Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə17/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   13   14   15   16   17   18   19   20   ...   140

N  ə b i.  İndi kart qoyun.

Cəbi (stolun  üstdəki  basqa kaloddan kart çəkib  üzü  üstə qoyur.) Xalı beş manat.

O v a n e  s.  Kartı on manat.

N   ə  b  i  (kartı  çevirir.)  Beşlik  üzdədir,  kartmızı  açm.  Vəli  bəy  səninki  üzdədir. 

İyirmi  manatı  bangə  at,  qadanı  alım.  Saşa  bəy,  bu  saat  sənin  üçün  də  bir  onluq 

getirərəm  (kartı  sağa  və  sola paylayır.)  Sən  vurdun,  buyur,  Saşa  bəy,  bu  da  sənin 

on manatm.

O v a n e  s.  Qoy bangda dursun.  Uqol  gedəcəyəm.

N  ə b  i.  Çox yaxşı,  get (kartı  çalır.) Buyurun kəsin.  (Ovanes kəsir.)

C  ə b i.  Xalı üç manat.

O v a n e  s.  Uqol, kela, xalm a da on manat.

N   ə  b  i.  Pəh,  Saşa  bəy  yenə  azartnı  elədi.  Xeyr,  vermirəm.  Sənə  xalı  üç 

manatdan artığa xod yoxdur.

O v a n e  s.  Kartm təpədir.

N  ə b i.  Onda eybi yoxdur.  M ehdi bəy,  şahid ol ki,  Saşa bəyin kartı təpə olmasa, 

pul verməyəcəyəm.  (Kartı  çevirib sağ-sola paylayır.)  Saşa bəy, bu da təpə.

O  v  a  n  e  s.  O  deyil,  eybi  yoxdur,  o  olmasm,  bu  olsun.  Xalı  üç  manatdan  edər 

altı manat.  Bangdan istərsən dörd manat.  Vəli bəy kartmm üzünü aç.

C  ə b i.  Surət gətir.

N  ə b i  (sağa və sola paylayır.) Bu da surət.

C  ə b i.  O deyil.

N  ə b  i.  Buyur, bu da surətin o birisi.

C  ə b i.  O  da deyil.

N  ə b i.  M ehdi bəy, kartmı  aç, yoxsa getmərəm.

C  ə b i.  Nə, kartm dalmı çək deyim.

N  ə b i  (səsini  ucaldır.)  Vallah çəkmərəm.  Canım,  surətin ikisi çıxıbdır.

C  ə b i.  Sən öl,  o kartm dalmı  çək,  göstərim.

N  ə b  i.  Pəh,  Vəli bəy, yenə höcətə  saldm?  İbişin canma çəkmərəm.  Di inan...

S ə f d ə r q u l u   b ə y ( o   biri otaqdan).  Vəli bəy,  tuz  gətir.  M ehdi  həmişə  onu 

qoyar.


N  ə  b  i.  Ha beləcə...  Zalım kartm   gücünü  gördünüzmü?  Uşaqlar,  cəld kürsüləri 

kənara qoyun.  Kartı  gizlədin,  indi  siz bayıra çıxm,  məni  gözləyin.




S ə f d ə r q u l u b ə y   (başıaşağı  cibindən p u l çıxarıb).  Vəli bəy,  qız da!  Bu on 

manat (başını  qaldırır.) Nəbi!

N  ə b  i.  Bəli.

S ə f d ə r q u l u   b ə y .   A gədə, bəylər hanı?

N  ə b i.  Ağa, bəylər yoxdur.

S ə f d ə r q u l u   b ə y .   Ay  gədə,  nə  deyirsən?  Vot  tebe  na.  İndicə  səsləri 

gəlirdi.  Qumar oynayırdılar.

N  ə b i.  Ağa, bəlkə, yuxunda görmüsən?

S ə f d ə r q u l u   b ə y .   Ay  gədə,  nə  deyirsən?  Vot tebe  na.  Başm a  at təpibdir 

nədir?  İndicə  buradan  Vəli  bəyin,  M ehdi  bəyin  səsləri  gəlirdi.  Piyan  saldat  kimi, 

vot  tebe  na,  evə  gəlib  gedəndən  də  xəbərin  yoxdur.  O  biri  otağa  bax.  Gör 

oradadırlarmı?

N  ə b i.  Bu saat oradan gəlirəm, heç kəs yoxdur.

S ə f d ə r q u l u   b ə y .   Allahü  əkbər,  vot  tebe  na.  Ay  gədə,  m ən  dəli 

olmamışam ki,  indicə bu  qulaqlarımla eşitdim ki,  vot tebe na,  Vəli bəy M ehdi bəyə 

deyirdi ki, kartmı  açmasan getmərəm.

N  ə b i.  Ağa,  and içkinən ki,  sənə  acığım tutmayacaq,  düzunü deyim.

S ə f d ə r q u l u   b ə y .   Yaxşı,  acığım tutmaz,  de  görüm.

N  ə b i.  Xeyr, M ələknisa xanımm goruna and iç,  deyim.

S ə f d ə r q u l u   b ə y .   And  olsun  M ələknisa  xanımm  goruna.  Vot  tebe  na! 

Acığım tutmaz.  İndi de.

N   ə  b  i.  Ağa,  özün  buyurmuşdun  ki,  məni  tez  oyat,  axşama  qonaqlarım  var, 

gərək  bazarlıq  edəm.  M ən  də  nə  qədər  çağırdım,  qışqırdım,  oyanmadm.  Axırda 

naəlac  qalıb  Cəbi  və  Ovanes  ilə  bəylərin  qumar  oynamaq  təqlidini  çıxartdım  ki, 

bəlkə onlarm  səslərinə oyanasan.  Düzü budur.

S ə f d ə r q u l u   b ə y .   Ha-ha-ha...  Ay  gədə,  Nəbi,  sən nə  lotusan.  Bəs  Cəbi, 

Ovanes hanı?

N  ə b i.  Ağa,  onlar səsini eşitcək qorxub bayıra qaçdılar.

S ə f d ə r q u l u   b ə y .   Çağır buraya gəlsinlər.

N   ə  b  i  (qapını  açıb  çağırır.)  Cəbi,  Ovanes,  buraya  gəlin,  ağa  çağırır.  Cəbi  və 

Ovanes daxil olurlar, baş eyirlər.

S ə f d ə r q u l u   b ə y .   Adə,  siz  nə  bicsiniz,  indi  də  bizim  təqlidimizi 

çıxardırsmız?  Vot tebe na.  Cəbi, de  görüm M ehdi bəy nə tövr karta gedir?



C  ə b i (səsini dəyişdirir.) Doqquzluq napi pee...  Yenə üzə düşdü.  Atanti. 

S ə f d ə r q u l u   b ə y .   Ha-ha-ha...  Siz  öləsiniz  lap  M ehdi  bəyin  özüdür.  Adə, 

Ovanes,  sən de  görüm,  Saşa bəy nə tövr oynayır?

O v a n e  s.  Altılıq uqol, xalına da üç manat.

S ə f d ə r q u l u   b ə y .   Ha-ha-ha...  (Barmağı  ilə  qorxudur.)  Əlbət  Saşa bəyi, 

vot tebe na,  görərəm.  Bəs  sizdən kim uddu?

C  ə b i.  Ağa, pulumuz haradaydı ki, puldan oynayaq.

S ə f d ə r q u l u   b ə y   (onlara p u l paylayır.)  Ala,  bu  sənin,  bu  sənin,  bu  da 

sənin.  (hərəsinə  bir manat verir.)

Ü ç ü d ə.  Sağ olsun  Səfdərqulu  ağa!

S ə f d ə r q u l u   b ə y .   Bu gün məni  seçsələr, hərənizə bir xələt verəcəyəm.

C  ə b i.  Ağa,  sizdən artıq kim var ki,  onu seçələr.

N  ə b i.  Bu doğrudur, bizim ölkədə ikinci  Səfdərqulu ağa tapılmaz.

O v a n e  s.  Ağa,  çox sağ ol, kela allah sizi bizim üstümüzdən əskik etməsin.

C  ə b i.  Ağa,  izin ver gedək.

S ə f d ə r q u l u   b ə y .   Yaxşı,  gedin.

C ə b i   və  O v a n e s   baş  endirib  çıxırlar.

S ə f d ə r q u l u   b ə y .   Nəbi,  biz  də  gedək,  bəylər üçün  içkidən-zaddan  alım, 

gətir.  Aşpazm hər şeyi hazırdırmı?

N  ə b  i.  Bəli.  Səfdərqulu bəy.  Onda gedək.

Ç ıxırlar.

Pərdə

İKİNCİ  ŞƏKİL 

B irinci  p ərd ən in   səhnəsi.  P ərd ə  qalx d ıq d a  S əfd ərq u lu   bəy  görünür. 

S ə f d ə r q u l u   b ə y .   (saata  baxır.) İndi  seçki  gərək qurtara.  Nəbi!  Nəbi!..

N əb i  daxil  olur.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə