Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə15/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   11   12   13   14   15   16   17   18   ...   135

Milli Kitabxana

46

Q u r b a n. A kişi, qoysanız xəncəri soxum rədd olsun.



Q u l u. Yox, öldürmə. O gərək ölümdən artıq cəza çəkə. Ağzını bağlayın, səs

çıxarmasın.  (Hacı  Muradın əl-ayağını  bağlayıb yerə qoyurlar.)  Qurban,  gəl

sandığən qapağını tut. (Qurban tutur, Qulu  mücrünü çıxarıb Niyaza verir.) Niyaz,

bunu  al.  İndi,  yoldaşlar,  gəlin  buraya, Əliqulu əmi,  de  görüm  bundan  xəbərin  var

idi,  ya  yox?  Niyaz,  o  döşəkçəni,  palazı  qaldır.  (Niyaz  qaldırır.)  Qurban,  gəl

xəncərlə bu yeri qaz. (Qurban qazır, Qulu bir başqa mücrü çıxardır.) Əliqulu əmi

bu sirri bilirdinmi?

Ə l i q u l u.  Bəli,  duymuşdum  ki,  orada bir şey var, çünki Hacı Murad oranı

tez-tez yoxlayırdı.

H a c ı M u r a d (başını qaldırıb xırıltılı səslə deyir.) Evim yıxıldı.

Q u r b a n. Sus!..

Q u l u. Yoldaşlar, daha dayanmaq yeri deyil. İndi o biri kaftar da gəlib çıxar.

N i y a z. Eybi yoxdur, onu da hacının gününə salarıq.

Q u l u.  Hacı  Murad,  xudahafiz.  Hərgah  Ağa  Qulunu  axtarsan,  Şama  gəl.  Siz

öləsiz, nəinki Şama, hətta Hindistana da gəlib çıxar.

Hamı gedir, pərdə bir müddət açıq qalır, sonra Məhərrəm bəy daxil olur.

M ə h ə r r ə m b ə y. Evdə, həyətdə heç kəsi tapmadım, bunlar necə olmuşlar?

Bu  palazı,  döşəkçəni  niyə buraya  çəkiblər?  Yoxsa,  evə oğru  gəlmişdir.  Elədi  ki,

var.  Bəs  Hacı  Murad  haradadır?  (Bucaqdan  Hacı  Muradın  xırtltısı  gəlir.)  Budur

burada. Bunun əl-ayağını kim bağlamış? (Açır.)

H a c ı M u r a d. Məhərrəm bəy, evim yıxıldı...

M ə h ə r r ə m b ə y.  Hacı əmi,  de  görüm,  sənə nə olub? Əl-ayağını  kim

bağlayıb?

H a c ı M u r a d.  Qulu  zalım  oğlu. Əliqulu  da  ona  yoldaş  idi.  Evim  yıxıldı,

tarmar  oldu.  (Gedir  sandığa  baxır.)  Hanı  şəfəqin,  gözəl  cəvahir,  haradasan  zərif

qızıllar?!  Məhərrəm  bəy,  tez  get  divana  məlum  et. O quldurları tutdurub,  mənim

pullarımı qaytar.

Nabat təngnəfəs daxil olur.

N a b a t. Ağa, İmran Gülzar xanımı götürüb qaçdı.

Məhərrəm bəy və Hacı mat qalırlar.

M ə h ə r r ə m bəy. Əlimdən mal-dövlət çıxdı.

Pərdə



Milli Kitabxana

47

DİBDAT BƏY



Bir pərdəli, iki şəkilli məzhəkə

İŞTİRAK EDƏNLƏR

S ə f d ə r q u l u b ə y - mülkədar bəy. Ucaboylu, dolubədənli, üzüqırxıq,

çərkəz libasında, əlli yaşında sadədil bir şəxs.

Danışanda tez-tez "vot tebe na" sözünü təkrar edir.

M e h d i b ə y

V ə l i  b ə y

}

Səfdərqulu bəyin qumar yoldasları.



R ü s t ə m b ə y

S a ş a bəy

M ə ş ə d i S ə m ə d - dükançı.

A z a d b ə y - doktor.

N ə b i - Səfdərqulu bəyin nökəri.

C ə b i - Mehdi bəyin nökəri.

O v a n e s - Saşa bəyin nökəri.

R ə h i m - tarzən,

K ə r i m - oxuyan.

BİRİNCİ ŞƏKİL

Səhnə Səfdərqulu  bəyin  otağını  göstərir.  Otaq  yarı  Asiya,  yarı Avropa  qaydası  ilə

bəzənmiş. Ortada girdə stol. Üstə şamdan, kart və qeyri qumar şeyləri. Sandalyalar qaydasız

halda  durmuş.  Açıq  qapıdan  yemək  otağı  görünür,  Pərdə qalxdıqda,  Nəbi  otağı  qaydaya

salarkən öz-özünə söylənir.

N ə b i. Vay sizin evinizi allah yıxsın, a belə ağalar. Bir belə də qumar oynamaq

olarmı?  Hər  gün  səhərə kimi  oynayırlar.  Çox  vaxtı  gecəni  gündüzə qatıb,  o  biri

günə kimi kart vururlar. Vallah, mən nökər belə rahatsızlığa davam edə bilmərəm.

Amma  bizim  bu  nəcib  bəylərimiz  davam  edirlər. Özgə vaxtı  "o  yana  dur"  üstə

xəncər,  tapan-çaya  çıxırlar.  Amma  qumarda  bir-birlərinə itə deyilməz  sözləri

deyirlər. Yenə də keçir gedir. Amma lotular mənim bu səefeh ağamı yaxşı tovlayıb

tapıblar. Gecə-gündüz çörəyini yeyib, çayını içib özünü də,



Milli Kitabxana

48

qumarda  sağmal  inək kimi  sağırlar.  Ha-ha-ha...  (Bir  az  dayanıb yenə də)  Ha-ha-



ha...  A  kişilər,  bu  lotuların  hər  kələkləri  qurtarmışdı,  qalmışdı  elə bu.  İndi  də

tutublar  ki,  Səfdərqulu  ağa,  səni cəmi  bəylər  tərəfindən  dibdat  seçəcəyik.  Gedib

Fitilbörgdə dum deyirlər, nə deyirlər, orada vəzirlər yanında danışasan. Ha-ha-ha...

Səfdərqulu  bəy vəzirlər  yanında  danışacaq?  Vay  o  yazıqların  halına.  "Vot  tebe

na"dan  başqa  bir  şey  başa  düşə bilməyəcəklər.  (Cəbi  daxil  olur.)  Xoş  gördük,  a

Cəbi lələ. Mənə qulluq.

C ə b i. Gecə ağamın papiros qutusu burada qalıbdır. Ona gəlmişəm.

N ə b  i  (papiros qutusunu  stolun  üstündən  götürüb verir.)  Cəbi,  sən  öləsən  bu

gecə,  ağan  Mehdi  bəyi təmiz  süngə çəkiblər.  Yaxşı  ki,  hələ papağını  da  yaddan

çıxartmayıb.

C ə b i. Mənim ağam kartın höcətinə gedəndir.

N ə b i. Odur ki, bu  gecə on  bir əl dalbadal onluğa vuruldu.  Axırda hirsindən

kartı cırıb atdı.

C ə b i.  Mən  Mehdi  bəyin  yerinə olsaydım,  onluğa  vurulanda  qaçardım

doqquzluğa. Ona da vurulanda səkkizliyi qoyardım. Getdikcə bir xal azaldardım.

N ə b i. Ha-ha-ha... afərin sənə, Cəbi lələ. Sən lap qart qumarbaz imişsən. Onda

mənlə bir əl qonçuna oynamaqda necəsən.

C ə b i. Çox yaxşı, oynaram. Bəs Səfdərqulu ağa evdə deyil?

N ə b i. Qorxma, elə yatıbdır ki, top da atsan xəbəri olmaz.

C ə b i. Bu gecə udubdur, yoxsa uduzubdur?

N ə b i.  Heç  görünməz  iş!..  Udubdur!  Cəbi,  yaxşı  yadıma  saldın,  ağa

tapşırmışdı  ki,  onu  tezdən  durquzam.  Günorta  olubdur,  amma  o  hələ yatıb.  Cəbi,

bu gecə bizdə böyük qonaqlıq var. Oxuyanlı, çalanlı, içgili.

C ə b i. Səfdərqulu ağanı vəkil seçəcəklər. Onun üçünmü?

N ə b i. Bəli. Bunu sən haradan bilirsən?

C ə b  i.  Bu  bəylərin  kələyidir.  Onu  elə salırlar.  O  günü  bəylərin  hamısı  bizdə

idi.  Gülməkdən  qəşş  edirlər.  Mehdi  bəy  də deyirdi:  Nə var,  zəhməti  mən  çəkim,

qonaqlığı Səfdərqulu bəyin boynuna mən qoyum, hamı kələyi mən qurum, kefi siz

çəkin.

N ə b i. Bunun bəylərin kələyi olduğunu mən də duymuşam. Ancaq nə işim var,



ağa mənə bir çuxa vədə edibdir. Təki o çatsın.

C ə b  i.  Gərək  qabaqcan  alasan.  Sonra  kələk  açılanda verməz.  Bəlkə yadına

salanda səni də kötəkləyər.



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə