Plan:
1.
Misirdə ilkin elmi biliklərin inkişafı.
2.
Babilistanda ilkin elmi biliklərin inkişafı.
G İ R İ Ş
Qədim şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə
fərqlənmirdi, şox hallarda adi əxlaqi şüurdan (Çində) və dini mifoloji şüurun
qarışığından (Hindistan) ibarət olurdu. Lakin həmin ölkələrdə, dünyaya bu və ya
digər münasibətdə az və ya şox dərəcədə fəlsəfi şüur elementləri mövcud
olmuşdur. Eramızdan əvvəl IV minilliyin sonu və III mininilliyin əvvəllərində
qədim Misirdə və babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh
baxıçlar bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat,
astronomiya və astrologiyaya əsaslanırdı.
Qədim Babilistanda da danışılan dövrdə dünya haqqında sadəlövh baxışlar
«Ağa ilə qulun söhbəti», «Çarəsizin öz ruhu ilə söhbəti» adlı abidələrdə irəli
sürülmüşdür. Orada maddi və axirət dünyasından söhbət salınır. Bütün bu
fikirlər dini-mifoloji dünyagörüşünün böhranını ifadə etsə də fəlsəfi
dünyagörüşü yüksəldə bilmirdi.
E.ə. I minillikdən başlayaraq qədim Hindistan və Çində bir sıra fəlsəfə
məktəbləri, cərəyanları meydana gəlib formalaşmışdır. Hindistanda fəlsəfi firkin
yaranması və inkişafı vedlərlə, yəni qədim Hindistanın mifoloji
dünyagörüşündən fəlsəfəyə qədərki və fəlsəfi dünyagörüşünə keçidi əks etdirən
yazılarla əlaqədardır. Bütövlükdə Vedlər şrut adlandırılan müqəddəs yazı
mətnlərindən ibarət olmuş, əvvəlcə brahmanizmin, sonralar isə induizmin
ideoloji əsasını təşkil etmişdir. Bu təlimlər Hindistanda fəlsəfi firkin inkişafında
mühüm rol oynamışdır. Brahmanizmə görə varlığın yeganə yaradıcısı
fövhqəlhissi olan Brahma allahıdır. O, əbədi,dəyişməz və mütləqdir. Qədim
Hind dünyagörüşü budizmin yaranmasına dair rəvayətə görə Qanq vadisinin
işmel sərhədlərində meydana gəlmişdir (e.ə. 563 — 483 il). Budda fəaliyyətə
başladıqdan sonra qədim Hindistana xas olan öz təlimində «dord xeyirxah
həqiqəti» irəli sürür.
1.Əzab çəkmək insan həyatının universal xassəsidir. O, insan ömrünün
bütün dövrlərini əhatə edir.
2.İnsan iztirablarının səbəbləri vardır. Onlar dxarmaların sonsuz
hərəkətlərindən asılı olaraq insane həyatı oksanının coşması və aşağı
düşməsindən ibarətdir.
3.İztirablardan indiki zamanda yaxa qurtarmaq mümkündür. Bunun üçün
insan öz daxili aləmini təkmilləşdirməlidir.
4.İztirablardan qurtarmaq üçün düzgün inam, axmaq məqsədlərdən,
düşmənçilikdən, böhtan atmaqdan, düzgün həyat yolunu seşməkdən ibarətdir.
Qədim Çində fəlsəfi fakir ənənəvi icma-tayfa münasibətlərinin pozulması
bir vaxta təsadüf edir. Çin fəlsəfə məktəblərinin ümumi mənşəyi Dao
1
mədəniyyətindən ibarətdir. Burada daosizm və Konfutsiçilik cərəyanları əsas yer
tutur.
Misirdə ilkin elmi biliklərin inkişafı
Misir Afrikada yerləşir. Misirin həyat damarı olan Nil çayı Mərkəzi Afrikada
yerləşən böyük göllərdən başlayır. Çay 700 km məsafədə dərin vadi ilə axaraq Aralıq
dənizinə tökülür. Dənizə töküldüyü yerdə Nil qollara ayrılaraq delta əmələ gətirir.
Yuxarı hissələrdən başlayaraq dənizədək Nil vadisində və deltasında qədim Misir
yerləşirdi.
Rus dilində Misirə Eqipet deyirlər. Bəzi tədqiqatçıların fikrincə, «Eqipet» sözü
qədim yunan sözü olan «Ayqyuptos» sözündən əmələ gəlmişdir. Misirlilər özləri
ölkələrini torpaqlarının rənginə uyğun olaraq «Ta Kemet»– «Qara torpaq»
adlandırırdılar. Herodota görə, «Misir Nilin töhfəsidir». Çünki Nilsiz Misiri təsəvvür
etmək qeyri– mümkündür. Nil vadisini əhatə edən dağlar da müxtəlif daş növləri ilə
zəngin idi. Misirin özündə metal yox idi. Metal qonşu vilayətlərdən gətirilirdi; Sinay
yarımadasından mis, Nillə Qırmızı dəniz arasındakı səhradan qızıl, Qırmızı dənizin
sahillərindən sink və qurğuşun əldə edilirdi. Gümüş və dəmir isə Kiçik Asiyadan
gətirilirdi.
Əsrlər boyu yayın başlanğıcında yağan yağışların hesabına Nilə tökülən sular
artdığından daşqınlar başlayır. Daşqından sonra vadidə torpaq həm çox rütubətli olur,
həm də qalın lay halında qara və çox məhsuldar lillə ötürülürdü. Təsadüfi deyildir ki,
bütün bunlara görə Qədim Misiri Qara torpaq adlandırırdılar.
Qədim misirlilər qumluq və bataqlıqlarla həmişə mübarizə aparmışlar.
Misirlilərin başlıca məşğuliyyəti əkinçilik olmuşdur. Bunlardan əlavə arıçılıq,
maldarlıq və digər sənət sahələri də inkişaf etmişdir. Ümumiyyətlə, insanların əməyi
Nil vadisinin simasını köklü surətdə dəyişdirmişdir. Misir yaşayış üçün, demək olar
yararlı olmayan bir yerdən, artıq b.e. əvvəl IV minillikdə əhalisi sıx olan bir ölkəyə
çevrilmişdir. Elə həmin dövrdən başlayaraq Misirdə quldarlıq, onun ardınca da
quldarlıq dövləti yaranmışdır. Misir fironların– padşahların hakimiyyəti altına düşdü.
Padşahlardan biri Misirin şimalını– bütün deltanı, digəri isə ölkənin cənubunu– Nil
çayının vadisini özünə tabe etmişdi.
Təqribən b.e.ə. 3000-ci ildə cənub padşahlığının şahı Şimal padşahlığını məğlub
etdi və deltanı tutdu. Qüdrətli Misir dövləti yarandı. Dövlətin paytaxtı Memfis şəhəri
oldu. Bundan sonra işğalçı yürüşlər başlandı. Dünyanın xeyli hissəsini tutan Misir
padşahları ehramlar– sərdabələr tikməyə başladılar. Bu və ya digər padşahın
böyüklüyünü ehramların böyüklüyü təcəssüm etdirirdi. Ən böyük ehram b.e.ə. 2600–
cü ildə firon Xeops üçün Memfis yaxınlığında tikilmişdir. Ehramın hündürlüyü 150
m– dir. Onun ətrafına fırlanmaq üçün 1 km yol getmək lazımdır. Tikintidə 2300 daş
işlənmişdir ki, onlardan da ən kiçiyinin çəkisi 2,5 tondur.
Ehramların yaxınlığında boyük bir qayadan sfinks– insan başlı nəhəng aslan
heykəli yonulmuşdur. Sfinksin hündürlüyü 20 m– dən çoxdur. Fironlardan biri sfinks
şəklində əks olunmuşdur. Bu daş heykəl böyük vahimə yaratdığından onu «dəhşətlər
atası» adlandırırdılar. Ehramlar və sfinks misirlilərə fironun adi adamlar yox, qüdrətli
allahlar olması fikrini aşılayır. Bundan əlavə, ehramlar və sfinks Misir padşahlarının
amansız hakimiyyətinin dilsiz şahidləri kimi indi də səhranın ortasında ucalmaqdadır.
2
Üç min il bundan əvvəl Finikiya şəhərinin hakimi demişdir: «Amon bütün
torpaqları yaratmışdır. Lakin Misir torpağını onların hamısından əvvəl yaratmışdır.
Həmin yerdə ilk incəsənət və təlimlər meydana gəlmişdir».
Fiva Misir padşahlığının yeni paytaxtı olarkən, artıq Misir öz inkişafının
zirvəsinə çatmışdı. Qüdrətli hökmranlığı dövründə Misirdə elm və mədəniyyət inkişaf
etməyə başlamışdı. İşarə– şəkillər– heroqliflər yarandı. Papiruslarda– yazılar yazılırdı.
O vaxtdan qalmış bir şer Misirdə kitaba yüksək qiymət verildiyini sübut edirdi.
Misirdə həndəsə, astronomiya, təbabət inkişaf etmişdir. Onlar təqvim
yaratmışdılar. Bir daşqından o biri daşqına qədər olan vaxt il hesab olunurdu ki, onu
da on iki aya bölürdülər. Onların hesablamasına görə, il 365 gündən ibarət idi.
Gündüzü və gecəni onlar 12 saata bölürdülər. Misirdə günəş və su saatı ixtira
edilmişdir.
Ümumiyyətlə, elmi biliklər kənd təsərrüfatının, sənətkarlığın, tikinti işinin,
gəmiçiliyin, ticarətin yüksəlməsinə böyük kömək etmişdir. Yazı biliklərin, bədii
əsərlərin qorunub saxlanmasına, onların nəsillərdən nəsillərə, bir xalqdan başqa
xalqlara keçməsinə imkan vermişdir.
Qədim dünyanın digər xalqları kimi, qədim misirlilər də inanırdılar ki, təbiəti və
insanların həyatını allahlar idarə edir. Allahları misirlilər adətən heyvanbaşlı insan
şəklində təsəvvürlərinə gətirirdilər. Bu cür təsəvvürlərin ovçuluq dövrlərindən qalması
şübhəsizdir. Qədim misirlilərdə axirət dünyasına inam mühüm yer tuturdu. Elə buna
görə də meyitləri mumiyalamaq geniş yayılmışdı. Misirlilərə görə, axirət səltənətində
hər şey boldur. Lakin hər bir adamın ruhu bu səltənətə getmir. Ölənlərin ruhunu Oziris
mühakimə edir o, allahların iradəsi əleyhinə gedənlərə qarşı çox böyük amansızlıq
göstərir. Belələrinin ruhunu müdhiş, yırtıcı heyvanlar yeyir. Qədim Misirdə fironlar
ilahiləşdirilirdi. Ona görə də qədim dini kitabədə yazılırdı: «Allahlar itaət edənləri
sevir, itaət etməyənlərəsə nifrət edir». Bu ölkədə din fironlara danışıqsız itaət etməyi
tələb edirdi. Əmri pozanlar isə quraqlıq, taun xəstəliyi, düşmənlərin hücumları ilə,
öləndən sonra Ozirisin mühakiməsi ilə hədələnirdi.
Qədim insanlara belə gəlirdi ki, fironların ixtiyarında olan qeyri– məhdud
hakimiyyəti insanlar yox, allahlar müəyyən etmişlər. Təsadüfi deyildir ki, fironu
«allahın oğlu» və «böyük allah» adlandırır, onu belə «vəsf edirdilər»; «o, öz şüaları ilə
görən günəşdir». Misirdə allahlara dualarla müraciət edir, onlara qurban verirdilər.
Məbədlər allahların evləri hesab olunurdu. Orada allahların bütləri qoyulurdu.
Məbədlərdə «allahların xidmətçiləri»– kahinlər olurdular. Hesab edilirdi ki, kahinlər
allahları yedizdirirlər– onlar bütlərin qabağına yemək qoyurdular. Qırğı başı olan
Günəş allahı Ra - allahların padşahı hər gün qızıl qayıqda göydə gəzir və Qərbdə
yerə enir. Uzaq cənubda Nil allahı ilanların qoruduğu mağarada, küpələrdən su tökür.
Nə qədər su tökəcəyi onun iradəsindən asılıdır. Bunlardan əlavə vəbanı göndərən
aslan başlı qəzəbli müharibə ilahəsi də olduqca təhlükəli idi.
Qum kimi kürən saçı, qırmızı gözləri olan kinli Set özü 50 xidmətçisi ilə gəlib
bitkilərin və əkinçilərin himayəçisi Ozirisi öldürür. Lakin İzidanın köməyi ilə Oziris
dirilir. O, dirildikdən sonra axirət dünyasında padşah və hakim olur. Allah Seti çox
vaxt eşşəkbaşlı təsvir edirdilər.
Dostları ilə paylaş: |