60
1.7. Sofistlər
M. ö. V yüzillikdə tiranlıq
45
və aristokratiya
46
quru-
luşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu qu-
ruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük
əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq
söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran
adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və
hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə
birləşdirmişdilər. Onlara “Sofistlər” (yun. Σοφιστής, lat.
Sophistes – müdriklik ustaları) deyirdilər. Sofistlər bəlağət,
natiqlik, məntiq, polemika kimi fəlsəfi istiqamətləri inkişaf
etdirmişdilər. Onların hansısa bir ortaq təlimləri olma-
mışdır, dünyagörüşləri müxtəlif təlimlərin qarışığından
(eklektika’dan)
47
ibarət idi. Sofistlərin bir çoxu öyrəncilərə
ödənişlə müdriklik və mübahisədə qalib gəlmək dərslərini
keçmişdilər (3, 131).
Ancaq sonralar “sofist” adını həqiqətin nə olduğunu
bilmək istəyən adamlara deyil, bir şeyin yanlış olduğunu
bilən, buna baxmayaraq onu bilərəkdən formal dəlillərlə
əsaslandırmağa çalışan adamlar üçün deyirdilər. Çünki,
bu kimi adamlar fəlsəfi bilikdən ayrılaraq bütün ba-
carıqlarını mübahisə etdiyi adamlara qalib gəlməyə yö-
45
Tiranlıq (yun. τυραννίς – dərəbəyilik) – zorakılıq yolu ilə əldə edilmiş və
bir şəxsin idarəçiliyi əsasında qurulmuş hakimiyyətdir.
46
Aristokratiya (yun.
ἀριστεύς-sayğın + κράτος-hakimiyyət) – sayğınlar
(əsilzadələr) zümrəsinin idarəçiliyi əsasında qurulmuş hakimiyyətdir.
47
Eklektizm (yun.
ἐκλέγω – seçirəm) – müxtəlif fəlsəfi təlimlərin
qarışığından ibarət olan fəlsəfi təlimdir.
61
nəltmişdilər. Bunun üçün onlar mübahisələr zamanı söz-
bazlığa, söz quraşdırmalara, boşboğazlığa da əl atırdılar.
Ona görə də “sofizm” anlayışı yarandı ki, bu da bir kəsin
haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (müba-
hisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb
mülahizələr, cümlələr və dolaşıq fikirlər deməkdir.
Sofizmin bir örnəyi: “Oğru pis olan bir şeyi götürmək istəməz,
ancaq yaxşı şeyi götürər. Yaxşı şeyin əldə olunması isə yaxşı
işdir. Deməli oğru oğurluq edərkən yaxşı iş görür”.
Mübahisələr zamanı öz sofizmlərini əsaslandırmaq
üçün sofistlər ortaya həqiqətin bir deyil, çox olması id-
diasını atdılar. Onların fikrincə hər bir fikir, baxış ya da
iddia nisbidir. Ağ olan bir şey başqası üçün qara da ola
bilər. Belə olanda hər iki iddiaçı haqlıdır. Nə qədər insan
var, o qədər də həqiqət vardır.
Daha sonra sofistlər bu nisbiliyi hər şeyə, hətta
anlayışlara, əxlaqi qaydalara da aid edirdilər. Sofistlər
əxlaqı insanın maraqları və məqsədlərinə bağlayırdılar.
Əslində insanın öz təbiətinə görə əxlaqı, xeyir və şər
məsələləri haqqında təsəvvürləri vardır. Cəmiyyətdə qə-
bul olunmuş əxlaq isə ona uyğun deyil, onunla ziddiyyət
təşkil edir (1, 192). Ona görə də cəmiyyətdə oturuşan
əxlaqi qaydalara yalnız görüntü üçün riayət edilməlidir.
Bunu başqa adamların qarşısında cəzalardan və ictimai
qınaqdan qorunmaq üçün etmək lazımdır. Əslində isə
həyat təbii əxlaqa uyğun yaşanmalıdır. Beləliklə, insanın
şəxsi və ictimai həyatı olmalıdır (11).
Sofistləri “böyük” və “kiçiklərə” bölünürlər. “Böyük”
sofistlərin ən görkəmli nümayəndəsi Protaqoras (yun.
62
Πρωταγόρας, m. ö. 481 – 411) deyirdi ki, “İnsan hər şeyin
ölçüsüdür” (4, 216). Diogenes Laertiusa görə Protaqoras
hər şeyin həqiqət olduğunu və düyğularla bilindiyini
iddia edirdi. Eləcə də o deyirdi ki, hər bir irəli sürülən
fikrə qarşı ona əks olan fikir yürüdüb, onu əsaslandırmaq
olar (2, 397-398). Deməli Protaqorasa görə obyektiv olan
bir şey yoxdur. İnsan bu ya da başqa şeyin nə olduğunu
yalnız özü üçün təyin edir. Onun qərarı başqası ilə üst-
üstə düşməyə də bilər.
Beləliklə, sofistlər subyektiv yanaşmanın və nis-
biliyin (relativizmin) əsaslarını qoymuşdular. Protaqorasın
təlimi isə Demokrit, Heraklit, Parmenides və Empedok-
lesin nisbilik nəzəriyyələrindən irəli gəlmişdir. O, mate-
riyanın axıcı və duyğuların nisbi olduğunu iddia edirdi.
Protaqoras başqa sofistlər kimi dinə qarşı da
şübhələrlə yanaşırdı, nisbilik nəzəriyyəsini o dinə də aid
edirdi (9, 9). Onun fikrincə tanrıların varlığı haqqında
birmənalı heç nə demək olmaz. Bununla o dini müd-
dəalara qarşı aqnostik
48
mövqedə dayanırdı. Ümumiyyətlə,
o zaman bir çox sofistləri ateizmdə ittiham etmişdilər.
Böyük sofistlərin daha bir tanınmış nümayəndəsi
Qorgias (yun. Γοργίας, təxminən m. ö. 480 – 380)
olmuşdur. O müdrikliyi deyil, natiqliyi öyrətdiyini iddia
edirdi. Çünki, hamı üçün bir olan həqiqət yoxdur. İnsan
hətta öz yaşadığı anları nisbi olaraq yada salır. Qorgias
“Təbiət ya da mövcud olmayan şey haqqında” əsərində
48
Aqnostisizm (yun.
ἄγνωστος – bilinməyən) – Tanrı və başqa fövqəl
anlayışların, eləcə də dünya və onun qanunauyğunluqlarının dərk edilməsini
imkansız sayan fəlsəfi konsepsiyadır.
Dostları ilə paylaş: |