42945
SOSİOLOGİYA
(Dərslik)
Azərbaycan Respublikasının Təhsil N a
zirliyi Elmi-Metodik Şurası, «Sosial-
siyasi elmlər» bölməsi tərəfindən təsdiq
edilmişdir (8 iyun 2004-cii il tarixli
iclasın 06 saylı protokolu).
Azərbaycan Respublikası Prezidentinin
İç ler İdarəsi
PREZİDENT KİTABXANASI
Bakı - 2006
R edaktor: Dosent, fəlsəfə elmləri namizədi V ahidov F.Q.
R əyçilər: Professor, fəlsəfə elmləri doktoru Ə hm ədli C.T.
Professor, fəlsəfə elmləri doktoru D aşdəm irov S.H.
Professor, fəlsəfə elmləri doktoru R əhim ov A.A.
D ərslik respublika ali m ək təb lərin in aşağıdakı müəlliflər
kolektivi tərəfin d ən h azırlan m ışd ır
Dosent, f.e.n. Vahidov F.Q. Ön söz və Fəsil I; dos. f.e.n.
Ağayev T.B., Fəsil V, XIII; dos. f.e.n. Teymurlu M.Ə., dos.
f.e.n. Abdiyeva Ə.M., müəllim, f.e.n. Şirinova N.F. Fəsil IV,
XI, XIV, XV; dos. f.e.n. Əliyev S.H. Fəsil VI, X; dos. i.e.n.
Kərimov Ə.H. fəsil VIII, IX; dos. f.e.n. Rüstəmov A.S. Fəsil
II; dos. f.e.n. Məmmədov H.Q. Fəsil III, XVIII; dos. f.e.n. İs
mayılov D.Y. Fəsil VII; dos.f.e.n. Mahmudov M.Ə. fəsil XII;
dos. f.e.n. Zeynalov E.G.; dos. f.e.n. Hüseynov H.F., dos. f.e.n.
İsmayılov Ş.M. Fəsil III, IV, XVII; baş müəllim, f.e.n. Məm
mədova A.N. XVI; dos. f.e.n. Əliyev T.M., Məmmədov E.H.
Fəsil VIII, XVII.
Dərslik ali və orta ixtisas məktəblərinin tələbələri, aspi
rant və müəllimləri, habelə ümumi sosiologiya elmini müstə
qil öyrənənlər üçün nəzərdə tutulmuşdur.
ISBN 5-86-874-070-20
© E.Zeynalov
ÖN SÖZ
Müasir dünyanın özünəməxsus ciddi problemləri vardır.
Bu problemlərin həllinə bütün bilik sahələri öz töhfəsini ver
məlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə
ümid etmək sadəlövhlük olardı. Ona görə də yaşadığımız dün
yam, cəmiyyəti daha da sağlamlaşdırmaq, humanistləşdirmək
istiqamətində gərgin, fəal elmi axtarışlar aparılmalı, müxtəlif
mövqelər, nöqteyi-nəzərlər diqqətlə araşdırılmalı, optimal
fəaliyyət istiqamətləri seçilməlidir. Bu prosesdə sosioloji bi
liklər sisteminin rolu indi artıq heç kəsdə şübhə doğurmur.
Çünki dəyişən sosial reallıq, həm ölkə daxilində, həm də qlo
bal miqyasda yeni sosial hadisələrin, meyllərin, problemlərin,
meydana gəlməsi həmin sistemin təkmilləşdirilməsini q ə
tiyyətlə tələb edir. N əzərə almaq lazımdır ki, sosioloji elmin
özü də inkişaf edir: nəzəri və empirik xarakterli yeni sanballı
tədqiqatlar meydana çıxır, sosioloji təhlilin metodologiyası və
metodları təkmilləşdirilir, müasirləşdirilir. Sosiologiyaya dair
bir sıra dərsliklərin və dərs vəsaitlərinin, monoqrafiyaların,
məqalə və tezislərin nəşri də xüsusi qeyd olunmalıdır. Zənni-
mizcə, bu ənənənin kökləri XX əsrin 60-cı və 70-ci illərinə
təsadüf edir. C.T.Əhmədlinin və V.Ə.Paşayevin «Burjua so
siologiyasının
tənqidi»
(1968),
C.Əhmədlinin
və
J.Soqomonovun «Sosiologiyaya dair söhbətlər» (1972) əsərləri
bu baxımdan diqqəti cəlb edir. Həmin əsərlər Azərbaycan
oxucusunu sosiologiyanın bir sıra vacib problemləri ilə tanış
edir; burada sanballı sosioloji tədqiqatlar aparmağın zəruruliyi
əsaslandırılır, sosioloji biliklərin müxtəlif səviyyələri yığcam
şəkildə nəzərdən keçirilir. Həmin əsərlər məlum dövrün bəzi
ideoloji ehkamlarından azad olmasa da, sosioloji tədqiqatların
müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir.
60-cı illərin sonu - 70-ci illərin əvvəllərində bünövrəsi
qoyulan ənənə 90-cı illərdə zənginləşmək üçün yeni imkanlar
əldə edir. Azərbaycanın müstəqil inkişaf yolunu tutması, sosial
elmlərin, o cümlədən sosiologiyanın əvvəlki dövrə məxsus
qadağalardan xilas olması, demokratiyanın inkişafı, milli döv
lətçilik ənənələrimizin bərpası və s. - bütün bunlar sosioloji
elmin inkişafı üçün yeni perspektivlər açmışdır. Bir sıra ali
3
məktəblərin alimləri tərəfindən hazırlanmış «Sosiologiya»
(1994) dərs vəsaitinin, N.Əfəndiyevin vo A.Şirinovun «Sosio
logiyanın nəzəri problemləri» (2001) kitabının nəşri həmin
perspektivlərin reallaşdırılması yolunda atılan ciddi addımlar
kimi qiymətləndirilə bilər. Güman edirik ki, sosiologiyaya dair
ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir.
Sosiologiyanın inkişafı baxımından bir məqama da diq
qət yetirilməlidir: sosiologiyanın təsisatlaşdırılınası prosesi in
tensivləşir. Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan sosial
elmlər və psixologiya fakültəsində (BDU) sosiologiya ixtisası
üzrə kadrlar hazırlanır. «Sosiologiyanın tarixi, nəzəriyyəsi və
metodologiyası» ixtisası üzrə aspiranturada yüksək ixtisaslı
mütəxəssislər hazırlanması müntəzəm xarakter kəsb edir,
AM EA-da «Sosial fəlsəfə və sosiologiya» şöbəsi fəaliyyət
göstərir, konfranslarda, dövri nəşrlərdə - jurnallarda sosiolog
iyaya dair xüsusi bölmələr ayırd edilir, m üxtəlif sorğu m ər
kəzləri təşəkkül tapır və s.
Lakin sosiologiyanın inkişafı müəyyən ziddiyyətlərlə,
problemlərlə bağlıdır. Bunlardan bəzilərini qeyd etməyə eh
tiyac duyuruq.
Əwəla, ümumi sosioloji nəzəriyyənin inkişafına, zəngin
ləşməsinə diqqət artırılmalıdır, çünki bu nəzəriyyə bütövlükdə
sosioloji elmin özəyidir, onun konseptual və kateqoriya-anlayış
əsasıdır. İnsanlann sosial varlığının, cəmiyyətin fəaliyyət və inki
şafının ən mühüm məqamlan burada öz əksini tapır. Cəmiyyətin
öyrənilməsinə öz məzmunu, öz məntiqi və spesifikası ilə seçilən
sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır. İnkişaf et
miş ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını ifadə edir.
İkincisi, müxtəlif sosioloji sorğuların aparılmasında ciddi
qüsurlara yol verilir. Metodoloji mövqeyin elmi surətdə əsaslan
dmlmaması, seçmədə reprezentativlik (təmsiledicilik) prinsipinin
pozulması, sualların tərtibində zəruri tələblərə riayət olunmama
sı, nəticələrin, faktların təhlilində və şərhində siyasiləşməyə
meyllilik və s. bu qəbildəndir. Sorğuların hazırlanmasında və hə
yata keçirilməsində, nəticələrin ümumiləşdirilməsində obyektiv
lik və etiklik prinsipləri bir-birini tamamlamalıdır.
Üçüncüsü, sosiologiya ixtisasının məzunlarının işlə təmin
olunmasında müəyyən problemlər, çətinliklər mövcuddur. Etiraf
4
etməliyik ki, ənənə /i ixtisas sahibləri bu cəhətdən daha əlverişli
vəziyyətdədirlər. Bəziləri hətta sosioloqun hansı işdə çalışa bi
ləcəyini az-çox təsəvvür edə bilmirlər. Əmək bazarında sosioloq
peşəsinə yiyələnmiş şəxsin rəqabət qabiliyyətinə bir çox hallarda
lazımınca diqqət yetirilmir. Ənənəvi bilik sahələrinin nümayəndə
ləri tərəfindən bəzən sosiologiyanın ictimai həyatda və elmdə öz
qanuni və layiqli yerini tutmasına müəyyən müqavimət göstərilir.
Dördüncüsü, sosioloji biliklərin təbliği də qənaətlondi-
rici deyildir: əhalinin bəzi təbəqələri bu bilik sahəsinə ümu
miyyətlə bələd de> ildir. Görünür sosiologiyanın uzun illər ə r
zində ali və orta ixtisas məktəblərində tədris olunmaması tə
sirsiz qalmamışdır. Kütləvi informasiya vasitələri də əksər
hallarda sosioloji b Iik sahələrinə o qədər də ciddi həvəs, ma
raq göstərmir. Mətbuatda, radio və televiziyada sosioloq kadr
ların azlığı özünü aydın surətdə hiss etdirir. Sosiologiyaya dair
populyar nəşrlər də yox dərəcəsindədir.
Dərsliyin işlənməsində Azərbaycan Milli Elmlər Akade
miyasının, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət
İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Naxçı
van Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin,
Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad
Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universiteti
nin alimləri iştirak etmişlər. Bunlar sosiologiya elminin müxtəlif
sahələri üzrə tanınmış mütəxəssislərdir.
Güman edirik ki, tələbələrə təqdim olunan bu dərs və
saiti diqqətlə qarşılanacaq və onların intellektual inkişafında
müsbət rol oynayacaqdır. Ona görə də müəlliflər kollektivi ki
tabın məzmunu, strukturu və şərh üslubu, nəzəri və metodik
səviyyəsi haqqında öz mülahizələrini bildirən hər kəsə irə
licədən öz minnətdarlığını bildirir.
Dosent Elmidar Zeynalova kitabın işıq üzü görməsindəki
xidmətlərinə görə müəlliflər minnətdarlıq edirlər.
BDU- nun sosial elmlər və psixologiya
fakültəsinin dekanı, dosent, f.e.n.
Vahidov Fazil
5
Dostları ilə paylaş: |