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA
DİL SƏNƏTKARLIĞI
X ü l a s ə. XX əsr Azərbaycan ədəbiyyatının dahi şairlərindən biri də B.Vahabzadədir.
Onun yaradıcılığı Azərbaycan poeziyasının ən dəyərli, gələcək nəsillərə örnək ola bilən təkrarsız
mənəvi incilərdir. Şairin yaradıcılığında Vətən eşqi, yurduna bağlılıq, türkçülük, azərbaycançılıq,
ana dilinə hədsiz məhəbbət və başqa keyfiyyətlər nəzər-diqqəti cəlb edir. Şairin şeirlərində
təbiilik, səmimiyyət, hər bir oxucunun qəlbini ovsunlamaq olduqca güclüdür. Onun bütün şeirləri
şairin duyğularının poetik səslənişidir.
Açar sözlər: Bəxtiyar Vahabzadə, şeir, dil, həyat fəlsəfəsi, poeziya
Hər bir yazıçının öz dövrünün bədii kon-
tekstindəki yerini, mövqeyini müəyyənləşdir-
mək üçün onun ədəbi-bədii irsinin bədii dil ba-
xımından tədqiqinə böyük ehtiyac vardır. Ona
görə ki, bədii söz ustalarının əsərlərindən ya-
şadıqları zəmanənin, epoxanın dil mənzərəsi
canlanır, ifadə imkanları, zənginlikləri bu gü-
nümüzə, gələcəyə boylanır. Həmçinin sənətkar
dövrünün dil materialının dinamikliyə meyilli
olanlarını (hətta qismən meyilli olanlarını da
belə) hərəkətə gətirir, onlara bədii enerji verir.
Mövzusuna uyğun dil elementlərini seçib-san-
ballayır. Nəticədə bədii dil, ümumən isə həmin
epoxanın ədəbi-bədii dili yerində saymır, cila-
lanır, təşəkkül tapır, kamilləşir, zənginləşir.
Xalqın bəxti onda gətirir ki, bədii ecaz yaradan
sənətkarlar az-az da olsa yaranırlar. Belə us-
tadlar həm bütöv bir xalqın dilini, ədəbiyyatı-
nı, ən nəhayət, elin-ulusun varlığını yaşatdıq-
ları üçün özləri də tarixin yaddaşına həkk
olunurlar.
Azərbaycan Respublikasının Prezidenti İl-
ham Əliyev cənabları ölkəmizin bütün elm, təhsil
ocaqlarında, yaradıcılıq, mədəniyyət birliklərində
görkəmli şairimiz Bəxtiyar Vahabzadənin 90 illik
ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsinə
dair sərəncam imzalamışdır. Xalqımız Bəxtiyar
Vahabzadəni bir şəxsiyyət kimi, şair kimi, peda-
qoq kimi, müəllim kimi, nəhayət, elin, xalqın tə-
əssübünü çəkən bir eloğlu kimi, şərəfli oğlu kimi
çox sevir, dəyərləndirir. Vahabzadə kimi insanlar
bizdən, dünyadan cismən gedirlər, onlar əbədiy-
yətə qovuşurlar, mənən həmişə sağdırlar. O əbə-
diyyətə qovuşurlar ki, orada xalq yaddaşı, xalq
ürəyi, xalq sevgisi var.
Ölməz şairimiz Bəxtiyar Vahabzadənin
bu misralarını söyləmək istərdim:
Şairlər (1969)
Şairlər, şairlər, bircə söz üstə.
Sübhədək yaxındız ürəyinizi
BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA DİL SƏNƏTKARLIĞI
91
Sizi görmədilər heç vaxt diz üstə
Qəribə yaradıb təbiət sizi.
Şair – Fikirlərin çırpınan seli.
Şair – Həqiqətin müğənnisidir.
Şair – Təbiətin danışan dili.
Şair – Cəmiyyətin üsyan səsidir.
Şair – Zəmanənin, əsrin vicdanı,
Şair – Tarixlərin şərəfi, şanı.
Şair – Bu dünyaya zamanın sözü.
Şair – Həqiqətin, haqqın aynası [1. S.57].
Bütün bu keyfiyyətlər, bu qənaətlər məhz
sözün tam mənasında Bəxtiyar Vahabzadənin
özünü, onun dünyasını, mənəviyyatını, amalını
səciyyələndirir.
«Ağlar güləyən», «Yollar – Oğullar», «Tə-
zadlar», «Mərziyə», «Fəryad» kimi poetik əsərlə-
ri şairin yaşadığı ömründə rastlaşdığı haqsızlıqla-
ra, xalqının, millətinin yolunda keçirdiyi narahat-
lıq, qayğıların nəticəsi olaraq yaranmışdır.
B.Vahabzadə Azərbaycan ədəbi-bədii,
fəlsəfi-estetik və milli-mənəvi düşüncəsinin
formalaşmasında misilsiz xidmətləri olan şair,
publisist, cəsarətli ictimai-siyasi xadim, mü-
bariz nəsil yetişdirən müdrik müəllim, vətən-
daş ziyalıdır. Müqtədir sənətkar anadilli poezi-
yamızın ən dəyərli, ən yaxşı ənənələrindən
bəhrələnməklə şeirimizə yeni ruh, yeni nəfəs,
vətəndaşlıq mövzusu, dərin ictimai məzmun,
həmişə öz dəyərini, öz aktuallığını qoruyub
saxlayan məfkurə istiqaməti gətirmiş və ədə-
biyyatımızda azərbaycançılıq ideologiyasının
güclənməsində, formalaşmasında və həmişə
davam edə biləcək bir prosesə çevrilməsində
aparıcı rol oynamışdır.
Bəxtiyar Vahabzadə sabahına – gələcəyə
nikbinliklə baxan, ana dilimizin saflığı uğrun-
da yorulmadan, barışmaz şəkildə mübarizə
aparan şairdir. O yalnız Azərbaycanda deyil,
bütün türk dünyasında sayılıb-seçilən, tanınan
və sevilən qüdrətli qələm sahiblərindəndir.
Bəxtiyar Vahabzadə adı Azərbaycan ədəbiy-
yatı tarixinə, Azərbaycan mədəniyyəti tarixinə
qızıl hərflərlə yazılmışdır. Böyük mütəfəkkir,
filosof şairin öz təbiri ilə desək, xalqı bilmə-
dən, mənəviyyatını duymadan onun – xalqın
qəlbinə yol tapmaq çətindir. Azərbaycan xalqı-
na, onun dilinə və mədəniyyətinə, ədəbiyyatı-
na yüksək sevgi bəsləyən alman alimi Əhməd
Şmide B.Vahabzadə haqqında dəyərli sözlər
söyləmişdir: «Bir insanın öz xalqını və öz doğ-
ma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini
mən Bəxtiyar Vahabzadədən öyrəndim». Bu
sözlər ölməz şairimizə, ana dilimizə, Azərbay-
can xalqına alman mütəfəkkirinin sevgisinin,
hörmətinin bariz ifadəsi kimi səslənir.
Xalq şairinin bədii yaradıcılığı zəngin,
çoxşaxəli və çoxmövzulu, milli hisslərin tərən-
nümü, dəyəri, əhatə dairəsi etibarilə olduqca
geniş, çoxkoloritli, mübariz bir ədəbiyyat nü-
munəsi kimi mədəniyyət və ədəbiyyatımızı
təmsil edir və edəcəkdir.
Böyük yazıçı Çingiz Aytmatov vaxtilə
deyirdi: «Tək-tənha qalanda, bir neçə kəlmə
ilə “Həyat nədir?” sualına cavab axtaranda
yalnız sözü fikrindən-obrazdan, ruh və nəfəs-
dən yoğurulmuş həqiqi şairlər sənin yaşamaq
eşqinə, düşüncələrinə qol-qanad verir. Müasi-
rimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir:
Yaradıbdır inam məni, mən inamın övla-
dıyam... Məncə, bu misralar şairin yaradıcılığı
üçün çox rəmzi və xarakterikdir. Bəxtiyar Va-
habzadə öz möhtəşəm poeziya məbədini ucalt-
maqdadır. (Bu sözlər söylənəndə hər iki sənət-
kar – Cingiz Aytmatov və B.Vahabzadə – sağ
idi. – İ.M.). O, qüdrətlidir. Bu məbədi ucaldan
əllər mahir və qadir əllərdir. Bu əllərin qoydu-
ğu özül möhkəm və gözəldir. Oxucu bu məbə-
di tez-tez ziyarət etməlidir» [1. S.7].
Bəxtiyar Vahabzadə dilin lüğət tərkibin-
dəki sözləri poetik məqsədinə uyğun olaraq öz
ilkin, nominativ mənalarından fərqli məna ça-
larlarında götürərək arzu etdiyi məzmuna,
şəklə salmağın misilsiz ustadıdır. Şair bunu o
qədər ustalıqla, o qədər təbii halda edir ki,
heyrətlənməyə bilmirsən. Fikrimizə sübut üçün
aşağıdakı poetik parçalara nəzər salaq. Xalq
şairi «Düşüncə-söz» şeirində belə yazır:
İSMAYIL MƏMMƏDLİ
92
Söz – fikrimin, düşüncəmin
Qəlibidir,
Öz şəklidir.
Düşüncələr – havadakı quşa bənzər.
Sözlər – quşa atdığım daşa bənzər.
Dəyə bilsə səninkidir,
Dəymədisə –
Daşdan küsmə,
Özündən küs.
O incidən əlini üz.
Ürəkdədir o, qönçələr...
Hansı gözə görünübdür
düşüncələr? [1. S.94]
Söz leksik vahidinin izahlı lüğətdə 10 mə-
nası göstərilir [2. S.149]. Bunlardan bir neçə-
sini göstərək: 1. Bir şey və ya hadisə haqqın-
dakı anlayışın səslə ifadəsindən ibarət olan
nitq vahidi; kəlmə. 8 Fikir, mülahizə, rəy [2.
S.148–149]. O birisi mənalar başqa-başqa an-
lamlardadır (dil, nitq, əmr, göstəriş, vəd, icazə,
iş, hadisə və s.). Böyük sənətkarımız isə şeirin-
də sözü-fikrinin, düşüncəsinin qəlibi, öz şəkli;
quşa atılan daş, inci, qönçələr adlandırır.
Gördüyümüz kimi, Bəxtiyar Vahabzadə sözün
izahlı lüğətdəki mənalarından tamam fərqli
məna çalarlıqlarını işlətmiş, ona tamam yeni
baxışdan yanaşmış, bədii məqsədinə tabe et-
mişdir [2. S.7].
Son illərdə şifahi ədəbi dillə yazılı dil
arasında intensiv yaxınlaşma, qarşılıqlı təsir,
bir-birinə təmas etmə daha güclü müşahidə
olunur. Canlı danışığın, ana dilimizin frazeo-
logiya xəzinəsi, xüsusən də folklor inciləri,
ümumilikdə xalq dilinin yazılı və şifahi ədəbi
dilə təsirini ümumən səmərəli, faydalı, müsbət
hadisə kimi qiymətləndirmək lazımdır. Belə
faktlardan ustad şairimiz B.Vahabzadə bol-bol
bəhrələnmişdir:
Yad dildə məktub yazıb qardaş öz qardaşına,
Bu məktubu oxuyan nə kül töksün başına?
Hökmünə bax həsrətin, hökmünə bax zillətin!
Bəs anası yox imiş bu zavallı millətin? [3. S.39]
Şair xalq zərbi-məsəllərinə, atalar sözlə-
rinə yeni ruh, yeni nəfəs verməklə onları poe-
ziyanın malı etməyə adətkərdədir:
Göl olmuşam dama-dama (Dama-dama
göl olar...)
Məlhəm qoyma sən yarama
Bu sevdaya, bu məqama
Daha betər bağla məni [1. S.290].
Haqqın yolu – öz yolumdur,
Əyilməyən düz yolumdur
Xeyirlə şər sağ – solumdur
Şeytan başqa, mələk başqa [4. S.293].
Ustadımızın «Ehtiyat» şeirində ehtiyat,
cəsarət, qorxu, cürət, sözlərinə yeni poetik dü-
şüncə, tamam yeni baxış, yeni yanaşma, yeni
və fərqli münasibət diqqətçəkəndir. B.Vahab-
zadə M.Qorkinin «Cəsurların dəliqanlılığına
şərəf nəğməsi oxuyuruq» epiqrafını şeirə baş-
lıq seçmişdir:
Ehtiyat sözündən ehtiyatlıyam,
Ehtiyat – hər yerdə ehtiyac olmur.
Hər sözdən özünü qoruyan ilham
Ayaqda sürünür, başda tac olmur.
Ehtiyat – bir təhər baş dolandırmaq,
Cəsarət – ya həyat, ya ölüm ancaq!
Ehtiyat vergüldür, nöqtə deyil, yox!
Ehtiyat çalardır, rəng ola bilməz!
Deyirəm dünyada bir qəhrəmanlıq
Kölə ehtiyatdan doğula bilməz.
Qorxur cəsarətdən qorxu da şəksiz
Onun övladıdır igidlik, hünər.
Axı cəsarətsiz, axı ürəksiz
Qapını döyməmiş hələ bir zəfər.
Cəsarət çətindir, ehtiyat asan
Qorxudur alçaldan, axı hər kəsi [1. S.87–88].
Şairin şeirlərində frazeoloji birləşmələr
çox uğurla işlənib bədii məqsədə xidmət edir.
Ürək, baş, göz, dil, əl, ayaq, qulaq və s. sözlərin
iştirakı ilə yaranan frazeologizmlər Bəxtiyar
BƏXTİYAR VAHABZADƏNİN POEZİYASINDA DİL SƏNƏTKARLIĞI
93
Vahabzadənin demək olar ki, bütün lirik şeirlə-
rində gen bol işlənir, məs.: Ürəyinin teli qırılmaq
[5. S.210], ürəyinə su səpilmək [5. S.123]; ürəyini
gəmirmək [5. S.84], ürəyinə dammaq [5. S.15],
ürəyi sıxılmaq [5. S.94], ürəyini yemək [6. S.151],
ürəyini boşaltmaq [6. S.180], ürəyi uçmaq [6.
S.130], gözündən qığılcım çıxmaq [7. S.86], göz
olmaq [7. S.105], dili söz tutmamaq [8. S.170],
dilə tutmaq [8. S.16], dilini gödək eləmək [8.
S.147] və s. sabit söz birləşmələri dediklərimizə
sübutdur.
Məqalənin elmi yeniliyi və tətbiqi əhə-
miyyəti. Məqalədə B.Vahabzadənin poeziya-
sının dil və üslub xüsusiyyətlərinin təhlili, el-
mi şərhi verilmişdir. Azərbaycan ədəbi-bədii
dilinin çağdaş dövrümüzdəki inkişaf meyillə-
rində və bu istiqamətdə görkəmli sənətkarımı-
zın uğurlu tapıntılarına diqqət ayrılmışdır.
Bu məqalədən bədii dilimizin mükəm-
məl üslubiyyat məsələlərinin müəyyənləşdiril-
məsində faydalanmaq olar.
Ə D Ə B İ Y Y A T
1. Vahabzadə Bəxtiyar. Seçilmiş əsərləri:
İki cilddə. Bakı: Öndər, 2004, C. 1.
2. Azərbaycan dilinin izahlı lüğəti. Bakı:
Şərq-Qərb, 2006. C. 3.
3. Vahabzadə B. Əsərləri. Bakı, 2002. C. 5.
4. Hacıyev T. Şeirimiz, nəsrimiz, ədəbi dili-
miz. Bakı, 1990.
5. Vahabzadə Bəxtiyar. Açılan səhərlərə
salam. Bakı: Yazıçı, 1979.
6. Yenə onun. Vətən ocağının istisi. Bakı:
Gənclik, 1982.
7. Yenə onun. Əsərləri. Bakı: Azərbaycan,
2001. C. 1.
8. Yenə onun. Vətəndaş. Bakı: Gənclik, 1994.
ISMAYIL MAMMADLY
LANGUAGE OF POETRY OF BAKHTIYAR VAHABZADEH
S u m m a r y
In the second half of the last century the most disturbing issue for Bakhtiyar Vahabzadeh
was the preservation of Azerbaijanian language.
Bakhtiyar Vahabzadeh wrote in the native language and whith in this he proved that, only in
this language he could express his thoughts and feelings to the large mass of the people. Mother
tongue is the purpose and destiny of his creative activity. The poet’s the most significant
achievement during the Soviet period was to win the development of his mother tongue in the
official state institutions. The struggle for language was the main goal of his life and one of the
most important issues of his all-round creative activity.
Key words: Bakhtiyar Vahabzadeh, poem, language, life philosophy, poetic
İSMAYIL MƏMMƏDLİ
94
ИСМАИЛ МАМЕДЛИ
ЯЗЫК ПОЭЗИИ БАХТИЯРА ВАГАБЗАДЕ
Р е з ю м е
Статья посвящена языку поэзии народного поэта Азербайджана Бахтияра Вагабзаде.
В ней анализируются взгляды поэта на художественный язык, а также фразеологизмы,
пословицы и поговорки, встречающиеся в его произведениях.
Ключевые слова: Бахтияр Вагабзаде, стихотворение, язык, философия жизни,
поэзия
Ünvan: AZ1143. Bakı-143, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu –
şöbə müdiri, fil.e.d.
e-mail: s-solmaz@mail.ru
Çapa təqdim edən
Solmaz Süleymanova –
«Türkologiya» jurnalının
baş redaktorun müavini
Məqalənin redaksiyaya
daxil olma tarixi
18.VI.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
1.VII.2015
Çapa göndərilmə tarixi
9.XI.2015
________
Dostları ilə paylaş: |