il üçün Naxçıvan muxtariyyətinin ərazisi Qars müqaviləsi ilə
müəyyən olunmuş əvvəlki 5.988 kvadratkilometrdən65 5.329,6
kvadratkilometrədək azaldı66.
Ermənistanda hətta ən yeni, lap yaxın keçmişdəki, bu gün
yaşayan nəslin şahidi olduğu tarixi faktları danmaqdan, xrono
logiyanı təhrif etməkdən, səbəb və nəticənin yerlərini dəyiş
məkdən utanmırlar. Məsələn, ermənilər hər yerdə Sumqayıt,
Kirovabad və Bakıdakı talanlardan danışırlar, lakin Qafanda,
Meğridə, Əsgəranda, Qukarkda talan və qətllərin arxasında
durduqlarını dilə gətirməməyə çalışırlar. Bu hadisələr zama
nı Ermənistanın azərbaycanlı əhalisi Azərbaycan şəhərlərində
yaşayan ermənilərdən dəfələrlə çox ziyan çəkmişdir. İttifaq
prokurorluğunun materiallarında əksini tapmış təkzibedilməz
sübutlara, şahidlərin və ziyançəkmişlərin ifadələrinə baxmaya
raq, Sumqayıtda və digər şəhərlərdə ermənilərin öz soydaşla
rının qətlə yetirilməsində iştirakı faktını Ermənistanda xatırlat-
mamağa (bəzən isə qəti inkar edir və «uydurma» adlandırırlar)
üstünlük verirlər. Qukarkda, yaxud Ermənistanın digər rayon
larında Sumqayıt canisi E.Qriqoryan kimi öz soydaşlarına qarşı
talanlarda iştirak edən heç olmasa bir azərbaycanlı olubmu?
Azərbaycanlını gizlədib qonşusunun həyatını xilas edən heç
olmasa bir Ermənistan sakini tapılıbını?
Təyyarə qəzasında həlak olmuş altı Yuqoslaviya xilasedici
sinə abidə ucaldan Ermənistan 1988-ci ildə təbii fəlakət zo
nasına tələsən və erməni dispetçerlərin hələ də təhqiq edil
məmiş ziddiyyətli komandaları nəticəsində həlak olmuş 79
azərbaycanlı xilasedicinin ailələrinə heç olmasa elementar
nəzakət xatirinə şifahi başsağlığı belə vermədi.
İttifaq dövlətinin mövcudluğunun son illərində keçmiş
DQMV-ni Azərbaycanın tərkibindən çıxarmaq cəhdləri birtə
rəfli xarakter daşıyırdı, SSRİ Konstitusiyasının bir sıra maddə
lərinə zidd idi və 1990-cı il 3 aprel tarixli «Müttəfiq respub
likaların SSRİ-nin tərkibindən çıxması ilə bağlı məsələlərin
54
həlli qaydaları» adlı SSRİ Qanununu pozurdu. Ona görə də
separatçıların bütün bu cəhdləri qanunsuz idi. SSRİ-nin süqu
tundan sonra onun ərazisində dünya birliyi tərəfindən tanın
mış və BMT-yə əvvəlki sərhədləri çərçivəsində qəbul olunmuş
15 müstəqil dövlət yarandı. BMT-nin İnsan haqlarının müda
fiəsi üzrə Alt komissiyasının üzvü A.Eydenin qeyd etdiyi kimi:
«BMT çərçivəsində həm keçmiş SSRİ-nin, həm də keçmiş Yu
qoslaviyanın müttəfiq respublikalarının sərhədlərini etnik məs
kunlaşma deyil, uti possidetis juris əsasında müəyyən etmək
barədə geniş konsensus əldə edildi. Bu o deməkdir ki, federa
siyanın müttəfiq respublikalarının əvvəllər mövcud olmuş sər
hədləri yeni sərhəd kimi sayılmalıdır»67. AŞ PA-nın məruzəçisi
D.Atkinson 2004-cü il 29 noyabr tarixli məruzəsində birmə
nalı olaraq qeyd etmişdir: «Azərbaycan ərazisinin əhəmiyyətli
hissəsi hələ də erməni qüvvələrinin işğalı altındadır». O, eyni
zamanda xüsusi vurğulamışdır ki, «Azərbaycanın sərhədləri
beynəlxalq birlik tərəfindən 1991-ci ildə, ölkə, ərazisinə Dağ
lıq Qarabağ regionu daxil olan müstəqil dövlət kimi tanınan
zaman tanınmışdır»68.
Ermənilərin siyasi tarixi siyasətçi və ideoloqların səyi ilə
ermənilərin milli şüuruna tiirkofobiya, Azərbaycana və türkə
aid nə varsa hamısına nifrət hissi hopmasını söyləməyə kifayət
qədər əsas verir. Onlar hətta heç gizlətmirlər ki, erməni döv
lətinin mövcudluğunu dəstəkləyən bu zərərli ermənilik dünya
görüşünün başlanğıc bazası «1915-ci il soyqırımı», «Qarabağın
və Cavaxkın» və digər ərazilərin ilhaqı kimi ideya-siyasi məq
sədlərdir. Bu absurd ideyaların həyata keçirilməsi məqsədi ilə
həmin dünyagörüşü erməni terrorçuları və separatçılarının ən
ağlasığmaz cinayətlərinə bəraət qazandırır.
Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxta
laşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim
erməni torpağı olduğunu «sübut» etməklə onu özlərinə bir
55
ləşdirməyə nail olacaqlar. S.Sarkisyan və tarixi saxtalaşdırmaq
üzrə laboratoriyadan olan erməni «intellektualları» çoxdan b il
məli idilər ki, tarixi proses irəliyə doğru hərəkət edir, geriyə
yox. O ki qaldı Dağlıq Qarabağın və ya onun əvvəlki adı ilə
desək, Arsaxın qədim alban torpağı olmasına, bunu erməni
tarixçilərinin özləri sübut etmişlər. Məsələn, S.T.Yeremyan ya
zırdı: «Bir çoxu ərəblərdən əvvəlki dövrə aid olan külli miq
darda xristian abidələri qədim Albaniyanın erməniləşmiş his
səsində, hazırda əsasən erməni əhalinin yaşadığı qədim alban
vilayətləri Arsax və Utikdə salamat qalmışdır»69. Lakin təəccüb
doğuran utanmadan yalan danışan və bu yolla dünya birliyi
nin bəzi üzvlərinin rəğbətini qazanmağa çalışan saxtakarla
rın və onlarla birlikdə siyasətçilərin həyasızlığıdır. S.Sarkisyan
öz mövqeyini nəzərə alaraq erməni xalqının taleyi ilə oyna
mamalıdır. Axı hələ heç kimə törətdiyi cinayətlərə görə öz
həmvətənlərinin qəzəbindən qurtulmaq müyəssər olmamışdır.
Müasir dünyada dövlət sərhədlərinin mif və antik salnamələr
əsasında müəyyən olunmadığını, hər hansı ərazidə monastırın
mövcudluğu və ya m illi azlıqların yaşaması ilə dəyişdirilmə
diyini bilməyin vaxtı çoxdan çatmışdır. Əks halda dünyanın
siyasi xəritəsi bu gün başqa cür görünərdi (məsələn, Ermənis
tan yenidən müstəqilliyini itirib dirçələn Roma imperiyasının
tərkibinə, ermənilərin özləri isə Frigiyaya qayıtmalı olardılar),
BMT öz Nizamnaməsini hazırlamaq əvəzinə arxeoloji məlu
mat və manuskriptlərin toplanması və öyrənilməsi ilə məşğul
olar, Təhlükəsizlik Şurası isə tarixçilər arasında debat yerinə
çevrilərdi. Ermənistan rəhbərləri artıq başa düşməlidirlər ki,
müasir dünyada ərazi məsələləri «kim əzəldən harada yaşa
mışdır və kim haraya köçmüşdür» prinsipi üzrə tarixi kon
tekstdə deyil, beynəlxalq hüquq əsasında həll olunur. Odur
ki, özlərini və cəmiyyətlərini bu əyalətçi təfəkkürdən xilas
etməlidirlər. Tarixi təhrif etmək və abidələri dağıtmaq hətta
uğurlu olsa belə, onlara başqa dövlətlərin ərazilərini zəbt et
56
Dostları ilə paylaş: |